Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-170/2023 16.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı Cavabdeh ona vurulmuş 933.91 manat maddi ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ona verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş 933.91 manat maddi ziyanın və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Müəllimə işləyir. 2014-cü ildə yaxın qohumunun yas mərasimində, qohumu olan Cavabdeh və onun arvadı ona yaxınlaşaraq hal-xəbər almışlar. Söhbət əsnasında kredit götürmək istədiklərini, zamin tapa bilmədiklərini bildirmişlər. Cavabdeh vəziyyətlərinin pis olmasını, lakin krediti vaxtı-vaxtı ödəyəcəyini bildirmişdir. Çoxsaylı təkidlər edərək, onun ona zamin durmasını xahiş etmişdir. 2014-cü ilin fevral ayının 14-ündə Cavabdeh "xxxx" ASC-nin Zaqatala Filialından 4000 manat məbləğində kredit götürmüş, o və digər şəxslər ona zamin durmuşlar. Cavabdeh sözügedən krediti vaxtı-vaxtında ödəməmiş,2015-ci ildə bank məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli, 2(019)-1019/2015 nömrəli əmrinə əsasən Cavabdeh, İddiaçı, X4 və X1 3692.55 manat borc və 20 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Daha sonra əmr icra edilməsi üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin təklifləri əsasında 2016-cı il tarixdə onun əmək haqqından 619.19 manat "xxxx" ASC-nin xeyrinə, 46.60 manat 7 faiz icra xərci olaraq tutulmuş, daha sonra təklif dayandırılmışdır. 2020-2021-ci il tarixlərdə ondan 814.72 manat "xxxx" ASCnin xeyrinə, 61.28 manat 7 faiz icra xərci olaraq-cəmi 1433,91 manat tutulmuşdur. Cavabdeh ondan tutulan pulu dəfələrlə tələb etmişdir. Cavabdeh həmin puldan 500 manatı ona geri qaytarmış, geridə qalan 933.91 manat pulu ona geri qaytarmamışdır. Hal-hazırda bankın borcu tamamilə ödənilərək bağlanmışdır. Cavabdeh 933.91 manat pulu tələb etsə də o, həmin pulu ona qaytarmaqdan imtina etmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək iddiaçı X5 Cavabdeh qarşı mülki işə baxılması üçün hazırlıq iclası xx.xx.2023-ci ıl tarixə saat 15:10-a təyin edilmiş məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində üzürlü səbəbdən iştirak etmələrinin qeyri-mümkün olduğunu bildirərək, iddiaçı X3 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azhərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli məhkəmə əmrindən görünür ki, Cavabdeh, İddiaçı, X2 və X9ndan 2774.45 (iki min yeddi yüz yetmiş dörd manat 45 qəpik) manat əsas. 918.10 (doqquz yüz on səkkiz manat 10 qəpik) manat faiz olmaqla, cəmi borcu 3692.55 (üç min altı yüz doxsan ıkı manat 55 qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin birgə qaydada alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi əmr edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 63326/16-46-2 saylı təklifindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019) -1019/2015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclular Cavabdeh, İddiaçı, X2 və X6 birgə qaydada 3692,55 manat məbləğində borc və 20 manat dövlət rüsumu alınıb kredeitor "xxxx" ASC-nin xeyrinə ödənilməlidir Aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, borclu İddiaçı şöbədən əmək haqqı alır, rəsmi gəliri var və icra sənədində göstərilən borcu həmin gəlirinə yönəldilə bilər. Borclu İddiaçı əmək haqqından 1708.9 manat məbləğində borc ödənilənədək hər ay 50 % tutularaq tələbkarı bank hesabına və məbləğin 7 %-i tutularaq Balakən rayon İcra və Probasiya Şöbəsinin xüsusi fondun bank hesabına ödənilməsini təmin etməklə nəticəsi barədə Balakən rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 63326/16-46-2 saylı təklifindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019) -1019/2015 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclular Cavabdeh, İddiaçı, X2 və X6 birgə qaydada 3692,55 manat məbləğində borc və 20 manat dövlət rüsumu alınıb kredeitor "xxxx" ASC-nin xeyrinə ödənilməlidir Aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, borclu İddiaçı şöbədən əmək haqqı alır, rəsmi gəliri var və icra sənədində göstərilən borcu həmin gəlirinə yönəldilə bilər. Borclu İddiaçı əmək haqqından 800 manat məbləğində borc ödənilənədək hər ay 50 % tutularaq tələbkarı bank hesabına və məbləğin 7 %-i tutularaq Balakən rayon İcra və Probasiya Şöbəsinin xüsusi fondun bank hesabına ödənilməsini təmin etməklə nəticəsi barədə Balakən rayon İcra və Probasiya şöbəsinə məlumat verilməsi xahiş edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki-Zaqatala Regional Təhsil İdarəsinin arayışından görünür ki, İddiaçı həqiqətən də 2012-ci il tarixdən Balakən rayon Roçəhməd kənd ümumi orta məktəbində müəllim işləyir və onun 2020- 2021-ci il aylar üzrə Turan bank hesabına tutulmuş əmək haqqısı aşağıdakı kimidir: sentyabr 2020-53.77 manat, oktyabr 2020-104.92 manat, noyabr 2020-122.45 manat, dekabr 2020-122.45 manat, yanvar 2021-122.45 manat, fevral 2021 -122.45 manat, mart 2021- 122.45 manat, aprel 2021- 43.78 manat, cəmi: 814.72 manat İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki-Zaqatala Regional Təhsil İdarəsinin arayışından görünür ki, İddiaçı həqiqətən də 2012-ci il tarixdən Balakən rayon Roçəhməd kənd ümumi orta məktəbində müəllim işləyir və onun 2016-ci il aylar üzrə Turan bank hesabına tutulmuş əmək haqqısı aşağıdakı kimidir: fevral 2016-57.66 manat, mart 2016- 57.66 manat, aprel 2016- 78.12 manat, may 2016- 65.38 manat, iyun 2016- 65.38 manat, iyul 2016- 71.23 manat, oktyabr 2016-80.54 manat, noyabr 2016-71.61 manat, dekabr 2016-71.61 manat, cəmi: 619.19 manat. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Hikmət Darçınova ünvanladığı 17 avqust 2022-ci il tarixli 3169 nömrəli məktubunda göstərilir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(019)-1019/2015 saylı icra sənədi üzrə borclular Cavabdeh, İddiaçı, X7 və X9 tərəfindən ödənilməli olan borc bağlanmışdır.Göstərilənlərə əsasən, Balakən Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(019)-1019/2015 saylı sənədi üzrə başlanmış icra işinə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 140 nömrəli məktubdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1019/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbin 1577.3 manat hissəsi İddiaçı vəsaiti hesabına təmin edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının izahatı, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh, İddiaçı, X2 və X9ndan 2774.45 (iki min yeddi yüz yetmiş dörd manat 45 qəpik) manat əsas. 918.10 (doqquz yüz on səkkiz manat 10 qəpik) manat faiz olmaqla, cəmi borcu 3692.55 (üç min altı yüz doxsan ıkı manat 55 qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsait birgə qaydada alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti rəsmi qaydada məhkəməyə müraiət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-1019/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə tələbin 1577.3 manat hissəsinin zamin kimi İddiaçı vəsaiti hesabına təmin edilməsi göstərilmiş və bununla da həmin məbləğdə pula dair tələb hüququ iddiaçıya keçmişdir. Cavabdeh ödənilən puldan 500 manatı iddiaçıya geri qaytarmışdır. İddiaçı Cavabdeh 933.91 manat pul tələb edir. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə həmçinin hesab edir ki, qanuna əsasən məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün iddiaçının tələb etdiyi 933.91 manat pul tələbi hissəsində işə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X8 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, işgörməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmışşəxs) sayılırki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdehə qarşı zamin kimi əsas borcun ödənilməsinə yönəldilmiş pul məbləğinə tələb hüququ əldə etdiyindən, Cavabdeh İddiaçı 933.91 manat pulu ödəməməklə və ödəməkdən boyun qaçırmaqla, İddiaçı həmin məbləğdə maddi ziyan vurmuşdur. Ona görə də həmin 933.91 manat pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Məhkəmə, iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı vurulmuş 933.91 (doqquz yüz otuz üç manat doxsan bir qəpik) manat maddi ziyan və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin; Cavabdeh İddiaçı vurulmuş 933.91 (doqquz yüz otuz üç manat doxsan bir qəpik) manat maddi ziyan və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-170/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-170/2023
16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver