Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-163/2025 28.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X4 vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd krediti üzrə 956.56 manat əsas borc və 141.61 manat faiz borcu olmaqla, cəmi 1098.17 manat borcunun və ödənilmiş 30.99 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia həcminin dəyişdirilməsinə dair ərizə göndərmiş və cavabdehlər Aşnayi Mikayıl İsrəfil oğlunun vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əsas borc üzrə 956.56 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 17.1 manat və cərimə üzrə 0.01 manat olmaqla, cəmi 973.67 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30.99 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə X6 arasında bağlanmış BPM**********63 nömrəli xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən X5 illik 19 faizlə 14 ay müddətinə 2500 AZN məbləğində nağd krediti verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Elektron informasiya sistemindən əldə edilmiş çıxarışa əsasən X6 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. X11 Xidmət mərkəzində notariat ofisi tərəfindən təqdim edilmiş 179 saylı, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 X4 vərəsələri kimi tanınmışdır. Bankın Sabunçu filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 956.56 manat əsas borc və 141.61 manat faiz borcu olmaqla, cəmi 1098.17 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30.99 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-38747/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdeh4 məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsini və iddia həcminin dəyişdirilməsinə dair ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli Kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Aşnayi Mikayıl İsrəfil oğluna 14 ay müddətinə illik 19 faiz olmaqla 2500 manat məbləğində nağd kredit verilmişdir. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən, borc alan tərəfindən kredit üzrə əsas borcun tam məbləğinin və ya onun bir hissəsinin qaytarılması müddətləri pozulduqda, həmin öhdəliyin bu müqavilə ilə müəyyənləşdirilmiş icra müddətindən sonrakı otuzuncu təqvim günündən başlayaraq ABB tərəfindən Borc alana gecikdirmənin hər günü üçün (maksimum 120 gün müddətində) gecikdirilmiş əsas borc məbləğinin 1 (bir) faizi həcmində cərimə hesablana bilər. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə Aşnayi Mikayıl İsrəfil oğlunun xx.xx.2025-ci il tarixədək 956.56 manat əsas, 17.1 manat faiz və 0.01 cərimə borcu olmaqla, cəmi 973.67 manat borcu var. AZ-İİ 341114 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Aşnayi Mikayıl İsrəfil oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X11 xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli 179 nömrəli məktubdan görünür ki, Aşnayi Mikayıl İsrəfil oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş, vərəsələri Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2. 05 mart 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Aşnayi Mikayıl İsrəfil oğlunun vərəsələri: arvadı Cavabdeh5, oğlu Cavabdeh4, oğlu Cavabdeh1, qızı Cavabdeh3, qızı Cavabdeh2dır və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi Tərəfindən xx.xx.2024-cü il tarixdə X5 verilmiş **********11 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0.7190 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsindən ibarətdir. 22 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Aşnayi Mikayıl İsrəfil oğlunun vərəsələri: arvadı Cavabdeh5, oğlu Cavabdeh4, oğlu Cavabdeh1, qızı Cavabdeh3, qızı Cavabdeh2dır və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi Tərəfindən xx.xx.2024-cü il tarixdə X5 verilmiş **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0.0938 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcılar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Aşnayi X9 rayon Mahamalar kəndi ünvanında yerləşən ümumi sahəsi 0.0938 ha olan torpaq sahəsini 1000 manata alıcı X1. 22 aprel 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Aşnayi Mikayıl İsrəfil oğlunun vərəsələri: arvadı Cavabdeh5, oğlu Cavabdeh4, oğlu Cavabdeh1, qızı Cavabdeh3, qızı Cavabdeh2dır və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi Tərəfindən xx.xx.2024-cü il tarixdə X5 verilmiş **********33 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2ində yerləşən ümumi sahəsi 0.1258 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. xx.xx.2023-cü il tarixli, AR-İİİ 155032 nömrəli etibarnamədən və xx.xx.2023-cü il tarixli, AR-İİİ 155031 nömrəli etibarnamədən görünür ki, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 vərəsəlik işləri ilə bağlı onları təmsil etməyi, mirası qəbul etməyi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə yazmağı və şəhadətnaməni almağı, həmçinin DTXK Balakən rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş JN-1032A, KOD 40108018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsindən onlara məxsus hissəyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Müvafiq Ərazi İdarəsində, notariat ofislərində, banklarda, İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə, Milli Arxiv İdarəsində, filiallarında və ya şöbələrində, Asan Xidmət mərkəzlərində, bələdiyyələrdə, o cümlədən digər idarə və ya təşkilatlarda nümayəndə olmalarını, torpaq sahəsinin sərhədlərinin müəyyənləşdirilməsinə, dəyişdirilməsinə və ya azaldılmasına dair ərizə verməyi, onlara çatası sənədləri, arayışları, çıxarışı, torpaq sahəsinin planı və ölçüsünü, texniki pasportu almağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətləri etməyi X2 etibar etmişlər. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Aşnayi Mikayıl İsrəfil oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən ona 14 ay müddətinə illik 19 faiz olmaqla 2500 manat məbləğində nağd kredit verilmişdir. Borc alan Aşnayi Mikayıl İsrəfil oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. Onun vərəsələri olan cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, lakin onlar, miras qoyan Aşnayi Mikayıl İsrəfil oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Bununla da iddiaçı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunu vərəsə olan cavabdehlərdən tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən ödənilmiş 30.99 manat dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli Kredit müqaviləsi üzrə 956.56 manat əsas borc, 17.10 manat faiz borcu, 0.01 cərimə borcu, cəmi 973.67 manat borcu pul, 30.00 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı alınıb iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli, ödənilmiş 0.99 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2022-ci il tarixli, BPM**********63 nömrəli Kredit müqaviləsi üzrə 956.56 manat əsas borc, 17.10 manat faiz borcu, 0.01 cərimə borcu, cəmi 973.67 manat pul, 30.00 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş 0.99 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-163/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-163/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver