Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-185/2024 04.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 2000 (iki min) manat maddi ziyanın, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 800 (səkkiz yüz) manat, dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 50,4 (əlli manat 40 qəpik) manat olmaqla, ümumulikdə 2850,4 (iki min səkkiz yüz əlli manat 40 qəpik) manat pul vəsaitinin tutularaq iddiaçı X4 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Daanov X3 regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X7, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və İddiaçı İdris qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu X13 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin, 12 yanvar 2021-ci iltarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-ni 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2018-ci ildə verilmiş reyestr nömrəsi **********2310301 olan qeydiyyat nömrəsi ********** RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və qeydiyyat nömrəsi ********** olan 08 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər qismində əlavə olaraq Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X5, Balakən rayonu Talalar kəndində yaşayan X6 işə cəlb edilməsini, cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X13 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Z.Tahirov) 22 aprel 2022-ci il tarixli, e- 2(019)-151/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmamışdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(107)-795/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 22 aprel 2022- ci il tarixli, e-2(019)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almışdır. İşə məhkəmələr tərəfindən baxılarkən iddiaçı X11 ilə Balakən rayon Vəkil Bürosu arasında 09 iyun 2022-ci il tarixli hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmış, hüquqi yardıma görə ödənilmiş 2000 (iki min) manat pul vəsaiti iddiaçı tərəfindən Balakən rayon Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh əsassız iddia irəli sürməsi nəticəsində iddiaçı vəkilin hüquqi yardımla bağlı xidmətindən istifadə etmiş, nəticədə Cavabdeh qanunsuz iddiası nəticəsində 2000 manat maddi ziyana məruz qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli ilə əlaqadar iddiaçı səy göstərsə də, cavabdeh maddi ziyan məbləğini ödəməmiş, bu səbəbdən iddiaçı hazırki iddianı irəli sürmək məcburiyyətində qalmış və hazırki iddianın irəli sürülməsi üçün yenidən vəkillə müqavilə bağlamış, hüquqi yardıma görə ödənilmiş 800 (səkkiz yüz) manat pul vəsaitini Balakən rayon Vəkil Bürosunun bank hesabına köçürmüşdür. Hazırki iş üzrə 02 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan 04 aprel 2024-cü il tarixli məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin iş üzrə Cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını, işin mahiyyəti üzrə həll edilməsini və yekun məhkəmə qərarının çıxarılmasını tələb etdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçı və onun nümayəndəsivəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etdiyindən hazırki işə Azərbaycan Respublikası MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq oluna bilməz. Ona görə də işə mahiyəti üzrə baxılmalı və iş üzrə məhkəmə qərarı çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını, işin mahiyyəti üzrə həll edilməsini və yekun məhkəmə qərarının çıxarılmasını tələb etdiyini bildirmiş, iddianın əsassız olduğunu göstərərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı şəkildə etiraz göndərərək, etirazında göstərmişdir ki, o, Balakən Rayon Məhkəməsində e-2(019)-151/2022 saylı iş üzrə (xx.xx.2021 tarixdə iddia qaldırmış, qətnamə xx.xx.2022 tarixdə qət edildi) və Şəki Apelyasiya Məhkəməsində 2(107)-795/2022 saylı iş üzrə (xx.xx.2022 şikayət etmiş, qətnamə xx.xx.2022 qət edildi) iddia qaldıranda nə X15 (və qardaşı Rafiq bəyin) anaları Zafta xanımın doğum şəhadətnaməsi (doğum faktını təsdiq edən sənədi) yox idi və həm də X12 anası Gövhər xanımın doğum şəhadətnaməsi (doğum faktını təsdiq edən sənəd) yox idi, hər ikisi o faktları anaları öləndən sonra və onun iddiaları ilə bağlı işlər bitəndən sonra məhkəmə qaydasında xüsusi icraat qaydasında doğum faktını (ana və atanın kimliyi,doğum tarixi,doğum yeri və sair) məhkəməyə ərizə yazaraq və ərizələri təmin olunaraq qətnamələr əsasında təsdiq etdirmişlər. Yəni bir sözlə o, iddia qaldıranda vərəsəlik barədə yeganə onun hüququ var idi, çünki atasının doğum sənədi var və əvvəldən olub, yeganə o, sübut edə bilirdi sağ qalan qohumlardan biri olduğunu (sənəd üzrə o zaman yeganə varis o idi). Zafta xanımın doğum faktı Balakən Rayon Məhkəməsinin e-2(019)-766/2022 saylı işlə xx.xx.2022 tarixdə, Gövhər xanımın doğum faktı Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-287/2023 saylı işlə xx.xx.2023 tarixdə təsdiq olundu. Onun iddiası onların hər ikisinin iddialarından xeyli qabaq olmuşdur. Onun yenidən onlarla birgə iddia qaldırmaq hüququ olsa da o, iddia qaldırmadı və vərəsəlik barədə iddia qaldırmaq süründürməçilik demək deyil, bu onun hüququdur, heç kəs onu iddia qaldırmaq və miras tələb etmək hüququndan məhrum edə bilməz. Qarşı tərəf araşdırmamış əsassız ərizə yazır və əksinə boş-boşuna məhkəmənin vaxtını alır. Üstəlik o vaxtı o, iddia qaldıranda məhkəmənin məsləhətləri əsasında qaldırmış vəkil vasitəsi ilə, neçə dəfə dəqiqləşmiş ərizə yazdırmışlar ona, çünki onun hüquqi bilikləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 13. maddəsini, yəni “məhkəmənin yardım etmək” prinsipini dönmədən rəhbər tutmaqla işə baxan hakim tərəfindən köməklik göstərilməsini və qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini xahiş etmişlər, məhkəmə də sağ olsun kömək etmişdir, baxmayaraq ki, vəkili olub. Statistika Komitəsinə sorğu verilə bilər ki, Balakən rayonunda vəkil ortalama nə qədər xidmət haqqı alır. Həm də ki, vəkillə müqavilə bağlamaq məcburi deyil, qarşı tərəfin vəkillə müqavilə bağlamaq istəyi ona bağlı deyil, nə də o məcbur etməmişdir, vəkillə müqavilə bağlamaq yalnız Ali Məhkəmədə (uduzanda) kassasiya şikayəti etmək üçün və cinayət işlərində vacib olur. Bu iddia ümumiyyətlə əsassızdır və bir sıra prosessual qaydaları qarşı tərəf və onun vəkili pozub. Bir sıra qanunları və məcələləri bura yazmaq olar, lakin bunların hamısını həm Məhkəmə bilir, həm də qarşı tərəfin vəkili, sadəcə vəkil öz işini görür özü bildiyi formada. Belə ki birincisi borc və maddi ziyan barədə iddia qaldıranda qarşı tərəfə məhkəmədən öncə ən azı bir xəbərdarlıq pretenziya məktubu yazıb göndərmək lazımdır. İkincisi hər bir kəs vərəsəlik barədə, mülk barədə və sair iddia qaldıra bilər, heç kəs də onun qabağını ala bilməz ki, iddia qaldırmasın, yəni bu onun hüququ idi, o da məhkəməyə müraciət etmiş və cavabdeh kimi notariusu orda göstərmiş,sadəcə Rəsmiyə o işdə iştirak etməli olduğuna görə onu da işə əlavə etmişdir ki, prosessual qayda pozulmasın, amma vərəsəliyi verən ya alan Rəsmiyə deyil, bunu etmiş olan notariat ofisidi (notariat kontordu). Rəsmiyə sadəcə ondan öncə o mülkü özəlləşdirmiş şəxsdi. Heç kəs ona buna görə məhdudiyyət qoya bilməz. Vətəndaşların müraciətləri haqqında qanuna qarşı tərəf və onun vəkili baxsın və diqqətlə oxusun. Məhkəməyə müraciət etmişdir qanun sevər vətəndaş kimi və məhkəmə iddianı rədd etdiyi üçün başqaları kimi hay küy salmamış, Avropa Məhkəməsinə verməmiş, heç Ali Məhkəməyə belə verməmiş, sadəcə Apellyasiya Məhkəməsinə müraciət etmiş, o da rədd qətnaməsini eyni qüvvədə saxlamışdır. İddiasının rədd olunmasının da əsas səbəbi vəkilinin o vaxtı iddianı düz yazmaması olub, bildirmişdi ki, onun vərəsəlik hüququ var və iddianı da necə yazmışdısa hakim bir neçə dəfə irad bildirmişdi. O, vəkildən də şikayət etməmişdir. Üstəlik Rəsmiyə xanıma vəkil lazım deyildi, çünki 10 vəkilə də müraciət olunub müqavilə bağlansa da son qərarı hakim verir. İddanı hakim ona görə rədd etmədi ki, Rəsmiyə xanım vəkil tutub, ona görə rədd etdi ki həm hakim özü belə qərara gəldi (qərar qəbul etməkdə sərbəstdi), həm də ki, onlar tərəfdən iddia düzgün hazırlanmamışdı. O, ondan sonra da iddia qaldıra bilərdi, düzgün formada yazaraq (yazdıraraq), amma etməmişdir. Üstəlik kimsə vəkilnən müqavilə bağlayırsa, onun pulunu ondan niyə almalıdı? Belə çıxır ki onun iddiası təmin olunsaydı o, vəkilə verdiyi pulu Rəsmiyə xanımdan alacaqdı, yada notariusdan? Əlbəttə yox və əlbəttə heç birindən. Beləysə niyə ona qarşı belə absurd iddia qaldırılır? O da əsas varisdi, çünki vərəsədir, özü də qanuni vərəsə, sadəcə müddəti ötürmüşdür, amma o, Rəsmiyə xanımı cavabdeh kimi (məhsul şəxs kimi) yox, notariusu məhsul şəxs kimi göstərmişdi, yəni o, Rəsmiyə xanımı ittiham etmirdi. Hətta etmiş olsaydı da bu ona əsas vermir ki, vəkilə verdiyi pulu ondan istəsin. Bəlkə vəkilə 5.000 azn verəcəkdi, onu da ondan istəyəcəkdi? İxtiyarı yoxdur. Üstəlik də vəkil haqqı Balakəndə 300, uzağı 500 manatdı, burdan görünür qeyri şəffaf hərəkətlər. O, özü şəxsən 300 manata yaxın pul verərək vəkillə müqavilə bağlamışdır. Bakıda hətta bu formada işə görə o, pulu istəmirlər, o qiymətə iş görmürlər, ondan ucuz qiymətə, çox az pula xidmət göstərirlər. İddiaçı iddianı özü qaldırmamış, qardaşı qaldırmışdır. Həm də ona da görə iddia əsassızdır, iddiaçı əmək qabiliyyətsizdir, qulluğa ehtiyacı var və etibarnamə verəcəyi halda deyil. Danışığında qüsur var, ayağında və əlində qüsur var. Özündən əlavə məbləğlərdə əlavə etmək özü bir cəfəngiyatdı, qəbzlər nə sübut, nə əsas deyil, ən əsası vəkil tutmağı qarşı tərəfə o, məcbur etməmiş, üstəlik nə qədər vəkilə verəcəksə o, onun öz seçimidir, üstəlik də o, qarşı tərəfi hal-hazırda məhkəməyə verməmiş,əvvəl 1-2 il əvvəl vermişdir, onu da uduzmağı əsas vermir ki, ondan hər hansı pul alınsın, onda gərək heç kəs heç kəsi məhkəməyə verməsin, bunu təmin etmək onun hüquq və azadlıqlarımı pozmaq deməkdir. Demək ki, heç kəs Azərbaycanda sərbəst iddia qaldıra bilməz anlamına gəlir, O, mülk barəsində iddia qaldırmışdı, nə təzminat iddiası qaldırmamışdır, nə şər atmamışdır, nə də cinayət işi açdırmamışdır. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-151/2022 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X7 və İddiaçı İdris qızına qarşı 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-795/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2(019)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-766/2022 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi X15 mərhum anası X8, atası-Cavabdeh Alı oğlu və anası-X34 olmaqla xx.xx.1932-ci il tarixdə doğulması faktı müəyyən edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(001)-287/2023 nömrəli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1985-ci il tarixdə vəfat etmiş Daanova (Albuşova) Gövhər Əhmədullah qızının xx.xx.1930-cu il tarixdə Balakən rayonunun Tülü kəndində doğulması, atasının Cavabdeh Alı oğlu, anasının X34 olması barədə doğumunun qeyd edilmə faktı müəyyən edilmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş 02 noyabr 2021-ci il tarixli AZ-T 182272 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.1985-ci il tarixdə doğulmuş, atası X9, anası X14 yazılmışdır. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş 26 yanvar 2005-ci il tarixli AZ_İ 100896 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 24 yanvar 2005-ci il tarixdə baş beyin işemik insultu səbəbindən ölmüşdür. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı 925150 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə xroniki ürək çatışmamazlığı səbəbindən ölmüşdür. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 937 nömrəli arayışından görünür ki, X17 xx.xx.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 05 mart 2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X16 ilə X29 arasında bağlanmış nikah 16 mart 1972-ci il tarixdə pozulmuş, həmin nikahdan onların iki övladı-16 mart 1958ci il təvəllüdlü X24 və 01 oktyabr 1960-cı il təvəllüdlü X25 dünyaya gəlmişdir. İşə əlavə olunan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 15 iyul 2022-ci il tarixli 05/69-553 nömrəli, 06 iyul 2022-ci il tarixli 05/69-529 nömrəli və 25 yanvar 2023-cü il tarixli 05/69-30 nömrəli arayışlarından görünür ki, cavabdehin atası X2, X10 və X8 ataları Cavabdeh Alı oğlu, anaları X30r, yəni bu şəxslər bacı-qardaşdır. İş materiallarından görünür ki, X1 Rəsmiyyə İdiris qızına Şəki Apellyasiya Məhkəməsində hüquqi yardımın göstərilməsi ilə bağlı Balakən rayon Vəkil Bürosu ilə xx.xx.2022-ci il tarixli 153 saylı müqavilə bağlamış və Balakən rayon Vəkil Bürosuna 2000 manat vəkil xidmət haqqı ödənilmişdir. Həmçinin 20 noyabr 2023-cü il tarixli 338 nömrəli müqavilə əsasında iddiaçıya hüquqi yardımın göstərilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına 800 manatın ödənilməsi göstərilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı kimi 50,4 manat ödənilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda sadalanan əsaslara görə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır; qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir… Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. İnsan Hüquqlarının və X21 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin, yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarının bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Le Kont, Van Löven və X38rşı işdə göstərmişdir ki, Avropa Konvensiyasının iştirakçısı olan hər bir dövlət öz yurisdiksiyası çərçivəsində hər kəsin, məhkəmə nəzarəti formasının atributlarına malik olan icraatın köməyi ilə, ona aid mülki və cinayət məsələlərinə məhkəmədə baxılması hüququnu təmin etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Filisin işində göstərmişdir ki, 6-cı maddədə təsbit edilən «məhkəməyə müraciət etmək hüququ» mütləq hüquq deyil. O, məhdudlaşdırıla bilər, lakin bu məhdudiyyətlər fərdin müraciət etmək imkanını o qaydada və ya o dərəcədə çətinləşdirməməlidir və ya məhdudlaşdırmamalıdır ki, bu, həmin hüququn özünün mahiyyətinə xələl gətirsin. Göründüyü kimi, qanunvericilik bütün fiziki və hüquqi şəxslərə özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ verir. Bu hüquq o cümlədən məhkəməyə iddia ərizəsi ilə müraciət etmək imkanını da özündə ehtiva edir. Məhkəməyə müraciət etmək hüququ şəxsin ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətindən irəli gəlir ki, həmin hüquq da Konstitusiyanın 60cı maddəsində və Avropa Konvensiyasının 6-cı maddəsində öz təsbitini tapmışdır. Heç bir məhdudiyyət fərdin ədalətli məhkəmə araşdırması hüququnun mahiyyətinə xələl gətirməməlidir. İş materiallarından görünür ki, Daanov X3 regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X7 və İddiaçı qarşı 12 yanvar 2019-cu ildə verilmiş, 2V- 21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-151/2022 nömrəli qətnaməsi ilə Cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X7 və İddiaçı qarşı 12 yanvar 2019cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Eyni zamanda Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-795/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2(019)-151/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququndan istifadə edərək, bibisindən qalmış miras əmlaka ehtimal etdiyi hüquqlarının müdafəsi üçün o cümlədən X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə bununla bağlı mülki iş başlanmışdır. Bu zaman Cavabdeh o cümlədən X4 qarşı hüquqdan sui-istifadə etməmiş, ona qarşı qərəzli hərəkətlər, o cümlədən ona qəsdli şəkildə maddi ziyan vurmaq məqsədi daşımamış, yalnız pozulmasını ehtimal etdiyi hüquqlarının bərpası üçün ona aid mülki məsələnin məhkəmədə baxılması hüququndan istifadə etmişdir. İstər Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)- 151/2022 nömrəli qətnaməsində, istərsə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-795/2022 nömrəli qətnaməsində Cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X7 və İddiaçı qarşı iddia qaldırarkən və işə məhkəmədə baxılarkən hüquqdan sui-istifadə etməsi, cavabdehlərə, o cümlədən X4 qarşı qərəzli hərəkətlər etməklə ona maddi ziyan vurması məqsədi daşıması və onun qəsdinin buna yönəlməsi, maddi ziyanın vurulmasında təqsirinin olması müəyyən olunmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, kassasiya və əlavə kassasiya şikayətləri üzrə və məhkəmə aktına yeni açılmış hallar üzrə işə yenidən baxılması halları istisna olmaqla (MPM-nin 67-ci maddəsi) birinci və apellyasiya insitansiyasi məhkəmələrində vəkilin-nümayəndənin məcburi iştirakı tələb olunmur. Birinci və apellyasiya instansiyası məhkəmələrində hüquqlarının müdafiəsi üçün vəkilnümayəndə ilə müqavilə bağlamaq tərəfin hüququdur. Tərəf, o cümlədən iddia icraatı üzrə cavabdeh bu hüququndan istifadə etdiyi kimi, vəkil-nümayəndə ilə birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində təmsil olunmaq hüququndan imtina edə də bilər. Eyni zamanda əgər tərəfin, o cümlədən cavabdehin vəkil (nümayəndə) tutmaq üçün maddi imkanı yoxdursa, qanunvericiliyin tələbinə əsasən o, dövlət vəsaiti hesabına vəkillə təmin olunmalıdır. Belə olan halda vəkil (nümayəndə) xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının yaxın qohumunun ona Şəki Apellyasiya Məhkəməsində hüquqi yardım üçün Balakən rayon Vəkil Bürosuna ödənilməsini göstərdiyi 2000 AZN ağlabatan məbləğ kimi qəbul oluna bilməz. Belə ki, Şəki Apellyasiya Məhkəməsində sadə bir işə görə vəkilə (nümayəndəyə) 2000 AZN məbləğin ödənilməsi ağlabatan deyildir. İddiaçı X11, Cavabdeh tərəfindən ona qarşı iddia qaldırarkən hüquqdan sui-istifadə etməsi, ona qarşı hər hansı qanunazidd hərəkətlər etməsi, hansısa qanunazidd hərəkətləri nəticəsində ona 2000 manat məbləğində maddi ziyan vurması, Cavabdeh hansısa qanunazidd hərəkətləri ilə tələb edilən bu 2000 manat maddi ziyan arasında səbəbli əlaqənin olması və Cavabdeh bu 2000 manat maddi ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Bu da 2000 manat maddi ziyan tələbi hissəsində iddianın əsassız olmasını göstərir. İddiaçı cavabdehdən həmçinin hazırki iddia ilə bağlı hüquqi yardımın göstərilməsi üçün 800 manat tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsassızdır və təmin olunmamalıdır. Belə ki, hazırki 800 manat tələb cavabdehin iddiaçıya qarşı qaldırdığı iddia nəticəsində 2000 manat vəkilə ödənilməsi göstərilən və maddi ziyan kimi tələb edilən məbləğlə bağlıdır ki, həmin 2000 manat tələb də məhkəmə tərəfindən əsassız sayılmışdır. Ona görə də cavabdehə qarşı əsassız sayılmış 2000 manat maddi ziyan tələbinə görə vəkilə ödənilməsi göstərilən 800 manat tələbi də əsasızdır. Həmçinin iddiaçı X11, Cavabdeh tərəfindən ona qarşı hüquqdan sui-istifadə etməsi, ona qarşı hər hansı qanunazidd hərəkətlər etməsi, hansısa qanunazidd hərəkətləri nəticəsində ona 800 manat məbləğində ziyan vurması, Cavabdeh hansısa qanunazidd hərəkətləri ilə tələb edilən bu 800 manat arasında səbəbli əlaqənin olması və Cavabdeh bu 800 manat ziyanın vurulmasında təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Bu da 800 manat tələb hissəsində də iddianın əsassız olmasını göstərir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 50,4 manat İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Resublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün dövlət rüsumu və xidmət haqqı kimi ödənilmiş 50,4 manat İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-185/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-185/2024
04.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver