Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-241/2024 11.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 2(019)-908/2016 saylı 02 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 21 noyabr 2011-ci il tarixdə doğulmuş X4 və 28 mart 2013-cü ildə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 245 (iki yüz qırx beş) manat, cəmi 490 (dörd yüz doxsan) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X12 iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2010-cu ilin avqust ayının 23-də rəsmi nikahla evlənmişdir. Birgə nikahlarından 21 noyabr 2011-ci il tarixdə X9 və 28 mart 2013-cü ildə X10 adında iki uşaqları doğulmuşdur. Evləndikdən sonra cavabdehlə aralarında ailə münaqişələri zəminində mübahisələri yaranmağa başlanmış, tez-tez aralarında ailə münasibətləri zəminində mübahisələri olmuşdur. Buna görə də onunla ailə münasibətləri uzun sürməmişdir. 2016-cı ildə Cavabdehla aralarında olan mübahisədən sonra ondan ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-908/2016 saylı 02 iyun 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq 21 noyabr 2011-ci il tarixdə doğulmuş X4 və 28 mart 2013-cü ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşaq üçün 85 manat, cəmi 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb ona ödənilməsi qət edilmişdir. Hazırda 2016-cı ildə müəyyən edilmiş alimentin məbləği ilə uşaqlarına baxmaq onun üçün çox çətindir. Uşaqlar böyümüş, onların tələbatı artmışdır. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır.Cavabdeh ilə aliment təyin olunması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək xəstəliyi ilə əlaqədar olaraq Bakı şəhərinə getmək məcburiyyərində qaldığını, bu səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmayacağını göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.6-ci maddələrinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi onun həmin kənddə yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra məhkəmə bildirişi ona təqdim edilməsi üçün Balakən Rayon İcra Hakimiyyəti Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Qullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 07 mart 2024-cü il tarixli, 20 saylı cavab məktubunda göstərilmişdir ki, Saramanov X2 qeydiyyatdadır,lakin hal-hazırda Qullar kəndində yaşamadığı üçün Balakən Rayon Məhkəməsinin bildirişini ona təqdim etmək mümkün olmamışdır.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 aprel 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 745049 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 noyabr 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 19 aprel 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 745050 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 mart 2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 24 iyun 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 347849 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2020-ci ilin iyun ayının 24 günündə 54 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(019)-908/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 04 may 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 85 ( səksən beş) manat sabit pul məbləğində alimentin tutulub X6 verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT- 0018/2023-02605 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini təktərəfli qaydada ödəmişdir. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2010-cu ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Cavabdehlə birgə nikahlarından 21 noyabr 2011-ci il tarixdə X9 və 28 mart 2013-cü ildə X8 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(019)-908/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 04 may 2016-cı il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 85 ( səksən beş) manat sabit pul məbləğində alimentin tutulub X6 verilməsi qət edilmişdir. Uşaqlar hazırda da İddiaçı himayəsində yaşayırlar. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 7 ildən artıq müddət ərzində xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 böyümələrini, onların maddi tələbatının artmasını, 2016-ci ildə yaşayış minimumu uşaqlar üçün 117 manat olduğu halda bu məbləğin hazırda 235 manat olmasını, eyni zamanda İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(019)-908/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx ) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 50 manatın 28.50 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 21.50 manat iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 53.60 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 02 iyun 2016-cı il tarixli 2(019)-908/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat mediasiya xərcinin 28.50 manatı alınıb İddiaçı verilsin. Mediasiya xərcinin qalan 21.50 manat iddiaçının özünə aid edilsin. Cavabdeh 53.60 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-241/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-241/2024
11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver