Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-162/2024 08.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh alınıb ona verilməli olan aliment məbləğinin artırılaraq hər ay hər bir uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur.Həmin nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X12 doğulmuşlar. Ailədə iki övladı olmasına baxmayaraq keçmiş əri ilə ailə münasibətləri o qədər də ürək açan olmamışdır.Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, artıq onunla birlikdə yaşamağın mümkün olmamasını görüb cavabdehdən ayrılmaq qərarına gəlmişdir. Bununla belə cavabdehlə aralarında bağlanan nikahın pozulması tələbi ilə Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(019)- 1624/2017 saylı qətnaməsinə əsasən onların birgə nikahdan olan uşaqları- X11 və X5 X3 yanında qalmaları və hər iki uşağın baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat miqdarında aliment tutulması qət etmişdir. Nikah pozulduqdan sonra o, hər iki uşaqla ata evində yaşamağa başlamışdır. Evləri darısqal olduğuna görə iki azyaşlı uşaqlarla çətin olduğundan ,uşaqlarla cavabdehin evinə köçmək qərarına gəlmiş, bununla bağlı Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır.Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(019)-202/2019 saylı qətnaməsinə əsasən iddiası təmin edilməmişdir. Artıq iki azyaşlı uşaqlarla ata evində yaşamaq mümkün olmadığına görə uşaqlarla birlikdə kirayədə yaşamaq qərarına gəlmiş, bundan sonra körpə uşaqların yaşam durumu və cavabdehin onlar üçün verdiyi 200(iki yüz) manat bəs etmədiyindən alimentin miqdarının qanunvericiliyə görə artırılması barədə məhkəmədə iddia qaldırmaq qərarına gələrək Balakən Rayon Məhkəməsində iddia qaldırmışdır. Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(019)-595/2019 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək 31 oktyabr 2017-ci il tarixli 2(019)-1624/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Bununla bağlı məhkəməyə bildirməyi zəruri hesab edir ki, hal-hazırda hər uşaq üçün hər birinin saxlanması üçün 135 manat çox az məbləğdir. Uşaq böyüdükcə onların tələbatları da artmaqdadır .Bu ilki il üçün bir uşağın saxlanması üçün 220 manat alimentin miqdarı təyin edilmişdir. Bir neçə dəfə o, cavabdehə vaxtaşırı ödədiyi alimentin miqdarını könüllü artırmaqla ödəməsini xahiş etməsinə baxmayaraq, cavabdeh bunu öz istəyi ilə etmək fikrində deyildir. O, əvvəllər işlədiyindən alimentin miqdarının az olmasına fikir verməmiş, indi isə işləmədiyindən uşağın saxlanmasında çox çətinlik çəkir. Ona görə də qanunvericiliyin tələblərini nəzərə alaraq alimentin miqdarının artırılması barədə Məhkəməyə müraciət etməyi qərara almışdır.Hal-hazırda cavabdeh Bakı şəhərində restoranda işləyir, aylıq gəliri 900 (doqquz yüz) manat civarındadır və onun iki azyaşlı uşaqlarına baxmaq üçün yetərincə imkanı vardır.Cavabdehin imkanı ola-ola çətinliklə verdiyi məbləğlə uşaqlarının maddi təminatlarının qeydinə qalmaq heç cür mümkün deyildir. Uşaq böyüdükcə tələbatları artır. Lakin buna baxmayaraq cavabdeh uşağın saxlanılması üçün az miqdarda aliment ödəyir. Alimentin miqdarının artırılması üçün cavabdehin xx.xx.2023-cü il tarixində Mediasiya Şurasında iştirak etməsi barədə Təklif göndərilmiş, lakin cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixində cavabdehin X2 iştirak edilməməsi barədə arayış tərtib edilmişdir və o, Mediasiyaya 60 (altmış) manat rüsum ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından olan iki uşağın iddiaçının yanında saxlanılmaları və cavabdehdən hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh uşaqların saxlanması üçün hər ay cəmi 200 manat ödəmişdir.Bundan sonra iddiaçı alimentin miqdarının artırılması məqsədi ilə yenidən məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qətnaməsi ilə həmin iddia qismən təmin olunmuş və hər uşağa görə 135 manat aliment ödəməyə başlamışdır. Cavabdeh bu günə qədər zorla həmin alimenti ödəyə bilir. İddiaçı təkrarən alimentn miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və hər uşağa görə 220 manat aliment tələb edir.Cavabdehin maddi vəziyyəti ağırdır.O,kafedə ofisiant işləyir, aylıq əmək haqqısı 345 manat təşkil edir. Bundan başqa cavabdeh xx.xx.2019-cu ildə təkrar ailə qurmuş,xx.xx.2019-cu il tarixdə həmin nikahından İlknur adında bir qızı doğulmuşdur. Cavabdeh iddiaçı ilə birgə nikahlarından olan iki uşağa aliment öədəməklə yanaşı, həmçinin ailəni və bu ailə münasibətindən doğulan digər uşağına da saxlamalıdır.Cavabdehin ümumilikdə 440 manat aliment ödəməyə imkanı yoxdur. Onun aylıq qazancı belə o məbləğdə deyildir. Buna baxmayaraq cavabdeh uşaqlarına olan sevgisinə görə və onları saxlamaq vəzifəsini dərk edərək hər ay hər uşaq üçün 150 manat aliment ödəməyə razıdır.Qeyd olunanları nəzərə alıb iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 dekabr 2017-ci il tarixli AZ-İ seriyalı 281892 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə X8 arasında olan nikah ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 362457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X8 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Hənifə kənd inzibati ərazi dairəsi tərəfindən 19 iyun 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 894907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X8 göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(019)-1624/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixdə Balakən rayon Hənifə kənd icra nümayəndəliyində 03 nömrə ilə qeydə alınmış nikah pozulmuş,onların birgə nikahdan olan uşaqları-X11 və X5 anası X3 yanında saxlanmaları, 11 sentyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(019)-595/2019 nömrəli qətnaməsindən görünür ki həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(019)-1624/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi,iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/1/2023-02604 nömrəli X2 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X2 iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 iyul 2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı 317533 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 iyun 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 335695 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2019-cu il tarixdə nikah bağlnamış, nikah bağlanandan sonra arvada Davudova soyadı verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikah bağlamaqla evlənmişlər.Birgə nikahlarından xx.xx.2009-cu ildə X11 və xx.xx.2012-ci ildə X12 adında iki uşaqları olmuşdur.Aralarında olan narazılıqla bağlı ayrılmışlar.Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(019)-1624/2017 nömrəli qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixdə Balakən rayon Hənifə kənd icra nümayəndəliyində 03 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları- X11 və X5 anası X3 yanında saxlanmaları,11 sentyabr 2017-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Bundan sonra iddiaçı X8 alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir.Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(019)-595/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi,Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(019)-1624/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Uşaqlar hazırda da İddiaçı himayəsində yaşayırlar. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki,məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(019)-595/2019 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Balakən Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli 2(019)-1624/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər bir uşaq üçün 135 (bir yüz otuz beş) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyətində dəyişiklik olması barədə heç bir sübut məhkəməyə təqdim olunmamış (o,əvvəllər işlədiyini hazırda işləmədiyini göstərsə də bu barədə heç bir sübut təqdim edilməmişdir),həmçinin ailə vəziyyətində dəyişiklik olmamışdır. İddiaçı hazırkı ərizəyə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməmişdir.İddiaçı Cavabdeh 900 manat əmək haqqı almasını desə də bu barədə sübut təqdim etməmiş, cavabdeh qazancının 345 manat olduğunu göstərmişdir. Cavabdehin ailə vəziyyətində də dəyişiklik olmuş, o, X9 ilə evlənmiş, onun xx.xx.2019-cu il tarixdə X7 adında uşağı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam,hərtərəfli,obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki,iddia qismən təmin edilməli,Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(019)-595/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat, cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 50 manat mediasiya xərci alınıb İddiaçı verilməlidir. Cavabdeh həmçinin 58,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli 2(019)-595/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün160 (bir yüz altmış ) manat, cəmi 320 (üç yüz iyirmi ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat mediasiya xərci alınıb İddiaçı verilsin. Cavabdeh 58,40 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-162/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-162/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver