Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-388/2022 10.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, TuranBank ASCnin Cavabdeh və Zamin qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: TuranBank ASC Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, TuranBank ASC-nin Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli İK № 768/GK/09-19 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, TuranBank ASC-nin Zaqatala filialı ilə Cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il tarixli İK № 768/GK/09-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh“Bank”a olan 472.14 (dörd yüz yetmiş iki manat, on dörd qəpik) manat əsas, 1.31 (bir manat, otuz bir qəpik) manat faiz, 0.90 (doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 474.35 (dörd yüz yetmiş dörd manat, otuz beş qəpik) məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu-Cavabdeh, zamin-Zamin ) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, iddia ərizəsində cavabdeh kimi göstərilən Cavabdeh 30.08.2021-ci il tarixdə ölmüşdür. Lakin hazırki iddia ərizəsində 30.08.2021-ci il tarixdə ölmüş Cavabdeh hüquq varislərinin adları, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, eyniləşdirmə məlumatları göstərilməmişdir. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki ərizənin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, TuranBank ASC-nin Cavabdeh və Zamin qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və TuranBank ASC-yə ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152,263-264 və 266- 268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: TuranBank ASC-nin Cavabdeh və Zamin qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; TuranBank ASC-yə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-388/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-388/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver