Məhkəmə qərarları › İş №e-2(019)-270/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-270/2023

16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-270/2023 16.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı və digər İddiaçı3 nümayəndəsi İddiaçı4 və onun və iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı6 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kənd sakini Cavabdeh iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X3, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı və İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində onlara vurduğu 15.642,90 manat maddi ziyan əldən çıxmış faydanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 19 fevral 2019-cu il tarixdən 2022-ci ilin iyul ayının 6-na qədər olan müddət ərzində Cavabdeh tərəfindən iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X3, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1.748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə onlara məxsus torpaq sahəsindən qanusnuz istifadə etməklə onlara vurduğu 15642 manat maddi ziyanın əldən çıxmış fayda olaraq Cavabdeh alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kənd sakini Cavabdeh iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X3, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam verə bilməmələri nəticəsində iddiaçılara məxsus torpaq sahəsində 19 fevral 2019-cu ildən başlayaraq 17 iyun 2022-ci il tarixdə olan 28 ay müddət ərzində 1,748 ha torpaq sahəsində qarğıdalı məhsulu əkərək ildə əldə etmiş 10.700 kq qarğıdalı məhsulu-3x10700 =32.100 qarğıdalı məhsulu, həmin məhsulun 1 kq 0.45 manat olmaqla 32.100 x 0.45 = 14.445 manat əldən çıxmış faydanın (dəymiş ziyanın əvəzi olaraq) 14.445 (on dörd min dörd yüz qırx beş) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 146 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kənd sakini Cavabdeh iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X3, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1.748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, iddiaçılara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində iddiaçılara vurduğu 14889.6 manat əldən çıxmış faydanın və iddianın qaldırılması üçün iddiaçılar tərəfindən ödənilmiş 138.00 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı4 Mollateyyub oğlu və nümayəndə-vəkil Nümayəndə iddianı müdafiə edib, onunla əsaslandırmışlar ki, Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində iddiaçılara ailə üzvlərinə Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Qeyd edilən torpaq sahəsinə JN 134 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. Həmin torpaq sahəsinin 1,75 ha hissəsi çöl sahəsində, 0,31 ha hissəsi isə onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşir. Çöl sahəsində yerləşən 1,75 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini özləri istifadə edə bilmədiyi üçün 2012-ci ilin mart ayında Cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etmiş, imkanı olanda alacağını bildirmişdir. 2012-ci ilin mart ayından cavabdeh onlara məxsus olan torpaq sahəsini istifadə edir. Hazırda həmin torpaq sahəsinə ehtiyacları olduğuna görə Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)- 205/2019 nömrəli qətnaməsi ilə iddiaları təmin edilmiş, Cavabdeh onlara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması qət edilmiş, həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İddialarını onunla əsaslandırırlar ki, Cavabdeh onları onlara məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyə qoymamaqla maddi ziyan əldən çıxmış faydanı onlara məhrum etmişdir. Cavabdeh iddiaçıları onlara məxsus torpaq sahəsinə sahiblik, sərəncam, istifadə hüququndan məhrum etməklə onlara 14889.6 manat əldən çıxmış fayda formasında maddi ziyan vurmuşdur. Odur ki, Cavabdeh maddi ziyan əldən çıxmış fayda olaraq cavabdehdən alınaraq onlara ödənilməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışlar. X8 Mərkəzi Bitkiçilik sektorunun müdiri Şahin Rəhimli tərəfindən verilmiş 18 oktyabr 2022-ci il tarixli rəyindən görünür ki, Balakən rayonu Qazma kənd sakini İddiaçı4 Mollateyyub oğlunun şəxsi mülkiyyətində olan reyestr nömrəsi **********97 olan (çıxarış sənədi üzrə) 1,748 ha pay torpaq sahəsindən 2019-2021-ci illər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə rəydə, Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri nəzərə alınmaqla 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10.767 ton 2020- ci ildə 61,6 sentx 1,748 ha= 10.767 ton 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11.606 ton Cəmi 3 ildə 33.140 ton qarğıdalı məhsulu əldə etmək mümkündür. İddia ərizəsinə əlavə edilmiş vəsatətdən görünür ki, qarğıdalı məhsulunun 2019-2021-ci illər ərzində olan qiymətlərinin müəyyən edilməsi və rəy verilməsi üçün tərəflərindən Balakən Rayon Aqrar İnkişaf Mərkəzinə müraciət olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Balakən Rayon Aqrar İnkişaf Mərkəzinin 11 noyabr 2022-ci il tarixli MİHO/ 1.2. 24-2- 2022-80 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X10 mərkəzlərinin Əsasnaməsi’ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəblə vətəndaşların istifadəsində olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi DAİM-lərin səlahiyyətləri xaricində hesab olunur. Əlavə olaraq nəzərə çatdırılır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə uyğun olaraq, qiymətləndirmə fəaliyyəti müvafiq fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərlə (qiymətləndirici) onların xidmətlərinin istehlakçıları (sifarişçi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun, eləcə də Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin tələblərinə əsasən, dəymiş maddi ziyanın qiymətləndirilməsinin məhkəmənin ekspertiza haqqında və ya təkrar ekspertiza haqqında qərardad əsasında həyata keçirildiyi hallarda qiymətləndirmə fəaliyyəti kim həyata keçirilməsi məhkəmə tərəfindən tam müstəqil olaraq müəyyən olunur. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı4 Mollateyyub oğlunun Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı4 Mollateyyub oğlunun mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,75 ha torpaq sahəsindən sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə İddiaçı4 Mollateyyub oğlunun mülkiyyət hüququnun tanınması qət edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-108/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı4 Mollateyyub oğlu, X3, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 10.100 (on min yüz) manat pulun, 4400 (dörd min dörd yüz) ABŞ dollarının, 3 ton sementin və məhkəməyə müraciət edərkən ödədiyi 143 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən İcra və Probasiya Şöbəsinin aktından görünür ki, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərarı icra edilmiş, 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi borclu Cavabdeh alınaraq, İddiaçı4 Mollateyyub oğluna qaytarılmışdır. Balakən rayonu Qazma Bələdiyyəsinin 08 avqust 2022-ci il tarixli 25 saylı arayışından görünür ki, 134 saylı Dövlət aktı ilə verilmiş 2,06 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0,31 hissəsi kənd daxili bağ hissəsi, 1,75 ha isə çöl ərazi sahəsidir. Torpaq sahəsinə aid vergiləri bələdiyyə yarandığı gündən bu günə qədər 2000- 2022-ci illər üzrə onun tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən rayonu Qazma Bələdiyyəsinin 29 mart 2022-ci il tarixli 13 nömrəli arayışından görünür ki, verilir həmin arayış Balakən rayonu Qazma kənd sakini İddiaçı4 Mollateyyub oğluna ondan ötrü ki, onun həqiqətən 134 saylı Dövlət aktı ilə verilmiş 1,75 ha çöl əkin sahəsi vardır. Həmin torpaq sahəsi 2015-ci ildən bu günə kimi Qazma kənd sakini Cavabdeh istifadə edir. Torpaq sahəsini istifadə etməsinə baxmayaraq Cavabdeh tərəfindən bələdiyyəyə heç bir vergi ödənilməmişdir. Həmin torpağa aid vergiləri torpağın sahibi İddiaçı4 Mollateyyub oğlu tərəfindən bir ilə 8 manat 70 qəpik olmaqla illər üzrə ödənilmişdir. 2015-2016-cı illər üçün - 16,50 manat xx.xx.2016 2017-2017-ci illər üçün - 17,50 manat xx.xx.2018 2019-2020-2021 -ci illər üçün - 20,00 manat xx.xx.2022 2019- 2021 -ci illər ərizində Balakən rayonunda 1 kq qarğıdalı məhsulunun qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasında aparılması, həmin illərdə əldə edilmiş məhsulun nisbətdə hesablanması üçün Balakən Rayon Məhkəməsi qarşısında vəsatət qaldırılmışdır. 2019-2021 -ci illər ərzində Balakən rayonunda 1 kq qarğıdalının qiymətini müəyyən etməklə Qazma kəndi üzrə qarğıdalı məhsulunun statistik göstəricilərini və həmin ildə qarğıdalı məhsulunun dəyərini nəzərə almaqla aşağıdakı nəticəyə gələrlər. 2019- cu ildə 10.715 ton x 0,35 = 3750,25 manat 2020- ci ildə 10.767 ton x 0,35 = 3768,45 manat 2021- ci ildə 11.606 ton x 0,70 = 8124,20 manat cəmi 15.642,90 (on beş min altı yüz qırx iki manat doxsan qəpik) manat maddi ziyan əldən çıxmış faydanın Cavabdeh alınaraq onlara-iddiaçılara ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, həmçinin Cavabdeh həmin torpaq sahəsini iddiaçılardan alqı-satqı qaydasında aldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi X6 ifadəsində göstərmişdir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi icra edilərək torpaq sahəsi İddiaçı4 Mollateyyub oğlunun və ailə ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmiş, bu barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli aktı tərtib edilmişdir. Lakin Cavabdeh yenidən həmin torpaq sahəsinə daxil olaraq ondan qanunsuz istifadə etməyə başlamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli aktla həmin torpaq sahəsindən çıxarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********97olan, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi 1.748 ha kənd təsərrüfatı təyinatlı torpaqlar 101 №li reyestr kitabının 38 №li vərəqində xx.xx.2021-ci il tarixdə İddiaçı4 Mollateyyub oğlunun, İddiaçı2, X1, İddiaçı6, İddiaçı3 və İddiaçı5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı4 Mollateyyub oğluna, İddiaçı2, X2, İddiaçı6, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına və İddiaçı5 Balakən rayonu Qazma kəndi ərazisindən 2.06 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X10 Mərkəzi tərəfindən Balakən Vəkil Bürosunun vəkili Nümayəndə ünvanlanmış 11 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli 94 nömrəli məktuba cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X10 mərkəzlərinin Əsasnaməsi’ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəblə vətəndaşların istifadəsində olan əkin saəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi DAİM-lərin səlahiyyətləri xaricində hesab olunur. Əlavə olaraq nəzərə çatdırılır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə uyğun olaraq, qiymətləndirmə fəaliyyəti müvafiq fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərlə (qiymətləndirici) onların xidmətlərinin istehlakçıları (sifarişçi) arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun, eləcə də Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin tələblərinə əsasən, dəymiş maddi ziyanın qiymətləndirilməsinin məhkəmənin ekspertiza haqqında və ya təkrar ekspertiza haqqında qərardad əsasında həyata keçirildiyi hallarda qiymətləndirmə fəaliyyəti kim həyata keçirilməsi məhkəmə tərəfindən tam müstəqil olaraq müəyyən olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı4 Mollateyyub oğlunun mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,75 ha torpaq sahəsindən sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə İddiaçı4 Mollateyyub oğlunun mülkiyyət hüququnun tanınması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X10 Mərkəzi 12 oktyabr 2022-ci il tarixli fərdi qaydada Hüquqi Xidmət göstərən vəkil Nümayəndə müraciətinə əsasən Qazma kənd sakini İddiaçı4 şəxsi mülkiyyətində olan (reystr nömrəsi **********97 olan çıxarış sənədi üzrə) 1.748 ha pay torpaq sahəsindən 2015-2021-ci iilər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə rəydə göstərilir ki, Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Mollateyyub oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin reyestr nömrəsi **********97 olan Çıxarış sənədinə əsasən Qazma kəndinin “Tala çöl” adlı ərazidə yerləşən 1.748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu müşahidə edildi. Həmin sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilərsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentinerdən qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021 -ci illərin statistik göstəriciləri də nəzərə almaqla 2015- ci ildə 56,3 sent x 1.748 ha = 9,841 ton 2016- cı ildə 60,3 sent x 1.748 ha = 10,540 2017- ci ildə 62,1 sent x 1.748 ha = 10,855 2018- ci ildə 60,7 sent x 1.748 ha = 10,610 2019- cu ildə 61,3 sent x 1.748 ha = 10,715 2020- ci ildə 61,6 sent x 1.748 ha = 10,767 2021 - ci ildə 66,4 sent x 1.748 ha = 11,606 Cəmi: 7 ildə 74,934 ton. Beləliklə, İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsindən 7 ildə təxminən 74,934 ton dən qarğıdalı məhsulunun götürülməsinin mümkün olduğunu göstərmək olar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma Bələdiyyəsi tərəfindən verilmiş 29 mart 2022-ci il tarixli 13 nömrəli arayışdan görünür ki, İddiaçı4 Mollateyyub oğlunun həqiqətən 134 saylı dövlət aktı ilə verilmiş 1.75 ha cöl əkin pay torpaq sahəsi vardır.Həmin torpaq sahəsini 2015-ci idlən bu günə qədər Qazma kənd sakini Cavabdeh istifadə edir.Torpaq sahəsini istifadə etməsinə baxmayaraq Cavabdeh tərəfindən bələdiyyəmizə hec bir vergi ödənilməmişdir.Həmin torpağa aid vergilər torpağın sahibi İddiaçı4 Molateyyub oğlu tərəfindən bir ili 8 manat 70qəpik olmaqla illər üzrə ödənilmişdir. 2015-2016-cı illər üciin—16.50 manat xx.xx.2016 2017-2018-ci illər ücün—17.50 manat xx.xx.2018 2019-2020-2021-ci illər ücün 20.00 manat xx.xx.2022 İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qazma Bələdiyyəsi tərəfindən verilmiş 08 avqust 2022-ci il tarixli 35 nömrəli arayışdan görünür ki, İddiaçı4 Mollateyyub oğlunun həqiqətən 134 saylı dövlət aktı ilə verilmiş 2.06 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin 0.31 hissəsi kənddaxili bağ hissəsi ,1.75 ha isə cöl əkin sahəsidir.Torpaq sahəsinə aid vergiləri bələdiyyə yarandığı gündən bu günə qədər 2000-2022-ci illər üzrə onun tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli №7/446-9/2018 nömrəli ekspert rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X10 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş rəyə (e- 2(019)-270/2023 mülki iş materialı səhifə 25-26) əsasən: - Balakən rayonu Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1,748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Çıxarış sənədinə əsasən Qazma kəndinin "Tarla çöl” adlı ərazidə yerləşən 1,748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu, sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentner qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri də nəzərə alınmaqla 2015- ci ildə 56,3 sent. x 1,748 ha = 9,841 ton, 2016- cı ildə 60,3 sent. x 1,748 ha = 10,540 ton, 2017- ci ildə 62,1 sent. x 1,748 ha = 10,855 2018ci ildə 60,7 sent. x 1,748 ha = 10,610, 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10,715 2020ci ildə 61,6 sentx 1,748 = 10,767, 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11,606 olmaqla 7 ildə cəmi 74,934 ton qarğıdalı məhsulunun mümkün olması müəyyən edilmişdir. - Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X10 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimlinin tərəfindən tərtib edilmiş rəydə (e- 2(019)-270/2023 mülki iş materialı səhifə 25-26) 1,748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olması və yalnız 2022-ci il üçün nə qədər məhsul əldə edilə bilməsi barədə heç bir məlumat olmadığından qərardadda qoyulmuş “İddiaçılar İddiaçı1 Ərəbiddirı oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Mollateyub oğlu və İddiaçı6 məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1.748 ha torpaq sahəsindən 19 fevral 2019-cu il tarixdən 6 iyul 2022-ci il tarixədək həmin vaxt üzrə hər illik və ümumilikdə həmin vaxt ərzində orta hesabla yığılmalı olan qarğıdalı məhsulunun məhsuldarlığı nə qədər təşkil edir?”sualı üzrə tədqiqat işləri aparılmadı. Respublikada mövcud olan qiymətlərdən (o cümlədən Balakən rayonunda), yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, rəyin biloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 74,934 ton qarğıdalı məhsulunun 2019-2021- ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 33720,30 (74934 x 0,45 man) manat müəyyən olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 01 may 2023-cü il tarixli №7/446-9/2018 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı4 Mollateyib oğlunun mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1,75 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə İddiaçı4 Mollateyib oğiunun mülkiyyət hüququnun bərpa olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-108/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı1 Ərəbiddirı oğluna, İddiaçı2, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızına, İddiaçı4, İddiaçı5 Mollateyub oğluna və İddiaçı6 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-590/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 2(019)- 108/2022 saylı qətnaməsi qismən, iddianın təmin edilməyən 100 (yüz) manata aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehlər İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı6, Hacıyeva (Məsimli) Sənəm Mollateyub qızı və İddiaçı5 müştərək qaydada 100 (yüz) manat məbləğində pulun tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən torpaq sahəsi İddiaçı4 Mollateyyub oğlunun vıə ailə üzvlərinin mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa edilmişdir. İş matertiallarına əlavə olumuş Balakən rayon İcra və Probasiya Şöbəsinin 6.06.2020-ci il tarixli,xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarında Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icra edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8 (019)-35/2021 nömrəli qərardadından görünür ki, tələbkar İddiaçı4 şikayəti təmin edilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilmiş, Balakən Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2 (019)-205/2019 nömrəli icra sənədi yenidən icraya yönəldilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı4 Mollateyyub oğlu hazırki iddianın qaldırılması ilə əlaqədar 138 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının, iddiaçıların nümayəndəsi-vəkilinin, cavabdehin, onun nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçılar İddiaçı4 Mollateyyub oğlu, X3, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızı, İddiaçı5 iddia tələbinin əsaslandırıldığı hallar kimi Balakən rayonu Qazma kəndində aparılan torpaq islahatı nəticəsində onlara Balakən Rayon Aqrar İslahat Komissiyasının 08 may 1998-ci il tarixli 06 saylı qərarı ilə 2.06 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin verildiyini, qeyd edilən torpaq sahəsinə JN 134 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının hazırlandığını, həmin torpaq sahəsinin 1,75 ha hissəsinin çöl sahəsində, 0,31 ha hissəsinin isə onlara məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin arxasında yerləşdiyini, çöl sahəsində yerləşən 1,75 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsini özləri istifadə edə bilmədiyi üçün 2012-ci ilin mart ayında Cavabdeh onlardan müvəqqəti istifadə etmək üçün xahiş etdiyini, imkanı olanda alacağını bildirdiyini, 2012-ci ilin mart ayından cavabdehin onlara məxsus olan torpaq sahəsindən istifadə etdiyini, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)- 205/2019 nömrəli qətnaməsi ilə Cavabdeh onlara məxsus 1,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmasının qət edildiyini, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edildiyini, Cavabdeh onları onlara məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə, sahiblik, sərəncam vermə hüququndan məhrum etməklə, onlara məxsus torpaq sahəsində 2019-cu ildən başlayaraq 2021-ci il tarixədək olan müddət ərzində 1,748 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməyə qoymamaqla onlara maddi ziyan vurduğunu göstərmişlər. İşdəki sübutlarla müəyyən olunur ki, Balakən Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 2(019)-205/2019 saylı icra sənədi uzun mddət icra edilməmiş və həqiqətən də həmin icra sənədinin icrası ilə əlaqədar sözügedən 1,748 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə iddiaçılara təhvil verilmiş, torpaq sahəsi 2012-ci ilin mar ayından xx.xx.2021-ci il tarixədək cavabdehin qanunsuz sahibliyində olmuş və həmin müddət ərzində cavabdeh iddiaçıları mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik etmək, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarından məhrum etmişdir. Azərbaycan Respublikasinin Kənd Təsərrüfati Nazirliyi Balakən X10 Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli Qazma kənd sakini İddiaçı4 şəxsi mülkiyyətində olan (reyestr nömrəsi **********97 olan çıxarış sənədi üzrə) 1.748 ha pay torpaq sahəsindən 2015-2021ci iilər ərzində nə qədər qarğıdalı məhsulu əldə edilməsinin mümkünlüyü barədə mütəxəssis rəyində göstərilir ki, Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Mollateyyub oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin reyestr nömrəsi **********97 olan Çıxarış sənədinə əsasən Qazma kəndinin “Tala çöl” adlı ərazidə yerləşən 1.748 ha torpaq sahəsinə baxış keçirilərkən torpaq sahəsinin münbit olduğu müşahidə edildi. Həmin sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilərsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70 sentinerdən qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021 -ci illərin statistik göstəriciləri də nəzərə almaqla 2015- ci ildə 56,3 sent x 1.748 ha = 9,841 ton 2016- cı ildə 60,3 sent x 1.748 ha = 10,540 2017- ci ildə 62,1 sent x 1.748 ha = 10,855 2018- ci ildə 60,7 sent x 1.748 ha = 10,610 2019- cu ildə 61,3 sent x 1.748 ha = 10,715 2020- ci ildə 61,6 sent x 1.748 ha = 10,767 2021 - ci ildə 66,4 sent x 1.748 ha = 11,606 Cəmi: 7 ildə 74,934 ton. Beləliklə, İddiaçı4 mülkiyyətində olan 1.748 ha torpaq sahəsindən 7 ildə təxminən 74,934 ton dən qarğıdalı məhsulunun götürülməsinin mümkün olduğunu göstərmək olar. İş üzrə təyin edilmiş kompleks məhkəmə-bioloji torpaqşünaslıq və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 may 2023-cü il tarixli №7/446-9/2018 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Balakən X10 Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ş.Rəhimli tərəfindən tərtib edilmiş rəyə (e-2(019)-270/2023 mülki iş materialı səhifə 25-26) əsasən: - Balakən rayonu Qazma kənd sakini İddiaçı4 mülkiyyətində olan 1,748 ha torpaq sahəsində 2015-ci ildən 2022-ci ilə qədər olan müddətdə qarğıdalı bitkisi əkilərsə nə qədər qarğıdalı məhsulunu əldə etmək mümkün olmasının araşdırılması ilə bağlı xx.xx.2022-ci il tarixdə həmin əraziyə baxış keçirilmişdir. İddiaçı4 Çıxarış sənədinə əsasən Qazma kəndinin "Tarla çöl” adlı ərazidə yerləşən 1,748 ha torpaq sahəsinə baxış keçirilər ən torpaq sahəsinin münbit olduğu, sahəyə hibrid növ quraqlığa davamlı məhsuldar toxum növü əkilsə, düzgün aqrotexniki qulluq göstərilərsə və hava şəraiti əlverişli olarsa hər hektardan orta hesabla 55-70sentner qarğıdalı məhsulu götürmək olar. Qazma kəndi üzrə 2015-2021-ci illərin statistik göstəriciləri də nəzərə alınmaqla 2015- ci ildə 56,3 sentx 1,748 ha = 9,841 ton 2016- cı ildə 60,3 sent x 1,748 ha = 10,540 ton 2017- ci ildə 62,1 sent x 1,748 ha = 10,855 2018- ci ildə 60,7 sent x 1,748 ha = 10,610, 2019- cu ildə 61,3 sent x 1,748 ha = 10,715, 2020- ci ildə 61,6 sentx 1,748 = 10,767, 2021 -ci ildə 66,4 sent x 1,748 ha = 11,606 olmaqla 7 ildə cəmi 74,934 ton qarğıdalı məhsulunun mümkün olması müəyyən edilmişdir. Respublikada mövcud olan qiymətlərdən (o cümlədən Balakən rayonunda), yerli internet saytlarında və eləcə də Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə, rəyin biloji tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan məlumatlara əsasən 74,934 ton qarğıdalı məhsulunun 2019-2021- ci il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 33720,30 (74934 x 0,45 man) manat müəyyən olunur. Həmin ekspertiza rəyinə əsasən iddiaçılar 2019-cu ildə həmin torpaq sahəsində 10.715 ton və 2020-ci ildə 10767 ton qarğıdalı məhsulu götürməklə, həmin illərlə qarğıdalı məhsulunun 1 kiloqramı 0,35 manat olmaqla 2019-cu ildə 3750,25 manat, 2020-ci ildə isə 3768,45 manat gəlir götürə bilərdilər. Həmçinin iddiaçılar 2021-ci ildə 11606 ton qarğıdalı məhsulu götürməklə və həmin ildə qarğıdalı məhsulunun 1 kiloqramı 0,70 manat olmaqla 8124,20 manat gəlir götürə bilərdlilər. İşdəki sübutlara əsasən 2019-2021-c illərdə, yəni torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olan bu üç il müddət ərzində götürələ bilən qarğıdalı məhsulu üçün götürülə biləcək gəlirin məbləği 15642,90 manat göstərilir. İddiaçılar isə 14889.6 manat əldən çıxmış faydanın cavabdehdən alınıb onlara verilməsini tələb edirlər ki, məhkəmə də verilən tələblər daxilində işə baxmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddiaçı4 Mollateyyub oğlu tərəfindən hazırki iddianın qaldırılması üçün 138 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı İş üzrə ekspertiza xərci 100 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarındlan ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X5 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi” nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21.1 və 21.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər; zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borcu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14889.6 manat məbləğində əldən çıxmış fayda formasında maddi ziyan və ödənilmiş 134,67 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı4 Mollateyyub oğluna, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızına, İddiaçı5 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi üçün Cavabdeh iş üzrə 100,0 manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; Cavabdeh 14889.6 manat məbləğində əldən çıxmış fayda formasında maddi ziyan və ödənilmiş 134,67 manat dövlət rüsumu alınaraq iddiaçılar İddiaçı4 Mollateyyub oğluna, X2, İddiaçı2, İddiaçı6, İddiaçı3 Mollateyyub qızına, İddiaçı5 ödənilsin; iş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X7 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar