Məhkəmə qərarları › İş №e-2(019)-361/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-361/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-361/2022 26.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 11080.64 manat-bundan 2870.55 manat əsas, 2721.43 manat faiz, 5058.26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.40 manat faiz borcunun və iş üzrə ödənilmiş 123.24 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh2 arasında bağlanmış 90004685 nömrəli, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 90004685/ZM nömrəli 22 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditorun borcalana 6350 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 5423.34 ABŞ dolları təşkil etmişdir. Kreditin son ödəmə müddəti xx.xx.2016-cı il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra «restrukturizasiya edilmiş kredit») konvertasiya edilməklə (1 USD=1.4 AZN) 5924.24 AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********189 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 11080.64 manat təşkil edir. Bundan 2870.55 manat əsas, 2721.43 manat faiz, 5058.26 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki iş üzrə iddia tələbinə iştirakları olmadan baxıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul və etiraf edərək, izahatında göstərmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə onun arasında bağlanmış 90004685 nömrəli, 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Ona kredit verilərkən Cavabdeh1 ilə "xxxx" ASC arasında 90004685/ZM nömrəli 22 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, onunla eyni həcmdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və Zaminlik Müqavilələri üzrə xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən "xxxx" ASC-nin ona 6350 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 5423.34 ABŞ dolları müəyyən edilmiş, kreditin son ödəmə müddəti xx.xx.2016-cı il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik müqavilələri üzrə xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən onun kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra «restrukturizasiya edilmiş kredit») konvertasiya edilməklə (1 USD=1.4 AZN) 5924.24 AZN təşkil etmiş, restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 % ödənilir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ona münasibətdə tətbiq edilməmiş, onun faiz borcu və cərimə borcu silinməmiş, kredit borcu restrukturizasiya edilməmişdir. Belə ki, ona verilmiş kredit həmin Fərmanın təsiri altına düşür. O, hazırki iddia tələbini 2870.55 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu hissəsində qəbul və etiraf edir, cari faiz və cərimə borcu hissələrində isə qəbul etmir. Ona görə də iddianın qismən-2870.55 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu hissəsində təmin olunmasına etirazı yoxdur. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan xx.xx.2015-ci il tarixli 90004685 nömrəli kredit müqaviləsindən, həmin müqaviləyə 1 saylı əlavədən və ödəniş sənədlərindən görünür ki, "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Cavabdeh2 12 (on iki) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 90004685/ZM nömrəli zaminlik müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, həmin zaminlik müqaviləsi "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış, zamin Cavabdeh1 kredit alan Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASCnin qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6350 ABŞ dolları kreditin qalıq məbləğinin 5423.34 ABŞ dolları təşkil etməsi, kreditin son ödəmə müddətinin xx.xx.2016 tarixində təyin olunması müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh1 xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişlə müəyyən olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6350 ABŞ dolları kreditin qalıq məbləğinin 5423.34 ABŞ dolları təşkil etməsi, kreditin son ödəmə müddətinin xx.xx.2016 tarixində təyin olunması şərtləri ilə razılaşaraq həmin şərtlər daxilində borclu ilə birgə məsuliyyət daşımasını öz öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 1 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 5924.24 AZN təşkil etməsi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 %-in ödənilməsi müəyyən edilmişdir. İşdə olan xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə 1 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, zamin Cavabdeh1 xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 1 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 5924.24 AZN təşkil etməsi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 %-in ödənilməsi şərtləri ilə razılaşaraq həmin şərtlər daxilində borclu ilə birgə məsuliyyət daşımasını öz öhdəsinə götürmüşdür. İşdə olan 11 fevral 2022-ci il tarixli maliyyə arayışında Cavabdeh2 "xxxx" ASC-yə 1 mart 2017-ci il tarixli KM002T03170005S01 saylı kredit müqaviləsi üzrə 9 fevral 2022-ci il tarixinə 2870.55 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2721.43 manat faiz borcu, 5058.26 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 430.40 manat olmaqla cəmi borcunun 11080.64 manat təşkil etməsi göstərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 123.24 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3373 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 01 mart 2017-ci il tarixli 02 saylı Əlavə Sazişdə qeyd olnan şərtləri nəzərə alaraq Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə borcu müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 5668.30 manat, faiz borcu üzrə 1672.15 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə illik 5 % hesablanmaqla əsas borc üzrə 5668.30 manat, faiz borcu üzrə 2505.07 manat təşkil edir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3373 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci mddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, cavabdeh tərəfin əsas kredit borcu və faiz borcu barədə xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə məhkəmə-mühasibatlıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/3373 №-li rəyi arasında ziddiyyətə hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh2 2870.55 manat əsas kredit borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu barədə 11 fevral 2022-ci il tarixli maliyyə arayışı mötəbər sübut kimi qəbul edilməlidir. Cavabdeh tərəfin müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixə cari faiz borcunun 1672.15 manat təşkil etməsi barədə məhkəmə-mühasibatlıq ekspertizasının 15 avqust 2022-ci il tarixli 9/3373 №-li rəyi də nəzərə alınmalıdır. Belə ki, həmin 11 fevral 2022-ci il tarixli maliyyə arayışı cavabdeh tərəfin əsas kredit borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunu daha obyektiv və ədalət şəkildə əks etdirir. Həmin ekspertiza rəyində isə cavabdeh tərəfin cari faiz borcunu işin halları baxımından əks etdirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə təhqiqatı zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 90004685 nömrəli kredit müqaviləsi əsasında "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Cavabdeh2 12 (on iki) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2015-ci il tarixli 90004685/ZM nömrəli zaminlik müqaviləsi ilə zamin Cavabdeh1 kredit alan Cavabdeh2 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-nin qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişlə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6350 ABŞ dolları kreditin qalıq məbləğinin 5423.34 ABŞ dolları təşkil etməsi, kreditin son ödəmə müddətinin xx.xx.2016 tarixində təyin olunması müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli 01 nömrəli Əlavə Sazişlə zamin Cavabdeh1 xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişlə müəyyən olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6350 ABŞ dolları kreditin qalıq məbləğinin 5423.34 ABŞ dolları təşkil etməsi, kreditin son ödəmə müddətinin xx.xx.2016 tarixində təyin olunması şərtləri ilə razılaşaraq həmin şərtlər daxilində borcu ilə birgə məsuliyyət daşımasını öz öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 1 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə borcalan Cavabdeh2 kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 5924.24 AZN təşkil etməsi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 %-in ödənilməsi müəyyən edilmiş, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə 1 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə zamin Cavabdeh1 xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə 1 mart 2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişlə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD=1.4 AZN) 5924.24 AZN təşkil etməsi, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2019-cu il tarixədək uzadılması, restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 %-in ödənilməsi şərtləri ilə razılaşaraq həmin şərtlər daxilində borclu ilə birgə məsuliyyət daşımasını öz öhdəsinə götürmüşdür. 11 fevral 2022ci il tarixli maliyyə arayışında Cavabdeh2 "xxxx" ASC-yə 1 mart 2017-ci il tarixli KM002T03170005S01 saylı kredit müqaviləsi üzrə 9 fevral 2022-ci il tarixinə 2870.55 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış 2721.43 manat faiz borcu, 5058.26 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 430.40 manat olmaqla cəmi borcunun 11080.64 manat təşkil etməsi göstərilmişdir. Məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3373 nömrəli rəyi ilə Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə borcunun müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2019-cu il tarixə əsas borc üzrə 5668.30 manat, faiz borcu üzrə 1672.15 manat, maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2022-ci il tarixə illik 5 % hesablanmaqla əsas borc üzrə 5668.30 manat, faiz borcu üzrə 2505.07 manat təşkil etməsi qeyd edilmişdir. Məhkəmə tərəfindən tələb edilən 2870.55 manat əsas borc və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu hissəsində 11 fevral 2022-ci il tarixli maliyyə arayışı əsas götürülərək cavabdeh tərəfin iddiaçıya əsas kredit borcu 2870.55 manat, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 430.40 manat məbləğində müəyyən və qəbul edilmişdir. İş üzrə Cavabdeh2 da məhkəmədə verdiyi izahatında iddiaçıya 2870.55 manat əsas borc və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 430.40 manat faiz borcunun olduğunu göstərmişdir. Həmçinin məhkəmə tərəfindən 15 avqust 2022-ci il tarixli 9/3373 nömrəli ekspertiza rəyində cavabdehin müqavilə müddətinin bitmə tarixinə, yəni 01 mart 2019-cu il tarixə iddiaçıya olan faiz borcunun 1672.15 manat təşkil etməsinin göstərilməsi və 11 fevral 2022-ci il tarixli maliyyə arayışında cavabdeh tərəfin iddiaçıya 5058.26 manat cərimə borcunun olmasının göstərilməsi qeyd olunur. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 123.24 manat dövlət rüsumu ödənilmişdir və iş üzrə keçirilən məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 2870.55 manat əsas borc və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu tələbi hissəsində iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının cavabdehə qarşı yönəltdiyi 2721.43 manat faiz borcu və 5058.26 manat cərimə borcu tələbi isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, qeyd olunan əlavə sazişlərlə dəyişiklik edilmiş hazırki xx.xx.2015-ci il tarixli kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanının təsiri altına düşür. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanına əsasən güzəşli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara bank tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valüyutada olan kreditlərinin əsas məbləğinin devalvasiyası nəticəsində manatla alınmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq edəiləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməli, bu Fərmanın 1-ci hissəsinə əsasən edilərək ödənişlərin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublkasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyyə edilmişdir ki, Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682000000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında ********* (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci təndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqailəsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağrılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərdən borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyyə edilmişdir. Həmin Fərmana əsasən probemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kormpensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə həmin Fərmanda vətəndaşların 10000 ABŞ dolları və ya 17000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz. Banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Cavabdehin yeni müqavilə bağlanması üçün qanunla müəyyən edilmiş müddətdə iddiaçıya müraciət etməməsi faiz borcu və cərimə borcunun tutulması üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edlilən müddəaları nəzərə almadan yenidən hazırki vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə barəbər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də qeyd edilən Fərmanın tələbləri nəzərə alınmaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan üç ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əmələ edilməməsi səbəbindən baxılmasından imtina edilə bilinmir. Belə ki, Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, 2870.55 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu, cəmi 3300.95 manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 36.71 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100,00 manat ekspertiza xərcinin 29.79 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada və 70.21 manatı LPO İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuval Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; 2870.55 manat əsas borc və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 430.40 manat faiz borcu, cəmi 3300.95 manat borc və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 36.71 manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 100,00 manat ekspertiza xərcinin 29.79 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada və 70.21 manatı LPO İddiaçı ASC-dən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu: 3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar