Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-384/2024 07.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul vəsaitinin və ödədiyi 70 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh dəyərini 3 il müddətində ödəmək şərtilə 5000 (beş min) manat dəyərində məişət texnikaları satmışdır. Aralarında borcun olması barədə xx.xx.2018-ci il tarixində şahidlər: 1.X3, 2.X1 və 3.X2 iştirakı ilə yazılı akt tərtib edilmişdir. Razılaşmaya əsasən cavabdeh borcunu 3 (üç) il müddətinə ödəməli idi. Lakin cavabdeh aralarında olan razılaşmanı pozaraq bu günə kimi borcunu ödəməkdən bilərəkdən yayınır,hər dəfə yalandan müxtəlif bəhanələr gətirir. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Məhkəmənin nəzərinə çatdırır ki,cavabdeh ondan məişət əşyaları alanda həmin əşyaların dəyərini, borcunu 3 il müddətinə qaytarmaq şərtilə almışdır. Lakin cavabdeh öhdəliyə əməl etməmiş və borcunu ödəməkdən yayınmışdır.Hesab edir ki,cavabdeh ona olan borcunu qaytarmamaqla ona xeyli zərər vurmuşdur. Cavabdeh onun pul vəsaitini özündə saxlamaqla ondan fayda əldə etmişdir. Artıq 3 (üç) ildir ki,onun pulunu qaytarmaqdan yayınaraq ona xeyli zərər vurmuşdur. Hesab edir ki,cavabdehin ona olan 5000 (beş min) manat pul borcu məhkəmə qaydasında alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7, X4 və X6 ifadələrində xx.xx.2018ci il tarixdə Bakı şəhəri Bayıl qəsəbəsi Dünya marketin yanında onların iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh pulunu 3 il müddətində iddiaçıya ödəmək şərtilə 1500 AZN dəyərində 1 ədəd Şivaki-140 markalı televizor,1500 AZN dəyərində 1 ədəd İNDESİT markalı soyuducu, 700 manat dəyərində 1 ədəd TV 82 markalı televizor və 1300 manat dəyərində 1 ədəd Arçelik-8+kq paltaryuyan maşın, cəmi 5000 manat dəyərində 4 adda məişət texnikasının nisyə satıldığını, cavabdeh tərəfindən həmin məişət texnikalarının tam və qüsursuz vəziyyətdə iddiaçıdan təhvil alındığını, onların iştirakı ilə xx.xx.2018-ci il tarixdə bu barədə aktın tərtib edildiyini, həmin akta əşyaları alması barədə Cavabdeh imza etdiyini, həmçinin onların şahid olaraq imza etdiklərini, lakin Cavabdeh həmin 5000 manat məişət texnikalarının pulunu İddiaçı ödəmədiyini təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli aktda göstərilir ki, Cavabdeh şahidlər X4, X7 və X2 iştirakı ilə İddiaçı dəyərini 3 (üç) il müddətinə ödəmək şərtilə 5000 (beş min) manat dəyərində məişət texnikasını alır; Cavabdeh 5000 (beş min) manat pul məbləğini ödəməyi öhdəsinə götürdü; İddiaçı həmin əşyaları ona təhvil verdi; tərəflər arasında razılaşma pozularsa müvafiq qaydada Azərbaycan Respublikası məhkəmələrinə müraciət ediləcək; Cavabdeh aldıqlarının dəyərini ödəməzsə, İddiaçı məhkəmə qaydasında dəymiş zərəri tələb edə bilər. Axtı oxumuşdur, razıdır, imzası ilə təsdiq edir. Şahidlərin imzaları:X4, X7, X6. Təhvil aldı:1) TV (Şivaki-140)-1500 AZN, 2) Soyuducu (İNDESİT) 1500 AZN, 3) TV-82-700 AZN, Paltaryuyan (Arçelik-8+kq)1300 AZN=5000 AZN. X5 imza etmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə, iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh pulunu 3 il müddətində iddiaçıya ödəmək şərtilə 1500 AZN dəyərində 1 ədəd Şivaki-140 markalı televizor,1500 AZN dəyərində 1 ədəd İNDESİT markalı soyuducu, 700 manat dəyərində 1 ədəd TV 82 markalı televizor və 1300 manat dəyərində 1 ədəd Arçelik-8+kq paltaryuyan maşın, cəmi 5000 manat dəyərində 4 adda məişət texnikası nisyə satılmışdır. İddiaçı Cavabdeh 1500 AZN dəyərində 1 ədəd Şivaki-140 markalı televizoru,1500 AZN dəyərində 1 ədəd İNDESİT markalı soyuducunu, 700 manat dəyərində 1 ədəd TV 82 markalı televizoru və 1300 manat dəyərində 1 ədəd Arçelik-8+kq paltaryuyan maşını, cəmi 5000 manat dəyərində 4 adda məişət texnikasını qüsursuz və tam şəkildə təhvil vermiş, Cavabdeh da həmin əşyaları İddiaçı tam və qüsursuz şəkildə qəbul etmişdir. Lakin Cavabdeh həmin məişət əşyalarının cəmi dəyərini təşkil edən 5000 manat pulu ödənilməsinə öhdəlik götürdüyü 3 il müddətində İddiaçı ödəməmişdir. İddiaçı dəfələrlə həmin 5000 manat pulun ödənilməsini tələb etsə də, Cavabdeh həmin 5000 manat pulu İddiaçı Əsildər qızına ödəməmiş, iddiaçının hesabına həmin 5000 manat pul məbləğində əsassız varlanmış və iddiaçıya həmin 5000 manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 1500 AZN dəyərində 1 ədəd Şivaki-140 markalı televizorun, 1500 AZN dəyərində 1 ədəd İNDESİT markalı soyuducunun, 700 manat dəyərində 1 ədəd TV 82 markalı televizorun və 1300 manat dəyərində 1 ədəd Arçelik-8+kq paltaryuyan maşının, cəmi 5000 manat dəyərində 4 adda məişət texnikasının xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qarşılıqlı öhdəliklər mövcud olmuş, İddiaçı tərəfindən həmin əşyalar qüsursuz, keyfiyyətli və tam komplektasiyada cavabdehə təhvil verilməklə Cavabdeh münasibətdə üzərinə götürülmüş öhdəliklər icra olunmuş, lakin Cavabdeh 3 il müddətində həmin əşyaların cəmi dəyərini təşkil edən 5000 manatı İddiaçı ödəməməklə iddiaçı qarşısında götürülmüş öhdəliklərini icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqısatqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alqı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 614.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 618.1-ci maddəsinə əsasən pərakəndə alqı-satqı müqaviləsi alıcının malı müqavilədə müəyyənləşdirilmiş müddətdə qəbul etməsi şərti ilə bağlana bilər. Bu müddət ərzində mal başqa alıcıya satıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.1-ci maddəsinə əsasən əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pərakəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 622.3-cü maddəsinə əsasən malların pərakəndə nisyə alqı-satqısı müqavilələrinə, o cümlədən alıcı tərəfindən malların hissəhissə ödənilməsi şərti ilə bağlanmış müqavilələrə bu Məcəllənin 600.5-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işdəki sübutlara hüquqi qiyməti erərək, hesab edir ki, iddia təmin edilərək, Cavabdeh nisyə aldığı məişət əşyalarının alqı-satqısından heç bir ödəniş olunmayan 5000 manat alınaraq, İddiaçı verilməli və bununla da iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin; Cavabdeh 5000 (beş min) manat pul və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-384/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-384/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver