Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-360/2024 08.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçı XXX İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı XXX İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və 100 manat maddi yardım tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı XXX İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli e-2(019)-949/2023 nömrəli qətnaməsi ilə oğlu-xx.xx.2022-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarını dəyişərək, Cavabdeh Əlyar oğlundan oğlu- Aslanın saxlanılması üçün hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat alimentin, həmçinin oğlu -Aslan 3 yaşına çatana qədər 100 manat maddi yardımın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı XXX İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 15 avqust 2021-ci il tarixdə Balakən rayonu Tülü kənd sakini Cavabdeh Əlıyar oğlu ilə evlənmişdir. Nikahlarını rəsmiləşdirilməmişlər.Birgə yaşadıqları dövrdə-xx.xx.2022-ci il tarixdə X4 adlı bir uşaqları doğulmuşdur. 2023-cü ilin aprel ayından Azərdən ayrılmışdır.Oğlu Aslan onun himayəsində yaşayır.Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli e-2(019)- 949/2023 saylı qətnaməsi ilə oğlu X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qərara alınmışdır.O,ağır ailə şəraitində kirayədə yaşayır. Oğluna tək başına baxır. Uşağın müalicə və müayinəsinə müntəzəm olaraq yüksək məbləğdə pul xərclənir. Azər tərəfindən ödənilən alimentin miqdarı çox azdır.Ona uşağın baxılmasında valideynləri köməklik edir. Uşağın atası Azər onun saxlanılmasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 170 manat alimentdən başqa ona heç bir köməklik göstərmir. Alimenti də gecikdirmələrlə ödəyir.Uşaq azyaşlı olduğundan o, heç yerdə işləyə bilmir və heç bir gəliri yoxdur. Məhkəmə iclasında iddiaçı XXX İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərdi ki, oğlu-iş üzrə Cavabdeh 15 avqust 2021-ci il tarixdə İddiaçı ilə evlənmiş, nikahları rəsmiləşdirilməmişdir. Tərəflərin birgə yaşadıqları dövrdə- xx.xx.2022-ci ildə X4 adında bir uşaqları olmuşdur. Uşaq hazırda iddiaçının himayəsindədir. Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh oğlu Aslanın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh hazırda Rusiya Federasiyasında olmaqla orada fəhlə işləyir. Cavabdehin maddi vəziyyəti yaxşı olmadığından, qazancı olmadığından tezliklə geri qayıdacaqdır. İndiyə kimi də oğlunun maddi vəziyyəti çox aşağı olmuşdur. Bu səbəbdən məhkəmə tərəfindən müəyyən edilmiş 170 manat alimenti o özü ödəyir.Cavabdeh iddiaçının tələb etdiyi 250 manat məbləğində alimenti ödəmək iqtidarında deyildir. O,özü isə 170 manatı çətinliklə ödəyir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Çelyabinsk şəhər Adminstrasiyasının Kurçatov rayon VVAQ şöbəsi tərəfindən 29 oktyabr 2022-ci il tarixdə verilmiş V-HB seriyalı 569304 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 sentyabr 2022-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası XXX İddiaçı qeyd edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli e-2(019)- 949/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, 15 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Əlyar oğlundan hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı XXX İddiaçı verilməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT001/2023-03258 nömrəli X3 iştirak edilməməsi barədə arayışdan görünür ki, XXX İddiaçı X3 iştirak etmiş və 50 manat mediasiya xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı XXX İddiaçı ilə Cavabdeh Əlyar oğlu 15 avqust 2021-ci ildə rəsmi nikah bağlamadan evlənmiş, nikahlarını rəsimiləşdirməmişlər. Tərəflərin faktiki nikahlarından xx.xx.2022-ci ildə X4 adlı bir uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli e-2(019)-949/2023 nömrəli qətnaməsi ilə 15 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı XXX İddiaçı verilməsi qət edilmişdir.İddiaçı XXX İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddənin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli e-2(019)-949/2023 nömrəli qətnaməsi ilə XXX İddiaçı iddiasının qismən təmin olunması,15 sentyabr 2023-cü il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb iddiaçı XXX İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin qəbul edildiyi gündən üç ay 17 gün sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı XXX İddiaçı hazırkı iddia ərizəsində özünün ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olması, həmçinin Cavabdeh ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə heç bir sübut göstərməmiş, bu barədə hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin maddi və ailə vəziyyətində heç bir dəyişiklik olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi alimentin miqdarının artırılmasına aid hissədə əsassız olduğundan rədd edilməlidir. Uşağın 3 yaşı tamam olana kimi hər ay 100 manat maddi yardımın tələbi ilə bağlı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2 və 84.2.2-ci maddələrinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il № 1/2024 Qərarının 1.2-ci maddəsinə əsasən nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. İddiaçı XXX İddiaçı ilə Cavabdeh nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmadığından iddiaçı XXX İddiaçı Cavabdeh arvadı hesab olunmur. Belə olan halda isə onun qeyd edilən tələblə məhkəməyə müraciət etməyə sübyektiv hüququ yoxdur. Eyni zamanda Ailə Məcəlləsinin 84-cü maddəsinin məzmunundan göründüyü kimi arvadın belə tələblə məhkəməyə müraciət etməsi üçün ər zəruri vəsaitə malik olmalıdır. İddiaçı XXX İddiaçı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi uşağın 3 yaşı tamam olana kimi hər ay 100 manat maddi yardım tələbinə aid hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. İddia təmin edilmədiyindən 60 manat mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçı XXX İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və 100 manat maddi yardım tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı XXX İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və 100 manat maddi yardım tələbinə dair iddiası təmin edilməsin. 60 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-360/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-360/2024
08.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver