Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-203/2025 27.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçı Qarayeva (Şahverdiyeva) Məftunə Vaqif qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-805/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, 30 avqust 2013-cü il tarixdə X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 oktyabr 2012-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmişdir. Birgə yaşadıqları dövrdə 30 avqust 2013-cü il tarixdə X4 adında bir uşaqları olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar 13 noyabr 2013-cü ildə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 17 mart 2014cü il tarixli, 2(019)-262/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 18 fevral 2014-cü il tarixdən başlayaraq 30 avqust 2013-cü ildə anadan olmuş X1 üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrimə verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-805/2019 nömrəli qətnaməsinə əsasən 30 avqust 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Cavabdehin taxta biznesi var. Ağacdan taxta və digər məhsulları özü hazırlamaqla satır. Həyətində iki evi, fındıq bağı və özünə məxsus Mercedes markalı avtomobili var. Alimentin artırılması tələbi ilə mediasiyaya müraciət etmiş, mediasiya prosesində cavabdeh heç bir razılıq bildirməmişdir. Bu barədə mediasiya arayışı verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-805/2019 nömrəli qətnaməsi ilə təyin edilmiş 120 manat alimentlə uşağın baxılması çox çətindir, belə ki uşağın təhsili ilə bağlı və digər xərcləri çoxalmışdır. 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Göründüyü kimi uşaqlar üçün yaşayış minimumu hər il artır. Cavabdeh isə 120 manat alimentdən artıq heç bir kömək etmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki, cavabdehin taxta biznesi olması, ağacdan taxta və digər məhsullarını hazırlayıb satmasını göstərsə də bu barədə heç bir sübutu yoxdur. O, uşaqlar üçün yaşayış minimumunun hər il artmasına əsaslanaraq alimentin miqdarının artırılmasını tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsədə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiaz ərizəsi göndərərək iddiaçı X3 iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini vaxiş etmişdir. Məhkəmə iddaçını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh ilə 14 oktyabr 2012-ci il tarixdə qeyri-rəsmi nikahla evlənmişdir. Birgə yaşadıqları dövrdə 30 avqust 2013-cü il tarixdə X4 adında bir uşaqları olmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqla əlaqədar 13 noyabr 2013-cü ildə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 17 mart 2014cü il tarixli, 2(019)-262/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 18 fevral 2014-cü il tarixdən başlayaraq 30 avqust 2013-cü ildə anadan olmuş X1 üçün hər ay 60 (altmış) manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrimə verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-805/2019 nömrəli qətnaməsinə əsasən 30 avqust 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. İddiaçı uşağın tələbatının artmasını, 2024-cü ildə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilməsini, uşaqlar üçün yaşayış minimumu hər il artmasını göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Hazırkı işin materiallarından görünür ki, İddiaçı uşaqlar üçün yaşayış minimumunun hər il artmasına əsaslanaraq alimentin miqdarının artırılmasını tələb edir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə işin hallarını,mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiaçı izah olunmalıdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)-805/2019 nömrəli qətnaməsinə əsasən 30 avqust 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 232,263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunur ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(019)- 805/2019 nömrəli qətnaməsinə əsasən 30 avqust 2013-cü ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay tutulan 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləğinin müvafiq indeksasiyasının həyata keçirilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-203/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-203/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver