Məhkəmə qərarları › İş №e-2(019)-357/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-357/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-357/2023 12.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X11 katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alimentin miqdarı artırılaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 50 (əlli) manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2004-cü ilin sentyabr ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 30 avqust 2007-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 177 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 dekabr 2006-cı il tarixdə X7 və 27 sentyabr 2011-ci ildə X12 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)- 766/2018 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında 30 avqust 2007-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 177 nömrə ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, boşanmadan sonra tərəflərin uşaqları-22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 onun yanında saxlanmaları, ərizənin verildiyi gündən-03 may 2018-ci il tarixdən başlayaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Keçən müddət ərzində Cavabdeh alimenti vaxtlı-vaxtında ödəməmiş, bu səbəbdən iki dəfə inzibati qaydada həbs edilmişdir. Hazırda da onun 1170 manat aliment borcu vardır. Uşaqların 17 və 12 yaşları olduğundan və onların saxlanmaları üçün xərcləri artdığından cavabdeh tərəfindən hər ay ödənilən alimentin miqdarı uşaqların maddi vəziyyətinin təmin edilməsinə kifayət etmir. O, hazırda işləyib hər ay 326 manat əmək haqqı alsa da yenə uşaqların tələbatını ödəyə bilmir. Bu isə uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququndan məhrum edir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında uşaqlar üçün 220 manat məbləğində müəyyən edildiyindən hazırda alimentin miqdarının artırılmasına zərurət yaranmışdır. Bu səbəbli, alimentin miqdarının artırılması ilə bağlı tərəflər arasında mübahisə yaranmış, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün iddiaçı mediatora müraciət etmiş, mübahisənin məhkəmədən kənar həlli mümkün olmamış, tərəflərin təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmiş, mediator tərəfindən bu barədə X14n sonra prosesin davam etdirilə bilməməsi barədə 09 yanvar 2023-cü il tarixli arayış təqdim edilmişdir. Bu səbəbdən hazırki iddianı irəli sürmək məcburiyyətində qalmışdır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Cavabdeh İddiaçı İlə 2004-cü ilin sentyabr ayında qeyrirəsmi nikahla evlənmiş, nikahlarını 30 avqust 2007-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 177 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 dekabr 2006-cı il tarixdə X7 və 27 sentyabr 2011-ci ildə X12 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə iddiaçı X8 ilə Cavabdeh İsmixan oğlu arasında 30 avqust 2007-ci il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 177 nömrə ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, boşanmadan sonra tərəflərin uşaqları -22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011 -ci ildə anadan olmuş X5 anası X4 yanında saxlanmaları, ərizənin verildiyi gündən-03 may 2018-ci il tarixdən başlayaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Cavabdeh 2022-ci ildə X20 adlı şəxslə qeyrirəsmi nikahla evlənmişdir.Birgə yaşayışlarından 08 yanvar 2023-cü il tarixdə X9 adında uşağı olmuşdur. Cavabdeh işləmədiyindən Balakən Rayon Məhkəməsinin 30 avqust 2018ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə hər uşaq üçün 120 (bir yüz iyirmi) manat müəyyən edilmiş sabit pul məbləğində alimenti Bayramova (Abdullayeva) Zəminə Valeriy qızına ödəyə bilmir. O, alimenti ödəyə bilmədiyinə görə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətə, 14 iyul 2022-ci il tarixli qərarı ilə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Hazırda da onun həmin aliment üzrə xx.xx.2023-cü il tarixə 1130 manat borcu vardır.Göründüyü kimi Cavabdeh Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011 -ci ildə anadan olmuş X1 üçün alimentin miqdarı müəyyən olunduqdan sonra onun himayəsində olan şəxslərin sayı artmış, bu hal onun maddi vəziyyətinə mənfı təsir etmiş, onun ailə vəziyyətində dəyişiklik olmuş və gəlirləri azalmaqla maddi vəziyyətinin pisləşməsi baş vermiş və bu hallar təyin olunmuş alimentin miqdarının azaldılması üçün faktiki və hüquqi əsas yaratmışdır. Ona görə də iddia tələbini əsassız hesab edir. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(019)- 717/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh İddiaçı qarşı aliment borcundan azad edilməsi və məhkəmə xərclərinin cavabdehdən tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli, MŞŞ/MT018/202302215 nömrəli X14 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X14 iştirak etmiş və 50 manat mediasiya xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi DOST İş Mərkəzi tərəfindən 07 aprel 2023-cü il tarixdə verilmiş 3-177/9-B-15403126 nömrəli arayışdan görünür ki, İddiaçı (FİN:ZQEPUF) həqiqətən xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də Balakən rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışır. İddiaçı aylıq əmək haqqı 345 (üç yüz qırx beş) manatdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 27 fevral 2023-cü il tarixdə verilmiş 195/4 nömrəli arayışdan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 766/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 və xx.xx.2011 -ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat sabit pul məbləğində alıment tutulub X6 verilməlidir. İcra sənədi xx.xx.2018-ci ildə Balakən Rayon İcra və Probasiya Şöbəsinə daxıl olmuşdur. İcra sənədi üzrə hal-hazırkı tarixə olan aliment borcu 1130 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 19 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İV-seriyalı 831932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 08 yanvar 2023-cü ildə doğulmuş, atası Cavabdeh, anası X20 qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X10 ilə 2004-cü ilin sentyabr ayında qeyri-rəsmi nikahla evlənmiş, nikahlarını 30 avqust 2007-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 177 nömrə ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından 22 dekabr 2006-cı ildə X7 və 27 sentyabr 2011-ci ildə X12 adında iki uşaqları vardır. Uşaqlar hazırda iddiaçının himayəsində yaşayırlar. Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı X8 ilə Cavabdeh İsmixan oğlu arasında bağlanmış 30 avqust 2007-ci il tarixdə Balakən rayon VVADQ şöbəsində 177 nömrə ilə bağlanmış nikah qeydinin ləğv edilməsi, boşanmadan sonra tərəflərin uşaqları- 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X7 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 anası X4 yanında saxlanması, ərizənin verildiyi gündən-03 may 2018-ci il tarixdən başlayaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli 2(019)-766/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 iddiası qismən təmin edilmiş, 03 may 2018-ci il tarixdən başlayaraq 22 dekabr 2006-cı il tarixdə anadan olmuş X2 və 27 sentyabr 2011-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Həmin vaxt iddiaçı X8 işləməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı X4 maddi vəziyyətində dəyişiklik olmuş, o, işləməyə başlamış, hazırda hər ay 345 manat əmək haqqı alır. Onun ailə vəziyyətində dəyişiklik olmamışdır. İddiaçı hazırkı ərizəyə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməmişdir. İş materiallarından isə görünür ki, Cavabdeh maddi vəziyyətində isə heç bir dəyişiklik olmamış, keçən müddət ərzində o, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəyə bilmədiyinə görə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətə, 14 iyul 2022-ci il tarixli qərarı ilə 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Hazırda da onun 1130 manat aliment borcu vardır. Onun ailə vəziyyətində dəyişiklik olmuş, onun 08 yanvar 2023cü il tarixdə X9 adında uşağı olmuşdur. Məhkəmə işin hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçı X4 maddi vəziyyətində yaxşılığa doğru dəyişiklik olmasını, onun hər ay 345 manat əmək haqqı almasını, onun hazırkı iddia ərizəsinə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, Cavabdeh İsmixan oğlunun maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamasını, keçən müddət ərzində o, məhkəmə tərəfindən müəyyən edilmiş alimenti ödəyə bilmədiyinə görə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətə, 14 iyul 2022-ci il tarixli qərarı ilə 08 gün müddətə inzibati qaydada həbs edilməsini, hazırda da onun 1130 manat aliment borcu olmasını, onun ailə vəziyyətində dəyişiklik olmasını, onun 08 yanvar 2023cü il tarixdə X9 adında uşağı olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. İddia təmin edilmədiyindən 50 manat mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar