Məhkəmə qərarları › İş №e-2(019)-39/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-39/2025

03.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-39/2025 03.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı X1 nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Balakən rayonu Kortala kənd sakinləri Cavabdeh2 və onun oğlu- Cavabdeh1 tərəfindən onun həyətyanı torpaq sahəsinin ətrafında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü işlərini aparılmasına yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ərizəsi əsasında Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X2 ilə əvəz edilmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçi X1 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə verərək iddia ərizəsinin məhkəmədə baxılmasını tələb etmədiyini göstərərək ərizə və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə3 iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 ərizəsinin təmin edilməsinə etiraz etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cavabdehlər Balakən rayonu Kortala kənd sakinləri Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən onun həyətyanı torpaq sahəsinin ətrafında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirdliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssislərinin ölçü işlərini aparılmasına yaradılan maneələrin aradın qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli qərardadı ilə İddiaçı əsl iddiaçı X2 ilə əvəz edilmişdir. Məhkəmə hazırlıq iclasında ərizəçi X1 nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə ərizə verərək iddia ərizəsinin məhkəmədə baxılmasını tələb etmədiyini göstərərək ərizə və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31” mart 2011-ci il tarixli 3 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilsmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, iddiaçı X1 nümayəndəsi-vəkili Nümayəndə1 ərizəsi təmin edilməli, iddiaçı X1 iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsi təmin edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “ölçü işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar