Məhkəmə qərarları › İş №e-2(019)-326/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-326/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-326/2022 11.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə , İddiaçı “KapitalBank “ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “KapitalBank “ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, işə sadələşdirilmiş icraat qaydasında baxaraq Cavabdeh 12.04.2019-cu il tarixli Kredit kartına dair müqaviləyə əsasən 93.80 AZN əsas məbləğ üzrə, 18.35 AZN faiz üzrə, 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən 748.64 AZN əsas, 133.87 AZN faiz borcu və 30 manat dövlət rüsumunun iddiaçı “Kapital Bank “ASC nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.04.2019-cu il tarixli Kredit Kartına dair müqaviləyə əsasən sonuncuya 28.02.2022-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit xətti ayrılmış, 30.06.2020-cı il tarixli Kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 29,90 faiz dərəcəsi ilə 940 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 01.02.2022-ci il tarixə İddiaçı ASC-yə 12.04.2019-cu il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 93,80 AZN əsas; 18,35 AZN faiz; 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 748,64 AZN əsas; 133,87 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı "xxxx" ASCin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərdi ki, İddiaçı ASC ilə aralarında bağladığı 12.04.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən ona 28.02.2022-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit xətti ayrılmış, 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 29,90 faiz dərəcəsi ilə 940 AZN kredit verilmişdir. O,aldığı pensiya ilə kredit müqavilələri üzrə aylıq ödənişləri həyata keçirtmişdir. Lakin sonradan həbs olunmuş və pensiyası dayandırılmışdır. Bu səbəbdən kredit ödənişlərini həyata keçirə bilməmişdir.Tezliklə cəza müddəti başa çatacaqdır. Ondan sonra borcunu ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan 12.04.2019-cu il tarixli GTKR2446178A1569 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.04.2019-cu il tarixli Kredit Kartına dair müqaviləsinə əsasən sonuncuya 28.02.2022-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit xətti ayrılmışdır. İşdə olan 30.06.2020-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 29,90 faiz dərəcəsi ilə 940 AZN kredit verilmişdir. İşdə olan 15.02.2022-ci il tarixli 135000/433 nömrəli maliyyə arayışından görünür ki, 01.02.2022-ci il tarixə Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 12.04.2019-cu il tarixli Kredit kartına dair müqaviləyə əsasən 93.80 AZN əsas, 18.35 AZN faiz; 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 748.64 AZN əsas,133,87 AZN faiz borcu yaranmışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12.04.2019-cu il tarixli Kredit Kartına dair müqaviləyə əsasən sonuncuya 28.02.2022-ci il tarixədək illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit xətti ayrılmış, 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə illik 29,90 faiz dərəcəsi ilə 940 AZN kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə krediti və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin 01.02.2022-ci il tarixə İddiaçı ASC-yə 12.04.2019-cu il tarixli Kredit Kartına dair müqaviləyə əsasən 93,80 AZN əsas, 18,35 AZN faiz; 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən 748,64 AZN əsas,133,87 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 12.04.2019-cu il tarixli Kredit kartına dair müqaviləyə əsasən 93.80 AZN əsas borc, 18.35 AZN faiz borcu, 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən 748.64 AZN əsas borc , 133.87 AZN faiz borcu və 30 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh 12.04.2019-cu il tarixli Kredit kartına dair müqaviləyə əsasən 93.80 AZN əsas borc,18.35 AZN faiz borcu, 30.06.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən 748.64 AZN əsas borc , 133.87 AZN faiz borcu və 30 manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar