Məhkəmə qərarları › İş №e-2(019)-176/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-176/2023

20.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-176/2023 20.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus damazlıq cins çapar atın dəyəri olan 12.000 (on iki min) manat, Cavabdeh təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 9 (doqquz) ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün itirilmiş gəlirinin əvəzi olan 3500 (üç min beş yüz) manat pulun, ona dəymiş mənəvi ziyanın əvəzi olan 1000 (bir min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 140 (bir yüz qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 26 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iş üzrə Cavabdeh təqsiri üzündən o, xəsarət almış, ona məxsus mələz cinsi yarış atı isə ölmüşdür. Həmin hadisədən sonra 9 (doqquz) ay yataq şəraitində müalicə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısının 01 oktyabr 2022-ci il tarixli qərarına əsasən “Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərardan da göründüyü kimi, iş üzrə Cavabdeh Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və 8 noyabr Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 8-ci bəninə əsasən iş üzrə icraata xitam verilmişdir. İş üzrə Cavabdeh ona ümimilikdə vurduğu ziyanın həcmi 16500 (on altı min beş yüz) manat təşkil edir. Belə ki, Cavabdeh təqsiri ucabatında dəyəri 12.000 (on iki min) manat təşkil edən damazlıq cins çapar at ölmüş; 9 (doqquz) ay ərzində əmək fəaliyyətindən məhrum olunduğu üçün aylıq minimum 400 (dörd yüz) manat, ümumilikdə ortalama 3500 (üç min beş yüz) manat gəlirdən məhrum olmuş; həmçinin keçirdiyi həyəcan və stresə görə, o cümlədən, fiziki iztirablara görə ona 2000 (iki min) manat da mənəvi ziyan dəymişdir. İş üzrə Cavabdeh ona vurduğu ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu tələb etməyinə baxmayaraq, sonuncu bundan qanunsuz və əsassız olaraq imtina etmiş və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 da iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək rədd olunmasını xahiş etmişdir. Həmçinin Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 məhkəməyə yazılı etiraz təqdim edərək etirazında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona vurduğu ziyanın həcmi 16500 (on altı min beş yüz) manat təşkil edir.Belə ki, Cavabdeh təqsiri ucbatından 12000 (on iki min) manat təşkil edən damazlıq cins çapar at ölmüş, 9 (doqquz) ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün aylıq minimum 400 (dörd yüz) manat, ümumilikdə ortalama 3500 (üç min beş yüz) manat gəlirdən məhrum olmuş, həmçinin keçirdiyi həyəcan və stresə görə, o cümlədən, fiziki iztirablara görə 2000 (iki min) manat da mənəvi ziyan dəymişdir. İş üzrə Cavabdeh ona vurduğu ümumilikdə 16500 (on altı min beş yüz) manat pulu tələb etməyinə baxmayaraq, sonuncu bundan qanunsuz və əsassız olaraq imtina etmiş və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz. 1. Qeyd etmək istəyir ki, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X12 icraatında olan Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair HK-1-856 saylı məlumat üzrə açılmış böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə tam, hərtərəfli və obyektiv araşdırmalar aparmış və Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən işə xitam verilməsi barədə qərar qəbul etmişdir. 2. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərarın 3- cü vərəqəsinin birinci abzasında göstərilmişdir: “ 11.11.202l-ci il tarixdə Behalov X4 RPŞ-nə təkrar ərizə müraciət edərək, Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, həmçinin sonuncu barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmiş, Cavabdeh barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir ”. 3. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Şifahi Ərizə-Protokolunda Azərbaycan Respublikası CPM-nin 296-cı maddəsi ilə bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət barədə xəbərdar edilmiş vətəndaş İddiaçı bildirmişdir ki, “xx.xx.2021-ci il tarixdə Balakən rayonu Hənifə kəndindən Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqamətində at belində gedirdi. Talalar kəndində “Pərşanın döngəsi" adlanan yerə çatdıqda arxadan gələn avtomaşın onu vuraraq yolun kənarına yıxmışdı. Baş vermiş hadisə zamanı xəsarət alsa da, həmin onu avtomaşınla vuran adını sonradan bildiyi Cavabdeh heç bir şikayəti və tələbi yoxdur, ona vurulmuş maddi, mənəvi ziyan tam ödənilmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etdi və Cavabdeh barəsində açılmış məhkəməyədək icraat materialına bəraət verməyən əsaslarla xitam verilməsini xahiş etdi". Qeyd etmək istəyir ki, İddiaçı xx.xx.2021-ci il tarixli Protokolu şəxsən imza etmiş və bununla da öz iradə ifadəsini imzası ilə təsdiq etmişdir. 4. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş «X1 Soyuza SSR Plemennoe Svidetelstvo» sözləri yazılmış blankın nə vaxt tərtib olunması böyük şübhə doğurduğundan, tərtib olunma tarixini müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin olunmalıdır və işin obyektiv araşdırılması məqsədi ilə Məhkəmədən həmin sənədin ekspertizaya göndərilməsini xahiş edir. Belə ki, «X1 Soyuza SSR Plemennoe Svidetelstvo» sözləri yazılmış sənədin qeydiyyatdan keçməsi və atın sahibi barədə məlumatlar həmin sənəddə öz əksini tapmamışdır. Qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi 9 (doqquz) ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün aylıq minimum 400 (dörd yüz) manat, ümumilikdə ortalama 3500 (üç min beş yüz) manat gəlirdən məhrum olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, ona məxsus olmuş at damazlıq cins çapar at olmuşdur. Lakin bununla bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı halların möcudluğunu sübuta yetirməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğunu nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Püştətala kəndində yaşayir. Atları yaxşı tanıyır. At həvəskarıdır. Ramazana məxsus at nəsli Arandan gəlmişdir. Bir dəfə ona zəng vuraraq həmin atı 8000 manata almaq istəmişlər. Həmin atın maşın vurması nəticəsində ölməsini eşitmişdir. Lakin ölməsinin şahidi olmamışdır. Həmin atın hər hansı sənədini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Həmin at Ramazanın idi. Balakəndə Patrik adı ilə tanınırdı. Bu adı ata Ramazandan əvvəlki sahibi qoymuşdur. Ramazanın həmin atı neçə manata aldığını bilmir. Həmin at üçün 5-6 nəfər 10-12 min manat təklif etmişdi, lakin Ramazan satmırdı. Həmin atı türklər də almaq istəmişdir. Atı qəzadan 3 il əvvəl görmüşdür. Atın sənədlərindən heç bir xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Patrik ləqəbli atı Ramazan Əfqandan almışdır. Həmin at dəyərli at idi. Türklər 7000 manat, gəncəlilər isə 13000 manata atı almaq istəyirdilər. Lakin Ramazan atı satmamışdır. Hadisə baş verən gün o, dayısıgildə olmuşdur. Ramazan ona zəng vuraraq atı ilə gələcəyini bildirmişdir. Bir azdan Ramazana zəng çatmamışdır. Sonra qəza baş verdiyini, atın həmin qəza nəticəsində öldüyünü eşitmişdir. Ramazan ona atın heç bir sənədini göstərməmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi-vəkilinin, cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən rayonu Meşəşambul kənd sakini İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli ***-*******22 nömrəli məktubda göstərilir ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə sadələşdirilmiş icraat materialına 8 noyabr Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021 -ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsi əsasında bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qəbul edilmiş, qərarın surəti İddiaçı göndərilmiş, qərardan narazı olduğu halda müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnun olması qeyd edilmişdir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X7 böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsi barədə 01 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 263.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Cavabdeh barəsində açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialına Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Balakən rayon prokuroruna, İddiaçı və Cavabdeh göndərilməsi, qərarın surətinin Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsi əsasında inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin DYPB-nə göndərilməsinin nəzərə alınması qərara alınmışdır. İşdə olan SSR X8 Nazirliyi Damazlıq Şəhadətnaməsində (Plemennoe Svidetelhstvo) İddiaçı məxsus 26 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş Patrik ləqəbli Zubr cinsli rəngi Klopatra və qenofondu Mələz olan cins atın xx.xx.2016-cı il tarixdə doğulması göstərilmişdir. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 964 nömrəli arayışında göstərilir ki, 2022-ci ilin sentyabr - oktyabr aylarında Balakən rayon mal bazarında damazlıq cins çapar atın qiyməti təxminən 110xx.xx-12000.00 ( on bir min-on iki min) manat civarında olmuşdur. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 373 nömrəli arayışında göstərilir ki, Balakən rayon mal bazarında damazlıq cins çapar atın qiyməti təxminən 3000-3500 manatdır. İddiaçı məxsus at ingilis mərəzi olduğuna görə onun qiyməti təxminən 10000-12000 manat ola bilər. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Məhkəməsinə ünvanlanmış 18 oktyabr 2023-cü il tarixli 3-22/2-2970/2023 nömrəli məktubunda göstərilir ki, Partik Zubr cinsli, Kleopatra rəngli, Mələz genefonduna mənsub olan 2016-cı il 3 aprel tarixində doğulmuş cins atın X2 adına qeydiyyata alınıb-alınmaması haqqında məlumatın və bununla bağlı müvafiq sənədlərin təqdim edilməsi barədə müraciətə Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən, eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən cins atlar dövlət qeydiyyatına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş “Cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması” Qaydalarına əsasən alınır və həmin Qaydalara edilmiş 1 nömrəli əlavəyə əsasən cins ata pasport (şəhadətnamə) verilir. Nəzərə çatdırılır ki, sorğuda qeyd edilən atın Naziriik tərəfindən dövlət qeydiyyatı aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Atçılıq Federasiyasının xx.xx.2023-cü il tarixli 101 nömrəli məktubunda göstərilir ki, anası Klopatra atası Zubr olan Patrik adlı xx.xx.2016 doğum tarixli erkək at həqiqətən Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan Respublika Atçılıq Turizm mərkəzində qeydiyyatda olub. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 20 noyabr 2023-cü il tarixli 3-38-9/2-2794/23 nömrəli məktubunda göstərilir ki, Balakən Rayon Məhkəməsindən daxil olan “Patrik” ləqəbli atın vətəndaş İddiaçı məxsusluğu ilə bağlı məktuba Dövlət Sərhəd Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Patrik” ləqəbli, cinsiyyəti erkək, cinsi mələz, xx.xx.2016-cı ildə doğulmuş at Dövlət Sərhəd Xidmətinin balansında mövcud olmamışdır. Məktubda göstərilən atın damazlıq şəhadətnaməsi keçmiş SSRİ dövrünə məxsusdur və Dövlət Sərhəd Xidmətinin mövcud sənədləşməsində qeydiyyata alınmamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2023cü il tarixli 9/295 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd Patrik ləqəbli Zubr cinsli rəngi Kleopatra və qenofondu Mələz olan xx.xx.2016-cı ildə doğulmuş cins atın 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 11000,00 manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının ekspertiza xərclərinə dair 16 mart 2023-cü il tarixli 9/295 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 140 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındlan ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X3 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 81.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.2-ci maddəsinə əsasən əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borcu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. «Atçılıq haqqında» Azərbaycan Respublikası Qanununun 8.1, 8.2, 8.3, 8.4, 8.5 və 8.6-cı maddələrinə əsasən cins atların uçotunun aparılması və mənşəyinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən bütün cins atlar dövlət qeydiyyatına alınır; cins atların dövlət qeydiyyatı X9 aparılır. Bu məqsədlə hər bir at cinsi üzrə aynlıqda X13 tərtib edilir; cins atların dövlət qeydiyyatı əsasında hər bir cins ata pasport (şəhadətnamə) tərtib edilir və verilir. Cins atlara verilən pasportlar (şəhadətnamələr) Azərbaycan və ingilis dillərində tərtib olunur; pasport (şəhadətnamə) cins atın mənşəyini təsdiq edən və identikləşdirilməsi zamanı istifadə olunan əsas sənəddir; cins atların dövlət qeydiyyatı atların qan dərəcəsinin, idman, qaçış və güc qabiliyyətinin, digər məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi (bonitirəsi) əsasında həyata keçirilir; cins atların genetik mənşəyini təsdiq etmək məqsədilə atlardan götürülən qan, tük və digər orqan nümunələrinin beynəlxalq standartların tələblərinə uyğun təhlilini həyata keçirmək üçün ixtisaslaşmış, xüsusi avadanlıqlarla təchiz olunmuş laboratoriyalarda onların immunogenetik ekspertizası aparılır. Həmin Qanunun 8.8-ci maddəsinə əsasən cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yenə də həmin Qanunun 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yetişdirilən və saxlanılan dövlət qeydiyyatına alınmış və pasport (şəhadətnamə) verilmiş damazlıq atların Dövlət Reyestri aparılır. Həmin Qanunun 26.2-ci maddəsinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bu və ya digər at cinsinin damazlıq özəyinə sahib olan şəxslər cinsin inkişaf istiqamətinin saxlanmasına, təkmilləşdirilməsinə, elmi prinsiplərə əsaslanan damazlıq, zootexniki və digər texnoloji tələblərə əməl edilməsinə cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması Qaydaları”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən, eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən cins atlar dövlət qeydiyyatına alınır. Cins atların dövlət qeydiyyatına alınmasında əsas məqsəd həmin atların uçotunun aparılması, mənşəyinin təsdiq edilməsi və cinsin inkişafında məqsədyönlü seleksiya işinin qurulmasıdır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən cins atların dövlət qeydiyyatına alınması üçün aşağıdakı sənədlər tələb olunur: at sahibinin yazılı müraciəti (ərizəsi); atın qeydiyyata təqdim olunan zaman mənsubiyyəti haqda təsərrüfatın yuxarı təşkilatı, yaxud at sahibinin daxil olduğu peşəkar ictimai birliklər tərəfindən verilən arayış; atın valideynlərinin pasportlarının (şəhadətnamələrinin) əsli, yaxud təsdiq edilmiş surəti; atın valideynlərinin cütləşməsini təsdiq edən akt. Bu Qaydaların 2.3, 2.4, 2.5, 2.6, 2.7 və 2.8-ci bəndlərinə əsasən müvafiq sənədlər tərtib edildikdən sonra cins atların dövlət qeydiyyatı əsasında hər bir cins ata pasport (şəhadətnamə) tərtib edilir və verilir; cins atların dövlət qeydiyyatı atların qan dərəcəsinin, idman, qaçış və güc qabiliyyətinin, digər məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi (bonitirəsi) əsasında həyata keçirilir; yeni doğulmuş təmizqanlı cinslərdən olan dayçanın valideynlərindən birinin pasportu (şəhadətnaməsi) olmadıqda, belə dayçaların qeydiyyata alınmasına yol verilmir və həmin dayça yaxşılaşmış cins qrupuna daxil edilir; Azərbaycan Respublikasının ərazisində yetişdirilən və saxlanılan dövlət qeydiyyatına alınmış və pasport (şəhadətnamə) verilmiş damazlıq atların Dövlət Reyestri aparılır; damazlıq atların Dövlət Reyestri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir; damazlıq atların Dövlət Reyestri hər bir at cinsi üzrə ayrılıqda aparılır. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, Azərbaycan Respublikasının bütün damazlıq subyektlərinə mənsub və dövlət qeydiyyatına götürülən cins atların X13 dövlət büdcəsi hesabına hazırlanır və nəşr etdirilir. Hər bir at cinsi üzrə ayrılıqda X13 tərtib edilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən Azərbaycanda yetişdirilən, habelə idxal edilən beynəlxalq cinslərə aid atlardan törəyən cins atlar dövlət qeydiyyatına götürüldükdən sonra həmin cinslərin müvafiq beynəlxalq təşkilatları və onların vəkil etdiyi qurumlarla birgə X10 hazırlayıb nəşr etdirirlər. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən cins atların pasportu (şəhadətnaməsi) atın mənşəyini təsdiq edən və identikləşdirməsi zamanı istifadə olunan əsas sənəddir (1 nömrəli əlavə). Cins atların identikləşdirilməsi – müxtəlif vasitələrlə (ləqəb qoyma, damğalama, dərialtı mikroçip yerləşdirilməsi və s.) atların fərqləndirici nişanlarla təmin edilməsi və kompleks əlamətləri üzrə uçot sistemidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən cins atların pasportları (şəhadətnamələri) Azərbaycan və İngilis dillərində tərtib olunmaqla, aşağıda qeyd olunan göstəriciləri özündə əks etdirməlidir: atın ləqəbi, rəngi, cinsi, cinsiyyəti, doğulduğu il və yer, əlamətləri, qrafik təsviri, şəcərə cədvəli, sınaq nəticələri, ənənəvi mükafatların oynanılmasında və sərgilərdə iştirakı, at sahibinin dəyişməsi barədə qeydlər, əsas ölçüləri, bonitirə göstəriciləri, X5 qeydiyyat nömrəsi, damazlıq üçün yararlılığı, aparılmış əsas peyvəndlər, baytarlıq, damazlıq və gömrük xidmətlərinin qeydləri və digər şəhadətnaməyə atın rəngli foto şəkli əlavə edilə bilər. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən Azərbaycanda yetişdirilən və istifadə edilən yerli genofonda aid edilən cins atların pasportu (şəhadətnaməsi) tərtib edilərkən aşağıdakılar nəzərə alınmalıdır: pasport (şəhadətnamə) yalnız mənşəyi bəlli olan, bu və ya digər cinsin tələblərinə cavab verən cins atlar üçün tərtib olunur; pasportun (şəhadətnamənin) tərtib olunmasında ilkin zootexniki uçot göstəricilərinə istinad olunmaqla ata vizual baxış keçirilir; pasportda (şəhadətnamədə) aparılan qeydlər səlahiyyətli şəxs tərəfindən imzalanmaqla təsdiq edilməli və möhür vurulmalıdır; atın pasportu (şəhadətnaməsi) onu bütün həyatı boyu müşayiət etməlidir; cıdır meydanlarında keçirilən sınaq yarışlarında pasportlar (şəhadətnamələr) cıdır meydanına təqdim olunur, yarışlarda, o cümlədən ənənəvi mükafatların oynanılmasında atın əldə etdiyi nəticələr barədə müvafiq qeydlər aparılır və cıdır meydanının rəhbərliyi tərəfindən təsdiq edilir; beynəlxalq yerdəyişmələrdə pasporta (şəhadətnaməyə) ingilis dilində tərtibə edilən ixrac sertifikatı əlavə edilir; xarici ölkələrdə keçirilən cıdır yarışlarında, sərgi və digər tədbirlərdə iştirak etmək üçün cins at müvəqqəti olaraq ölkədən çıxarılarkən (və geri qaytarılarkən) onun pasportunda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin (yaxud bu səlahiyyət verilən digər qurumun), baytarlıq və gömrük xidmətinin müvafiq qeydləri aparılır və səlahiyyətli şəxs tərəfindən təsdiq edilir; atın pasportunda (şəhadətnaməsində) onun bonitirəsi, əlamətlərinin qrafik təsviri, damazlığa yararlılığı barədə qeydlər qəbul edilmiş beynəlxalq terminlərdən və təlimatlardan istifadə edilməklə, atçılıq sahəsində xüsusi təhsili olan zootexniklər tərəfindən aparılır və imzaları ilə təsdiq edilir; hər bir cins at üçün yalnız bir dəfə pasport (şəhadətnamə) tərtib olunur. Pasport (şəhadətnamə) itirildiyi halda at sahibi dublikat sənədin tərtib edilməsi barədə səlahiyyətli quruma müraciət etməlidir. At öldüyü halda X9 və pasportda (şəhadətnamədə) müvafiq qeyd aparılır və pasport at sahibinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2008-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Cins atların dövlət qeydiyyatının aparılması, onlara pasportun (şəhadətnamənin) tərtib edilməsi və verilməsi, habelə cins atlara xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) tanınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən xarici ölkələrdə yetişdirilən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində və yaxud bu iş üzrə səlahiyyətli qurum tərəfindən qeydiyyata alınan Azərbaycan Respublikasının milli at cinslərinə, habelə beynəlxalq at cinslərinə aid Təmizqanlı İngilis, Ərəb, Axaltəkə və digər atların pasportları (şəhadətnamələri) aşağıdakı şərtlərə əməl edildiyi halda tanınır: təqdim edilən at Azərbaycan Respublikasının milli at cinslərinə aiddirsə, həmin atın valideynlərindən ən azı biri Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış olsun; beynəlxalq at cinslərinə aid olan atların pasportları (şəhadətnamələri) həmin cinslərin müvafiq beynəlxalq qurumları tərəfindən qəbul edilmiş vahid nümunəyə uyğun olsun. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) nümunələrinin Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir. Yenə də həmin Qaydaların 5.3-cü bəndinə əsasən bütün hallarda cins atlara xarici ölkələrdə verilmiş pasportlar (şəhadətnamələr) müvafiq ölkələrin dövlət damazlıq təşkilatları, peşəkar ictimai birliklər və digər səlahiyyətli qurumlar tərəfindən möhürlənməklə səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən, eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən cins atlar dövlət qeydiyyatına alınmalıdır. Müvafiq sənədlər tərtib edildikdən sonra cins atların dövlət qeydiyyatı əsasında hər bir cins ata pasport (şəhadətnamə) tərtib edilir və verilir; cins atların dövlət qeydiyyatı atların qan dərəcəsinin, idman, qaçış və güc qabiliyyətinin, digər məhsuldarlıq və damazlıq keyfiyyətlərinin kompleks əlamətlər üzrə qiymətləndirilməsi (bonitirəsi) əsasında həyata keçirilir. Eyni zamanda xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) nümunələri Azərbaycan Respublikasında tanınmalıdır. Azərbaycan Respublikasının ərazisində yetişdirilən və istifadə edilən, eyni mənşəyə malik, genetik əlamətlərini irsən nəslə keçirən və bu əlamətlərə görə digər atlardan fərqlənən cins atların dövlət qeydiyyatı və xarici dövlətlərdə verilmiş pasportların (şəhadətnamələrin) nümunələrinin Azərbaycan Respublikasında tanınması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir. İşdəki sübutlardan görünür ki, iddiaçının Patrik Zubr cinsli Klopatra rəngli Mələz genofonduna məxsus at olduğu göstərilən at damazlıq cins at kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirlyində qeydə alınmamış və bu barədə həmin nazirlik tərəfindən müvafiq sənəd verilməmiş, eyni zamanda həmin ata cins at olaraq verilmiş hər hansı şəhadətnamə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində tanınmamışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Balakən Rayon Məhkəməsinə ünvanlanmış 18 oktyabr 2023-cü il tarixli 3-22/2-2970/2023 nömrəli məktubundan da görünür ki, Partik Zubr cinsli, Kleopatra rəngli, Mələz genefonduna mənsub olan 2016-cı il 3 aprel tarixində doğulmuş cins at həmin nazirlikdə qeydiyyata alınmamışdır. Eyni zamnada Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 20 noyabr 2023-cü il tarixli 3-38-9/2-2794/23 nömrəli məktubunda da təsdiq olunur ki, sözügedən “Patrik” ləqəbli, cinsiyyəti erkək, cinsi mələz, xx.xx.2016-cı ildə doğulmuş at Dövlət Sərhəd Xidmətinin balansında mövcud olmamış, Dövlət Sərhəd Xidmətinin mövcud sənədləşməsində qeydiyyata alınmamışdır. İddiaçı tərəfindən sözügedən atın damazlıq cins yarış atı kimi qeydiyyata alnmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bu xüsusda məhkəmə tərəfindən iddiaçının təqqdim etdiyi SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 20 aprel 2017-ci il tarixdə verilməsi göstərilən «PLEMENNOE SVİDETELHSTVO» sənədi mötəbər sübut kimi qəbul olunmur. Belə ki, həmin sənədin verilməsi göstərilən 20 aprel 2017-ci il tarixdə SSRİ adlı dövlət mövcud olmamışdır və belə bir sənədin həmin vaxt mövcud olmayan SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilməsi və həmin sənədin həqiqi və mötəbər olması əsaslı şübhələr doğurur. Bu şübhələr onunla güclənir ki, həmin şəhadətnamədə SSRİ Kənd Təsərrüfatı Nazirliyinin möhürü deyil, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Respublika Atçılıq Mərkəzinin möhürü əks olunmuş, şəhadətnamənin harada və hansı nömrə ilə qeydiyyata alınması göstərilməmişdir. Həmçinin qeyd edildiyi kimi, həmin at damazlıq çapar cins at olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nəzirliyndə qeydiyyata alınmamış və ya onun başqa hər hansı dövlətdə cins at olaraq qeydiyyatı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində tanınmamışdır. Eyni zamanda həmin atın cins at olaraq İddiaçı adına qeydiyyata alınması həmin səndlə təsdiq olunmur. Məhkəmə həmçinin işdə olan anası Klopatra atası Zubr olan Patrik adlı xx.xx.2016 doğum tarixli erkək atın həqiqətən Mədəniyyət və Turizm Nazirliyi nəzdində olan Respublika Atçılıq Turizm Mərkəzində qeydiyyatda olması barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının xx.xx.2023-cü il tarixli 101 nömrəli məktubunu da sözügedən atın damazlıq cins at olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, qeyd edildiyi kimi, atın damazlıq cins at olaraq qeydiyyatı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilir ki, həmin nazirlikdə də belə bir qeydiyyat mövcud deyildir. Qanunvericiliyə əsasən da Respublika Atçılıq Turizm Mərkəzi damazlıq cins atın qeydiyyatını aparan və ya Azərbaycan Respublikasında tanıyan təşkilat deyildir və həmin mərkəzin belə bir səlahiyyəti yoxdur. Digər tərəfdən həmin məktubda həmin atın İddiaçı məxsus damazlıq cins at olması təsdiq olunmur. Bundan başqa iş üzrə dindirilən şahidlərin ifadələri ilə də həmin atın damazlıq cins at olması müəyyən olunmur. Belə ki, həmin şahid ifadələrinə əsasən atın damazlıq cins at olaraq Kənd Təsərrüfatı Nazirliyində qeydiyyata alınması və İddiaçı adına qeydiyyata alınması təsdiq olunmur və işə materiallarına əsasən də belə bir qeydiyyat yoxdur. Şahidlər də ifadələrində belə bir sənədi görmədiklərini bildirmişlər. Ona görə də məhkəmə tərəfindən həmin atın damazlıq çapar cins at olması xüsusatı ilə bağlı həmin şahidlərin ifadələri mötəbər sübut kimi qəbul olunmur. Ümumiyyətlə İddiaçı tərəfindən sözügedən atın cins damazlıq at olması və müvafiq qaydada qeydiyyata alınmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Partik Zubr cinsli, Kleopatra rəngli, Mələz genefonduna mənsub olduğu göstərilən atın damazlıq cins at olması təsdiq olunmur və məhkəmə də həmin atı damazlıq cins at olaraq qəbul etmir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, damazlıq cins at olduğu ehtimal edilən, lakin işdəki sübutlarla bu fakt təsdiq olunmayan atın qiyməti ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 964 nömrəli arayışı və məhkəməəmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cü il tarixli 9/295 nömrəli rəyi həmin atın dəyəri olduğu qeyd edilən 12000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi tələbi hissəsində mötəbər sübutlar kimi qəbul oluna bilməz. Ancaq məhkəmə onu da qeyd edir ki, sözügedən at damazlıq cins at olmasa da, iddiaçıya məxsus olan bu at cavabdehin təqsiri nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş və iddiaçıya bununla bağlı maddi ziyan dəymişdir. 01 oktyabr 2022-ci il tarixli qərara əsasən cavabdeh barəsində cinayət təqibinə də bəraətverici əsaslarla deyil, amnistiya tətbiqi nəticəsində Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə bu xüsusda həmin atın ölməsi nəticəsində tələb edilən ziyanın dəqiq miqdarını işdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 373 nömrəli arayışında göstərilən 3000-3500 manat məbləğlərin aşağı həddində, yəni 3000 manat məbləğində qəbul edir. Belə ki, atla bağlı vurulan ziyanın məhz 3000 manat olması işin halları ilə təsdiq olunmaqla ağlabatan və ədalətli məbləğdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehə qarşı atın dəyəri olan 12000 manat ziyan tələbi qismən-3000 manat hissədə təmin edilməli, Cavabdeh atın dəyərini təşkil edən 3000 manat alınıb, İddiaçı verilməli, atın dəyəri ilə bağlı 3000 manat tələb hissəsindən artıq tələb hissəsində isə iddia təmin edilməməlidir. İddiaçının ikinci iddia tələbi Cavabdeh təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 9 (doqquz) ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün itirilmiş gəlirin əvəzi olan 3500 (üç min beş yüz) manat pulun cavabdehdən alınaraq ona verilməsi ilə bağlıdır. Bu xüsusda məhkəmə qeyd edir ki, İddiaçı hansısa idarə, müəssisə və təşkilatda işləməsi və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olması, əmək haqqı alması, aylıq hansısa məbləğdə qazanc (gəlir) əldə etməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materialları ilə iddiaçının işləməsi və aylıq hər hansı qazanca malik olması müəyyən olunmur. İş üzrə İddiaçı, cavabdehin təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 9 (doqquz) ay ərzində əmək fəaliyyətindən məhrum olması ilə aylıq minimum 400 (dörd yüz) manat, ümumilikdə ortalama 3500 (üç min beş yüz) manat gəlirdən məhrum olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, bu iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 77.1-ci maddəsinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh təqsiri ucbatından baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 9 ay ərzində əmək fəaliyyətindən məhrum olduğu üçün itirilmiş gəlirin əvəzi olan 3500 manat pul tələbi hissəsində əsassız olduğundan təmin edilməməlidir. İddiaçının cavabdehə qarşı yönəltdiyi digər iddia tələbi 1000 manat mənəvi ziyanla bağlıdır. Baxmayaraq ki, iddiaçı iddia ərizəsinin əsaslandırılma hissəsində ona 2000 manat mənəvi ziyanan vurulmasını göstərir, ancaq iddia ərizəsinin predmet hissəsində cavabdehdən ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 1000 manat təlb edir. Məhkəmə də iddiaçının cavabdehə qarşı yönəltdiyi 1000 manat ziyan tələbi ilə bağlı işə baxılmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu xüsusda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. BMT Baş Məclisinin 29 noyabr 1985-ci il tarixli «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyənnaməsinin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətdən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onun yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Yuxcarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddələrində mülki hüquq pozuntusu (delikt) ilə mülki hüquqi məsuliyyətinin əsasları, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində isə mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi halı təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, şəxsin şərəfi, layaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyalara səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlməklə, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə əsasən müəyyən olunmalıdır. Göründüyü kimi, qanunvericilik mənəvi zərəri həm də şəxsin zərərçəkmiş şəxsə qarşı yönəlmiş qanunazidd hərəkətləri nəticəsində mənəvi iztirab və sarsıntı keçirməsi halı ilə bağlayır. Bu zaman mənəvi zərər şəxsin hüquqazidd əməl nəticəsində vurulmalı, vurulmuş mənəvi zərərlə şəxsin həmin hüquqazidd əməli arasında səbəbli əlaqə olmalı və şəxsin həmin mənəvi zərərin vurulmasında təqsiri müəyyən olunmalıdır. İşdəki sübutlardan görünür ki, cavabdehin təqsiri nəticəsində 26 oktyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı uzun müddət xəstə olmuş (iddiaçının bildirdiyinə görə 9 ay) və müalicə olunmuşdur. Belə olan halda iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi şübhəsizdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirdiyindən ədalət prinsipi tələb edir ki, cavabdeh tərəfindən bu hərəkətlərinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq iddiaçıya kompensasiya ödənilsin. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisizərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxsə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Mənəvi zərərin pul ekvivalenti tələbi ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddiaçının şəxsi hüquqlarına-sağlamlığına və əmlakına qəsd kifayət qədər ciddi olsa da, 1000 manat mənəvi zərər tələbi hissəsində iddia tələbi şişirdilmiş və reallıqdan qopardılmışdır. Mənəvi zərərlə bağlı iddia tələbinin tam həcmdə təmin edilməsi cavabdehi müflis edər, onun ailəsini və özünü maddi cəhətdən ağır maddi məhrumiyyətlərə düçar edərdi. Belə olan halda bu, demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, «mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Məhkəmə göstərilən tələbləri, cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olmasına dair işdə heç bir sübut olmadığını və iddiaçı tərəfindən belə bir sübutun təqdim edilmədiyini, məqsədəuyğunluq və demokratik cəmiyyətdə zərurət prinsiplərini nəzərə alaraq, hesab edir ki, mənəvi zərər tələbi hissəsində iddia qismən təmin edilməklə cavabdehdən tutulan mənəvi zərərə görə kompensasiyanın miqdarı ağlabatan məbləğdə, yəni 500 (beş yüz) manat məbləğində müəyyən edilməlidir. İddia 500 manat mənəvi zərər məbləği tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh atın dəyəri olan 3000 (üç min) manat və dəymiş mənəvi ziyanın əvəzi olan 500 (beş yüz) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 29,70 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 50,0 manat ekspertiza xərcinin 10,61 manatı Cavabdeh və 39,39 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; Cavabdeh atın dəyəri olan 3000 (üç min) manat və dəymiş mənəvi ziyanın əvəzi olan 500 (beş yüz) manat pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 29,70 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 50,0 manat ekspertiza xərcinin 10,61 manatı Cavabdeh və 39,39 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X11 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar