Məhkəmə qərarları › İş №e-2(019)-318/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-318/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-318/2022 18.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh, İddiaçı ASCnin xeyrinə əsas borc üzrə 6221.08 (altı min iki yüz iyirmi bir manat, 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə faiz borcu üzrə 2016.08 ( iki min on altı manat 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə sıfır manat, cəmi 8237.16 (səkkiz min iki yüz otuz yeddi manat 16 qəpik) manat kredit borcunun və ödənilmiş 102.37 ( bir yüz iki manat 37 qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, № ***-*******/F kredit müqaviləsinə əsasən sonuncuya illik 20 (iyirmi) faiz dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir. Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə verilir və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə l saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilənin 2.4- cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 6221.08 (altı min iki yüz iyirmi bir manat, 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə faiz borcu üzrə 2016.08 (iki min on altı manat, 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcunu görə hesablanmış dəbbə pulu (cərimə) üzrə sıfır (0) manat, cəmi 8237.16 (səkkiz min iki yüz otuz yeddi manat 16 qəpik) manat məbləğində borcu yaranmışdır.Cavabdeh öhdəlikləri icra etmədiyi,gecikdirdiyi bütün hallar üçün cavabdehdir və Banka dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyi və əsas borcu Banka qaytarmadığı halda, Bank kredit təşkilatı olaraq həmin vəsaiti yenidən kredit şəklində yerləşdirərək gəlir əldə etmiş olardı. Kredit üzrə borc axırıncı dəfə xx.xx.2020-ci il tarixdə 115 manat məbləğində ödənilmişdir.Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə göndərərək nəqliyyat problemi və məsafə uzaqlığı baxımından məhkəmə iclasında iştirakının mümkün olmamasını göstərərək borc tələbinə dair mülki işə iştirakı olmadan baxılmasını və iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş,lakin məhkəməyə teleqrama göndərərək xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasında işi ilə əlaqədar iştirak edə bilməyəcəyini göstərərək məhkəmənin onsuz keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, № ***- *******/F kredit müqaviləsindən görünür ki,Cavabdeh kredit müqaviləsinə əsasən illik 20 (iyirmi) faiz dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 36 (otuz altı) ay müddətinə verilir. Müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə l saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir.Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalana verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Müqavilənin 2.10-cu bəndinə əsasən bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. İşdə olan xx.xx.2022-ci il tarixli arayışda döstərilmişdir ki, Cavabdeh İddiaçı ASC-nə əsas borc üzrə 6221.08 (altı min iki yüz iyirmi bir manat 08 qəpik) manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 2016.08 (iki min on altı manat 08 qəpik) manat-cəmi 8237.16 (səkkiz min iki yüz otuz yeddi manat 16 qəpik) manat məbləğində borcu yaranmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 26 iyul 2022-ci il tarixli 9/4502 nömrəli ekspert rəyindən görünür ki,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, cari hesabdan çıxarış məlumatları və 03 iyul 2019-cu il tarixli, ***-*******/F saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixə ( iddia tarixinə) İddiaçı ASC-nə olan borcu 8.337,09 AZN məbləğində müəyyən edilir. O cümlədən: -əsas borc üzrə -------------------------------6.235,15 AZN -faiz borcu üzrə -------------------------------2.101,94 AZN Ekspertiza xərcinin dəyəri 50 manatdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2019-cu il tarixli, ***-*******/F №-li kredit müqaviləsinə əsasən sonuncuya məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Borcalan istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə Banka əsas borc üzrə 6.235,15 manat, 15 fevral 2022-ci il tarixə faiz borcu üzrə 2.101,94 manat, cəmi 8.337,09 manat məbləğində borcu yaranmışdır(ekspert rəyinə əsasən). İddiaçı ASC əsas borc üzrə 6221.08 manat, 15 fevral 2022-ci il tarixə faiz borcu üzrə 2016.08 manat, cəmi 8237.16 (səkkiz min iki yüz otuz yeddi manat 16 qəpik) manat məbləğində borc tələb edir.İddiaçı ASC tərəfindən tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. Buna görə də iddiaçı göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 6221.08 (altı min iki yüz iyirmi bir manat, 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə faiz borcu üzrə 2016.08 ( iki min on altı manat 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə sıfır manat, cəmi 8237.16 (səkkiz min iki yüz otuz yeddi manat 16 qəpik) manat kredit borcu və ödənilmiş 102.37 ( bir yüz iki manat 37 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçıASC-nin xeyrinə ödənməlidir. İddia təmin edildiyindən 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 6221.08 (altı min iki yüz iyirmi bir manat, 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə faiz borcu üzrə 2016.08 ( iki min on altı manat 08 qəpik) manat, 15 fevral 2022-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə sıfır manat, cəmi 8237.16 (səkkiz min iki yüz otuz yeddi manat 16 qəpik) manat kredit borcu və ödənilmiş 102.37 ( bir yüz iki manat 37 qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçıASC-nin xeyrinə ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar