Məhkəmə qərarları › İş №e-2(019)-250/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-250/2022

17.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-250/2022 17.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-1351/2016 nömrəli 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında ərizə ilə məhkəməyə müraciət edərək 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 22 oktyabr 2014 -cü il tarixdə qeyri rəsmi nikahla evlənmiş, nikahlarını 05 iyul 2015-ci il tarixdə Balakən rayon Qeydiyyat şöbəsində 142 nömrə ilə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikah dövründə 01 iyul 2015-ci il tarixdə X3 adında bir uşaqları anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri 2016-ci ilə qədər davam etmişdir. Daha sonralar aralarında ailə münaqişələri baş vermiş və o, nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-1351/2016 nömrəli 18 iyul 2016cı il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş, birgə nikahlarından 01 iyul 2015ci il tarixdə anadan olmuş X3 onun yanında saxlanılmış və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 117 manat miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Eyni zamanda o, uşağı ilə birlikdə kirayədə yaşayır. Balakən Rayon Məhkəməsinin 2(019)-1351/2016 nömrəli 18 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 117 manat alimentlə usağının palpaltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Cavabdeh Balakən şəhər 3 saylı körpələr evi uşaq baxçasında işləməklə aylıq 273 manat qazanc əldə edir. Eyni zamanda cavabdeh əlavə olaraq tikintidə rəngsaz işləri görməklə əlavə qazanc əldə edir. O hər ay uşaq üçün 180 manat aliment ödəmək iqtidarındadır. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərdi ki, Cavabdeh 22 oktyabr 2014-cü il tarixdə qeyri-rəsmi nikahla İddiaçı ilə evlənmiş, nikahlarını 05 iyul 2015-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından 01 iyul 2015-ci il tarixdə X3 adında bir uşaqları olmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. Tərəflər arasında olan nikah pozulmuş və Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən uşağın saxlanması üçün Cavabdeh hər ay 117 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh hər ay alimenti vaxtında ödəyir. Cavabdeh Balakən şəhər 3 saylı körpələr evi uşaq baxçasında gözətçi işləməklə ayda 272.92 manat məbləğində əmək haqqı alır. Cavabdehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. Cavabdeh hər ay 150 manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin Mediasiya prosesinə xitam verilməsi barədə 24.01.2022-ci il tarixli MŞİH-12624 nömrəli protokoldan görünür ki,tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 23 iyul 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 572294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 01 iyul 2015-ci ildə anadan olmuş, atası Cavabdeh , anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 07 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 248644 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)- 1351/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edlilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində 142 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağı- azyaşlı 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında qalması,08 iyun 2016-cı il tarixdən başlayaraq azyaşlı 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 5 saylı Ərazi Maliyyə Hesablama Mərkəzi tərəfindən 18.02.2022-ci il tarixdə verilmiş 119 nömrəli arayışdan görünür ki, Cavabdeh 03 noyabr 2013-cü il tarixdən müddətsiz müqavilə əsasında gözətçi vəzifəsində işləyir,onun aylıq əmək haqqı 272,92 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 22 oktyabr 2014-cü ildə qeyri-rəsmi nikahla Cavabdeh ilə evlənmiş, nikahlarını 05 iyul 2015-ci il tarixlə Balakən rayon Qeydiyyat Şöbəsində 142 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 01 iyul 2015-ci il tarixdə X3 adında bir uşaqları vardır. Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)-1351/2016 nömrəli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixdə Balakən rayonu Qeydiyyat şöbəsində 142 sayla qeydə alınmış nikahın pozulması, boşanmadan sonra onların uşağı- azyaşlı 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 anası İddiaçı yanında qalması,08 iyun 2016-cı il tarixdən başlayaraq azyaşlı 01 iyul 2015-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini,tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)-1351/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 01 iyul 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün,Cavabdeh 41,60 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X5” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən Rayon Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(019)-1351/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 01 iyul 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 41,60 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar