Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-166/2024 15.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin miqdarı artırılaraq xx.xx.2007-ci ildə doğulmuş X10 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 210 (iki yüz on) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində alimentin, 100 (bir yüz) manat mediasiya xərcinin alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(019)-381/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş (artırılmış); xx.xx.2005-ci ildə doğulmuş X9, xx.xx.2007-ci ildə doğulmuş X10 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığı tarixdən cavabdeh hər ay mütamadi olaraq 420 manat aliment məbləğini işlədiyi Rusiya Federasiyasından iddiaçının kart hesabına ödəmişdir. xx.xx.2005-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatdığı xx.xx.2023-cü il tarixdən sonra cavabdeh 140 manat aliment öhdəliyindən azad olunmuşdur. Yetkinlik yaşına çatmayan digər 2 uşağın təminat səviyyəsinin miqdarının həmin hissədə, yəni hər uşağın saxlanmasına 70 manat həcmində artırılması uşaqların üstün mənafeyinə yönəlmiş olar. Belə ki, hazırda uşaqların 14 yaşı olduğundan və onların saxlanması üçün xərcləri artdığından cavabdeh tərəfindən hər ay ödənilən aliment miqdarı uşağın maddi vəziyyətinin təmin edilməsinə kifayət etmir. Bu isə uşaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan məhrum edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyindən hazırda alimentin miqdarının artırılaraq hər uşaq üçün 210 manata çatdırılması zərurət yaranmışdır. Bu səbəbli, alimentin miqdarının artırılması ilə bağlı tərəflər arasında mübahisə yaranmış, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçı mediatora müraciət etmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamış, tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmiş, cavabdeh 160 manat aliment ödəyə biləcəyini göstərməklə mübahisənin məhkəmədən kənar həlli olmamışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-381/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin olunması, Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 saylı qətnaməsini dəyişdirərək hər ay uşaq üçün 140 manat, cəmi 420 manat məbləğində müəyyən etmişdir. Cavabdeh Rusiya Federasiyasında tikinti işləri ilə məşğul olur. O, suvaqçı işləməklə 30000-35000 rus rublu alır. Cavabdehin hazırda başqa ailəsi də vardır. Cavabdeh iddiaçının tələb etdiyi miqdarda aliment ödəmək iqtidarında deyildir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 687581 nömrəli, xx.xx.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 941203 nömrəli və xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 329432 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgənikahından X9 29 sentyabr 2005ci il tarixdə, X10 01 may 2007-ci il tarixdə, X11 isə xx.xx.2014-cü il tarixdə anadan olmuşlar, X9 hazırda yetkinlik yaşına çatmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsininin 26 iyul 2019-cu il tarixli 2(019)- 517/2019 nömrəli qətnaməsindən görünür ki, hən qətnamə ilə iddianın təmin edilməsi;iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixdə Balakən rayon ititala kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeydə alınmış nikahın pozulması,onların birgə nikahdan olan uşaqları-xx.xx.2005-ci ildə doğulmuş X9, xx.xx.2007-ci ildə doğulmuş X12 və xx.xx.2014-cü ildə doğudlmuş X5 anası X2 yananda saxlanması,xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2005-ci ildə doğulmuş X4, xx.xx.2007-ci ildə doğulmuş X7 və xx.xx.2014-cü ildə doğulmuş X5 yektinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (öbir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 avqustt 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 325926 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında nikah ləğv edilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 87 № ilə qeyd edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)- 386/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh X3 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)- 1495/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Balakən Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli 2(019)- 386/2020 saylı qətnaməsinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2005-ci ildə doğulmuş X9, xx.xx.2007-ci ildə doğulmuş X10 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 360 manat pulun alınaraq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-381/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia qismən təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(107)-1495/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilmiş (artırılmış), xx.xx.2005-ci ildə doğulmuş X9, xx.xx.2007-ci ildə doğulmuş X10 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla ümumilikdə 420 manat sabit pul məbləğində aliment alınaraq, iddiaçı Nurmamedova (Muradova) Rihlət Rəcəb qızına ödənilməsi qət edilmiş, iddianın qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə alimentin artırılması tələbi mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş və mediasiya prosesinə xitam verilmişdir. İddiaçı 100 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə iki uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), hər ay hər bir uşaq üçün 210 manat, iki uşaq üçün hər ay 420 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 2021-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 175 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun 235 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, həmin qətnamə ilə saxlanması üçün aliment təyin edilən 29 sentyabr 2005-ci il tarixdə doğulmuş X9 artıq yetkinlik yaşına çatmış və cavabdehin həmin uşağa görə aliment öhdəliyinə xitam verilmişdir. xx.xx.2007-ci ildə anadan olmuş X8 və xx.xx.2014-cü ildə anadan olmuş X1 üçün Balakən Rayon Məhkəməsinin 2(019)-381/2021 nömrəli 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş ayda hər bir uşaq üçün 140 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi yeni ailə qurması qeyd edilən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının nümayəndəsinin izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqların tələbatının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, ümumməlum faktdır ki, Balakən Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən ilbəil yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Lakin cavabdeh, yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə həmçinin nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. Bu xüsusda aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 210 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsaslı və ədalətli olduğundan təmin olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Balakən Rayon Məhkəməsinin 2(019)-381/2021 nömrəli 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı); xx.xx.2007-ci ildə doğulmuş X8 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 210 (iki yüz on) manat, iki uşaq üçün hər ay cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh ödənilmiş 100 manat mediasiya xərci alınaraq İddiaçı Oruc qızına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Balakən Rayon Məhkəməsinin 2(019)-381/2021 nömrəli 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); xx.xx.2007-ci ildə doğulmuş X8 və xx.xx.2014-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 210 (iki yüz on) manat, iki uşaq üçün hər ay cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilsin; Cavabdeh ödənilmiş 100 manat mediasiya xərci alınaraq İddiaçı Oruc qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-166/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-166/2024
15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver