Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-248/2023 01.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 1675 (min altı yüz yetmiş beş) manat və Cavabdeh2 14000 (on dörd min ) manat pulun məcburi qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2020-ci ilin dekabr ayında qonşusu Cavabdeh1 vasitəçiliyi ilə Cavabdeh2 Rusiya Federasiyasında satmaq üçün 3 maşın (hər biri təxminən 20 t) xurma məhsulu almışdır. Maşınların ikisinin pulunu nəğd qaydada ödəmişdir. Üçüncü maşının pulunu məhsul bazarda realizə edildikdən sonra ödənilməsi barədə razılığa gəlmişlər. Məhsulun keyfiyyətinə Cavabdeh1 cavabdeh olmuşdur. Cavabdeh1 ona xurmanın Zaqatala rayonunun Mazıx kəndinin məhsulu olduğu bildirmişdir. Əslində xurma Qax rayonunun məhsulu olmuşdur. Qax rayonunda yetişən xurmanın keyfiyyətinin aşağı olması bu işlə məşğul olan hər kəsə məlumdur. Bundan başqa xurma soyuducuda saxlanılarkən saxlama qaydalarına riayət edilməməsi səbəbindən maşına yükləndikdən az sonra qaralıb keyfiyyətsiz hala düşmüşdür. Xurmanı göndərdiyi şərikləri məhsul zay vəziyyətdə olduğu üçün onu sata bilməmiş və külli miqdarda zərər etmişlər. Ona görə də onlar ona heç bir pul ödəyə bilməmişlər. Bu barədə sübut olaraq onların ona çəkib göndərdikləri video material vardır. Respublikadan kənarda yaşadıqları üçün onları şahid kimi məhkəməyə gətirə bilmir. Əvəzində xurmanı yeşiklərə düzən fəhlə X2 dediklərini təsdiq edə bilər. Vasitəçilik xidmətlərinə görə Asifə 3 maşına görə cəmi 1675 ( min altı yüz yetmiş beş ) manat pulu öz evində,həyat yoldaşının yanında ödəmişdir. Asif yaxın münasibətdə olduğu Cavabdeh2la birlikdə keyfiyyətsiz məhsulları olduğunu bilə-bilə onu aldatmış və ona ümumilikdə 14000 (on dörd min ) manat məbləğində zərər vurmuşlar. Şərikləri də zərər çəkdikləri üçün onlarla da münasibətləri tamamilə pozulmuşdur. Hazırda 2-ci qrup əlil olmaqla işsizdir. Oğlu Qarabağ müharibəsinin veteranıdır. Hər iki övladı hazırda ödənişli qaydada ali təhsil alırlar. Ona görə də Asif və Əlinin ona vurduqları zərər onların ailəsinin düzənini tamamilə pozmuşdur. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayonunun Talalar kəndində yaşayır. Həyətyanı sahəsində meyvə saxlanılması üçün soyuducu vardır. 2020-ci ilin oktyabr ayında soyuducuya xurma məhsulu qoymuşdur. Dekabr ayının əvvəllərindən məhsulu satmağa başlamışdır. Həmin ilin dekabr ayında tanışı Balakən rayonu Tülü kənd sakini Cavabdeh1 Balakən rayonu Talalar kənd sakini İddiaçı ilə onlara gələrək, xurma məhsulu almaq istədiklərini bildirmişlər. Məlum olmuşdur ki, xurmanı İddiaçı alır. İddiaçı ondan hər biri 22 ton olmaqla 3 maşın xurma alacağını bildirmişdir. O, məhsulu nağd satdığını Fərmana demiş, o da onunla razılaşmışdır. İddiaçı 2 maşın xurma məhsulunu pulunu nağd ödəməklə aparmışdır. Üçüncü maşın xurma məhsulunu doldurulduqdan sonra İddiaçı ona bildirmişdir ki, məhsulun dəyəri olan 12362 manat pul Rusiyadan Bank vasitəsilə göndərilir və səhərisi gün pulu ona verəcəkdir. O da məhsul soyuducudan çıxarılaraq maşına yüklənildiyi üçün Fərmanla razılaşmışdır. Lakin sonrakı gün Fərman ona verməli olduğu 12362 manat pulu ödəməmişdir. Yalnız həmin vaxtdan 10 gün keçdikdən sonra Cavabdeh1 məhsulun dəyərinin bir hissəsi olan 5000 manat pulu ona vermişdir. Fərman xurma məhsulunun pulunu- 7362 manat borc pulu qaytarmadığı üçün o iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(019)-732/2021 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilmiş, İddiaçı 7362 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmışdır. İddiaçı apelyasiya və kassasiya şikayətləri vermiş, lakin onun şikayəti təmin edilməmişdir. Bundan sonra Fərman ona və Cavabdeh1 qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiası əsassızdır, o borcunu ödəməkdən yayınmaq üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçıla qonşudur, xurma məhsulunun alqı-satqısı ilə məşğul olur. 2020-ci ilin dekabr ayında o, evdə olduğu zaman İddiaçı onlara gələrək xurma məhsulu lazım olduğunu bildirmişdir. O da Cavabdeh2 xurma olduğunu deyərək, ikisi birlikdə Əligilə getmişlər. Həmin vaxt Rusiya Federasiyasına aparmaq üçün Dibirov X4 Əli Nuru oğlundan 3 maşın xurma məhsulu almış, iki maşın xurmanın pulunu İddiaçı nəğd qaydada Cavabdeh2 ödəmişdir. Üçüncü maşın xurmanın pulunu isə İddiaçı səhəri günü Rusiyadan göndərildikdən sonra ödəyəcəyini bildirmişdir. Üçüncü maşın xurmanın pulu 12362 manat etmişdir. Fərman evində Cavabdeh2 xurmaya görə verməli olduğu 12362 manat puldan 5000 manat pulu təxminən 10 gün sonra Cavabdeh2 vermək üçün ona vermiş, o da aparıb həmin 5000 manat pulu Cavabdeh2 vermişdir. İddiaçı ona 1675 manat pul verməmişdir. İddiaçının iddiasını əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2020-ci ilin dekabr ayında, o Şahid3 ilə birlikdə Rusiya Federasiyasına aparmaq üçün İddiaçı Cavabdeh2 aldığı xurma məhsulunu maşına yükləmişlər. Bir maşını yüklədikdən sonra İddiaçı onlara inanmamış, xurmanı yığmaq üçün öz fəhlələrini gətirmişdir. Maşınlara yığılan xurma məhsulları tam keyfiyyətli olmuş, ən xırda zədəli məhsul belə kənara qoyulmuşdur. Cavabdeh2 onların pulunu sonradan ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Əlinin yanında fəhlə kimi işləmişdir. 2020-ci ilin dekabr ayında, o, Şahid4 ilə birlikdə Rusiya Federasiyasına aparmaq üçün İddiaçı Cavabdeh2 aldığı xurma məhsulunu maşına yükləmişlər. Bir maşını yüklədikdən sonra İddiaçı onlara inanmamış, xurmanı yığmaq üçün öz fəhlələrini gətirmişdir. Maşınlara yığılan xurma məhsulları tam keyfiyyətli olmuş, ən xırda zədəli məhsul belə kənara qoyulmuşdur. Cavabdeh2 onların pulunu sonradan ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında göstərdli ki, İddiaçı onun əridir. Əri Fərman uzun müddətdir ki, xurma məhsulunu alıb-satmaqla məşğul olur. Cavabdeh1 xurma məhsulunu tapmaqda Fərmana köməklik göstərmiş və Cavabdeh2 adlı şəxsdən soyuducuda saxlanılan xurma malı tapmışdır. Bir dəfə əri Fərman xurmanın pulunu Cavabdeh2 vermək üçün Cavabdeh1 vermişdir. Bundan başqa Asif xurma məhsulunu tapmaqda vasitəçilik etdiyinə,kömək etdiyinə görə əri Fərman Asifə bir neçə dəfəyə verməklə, cəmi 1675 manat pul vermişdir. Həmçinin bir dəfə Fərman xurmanın pulunu Asifə vermişdir ki, aparıb Cavabdeh2 versin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, İddiaçı tanıyır, bacısı Elmiranın əridir, cavabdehləri isə tanımır. O, xurma məhsulunu yeşiklərə düzməklə məşğul olur. Fərmanın Cavabdeh2 aldığı xurma məhsulunu da yeşiklərə düzməkdə fəhlə kimi bir gün işləmişdir. Onlar yeşiklərə mal yığarkən 10 nəfər olmuş və yeşiklərə sağlam mal yığmışlar. Lakin oradan yığdıqları mal soyuducuda saxlanılsa da yumşaq olmuşdur. O, Fərmana malın yumşaldığını bildirmiş, lakin Fərman ona heç nə deməmişdir. Sonrakı günlər bu səbəbdən o xurmanı yeşiklərə yığmağa gəlməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(019)-732/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, cavabdeh İddiaçı 7362 (yeddi min üç yüz altmış iki) manat pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin vaxt İddiaçı iddia tələbinə etiraz edərək Cavabdeh2 ona 14000 manat ziyan vurduğunu bildirmiş, lakin onun etirazı əsassız hesab olunaraq rədd edilmişdir. İşdə olan, İddiaçı təqdim etdiyi diskə baxış keçirilərkən videogörüntüdə xurma məhsulunun xarab olduğu görünsə də, həmin videogörüntünün kim tərəfindən, nə vaxt, hansı şəraitdə çəkilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 2020-ci ilin dekabr ayında qonşusu Cavabdeh1 vasitəçiliyi ilə Cavabdeh2 Rusiya Federasiyasında satmaq üçün 3 maşın (hər biri təxminən 22 t) xurma məhsulu almışdır. Maşınların ikisinin pulunu nəğd qaydada ödəmişdir. Üçüncü maşının pulunun-12362 manat pulun bir gün sonra ödənilməsi barədə razılığa gəlmişlər. Lakin bir gün sonra İddiaçı pulu ödəməmiş, on gündən sonra həmin puldan 5000 manatı ödəmiş, qalan 7362 manat pulu ödəməmiş, xurma məhsulunun keyfiyyətli olmadığını,nəticədə ona 14000 manat ziyan dəydiyini bildirərək həmin pulu ödəməyəcəyini bildirmişdir. Bu səbəbdən Cavabdeh2 İddiaçı qarşı 7362 manat borc pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 30 iyul 2021-ci il tarixli 2(019)-732/2021 nömrəli qətnaməsinə əsasən Cavabdeh2 iddiası təmin edilmiş, İddiaçı 7362 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin işə baxılarkən İddiaçı iddia tələbinə etiraz edərək Cavabdeh2 ona 14000 manat ziyan vurduğunu bildirmiş, lakin onun etirazı əsassız hesab olunaraq rədd edilmişdir. Bundan sonra İddiaçı sözügedən qətnamələrdən apellyasiya və kassasiya şikayətləri vermiş, lakin onun şikayətləri təmin edilməmişdir. Qətnamə icra üçün göndərildikdən sonra İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Cavabdeh2 tərəfindən ona keyfiyyətsiz-zay xurma məhsul verilməsini, Cavabdeh1 bu işdə onu aldatdığını, 14000 manat ziyana düşdüyünü, Cavabdeh1 vasitəçiliyə görə 1675 manat pul verdiyini göstərsə də bunları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Məhkəmə iddiaçının vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş arvadı Şahid2 və baldızı Şahid1 ifadələrinə tənqidi yanaşaraq, onların ifadələrini işin həqiqi hallarına uyğun olmadığından sübut kimi qəbul etməmişdir. Belə ki, İddiaçı Cavabdeh1 1675 manat pulu öz evində bir dəfəyə verdiyini bildirmiş, Şahid2 isə ifadəsində Fərmanın Cavabdeh1 1675 manat pulu bir neçə dəfəyə verdiyini göstərmişdir. Bununla da onun düzgün ifadə vermədiyi təsdiq olunur. Həmçinin Şahid1 ifadəsində xurma məhsulunun yumşaq olmaqla keyfiyyətsiz olmasını , bu səbəbdən yalnız bir gün xurma yığdığını göstərsə də bu xüsusat iş materialları ilə təsdiq olunmadığından məhkəmə onun ifadəsini də qəbul etməmişdir. İddiaçı təqdim etdiyi videogörüntünün isə nə vaxt, harada, hansı şəraitdə çəkildiyi məlum deyildir. Odur ki, məhkəmə onu da sübut kimi qəbul etməmişdir. Bundan başqa Mülki Məcəllənin 571-ci maddəsinə əsasən: 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. 571.3. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. İşdəki sübutlardan göründüyü kimi İddiaçı 2020-ci ilin dekabr ayında Cavabdeh2 məxsus xurma məhsuluna Cavabdeh1lə birlikdə Cavabdeh2 iştirakı ilə baxış keçirtmiş, bu zaman həmin xurmaların keyfiyyətsiz (zay) olması müəyyən edilməmiş və İddiaçı bu barədə Cavabdeh2 heç bir irad bildirməmişdir. Sonra İddiaçı Cavabdeh2 3 avtomaşın xurma götürmüş, 2 avtomaşın xurmanın pulunu nəğd qaydada ödəmiş, 3-cü avtomaşın xurmanı isə pulunu bir günə ödəmək şərtilə nisyə almışdır. İddiaçı bundan 10 gün sonra 3cü avtomaşın xurmanın 12362 manat nisyə satış pulundan 5000 manatı Cavabdeh2 ödəmişdir. Xurmaların keyfiyyətsiz olduğu təqdirdə İddiaçı 2 avtomaşın xurma götürməsi və pulunu dərhal ödəməsi, 3-cü avtomaşın xurmanın pulunun 5000 manatını isə 10 gündən sonra ödəməsi ağlabatan deyildir. Bu fakt onun iddiaçı tərəfindən ona zay xurma verilməsi barədə bildirdiklərini təkzib edir. Digər tərəfdən, İddiaçı iddia etdiyi ona keyfiyyətsiz xurma verilməsi ilə bağlı Cavabdeh2 xurmaları götürəndə və sonradan heç bir irad və narazılıq bildirməmiş, keyfiyyətsiz məhsul verilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş xurmanın alış qiymətinin mütənasib azaldılması və ya xurmanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması və yaxud xurmanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməmiş, həmçinin alqı-satqı müqaviləsinin icrasından imtina etməmiş və xurma üçün ödədiyi pul məbləğinin qaytarılmasını və ya lazımi keyfiyyətli olmayan xurma məhsulunun müqaviləyə uyğun xurma məhsulu ilə əvəz olunmasını Cavabdeh2 tələb etməmişdir. Yalnız 7365 manat pulun ödənməsi barədə məhkəmə qətnaməsi icraya yönəldikdən sona hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin İddiaçı alıcı kimi xurma məhsulunun zay olmasını ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməməklə bunu sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 137 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-248/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-248/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver