Məhkəmə qərarları › İş №e-2(019)-285/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-285/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-285/2022 08.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1432.94 manat məbləğində kredit borcu, 6.52 manat məbləğində faiz borcu və 207.99 manat məbləğində cərimə olmaqla ümumilikdə cəmi 1647 (min altı yüz qırx yeddi) manat 45 (qırx beş) qəpik məbləğində borcun və tərəflərindən ödənilmiq 36.48 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsi əsasında aylıq fiz dərəcəsi 0.0833 % olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1656.64 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaitləri qaytarmamışdır. O, götürdüyü kredit borcundan 223.7 manat ödəniş etmiş və onun iddiaçıya 1432.94 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviəlsinin 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 175 gün üçün hesablanmış faiz borcu 6.52 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə əsasən borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1 % artıq olmaması şərti ilə cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 175 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 207.99 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə yazılı şəkildə müraciət edərək, iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini göstərərək, işə onların iştirakı olmadan baxaraq, iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh iddia qismən qəbul edərək, 1251 manat əsas kredit borcu hissəsində iddianın təmin olunmasını, qalan hissələrdə isə iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan 29 dekabr 2019-cu il tarixli 019A********** №-li kredit müqaviləsindən, ödəniş sənədlərindən və ödəniş cədvəlindən görünür ki, «AccessBank" QSC tərəfindən Cavabdeh restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə aylıq fiz dərəcəsi 0.0833 % olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1656.64 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 019A********** saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı QSC-yə borcu əsas məbləğ üzrə 1432.94 manat, faiz üzrə 6.52 manat, cərimə üzrə 207.99 manat olmaqla cəmi 1647.45 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı QSC tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2914 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019A********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; əsas borc üzrə-1251.43 manat; faiz borcu üzrə-0.73 manat;cərimə borcu üzrə-4.68 manat. Qeyd edilir ki, tərtib olunmuş cədvəl məlumatından göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019A********** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışı müddətindən sonra 140,0 manat məbləğində ödənişləri olması müəyyən olunur. Həmin ödənişləri son ödəmə tarxinə kimi, yəni xx.xx.2022-ci il tarixə nəzərə aldıqda banka olan borcu aşağıdakı kimi müəyyən olunur:o cümlədən;əsas borc üzrə-1251.43 manat;faiz borcu üzrə -0,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 07 iyun 2022-ci il tarixli 9/2914 nömrəli bildrişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təkşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən hazırki iddianın qaldırılması üçün 36.48 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə cavabdeh tərəfin xx.xx.2019-cu il tarixli 019A********** saylı kredit müqaviləsi üzrə əsas kredit borcu, faiz borcu və cərimə borcu ilə bağlı İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2914 nömrəli rəyi arasında olan ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, cavabdeh tərəfin əsas kredit borcu, cərimə borcu və həmçinin faiz borcunun olmaması bağlı məhkəmə-mühasibatlıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2914 nömrəli rəyi mötəbər sübut kimi qəbul olunmalıdır. Belə ki, cavabdeh tərəfin əsas kredit borcunun 1251.43 manat təşkil etməsi, faiz borcunun olmaması, cərimə borcunun isə 4.68 manat olması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyun 2022-ci il tarixli 9/2914 nömrəli rəyi cavabdehin son ödənişləri nəzərə alınmaqla və müasir tədqiqat metodlarına əsaslanmaqla kredit ödənişi üzrə daha son və düzgün məlumatı əks etdirir və iş materialları ilə təsdiqini tapır. Belə ki, həmin ekspertiza rəyindən və iş materiallarından görünür ki, maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixə cavabdehin əsas borcu 1251.43 manat, faiz borcu 0.73 manat, cərimə borcu isə 4.68 manat təşkil etmiş, Cavabdeh maliyyə arayışı müddətindən sonra 140 manat ödəniş etmişdir. Həmin 140 manat ödəniş o cümlədən faiz borcunun ödənilməsinə yönəldilmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixinə əsas borcu 1251.43 manat olmuş, onun faiz borcu isə qalmamışdır. Həmçinin həmin rəydə tələb olunan xx.xx.2022-ci il tarixə cavabdehin cərimə borcunun 4.68 manat olması qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixə olan borcun vəziyyətini əks etdirilən maliyyə arayışında isə bu 140 manat ödəniş əks olunmamış, bu xüsusda həmçinin faiz borcu və cərimə borcu düzgün göstərilməmişdir. Qanunun tələbinə görə də sözügedən 140 manat ödəniş faizlərin ödənilməsinə, sonra isə əsas borcun ödənilməsinə yönəlmişdir. Bu zaman faiz borcu sıfırlanmışdır. Əsas kredit məbləği isə 1251.43 manat təşkil etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edidlir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İddiaçının təqdim etdiyi maliyyə arayışında isə cavabdehin kredit borcundan 140 manat ödəniş etməsi öz əskini tapmamış, bu xüsusda və iş materiallarına əsasən cavabdehin əsas kredit borcu, faiz borcu və cərimə borcu düzgün əks olunmamışdır. Ona görə də məhkəmə həmin maliyyə arayışını mötəbər sübut kimi qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə cavabdehin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə iddiaçıya əsas kredit borcunu 1251.43 manat məbləğində, cərimə borcunu 4.68 manat məbləğində, həmçinin cavabdehin iddiaçıya faiz borcunun olmaması halını qəbul edir. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, işin mötəbər sübutlar əsasında müəyyən olunmuş faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, 29 dekabr 2019-cu il tarixli 019A********** №-li kredit müqaviləsi, ödəniş sənədləri və ödəniş cədvəli əsasında «AccessBank" QSC tərəfindən Cavabdeh restrukturizasiya olunmuş borc üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə aylıq fiz dərəcəsi 0.0833 % olmaqla 60 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1656.64 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri qaytarmamışdır. İddiaçı QSC tərəfindən cavabdehə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşdəki mötəbər sübutlarla Cavabdeh ödənişlər nəzərə alınmaqla xx.xx.2022-ci il tarixinə iddiaçı banka 1251.43 manat əsas kredit borcunun olması, faiz borcunun olmaması müəyyən olunmuş, həmçinin xx.xx.2022-ci il tarixinə onun cərimə borcunun 4.68 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı QSC tərəfindən hazırki iddianın qaldırılması üçün 36.48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, cavabdeh həqiqətən də 29 dekabr 2019-cu il tarixli 019A********** №-li kredit müqaviləsi üzrə yaranmış öhdəliyini lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, həmin müqavilələri əhəmiyyətli dərəcədə pozmaqla, iddiaçını ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdeh arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razalışması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 29.12. 2019-cu il tarixli 019A********** №-li kredit müqaviləsinin ləğv edilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə həmçinin hesab edir ki, iddiaçının cavabdehdən 1432.94 manat əsas kredit borcu tələbi 1251.43 manat hissədə təmin olunmalı, iddia 1251.43 manat əsas kredit borcu tələbindən artıq tələb hissəsində və 6.52 manat faiz borcu tələbi hissəsində isə təmin olunmamalıdır. İddiaçı həmçinin cavadehdən 207.99 manat cərimə borcu tələb etsə də, məhkəməmühasibatlıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2914 nömrəli rəyi ilə cavabdehin tələb olunan xx.xx.2022-ci il tarixə iddiaçıya 4.68 manat cərimə borcunun olması göstərilmişdir. Məhkəmə də məhkəmə-mühasibatlıq ekspertizasının 07 iyun 2022-ci il tarixli 9/2914 nömrəli rəyini mötəbər sübut hesab edərək, cavabdehin iddiaçıya olan cərimə borcu məbləğini 4.68 manat olaraq qəbul etmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia 207.99 manat cərimə tələbinin 4.68 manat hissəsində təmin edilməli, həmin 4.68 manat cərimə məbləği tələbindən artıq cərimə tələbi hissəsində isə təmin edilməməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, yekun olaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1251.43 manat məbləğində kredit borcu və 4.68 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 1256.11 manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 27.81 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100.00 manat ekspertiza xərcinin 76.25 manatı Cavabdeh və 23.75 manatı İddiaçı QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 019A********** saylı kredit müqaviləsi ləğv edilsin; Cavabdeh İddiaçı QSC-nin xeyrinə 1251.43 manat məbləğində kredit borcu və 4.68 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 1256.11 manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 27.81 manat məbləğində dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin olunmasın; iş üzrə 100.00 manat ekspertiza xərcinin 76.25 manatı Cavabdeh və 23.75 manatı İddiaçı QSC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar