Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-198/2023 06.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi Nümayəndə2, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların cavabdehlərə 2019-cu ilin mart ayından başlayaraq 2020-ci ilədək müddət ərzində hissə-hissə olmaqla verdikləri 53 979 (əlli üç min doqquz yüz yetmiş doqquz) manat miqdarda olan pul vəsaitinin və dövlət rüsumu üçün ödənilən 246 (iki yüz qırx altı ) manat miqdarında pul vəsaitinin alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 və İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçıların 2019-cu ilin mart ayından 2020-ci ilə qədər olan müddət ərzində hissə-hissə olaraq verdikləri 53979 manat pul vəsaitinin və iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 246 manat pulun müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, digər İddiaçı1 əri, Cavabdeh1 keçmiş gəlini, Cavabdeh2 isə oğludur.Cavabdehlər 29 mart 2017ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikahdan 29 mart 2018-ci il tarixli Sədəf adlı qız nəvələri olmuşdur. Oğlu Emil 2019-cu ilin fevral ayında valideynləri olaraq onların yanına gəlmiş və torpaq alaraq ev tikmək istədiyini onlara bildirmişdir. Lakin buna maddi imkanının olmadığını, həmin məsələ üçün 50-60 min manat pul vəsaitinin lazım olduğunu, onun özünün kredit borclarının olduğunu, bu səbəbdən daha kredit götürə bilmədiyini bildirərək, ona maddi köməklik göstərmələrini onlardan xahiş etmişdir. Valideyinləri olaraq ona bildirmişlər ki, onların həmin məbləğdə pulları yoxdur, ancaq banklardan kredit alaraq həmin vəsaiti ona borc verə bilərlər. Həmçinin razılaşmışlar ki, həmin kreditləri onlar ödəyər və onlar istədikləri vaxt ödənilmiş kredit məbləğlərini onlara qaytararlar. Razılaşdıqdan sonra o və əri İddiaçı1 2019-cu il ərzində müxtəlif banklardan, müxtəlif məbləğdə kreditlər götürərək oğlu Emilə vermişlər. Onlar "xxxx"dan 9500 manat, "xxxx"dan 18000 manat və 20000 manat, "xxxx"dan 4500 manat və s. pul götürüb həyətyanı torpaq alınması və ev tikintisi üçün Emilə vermişlər. Həmçinin qeyd edir ki, kredit məbləğlərinin onlara verilməsi üçün (sənədləşdirilməsində) cavabdehlər onlarda köməklik göstərmiş, zamin, habelə əldə olunmuş torpaq sahəsini girov – ipotekaya qoymuşlar. Onlar götürülmüş kreditləri onlara vermişlər. Eyni zamanda qeyd edir ki, götürdükləri kreditlərin bəzilərini faizləri daxil olmaqla tərəflərindən ödənilmişdir.Onlar Cavabdeh2 torpaq sahəsinin alındığı və orada fərdi yaşayış evinin tikildiyini göstərərək kredit məbləğlərinin onlara qaytarılmasını tələb etmişlər.Lakin cavabdeh həmin məbləğləri qaytarmağa imkanlarının olmadığını əsas gətirərək aldığı pul vəsaitini qaytarmayacağını bildirmişdir. Bu məsələ ilə bağlı bir neçə dəfə tələblərini bildirmələrinə baxmayaraq onlar, pulu verməkdən imtina etmişlər. Bundan sonra “kredit məbləğlərini istəməkdən əl çəkək deyə” cavabdehlər “nikahın pozulmasına dair” və “nikah dövründə əldə edilən əmlak payının müəyyən edilməsini” barədə iddialarla Balakən Rayon Məhləməsinə müraciət etmişlər. Cavabdeh2 da bildirmişlər ki, onlardan aldıqları borcu qaytarsınlar. Cavabdehlərin mübahisələrindən asılı olmayaraq onlardan verdikləri pul məbləğlərini tələb edirlər. Yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən hesab edirlər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onların verdikləri 2019-cu ilin mart ayından başlayaraq xx.xx.2021-ci ilədək müddət ərzində hissə-hissə olmaqla verdikləri 53 979 (əlli üç min doqquz yüz yetmiş doqquz) manat miqdarda olan pul vəsaitinin alınaraq iddiaçılara- İddiaçı2 və İddiaçı1 ödənilməlidir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə2, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, İddiaçı2 ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı2 anası, İddiaçı1 isə atası,Cavabdeh1 keçmiş arvadıdır. O, 2019-cu ilin fevral ayında valideynlərinin yanına gələrək torpaq almaq və ev tikmək istədiyini, lakin buna maddi imkanının olmadığını onlara bildirmişdir. Valideynləri ona bildirmişlər ki, onların torpaq alıb ev tikdirilməsi üçün lazım olan pul vəsaitləri yoxdur. O, onlardan onun bu məqsədinə nail olmaq üçün ona köməklik göstərmələrini xahiş etmişdir. Onlar da ona bildirmişlər ki, banklardan kredit alaraq lazım olan pul vəsaitini ona verə bilərlər, lakin aldıqları krediti istədikləri vaxt qaytarmalıdır. O, da bununla razılaşmışdır. Valideynləri qeyd edilən kredit məbləğlərini müxtəlif banklardan alaraq ona vermişlər. O, da həmin pulları onlardan götürərək ünvan 1 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini bələdiyyədən almış, torpağın alınmasına ümumilikdə 11000 manata yaxın pul xərcləmiş və orada fərdi yaşayış evi tikdirmişdir. Ev hal-hazıra kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Valideynləri 2022-ci ilin avqust-sentyabr aylarında kredit götürərək ona verdikləri vəsaiti ondan istəyəndə, o onlara pulu qaytarmağa hazırda imkanı olmadığını və qaytaracağını bildirmişdir. Valideynləri əsas olaraq onu göstərirlər ki, onun və digər cavabdehin maaşı artmışdır. O, valideynlərinə borcunun olmasını etiraf edir. Hazırda borcunu qaytara bilmir, lakin gələcəkdə borcunu qaytara bilər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddialarını qəbul etmir və bildirir ki , sonuncuların iddiaları tam olaraq əsassızdır.O, 29 mart 2017-ci il tarixdə digər Cavabdeh2la rəsmi nikah bağlayaraq evlənmişdir.Həmin nikahdan 29 mart 2018-ci il tarixdə Sədəf adlı qız övladları doğulmuşdur. Onlar 10 aprel 2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Balakən Bələdiyyəsinin mülkiyyətində olan Balakən şəhəri, N.Nərimanov küçəsi-33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini bələdiyyədən 1332 manata almışlar və həmin torpaq sahəsi üzərində öz vəsaitləri ilə fərdi yaşayış evi inşa etmişlər. Balakən Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli e-2(019)-131/2023 nömrəli qətnaməsi ilə onun iddiasının təmin edilməsi, Cavabdeh2 ilə nikah müddətində, yəni 10 aprel 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh2 adına rəsmiləşdirilmiş və üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Balakən şəhəri, N.Nərimanov küçəsi-33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun payının müəyyən edilməsi; Cavabdeh2 Balakən şəhəri, N.Nərimanov küçəsi-33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh1 torpaq sahəsinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh2 100 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2 oğlu və İddiaçı1 hazırki ərizə ilə məhkəməyə müraciət etmələrinin səbəbi, onun Cavabdeh2 qarşı "birgə nikah müddətində əldə olunmuş əmlaka payının müəyyən edilməsi və s," tələblə bağlı qaldırmış olduğu iddiadan əl çəkməyini istəmələri olmuşdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 bu yolla onu hədələməyə çalışırlar ki, o, Cavabdeh2 ilə nikahda, olduğu müddətdə əldə etdiyi torpaq sahəsi və onun üzərində inşa etdiyi fərdi yaşayış evi ilə bağlı tələblərindən əl çəksin, ya da onu hazırki tələblərindəki pulu ödəməklə cəzalandırsınlar. İddiaçılar İddiaçı2 və İddiaçı1 qəsdən və bilərəkdən hazırki işdə oğulları Cavabdeh2 cavabdeh qismində prosesə qoşmuşdurlar ki, sonuncu iddiaçıların xeyrinə iddianı etiraf etsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 fərdi yaşayış evinin tikintisi məqsədi ilə ümumiyyətlə onlara borc pul verməmişdirlər. Əgər ki, belə bir borc öhdəliyi mövcud olmuş olsa idi, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə o və Cavabdeh2 arasında borc müqaviləsi bağlanmalı idi. Onda olan məlumata əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 götürdükləri kreditlərin böyük hissəsi əvvəlki borclarının ödənilməsinə yönəldilmişdir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddianı etiraf etməyərək Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində gösərdi ki, tərəfləri tanıyır, qonşularıdır. O, bənnalıqla məşğul olur və Cavabdeh2 Balakən rayonunda yerləşən evini tikmişdir. Həmin evin tikilməsini 6400 manata danışmışdır. Evi tikərkən əvvəl ona 1800 manatı İddiaçı2,400 manatı Elvin, qalan pulu isə Emil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, qonşularıdır. O, Cavabdeh2 evinin damını vurmuş və damın vurulmasını 800 manata danışmışdır. Cavabdeh2 ona 600 manat pul vermiş, 200 manat isə borclu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 İslamiddin oğlu ifadəsində göstərdi ki, tərəfləri tanıyır, qonşularıdır.Cavabdeh2 tikdirdiyi evin elektrik işlərini o, görmüşdür. Elektrik işlərinin aparılması üçün 600 manata danışmışdır. O, işi görüb qurtardıqdan sonra pulu ona Nümayəndə2 vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Beynəlxalq Bankı tərəfindən 22 noyabr 2022-ci il tarixdə verilmiş 12 nömrəli arayışda göstərilmişdir ki, "xxxx" ASC-in Balakən şöbəsi ilə İddiaçı1 (ş/v:AZE0*******,balakən RPŞ xx.xx.2010-cu il) arasında bağlanmış xx.xx.2021-ci il tarixli 269RPT********** saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) 2500 AZN(iki min beş yüz manat 0 qəpik) məbləğində kredit verilmişdir. Müştərinin 22 noyabr 2022-ci il tarixinə yuxarıda qeyd edilən müqaviləyə əsasən, sistem üzrə Azərbaycan Beynəlxalq Bankı ASC-in Balakən şöbəsi qarşısında 1979.69 (bir min doqquz yüz yetmiş doqquz manat 69 qəpik) manat əsas və 42.34 ( qırx iki manat 34 qəpik) manat faiz borcu vardır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" ASC-in Balakən Rayon filialı tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli 273 nömrəli arayışda göstərilmişdir ki, “X17 ASC-nin Balakən rayon filialının müştərisi İddiaçı2 ondan ötrü ki,həmin müştəriyə xx.xx.2019-cu il tarixdə 169GTKR0191001ÄÄ saylı GTK müqavilə əsasında verilmiş 9500 ÄZN kredit üzrə xx.xx.2022-ci il tarixə Kapital Bank ASC-də 1499.62 AZN kredit öhdəliyi mövcuddur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Beynəlxalq Bankın Balakən Rayon şöbəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli 62 nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC ilə İddiaçı2 (ş/v: AZE********, Balakən RPŞ, 0.5,08.2013-ci il) arasında bağlanmış xx-xx-2019 -cu il tarixli “269YKLP190840507" saylı kredit müqaviləsinə əsasən (h/n: ********************) 4500 AZN (dörd min beş yüz manat 0 qəpik) məbləğində kredit verilmişdir.Müvafiq kredit müqaviləsi “269YKLP19Ö640507" üzrə kredit borcu xx.xx.2021-ci il tarixində banka tam qaytarılmış və ona hesablanmış faizlər tam ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" QSC-ti tərəfindən İddiaçı2 ünvanlanmış 19 oktyabr 2022-ci il tarixli 0233 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Zaqatala filialına daxil olmuş 18.101.2022-ci il tarixli müraciətinizə cavab olaraq bildirilir ki, Sizinlə Bank arasında bağlanmış xx.xx.2020-ci il tarixli ,019R********** nömrəli kredit razılaşması üzrə 18000 (on səkkiz min manat) məbləğində (kredit kodu-***-***-**-**-**********38) kredit öhdəliyinizi xx.xx.2021 tarixində, xx.xx.2021-ci il tarixli, 019R********** nömrəli kredit razılaşması üzrə 20000 (iyirmi min manat) manat məbləğində (kredit kodu-***-***-**-**-**********40) kredit öhdəliyinizi xx.xx.2021 tarixində tam olaraq yerinə yetirmişşiniz. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 noyabr 2022-ci il tarixdə verilmiş 137 nömrəli arayışda göstərilmişdir: “nümayəndəliyimizə daxil olan 14 noyabr 2022 -ci il tarixli 175 nömrəli sənəd üzrə icraatınızda olan mülki işlə bağlı ünvanladığınız sorğuya əsasən Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən aşağıdakılar bildirilir. 1.Cavabdeh2 Balakən rayon Mahamalar kəndində daimi qeydiyyatdadır. Cavabdeh1 Balakən rayon Mahamalar kəndində ərdə yaşasa da Kortala kəndində daimi qeydiyyatdadır. 2017-ci ilin mart ayında ailə həyatı qurmuş və qeyd olunan tarixdən Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Mahamalar yaşayış məntəqəsində yaşayırlar. 2.Cavabdeh1 və Cavabdeh2 birgə, eyni ünvanda Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Mahamalar yaşayış məntəqəsində yerləşən İddiaçı1 məxsus fərdi yaşayış evində yaşayırlar. Cavabdeh2 Balakən rayon icra Hakimiyyəti Başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyir və onun nikah müddəti dövründə aylıq ələçatan əmək haqqısı illər üzrə aşağıdakı kimidir. 3.1.2017-ci ilin Yanvar-Dekabr -330 AZN; 3.2. 2018-cı ilin Yanvar-Mart - 331 AZN, Aprel – Dekabr - 356 AZN; 3.3.2019 – cu ilin Yanvar - Avqust - 360 AZN, Sentyabr - Dekabr-515 AZN; 3.4. 2020-ci ilin Yanvar-Dekabr-515 AZN; 3.5. 2021-ci ilin Yanvar-Dekabr-503 AZN; 3.6. 2022 - ci ilin Yanvar - Fevral - 503 AZN, Mart - Noyabr - 877 AZN ələçatan əmək haqqısı olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Balakən şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 oktyabr 2022-ci il tarixdə verilmiş 1892 nömrəli arayışda göstərilmişdir ki,Cavabdeh2 Balakən rayonu Mahamalar kənd qeydiyyatında olmasına baxmayaraq ünvan 3 ünvanda Cavabdeh2 adına sahəsi 0.04 ha özünə məxsus torpaq sahəsi vardır. Həmin ünvanda yerləşən torpaq sahəsində özünün deməsinə görə 2020-ci ilin fevral ayında fərdi yaşayış tikilisinin inşasına başlanılmış və 2020-ci ilin avqust ayında sözügedən tikilinin inşası başa çatmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsi tərəfindən verilmiş 08 dekabr 2022-ci il tarixli 05/8287-11 nömrəli əmək haqqı və sair gəlirlər haqqında arayışdan görünür ki, Cavabdeh1 əmək haqqı və sair gəlirləri aşağıdakı kimi olmaqla ümumi məbləğ 21183.14 ( iyirmi bir min yüz səksən üç manat on dörd qəpik) manat təşkil edir. Aylar Vəzifə maaşı Mükafat Xəstəlik vərəqi Məzuniyyət Cəmi hesablanıb 2019-cu il Oktyabr 53.91 53.91 Noyabr 310.00 310.00 Dekabr 310.00 310.00 Cemi 673.91 673.91 2020-ci il . Yanvar 330.00 330.00 Fevral 330.00 330:00 Mart 330.00 310.00 640.00 Aprel 330.00 330.00 May 330.00 155.00 485.00 İyun 330.00 155.00 48.5.00 İyul 330.00 330.00 Avqust 330.00 330.00 Sentyabr 330.00 52.64 382.64 Oktyabr 330.00 330.00 Noyabr 330.00 310.00 640.00 Dekabr 330.00 382.63 İ 283.29 995.82 Cəmi 3960.00 13 65.27 | 283.29 5608.56 2021-ci il : 1 Yanvar 330,00 330.00 2 Fevral 340.00 340.00 3 Mart 335.00 310.00 645.00 4 Aprel 335.00 644,19 979.19
5. May 39.41 155.00 194.41 8 İyun 335.00 155.00 490.00 7 İyul 335.00 335.00 8 Avqust 335.00 335.00 9 Sentyabr 335.00 66,99 401.99 10 Oktyabr 335.00 310.00 645,00 11 Noyabr 335.00 335,00 12 Dekabr 335.00 484.96 819.96 Cəmi 3724.41 1481.95 644.19 5850.55
2022-ci il
1 Yanvar 335.00 335.00 2 Fevral 335.00 335.00 3 Mart 1121.00 330.00 1451.00 4 Aprel 718.00 718.00 5 May 718.00 330,00 1048.00 6 İyun 718.00 165.00 883.00 1 7 İyul 718.00 718.00 8 Avqust 1052.70 543.49 1596.19 9 Sentyabr 166.93 166.93 10 Oktyabr 734,50 .734.50 11 Noyabr 734,50 330.00 1064.50 Cəmi 7351.63 1155.00 543.49 7 9050.12
İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon icra Hakimiyyəti başçısının Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2022-ci il tarixli 505 nömrəli arayışda göstərilmişdir ki, Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2017-2019-cu illərdə müavin vəzifəsində işləmiş, Qarayeva(Pəhlivanova) Aygül Davud qızının əmək haqqısı aşağıdakı kimi olmuşdur.
İllər
S/№ Aylar 2017 2019 Qeyd 2018
1 Yanvar 368 92 2 Fevral 368 xx.xx.2018-ci il 3 Mart 638 tarixdən 4 Aprel 617.70 hamiləliyə və 5 May 368 doğuşa görə 6 iyun 368 ödənişli 7 iyul 638 məzuniyyət İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5, X11, X6, X7,X9, X8 və Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ ilə özlərinə məxsus olan Balakən rayonu Kortala kəndində yerləşən ümumi sahəsi 2.25 ha olan torpaq sahəsini X2 5000 manata satmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli e-2(019)-131/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Cavabdeh1 ilə Cavabdeh2 nikah müddətində, yəni 10 aprel 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh2 adına rəsmiləşdirilmiş və üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Balakən şəhəri, N.Nərimanov küçəsi- 33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçı Cavabdeh1 payının müəyyən edilməsi; Cavabdeh2 Balakən şəhəri, N.Nərimanov küçəsi- 33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh1 torpaq sahəsinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh2 100 manat məbləğində dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 aprel 2019-cu il tarixli AN 1seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, X4 mülkiyyət hüququ ilə özünə məxsus olan, Balakən şəhəri, Nərimanov Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsini alıcı Cavabdeh2 1332 manata satmışdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib,iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh2 iddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədrəsul oğlunun oğlu, digər Cavabdeh1 isə onların keçmiş gəlinləridir.Cavabdeh2la Cavabdeh1 29 mart 2017-ci il tarixdə rəsmi nikah bağlayaraq evlənmişlər.Həmin nikahdan 29 mart 2018-ci il tarixdə Sədəf adlı qız övladları doğulmuşdur.Onlar 10 aprel 2019-cu il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Balakən Bələdiyyəsinin mülkiyyətində olan Balakən şəhəri, N.Nərimanov küçəsi-33 A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsini bələdiyyədən 1332 manata almışlar və həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa edilmişdir. Balakən Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli e-2(019)-131/2023 nömrəli qətnaməsi ilə 10 aprel 2019-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh2 adına rəsmiləşdirilmiş və üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış Balakən şəhəri, N.Nərimanov küçəsi-33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh1 payının müəyyən edilməsi; Cavabdeh2 Balakən şəhəri, N.Nərimanov küçəsi-33A ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Cavabdeh1 torpaq sahəsinə daxil olmasına mane olmaqla müşayiət olunan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh2 100 manat məbləğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi qət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədrəsul oğlu 28 noyabr 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-dən 9500 manat, "xxxx"QSC-dən 18000 manat və 20000 manat, "xxxx" ASC-dən 4500 manat pul götürüb həyətyanı torpaq sahəsinin alınması və ev tikintisi üçün cavabdehlərə borc verdiklərini, sonuncuların aldıqları borcu qaytarmadıqlarını göstərərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2019-cu ilin mart ayından 2020-ci ilə qədər olan müddət ərzində hissə-hissə olaraq verdikləri 53979 manat pul vəsaitinin və iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 246 manat pulun müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin739-cu maddəsinə əsasən: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən: 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 Məmmədrəsul oğlu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 53979 manat pul vəsaitini borc verdiklərini göstərsələr də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədilər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 boşanmalarını, birgə nikahdan olan uşağın saxlanması üçün Cavabdeh1 Cavabdeh2 aliment, birgə əmlakın yarısını tələb etməsini,bu səbəbdən Cavabdeh2 məqsədli olaraq borcu etiraf etməsini nəzərə alaraq Cavabdeh2 iddiaçılara borclu olması barədə göstərdikləri xüsusatları qəbul etmir. Bundan başqa yuxarıda qeyd edilən hüquq normalarının məzmunundan göründüyü kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 329.1-cu maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. İddiaçılar cavabdehlərlə yazılı borc müqaviləsi bağlamalarına dair heç bir sübutu məhkəməyə təqdim edə bilmədilər və cavabdehlərlə aralarında yazılı borc müqaviləsinin bağlanmadığını bildirdilər. Həmçinin iddiaçılar cavabdehlərə verdikləri 53979 manat pul vəsaitinin torpaq sahəsinin alınmasına və evin tikintisinə sərf olunduğunu bildirirlər. İş materiallarından görünür ki, cavabdehlərin mülkiyyətində olan 0,04 hektar torpaq sahəsi Balakən bələdiyyəsindən 1332 manata alınmışdır, orada tikilən ev isə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Hazırkı işdə isə iddiaçıların pul tələbinin əsası kimi istinad etdiyi fərdi yaşayış evinin cavabdehlərə məxsus olması, yəni bu əmlakı onların əldə etməsi də müəyyən olunmur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq bu nəticəyə gəlir ki, iddiaçıların borc pul tələbinə dair iddiaları əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu xərci iddiaçıların özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiaları əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiaları əsassız olduğundan rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov