Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-191/2024 31.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 16 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 220 manat olmaqla alimentin miqdarının artırılaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki,o, Cavabdeh oglu ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmişdir.Cavabdeh ilə nikahlarını xx.xx.2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 156 sayla rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci ildə X11 adında uşaqları olmuşdur.O,Cavabdeh ilə evləndiyi ilk vaxtlardan ailə münasibətləri normal olmuşdur. Cavabdeh sonra çıxıb Rusiya Federasiyasına getmişdir. Qayıdacağı barədə dəfələrlə vədlər verməsinə baxmayaraq geri qayıtmamışdır. Gəlməməsinin səbəbini araşdıranda məlum olmuşdur ki, onun Rusiyada başqa ailəsi və uşağı var. Buna görə də cavabdehlə aralarında bağlanan nikahın pozulması üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir.Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-201/2021 saylı qətnaməsinə əsasən iddiası qismən təmin edilərək, onunla Cavabdeh arasında bağlanmış 21 iyul 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 156 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından 16 sentyabr 2015-ci ildə doğulmuş X8 anası X3 yanında saxlanılması, ərizənin verildiyi 24 noyabr 2020-ci il tarixindən başlayaraq 16 sentyabr 2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi qət edilmişdir. Bununla bağlı məhkəməyə bildirməyi zəruri hesab edir ki, uşağın hal-hazırda saxlanması üçün 130 manat çox az məbləğdir. Uşaq böyüdükcə onun tələbatları da artmaqdadır. Bu ilə görə bir uşağın saxlanması üçün 220 manat alimentin miqdarı təyin edilmişdir. Bir neçə dəfə o, cavabdehə vaxtaşırı ödədiyi alimentin miqdarını könüllü artırmaqla ödəməsini xahiş etməsinə baxmayaraq, cavabdehin bundan xəbəri olsada o bunu öz istəyi ilə etmək fikrində deyildir və etmir. O, əvvəllər işlədiyindən alimentin miqdarının az olmasına fikir verməmiş, indi isə işləmədiyindən uşağın saxlanmasında çox çətinlik çəkir.Ona görə də qanunvericiliyin tələblərindən bəhrələnərək alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdeh hal-hazırda Rusiya Federasiyasında yaşayır və işləyir,onun alimenti ödəməsi üçün yetərincə imkanı vardır. Alimentin miqdarının artırılması üçün cavabdehin xx.xx.2023-cü il tarixində Mediasiya Şurasında iştirak etməsi üçün Təklif göndərilmiş, lakin cavabdeh Mediasiya sessiyasında iştirak etməmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixində cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış tərtib edilmişdir və o, mediasiya şurası üçün 60 AZN rüsum ödəmişdir.Hesab edir ki,cavabdehdən tutulmaq şərtilə uşaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, İddiaçı hazırda Bakı şəhərində bir tibb müəssisəsində menecer işləyir, 800 manat əmək haqqı alır. Kirayədə yaşadığından və uşaq xəstə olduğundan aldığı əmək haqqı tələbatlarını ödəmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 avqust 2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 416736 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında bağlanmış nikah Balakən Rayon Məhkəməsininin xx.xx.2021-ci il tarixli 2(019)-201/2021 nömrəli qətnaməsinə əsasən pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 56 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 oktyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 630863 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X6 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli 2(019)-201/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış və 21 iyul 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 156 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 16 sentyabr 2015-ci ildə doğulmuş X8 anası X3 yanında saxlanılması, ərizənin verildiyi 24 noyabr 2020-ci il tarixdən başlayaraq 16 sentyabr 2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT- 001/2023-02605 nömrəli Mediasiya prosesinə xitam verilməsi haqqında protokoldan görünür ki,İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2011-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir.Cavabdehlə birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X11 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-201/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X6 ilə Cavabdeh arasında bağlanmış və 21 iyul 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 156 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 16 sentyabr 2015-ci ildə doğulmuş X8 anası X3 yanında saxlanılması, ərizənin verildiyi 24 noyabr 2020-ci il tarixdən başlayaraq 16 sentyabr 2015-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X4 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.Uşaq hazırda da İddiaçı himayəsində yaşayır.İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş,mümkün və mötəbər sübutlara tam,hərtərəfli,obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini,İddiaçı işləməklə 800 manat əmək haqqı almasını,İddiaçı Cavabdeh qazancına,onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, eyni zamanda aliment təyin edildikdən sonra keçən 3 ildən artıq müddət ərzində xx.xx.2015-ci il təvəlüdlü X8 böyüməsini, onun maddi tələbatının artmasını, 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat olduğu halda bu məbləğin hazırda 235 manat olmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-201/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2015-ci il təvəlüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manatın 46,20 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 13,80 manat iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 40,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-201/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2015-ci il təvəlüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manat mediasiya xərcinin 46,20 manatı alınıb İddiaçı verilsin. Mediasiya xərcinin qalan 13,80 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 40,40 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-191/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-191/2024
31.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver