Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-292/2023 01.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, iddiaçı X6 Qoruğunun nümayəndələri Nümayəndə2 və X1, Cavabdeh iştirakları ilə İddiaçı X6 Qoruğunun Cavabdeh qarşı 414 (dörd yüz on dörd) manat təbiətə dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Gərəkli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Cavabdeh X6 Qoruğuna vurduğu 414 (dörd yüz on dörd) manat ziyanın Cavabdeh tərəfindən qoruğun xüsusi bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 Qoruğu iddianı onunla əsaslandırmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeçiliyində olan X6 Qoruğu 1929-cu ildə Zaqatala, Balakən rayonlarının İnzibati ərazisində yaradılmışdır. Qoruq xüsusi mühafizə Olunan Təbiət Əraziləri statusuna malikdir. Lakin bəzi vətəndaşlar qoruq ərazisinə girişin qadağan olunduğunu bildiyi halda ərazidə qəsdən qoyun sürüsü otararaq qoruğun bitki örtüyünə zərər vururlar. Belə ki, Balakən rayon Gərəkli kəndlində qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixdə X6 Qoruğunun 01 saylı dolayının 101-ci kvartalında 9 baş keçi, 95 baş qoyun otararaq qoruğun bitki örtüyünə ziyan vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli qərarı ilə bitki örtüyünə dəymiş ziyan hesablanmış, ziyan 414 (dörd yüz on dörd) manat təşkil etmişdir. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixdə X7 Qoruğunun ərazisində qanunsuz olaraq 9 (doqquz) ədəd keçi,95 (doxsan beş) ədəd qoyun otararaq X6 Qoruğunun Əsasnaməsinin 1.6 bəndini,həmçinin Azərbaycan Respublikasının Xüsusi Mühafizə olunan Təbiət Əraziləri haqqında 840-İQ saylı qanununun tələblərini pozaraq qoruğun bitki örtüyünə ümumilikdə 414 (dörd yüz on dörd) manat məbləğində ziyan vurmuşdur. İddiaçı X6 Qoruğunun nümayəndələri Nümayəndə2 və X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməyərək göstərdi ki, Balakən rayonu Gərəkli kəndində yaşayır. Onların yaşadığı kənd meşə ilə əhatə olunmuşdur. Onun yaşadığı ev X7 Qoruğunun yanındadır. Bu səbəbdən heyvanlar həyətdən çıxanda meşəyə girirlər. Bütün kəndin malları meşəyə girib otlayır. Meşə işçiləri isə ancaq onun barəsində inzibati xəta haqqında protokol yazmışlar və ona ziyan hesablamışlar. Ona görə də iddia tələbini əsassız hesab edir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X3 Xidməti X6 Qoruğu tərəfindən Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh ünvanlanmış 21 oktyabr 2022-ci il tarixli 230 nömrəli məktubda göstərilmişdir ki, X6 Qoruğunun 01 saylı dolayın 101-ci kvartalında qoruğun mühafizə rejimini pozaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə İnzibati xəta törətmişsiniz. Beləliklə sizə məxsus 95 (doxsan beş) baş xırdabuynuzlu (qoyun ) və 9 (doqquz) baş keçinin otarılması faktı üzrə 13 oktyabr 2022-ci il tarixində X6 Qoruğuna dəymiş ziyan 414.40 (dörd yüz on dörd) manat hesablanaraq 000032 saylı akt və İnzibati Xəta üzrə 17 oktyabr 2022-ci il tarixdə ******* nömrəli protokol tərtib olunmuşdur. Dövlətə dəymiş ziyanı və İnzibati Xəta üzrə cəriməni 3 (üç) ay ərzində ödəməyiniz xahiş olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X6 Qoruğunun əməkdaşları tərəfindən 13 oktyabr 2022-ci il tarixdə tərtib edilmiş AA seriyalı 000032 nömrəli aktda göstərilmişdir ki, Balakən rayon Gərəkli kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixində X6 Qoruğunun 01 saylı dolayının 101-ci kvartalında 9 baş keçi, 95 baş qoyun otararaq qoruğun bitki örtüyünə ziyan vurmuşdur. İşdə olan 13 oktyabr 2022-ci il tarixli hesabatdan görünür ki, 95 baş xırda buynuzlu heyvanın və 9 baş keçinin otarılması nəticəsində bitki örtüyünə 414 manat ziyan dəymişdir. Məhkəmə iddiaçının nümayəndələrinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Balakən rayon Gərəkli kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2022-ci il tarixində X6 Qoruğunun 01 saylı dolayının 101-ci kvartalında 9 baş keçi, 95 baş qoyun ilə bitki örtüyünü otararaq təbiətə 414 manat ziyan vurmuşdur. X6 Qoruğu işçiləri tərəfindən bununla bağlı 13 oktyabr 2022-ci il tarixdə 000032 saylı akt tərtib edilmişdir. Həmin akt əsasında törətdiyi əmələ görə Cavabdeh barəsində 17 oktyabr 2022-ci il tarixdə ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı X6 Qoruğu hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ziyanı ödəməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olan iddialarda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməli, X6 Qoruğuna vurduğu 414 (dörd yüz on dörd) manat ziyan Cavabdeh alınıb X6 Qoruğunun xüsusi bank hesabına (X6 Qoruğu- H/H AZ92STRE********************;VÖEN-**********;Büdcə təsnifatının kodu-142330; Büdcə səviyyəsinin kodu-1; X8 filialı KOD-200394, VÖEN-**********, M/HAZ37NABZ013501**********1944 AİİBAZ2x) ödənilməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh X6 Qoruğuna vurduğu 414 (dörd yüz on dörd) manat ziyan alınıb X6 Qoruğunun xüsusi bank hesabına (X6 Qoruğu - H/H AZ92STRE********************;VÖEN- **********; Büdcə təsnifatının kodu-142330; Büdcə səviyyəsinin kodu-1; X8 filialı KOD-200394, VÖEN-**********, M/HAZ37NABZ013501**********1944 AİİBAZ2x) ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-292/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-292/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver