Məhkəmə qərarları › İş №e-2(019)-284/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-284/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-284/2022 30.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı qızının və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-164/2013 saylı 27 mart 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 07.08.2011-ci ildə doğulmuş X1 üçün hər ay 193 (bir yüz doxsan üç) manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 07.08.2011-ci ildə doğulmuş X1 üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 14 noyabr 2010-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 17 yanvar 2012-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində 14 sayla rəsmiləşdirmişlər.Cavabdehlə evliliklərindən 07.08.2011-ci ildə X5 adında bir uşaqları olmuşdur. Onunla evləndikdən sonra bir müddət mehriban yaşamışlar. Sonradan aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermişdir. Aralarında baş vermiş narazılıqla əlaqədar o, uşağı da götürüb valideynlərinin evinə getmişdir. Birgə nikahlarından olan bir uşağı hazırda özünün himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 2(019)-164/2013 saylı 27 mart 2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarında 17 yanvar 2012-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində 14 sayla rəsmiləşdirdikləri nikahın pozulması, Cavabdeh ilə birgə nikahlarından 07.08.2011-ci ildə doğulmuş X2 baxılıb saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Uşağı ildən ilə böyüdüyünə, onun təhsil, sosial, maddi təminatı artdığına görə hazırda həmin məbləğdə alimentlə uşağını baxmaq onun üçün çox çətindir. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı ilə 14 noyabr 2010-cu ildə qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 17 yanvar 2012-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində 14 sayla rəsmiləşdirmişlər.Birgə nikahlarından 07.08.2011-ci ildə X5 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 2(019)-164/2013 saylı 27 mart 2013-cü il tarixli qətnaməsinə əsasən aralarındakı nikahın pozulması,birgə nikahlarından 07.08.2011-ci ildə doğulmuş X2 baxılıb saxlanması üçün ondan hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir.O.işləmir. Ona görə də hələlik alimentin miqdarının artırılmasını istəmir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X4 sonra prosesin davam etdirilə bilməməsi barədə 12.12.2021-ci il tarixli 2021-002085 nömrəli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 14 yanvar 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 791577 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 07 avqust 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli 2(019)- 164/2013 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edlilməsi, Cavabdeh ilə Gülİddiaçı arasında bağlanmış 17 yanvar 2012-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 14 sayla qeydə alınmış nikahın pozulması, boşandıqdan sonra uşaqları-07 avqust 2011-ci il tarixdə anadan olmuş X2 anası Gülİddiaçı yananda qalması, iddiaçı Cavabdeh 27 mart 2013-cü il tarixdən başlayaraq 07 avqust 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Gülİddiaçı Nemət qızına verilməsi qət edilmişdlir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı 14 noyabr 2010-cu il tarixdə rəsmi nikah bağlamadan Cavabdeh ilə evlənmiş, nikahlarını 17 yanvar 2012-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 14 nömrə ilə rəsmiləşdirmişlər.Birgə nikahlarından 07 avqust 2011-ci ildə X5 adında bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli 2(019)- 164/2013 nömrəli qətnaməsi ilə Cavabdeh ilə Gülİddiaçı arasında bağlanmış 17 yanvar 2012-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 14 sayla qeydə alınmış nikahın pozulması, boşandıqdan sonra onların uşağı -07 avqust 2011-ci il tarixdə anadan olmuş X2 anası Gülİddiaçı yananda qalması, iddiaçı Cavabdeh 27 mart 2013-cü il tarixdən başlayaraq 07 avqust 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı Gülİddiaçı verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. –cü avqust ilo tarixdən başlayaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən –ci ivalideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli 2(019)-164/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 avqust 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün, iddianın təmin olunmuş hissəsinə münasib olaraq Cavabdeh 43,16 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X7” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Balakən Rayon Məhkəməsinin 27 mart 2013-cü il tarixli 2(019)-164/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 07 avqust 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 43,16 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar