Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-378/2022 12.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 11.01.2021-ci il tarixli 0602-121339-02 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 719,2 manat əsas borc, 10.09.2021-ci il tarixədək hesablamış 97,4 manat faiz borcu, gecikdirməyə görə 0 manat cərimə və 30,40 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki,11.01.2021-ci il tarixində iddiaçı ilə Cavabdeh arasında 0602-121339-02 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Kreditor tərəfindən Borc alana illik 49,9 % faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 (Bir min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən Borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür.Lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borc alan öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində 10.09.2021-ci il tarixinə əsas borcu 719,2 manat, faiz borcu 97,4 manat və cərimə borcu 0 manat olmaqla, ümumi məbləği 816,6 manat məbləğində borcu yaranmışdır. Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq Cavabdehlə bir neçə dəfə əlaqə saxlanmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair 05.10.2021-ci il tarixli MB-GM 2942 №-li Xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən ödənişin gecikdirilməsi halında Borcalan kreditora gecikmənin hər günü üçün gecikən əsas borcun 1 faizi məbləğində cərimə ödəyir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək 12.05.2022-ci il tarixə təyin edilmiş Cavabdeh qarşı borc tələbinə dair e-2(019)-378/2022 saylı iş üzrə baxış iclasını iştirakları olmadan keçirib, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1və 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, 11.01.2021-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 12 ay müddətinə ödəmək şərti ilə 1000 manat məbləğində kredit almışdır. İşləmədiyinə görə krediti ödəyə bilməmişdir.Çalışıb bundan sonra hissə-hissə kredit borcunu ödəyəcəkdir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11.01.2021-ci il tarixli 0602-121339-02 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, 49,9 % dərəcəsi ilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.2.1-ci bəndinə əsasən Borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. İşdə olan 21.02.2022-ci il tarixli 9025 nömrəli borcalanın kredit borcu və kredit intizamı haqqında arayışından görünür ki, 21.02.2022-ci il tarixə Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 719.20 manat əsas, 97.40 manat faiz borcu vardır. Məhkəmə cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11 yanvar 2021-ci il tarixli 0602-121339-02 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh illik 49,9 % faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 1000 (bir min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüş, lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Hazırda cavabdehin iddiaçıya 21.02.2022-ci il tarixinə əsas borcu 719.2 manat, faiz borcu 97.4 manat və cərimə borcu 0 manat olmaqla, ümumi 816.6 manat məbləğində kredit borcu vardır. Ona görə də, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 11.01.2021 tarixli 0602-121339-02 №-li kredit müqaviləsinə əsasən ödənilməmiş 719,2 manat əsas borc, 10.09.2021-ci il tarixədək hesablamış 97,4 manat faiz borcu,cəmi 816,6 (səkkiz yüz on altı manat altmış qəpik) manat və 30,40 manat dövlət rüsumu xərci tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: İddia təmin edilsin. Cavabdeh 11.01.2021-ci il tarixli 0602-121339-02 №-li kredit müqaviləsinə əsasən ödənilməmiş 719,2 manat əsas borc, 10.09.2021-ci il tarixədək hesablamış 97,4 manat faiz borcu,cəmi 816,6 (səkkiz yüz on altı manat altmış qəpik) manat və 30,40 manat dövlət rüsumu xərci tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-378/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-378/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver