Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-366/2024 15.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(019)-825/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh 04 oktyabr 2013-cü il tarixdə doğulmuş X5 və 13 aprel 2016-cı il tarixdə doğulmuş X1 üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat miqdarında alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 21 oktyabr 2012-ci ildə Cavabdeh ilə qeyri-rəsmi nikahla evlənmiş və nikahlarını 06 noyabr 2013-cü ildə Balakən rayon Qeydiyyat Şöbəsində 293 sayla rəsmiləşdirmişlər. Birgə nikahlarından 04 oktyabr 2013-cü il tarixdə X10 və 13 aprel 2016-cı il tarixdə X11 adında iki uşaqları olmuşdur. Cavabdehlə evləndikləri ilk vaxtlar ailə münasibətləri yaxşı olmuş, sonralar aralarında ailə münasibətləri zəminində narazılıqları yaranmışdır.Aralarında yaranan narazılıqlara səbəb xasiyyətlərinin uyğun gəlməməsi və bir-birini başa düşməmələri olmuşdur. Uşaqlar özünün himayəsində yaşayırlar.2016-cı ildə tərəflər ayrılmışlar.Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(019)-825/2018 saylı qətnaməsilə Cavabdeh X4 xeyrinə tərəflərin birgə nikahından 04 oktyabr 2013-cü il tarixdə doğulmuş X10 və 13 aprel 2016-cı il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşaq üçün 125 manat alimentin tutulub ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 363/2020 saylı 12 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında 06 noyabr 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 293 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 04 oktyabr 2013cü il tarixdə doğulmuş X5 və 13 aprel 2016-cı il tarixdə doğulmuş X7 anaları X4 yanında saxlanılmaları qət edilmişdir. Hazırda 2018-ci ildə müəyyən edilmiş alimentin məbləği ilə uşaqlara baxmaq onun üçün çox çətindir. Uşaqlar böyümüş, onların tələbatı artmışdır. Cavabdeh fərdi əməklə məşğul olur. Onun alimenti ödəmək üçün kifayət qədər gəliri vardır. Hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində dəyişiklik olmuş, onun qazancı və digər gəlirləri artmışdır. Cavabdeh ilə alimentin miqdarının artırılması məqsədi ilə ilkin mediasiya sessiyasında iştirak etməsi üçün Mediatora müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(019)- 825/2018 nömrəli qətnaməsi ilə iddiaçının himayəsində olan iki uşağın saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 125 manat-cəmi 250 manat sabit pul məbləğində alimentin X6 verilməsi qət edilmişdir. Cavabdeh 250 manat alimenti ödəməkdə çətinlik çəkir , alimenti hər ay tamlıqla ödəyə bilmir. İddiaçı iddia ərizəsində cavabdehin maddi vəziyyətində dəyişiklik olduğunu və onun qazancının və digər gəlirlərinin artdığını bildirmişdir. Bildirir ki, cavabdehin heç bir rəsmi iş yeri, rəsmi gəliri və əmlakı yoxdur. Cavabdeh Azərbaycan Respublikasında iş tapa bilmədiyindən ölkə hüdudlarından kənara gedərək orada işləyir və getdiyi Polşa Respublikasında fəhləliklə məşğul olur. İş qəzası nəticəsində cavabdehin ayağı əzilmiş və 1 aydan artıq müddətdir ki, işləyə bilmir, halhazırda xəstəxanada müalicə alır. Hazırda cavabdehin həmin ölkədə yaşama xərclərinə onlar köməklik edirlər.Cavabdeh müalicəsi bitdiyində Azərbaycana qayıdacaqdır. İddiaçı isə işləyir, ayda 359 manat əmək haqqı alır. Cavabdeh iddiaçının tələb etdiyi 470 manat alimenti ödəmək iqtidarında deyildir. O, hər ay hər uşaq üçün 150 manat,cəmi 300 manat alimentin ödənilməsinə razıdır.Cavabdehin ailə, maddi və səhhəti ilə bağlı vəziyyətini nəzərə alarıq alimentin miqdarının cəmi 300 manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 18 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İ seriyalı 363418 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında olan nikaha Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-363/2020 nömrəli qətnaməsinə əsasən xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 05 noyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 192438 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 04 oktyabr 2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası isə X8 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 04 may 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 745138 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13 aprel 2016-cı ildə anadan olmuş, atası Cavabdeh, anası isə X8 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(019)-825/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi,21 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 04 oktyabr 2013-cü ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat aliment tutulub iddiaçı X6 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-001/2023-00232 nömrəli ilkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat İMS xərcini və 10 manat kargüzarlıq və poçt xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-363/2020 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, Cavabdeh ilə X8 arasında 06 noyabr 2013-cü il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 293 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 04 oktyabr 2013-cü il tarixdə doğulmuş X10 və 13 aprel 2016-cı il tarixdə doğulmuş X7 anaları X4 yanında saxlanılmaları,Cavabdeh 20 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şəki-Zaqatala Regional Təhsil İdarəsi Balakən rayon Təhsil Sektoru tərəfindən verilmiş 08 aprel 2024-cü il tarixli 11 nömrəli arayışdan görünür ki, İddiaçı Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbdə xadimə işləyir. Hazırda hesablanan əmək haqqı 359 (üç yüz əlli doqquz) manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Labstyle” Xəstəxanası tərəfindən verilmiş epikrizdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ümumi endotraxeal anesteziya “Laparoskopik Xolesistektomiya” əməliyyatı icra olunmuş, əməliyyatdan sonra “X3” diaqnozu qoyulmuşdur. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2012-ci ildə qeyri-rəsmi nikahla evlənmişlər. Nikahlarını 06 noyabr 2013-cü ildə Balakən rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər.Birgə nikahlarından 04 oktyabr 2013-cü ildə X10 və xx.xx.2016-cı ildə X11 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(019)-825/2018 nömrəli qətnaməsi ilə 21 may 2018-ci il tarixdən başlayaraq Cavabdeh 04 oktyabr 2013-cü ildə doğulmuş X5 və xx.xx.2016-cı ildə doğulmuş X7 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 125 (bir yüz iyirmi beş) manat aliment tutulub iddiaçı X6 verilməsi qət edilmişdir. Tərəflər arasında olan nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-363/2020 nömrəli qətnaməsi ilə pozulmuş, 04 oktyabr 2013-cü ildə doğulmuş X10 və xx.xx.2016-cı ildə doğulmuş X11 anaları İddiaçı yanında saxlanmaları qət edilmişdir. Uşaqlar hazırda da İddiaçı himayəsində yaşayırlar. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşaqların tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini, aliment təyin edildikdən sonra keçən 5 ildən artıq müddət ərzində 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5 və 13 aprel 2016-cı il tarixdə anadan olmuş X7 böyümələrini, onların maddi tələbatının artmasını,2018-ci ildə yaşayış minimumu uşaqlar üçün 154 manat olduğu halda bu məbləğin hazırda 235 manat olmasını,eyni zamanda İddiaçı Cavabdeh qazancına,onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, özünün isə işləyərək ayda 359 manat əmək haqqı almasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(019)-825/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5 və 13 aprel 2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manatın 40,80 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 19,20 manatı iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 58,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 22 iyun 2018-ci il tarixli 2(019)-825/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 04 oktyabr 2013-cü il tarixdə anadan olmuş X5 və 13 aprel 2016-cı il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320(üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 60 manat mediasiya xərcinin 40,80 manatı Cavabdeh alınıb İddiaçı verilsin, mediasiya xərcinin qalan 19,20 manatı iddiaçının özünə aid edilsin. Cavabdeh 58,40 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-366/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-366/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver