Məhkəmə qərarları › İş №e-2(019)-219/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-219/2024

21.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-219/2024 21.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-10/2016 saylı 07 yanvar 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 20 dekabr 2007-ci il tarixdə doğulmuş X4 və 27 aprel 2009-cu ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2007-ci ilin fevral ayının 03-də rəsmi nikahla evlənmişdir. Birgə nikahlarından 20 dekabr 2007-ci il tarixdə X8, 27 aprel 2009-cu ildə X10 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlamış, tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də onunla ailə münasibətləri uzun sürməmiş, 2015-ci ilin iyun ayında Cavabdehla aralarında olan mübahisədən sonra ondan ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-10/2016 saylı 07 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən 2007-ci ilin fevral ayının 03-də cavabdehlə aralarında bağlanmış nikahın pozulması, 20 dekabr 2007-ci il tarixdə doğulmuş X4, 27 aprel 2009-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 60 manat, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona ödənilməsi qət edilmişdir. Hazırda 2016-cı ildə müəyyən edilmiş alimentin məbləği ilə uşaqlarına baxmaq onun üçün çox çətindir. Uşaqlar böyümüş, onların tələbatı artmışdır. Cavabdeh Rusiya Federasiyasında yaşamaqla fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. Cavabdeh ilə alimentin miqdarının artırılması təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi nəzərə alınmaqla, onların əvvəlki təminat səviyyəsinin maksimal saxlanması üçün, eləcə də alimentin həlli məsələsində uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsində ananın üzərinə daha çox ağırlığın düşməsini nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılmalı və Cavabdeh 20 dekabr 2007-ci il tarixdə doğulmuş X4, 27 aprel 2009-cu ildə doğulmuş X2 üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat miqdarında aliment müəyyən olunmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 25 yanvar 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 055667 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 dekabr 2007-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 22 may 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 243315 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 27 aprel 2009-cu ildə anadan olmuş, atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli 2(019)-10/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı X5 Cavabdeh ilə aralarında bağlanmış 03 fevral 2007-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 36 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra uşaqları-azyaşlı 20 dekabr 2007-ci ildə anadan olmuş X4 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 anası X5 yanında qalmaları, 24 avqust 2015-ci il tarixdən başlayaraq 20 dekabr 2007-ci ildə anadan olmuş X8 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-001/2023-02648 nömrəli İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə 03 fevral 2007-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Cavabdehlə birgə nikahlarından 20 dekabr 2007-ci ildə X8 və 27 aprel 2009-cu ildə X10 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli 2(019)-10/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X9 ilə Cavabdeh aralarında bağlanmış 03 fevral 2007-ci il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 36 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra azyaşlı uşaqları- 20 dekabr 2007-ci ildə anadan olmuş X4 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 anası X5 yanında qalmaları, 24 avqust 2015-ci il tarixdən başlayaraq 20 dekabr 2007ci ildə anadan olmuş X4 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 60 (altmış) manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X6 verilməsi qət edilmişdir. Uşaqlar hazırda da iddiaçı Süsən Hüseynovanın himayəsində yaşayırlar.İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, eyni zamanda aliment təyin edildikdən sonra keçən 7 ildən artıq müddət ərzində 20 dekabr 2007-ci ildə anadan olmuş X4 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 böyümələrini, onların maddi tələbatının artmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli 2(019)-10/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 20 dekabr 2007-ci ildə anadan olmuş X4 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı X5 mediasiya xərci olaraq ödədiyi 60 manatın 42 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 18 manatı iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 53,60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli 2(019)-10/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 20 dekabr 2007-ci ildə anadan olmuş X4 və 27 aprel 2009-cu ildə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat,cəmi 280 (iki yüz səksən) sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manat mediasiya xərcinin 42 manatı alınıb İddiaçı verilsin. Mediasiya xərcinin qalan 18 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 53,60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar