Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-181/2025 09.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2024-cü il tarixdə bağladığı 009A********** saylı ərizə üzrə 23700 manat məbləğində kredit bоrcu, 1699.77 manat məbləğində faiz bоrcu və 447.92 manat məbləğində cərimə, xx.xx.2024-cü il tarixdə bağladığı 009A********** saylı tarixdə bağladığı ərizə üzrə 16000 manat məbləğində kredit bоrcu, 1591.19 manat məbləğində faiz bоrcu və 259.84 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 43698 manat 72 qəpik məbləğində bоrcun və ödənilmiş 221.1 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2024-cü il tarixdə bağladığı 009A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 23700 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 23700 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 135 gün üçün hesablanmış faiz borcu 1699.77 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir.xx.xx.2024-cü il tarixə 135 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 447.92 manat təşkil edir. Bundan başqa, Cavabdeh İddiaçı QSC xx.xx.2024-cü il tarixdə bağladığı 009A********** saylı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 2.1667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16000 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 0 manat ödəniş etmiş və оnun iddiaçıya 16000 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 135 gün üçün hesablanmış faiz borcu 1591.19 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 135 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 259.84 manat təşkiledir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağımüştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasını iştirakı olmadan keçirərək iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş, onları qəbul etmiş, bankdan kredit limitinin ayrılmasını və həmin kredit limiti üzrə kredit verilməsini xahiş etmiş, ərizəni imzalamaqla kredit barədə müqaviləni bağladığını təsdiq etmişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş planından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.3333% olmaqla 48 ay müddətinə 23700 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 009A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə borcu - 23700 manat məbləğində əsas borc, 1699.77 manat məbləğində faiz borcu və 447.92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25847.69 manat təşkil edir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 7.20-ci bəndinə əsasən müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəyir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş, onları qəbul etmiş, bankdan kredit limitinin ayrılmasını və həmin kredit limiti üzrə kredit verilməsini xahiş etmiş, ərizəni imzalamaqla kredit barədə müqaviləni bağladığını təsdiq etmişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş planından görünür ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış 009A********** saylı kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə 16000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 009A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə borcu - 16000 manat məbləğində əsas borc, 1591.19 manat məbləğində faiz borcu və 259.84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17851.03 manat təşkil edir. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 7.20-ci bəndinə əsasən müştəri krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəyir. məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/1503 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, 009A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı QSCnə olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc 23.700,00 AZN, faiz borcu 1727.42 AZN təşkil edir. məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2806 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2024-cü il tarixli, 009A********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı QSC -nə olan borcu aşağıdakı kimi müəyyən edilir. xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) 17.595,11 AZN: - əsas borc üzrə 16.000,00 AZN, faiz borcu üzrə 1595.11 AZN təşkil edir. ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə aparılmış məhkəməmühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 manat təşkil edir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi tutulur. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli 009A********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə aylıq 1.3333 faiz dərəcəsi ilə 23700 AZN, xx.xx.2024-cü il tarixli 009A********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə aylıq 2.1667 faiz dərəcəsi ilə 16000 AZN məbləğində kredit verilmiş, lakin o, aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş planına uyğun ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ekspert rəylərinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə xx.xx.2024-cü il tarixli 009A********** nömrəli kredit müqaviləsinə əsasən faiz borcu 1727.42 manat təşkil edir, iddiaçı isə faiz borcu üzrə 1699.77 manat tələb etmişdir; xx.xx.2024-cü il tarixli 009A********** nömrəli kredit müqaviləsinə əsasən faiz borcu 1595.11 manat təşkil edir, iddiaçı isə faiz borcu üzrə 1591.19 manat tələb etmişdir. Lakin məhkəmə iddia tələbi üzrə faiz borcunun həcminə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən maliyyə arayışına münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirilir. Lakin məhkəmə işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından və iddia tələblərindən kənara çıxa bilmədiyi üçün cavabdehdən faiz borcu üzrə iddiaçının tələb etdiyi 1699.77 manat və 1591.19 manat tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı 009A********** nömrəli kredit müqaviləsi üzrə 23 manat və 009A********** nömrəli kredit müqaviləsi üzrə 13 manat həcmində müəyyən edilməlidir. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 009A********** nömrəli müqavilə üzrə 23700 AZN əsas, 1699.77 AZN faiz və 23 AZN cərimə, 009A********** nömrəli müqavilə üzrə 16000 AZN əsas, 1591.19 AZN faiz və 13 AZN cərimə olmaqla, cəmi hər iki müqavilə üzrə 43026.96 AZN borc və 219.08 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarından görünür ki, iş üzrə ekspertiza əsas və faiz borcunun hesablanması üçün keçirilmiş, iddia tələbi də əsas və faiz borcu hissəsində tam təmin olunmuşdur, buna görə də ekspertiza xərci tam olaraq cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli 009A********** nömrəli müqavilə üzrə 23700 AZN əsas, 1699.77 AZN faiz və 23 AZN cərimə, 009A********** nömrəli müqavilə üzrə 16000 AZN əsas, 1591.19 AZN faiz və 13 AZN cərimə olmaqla, cəmi 43026.96 AZN borc və 219.08 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-181/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-181/2025
09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver