Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-433/2025 15.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8644.3 AZN əsas borc, 713.67 AZN faiz borcu və 8.12 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 9366.09 AZN məbləğində borcun və 113.66 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 15.9 faizlə 36 ay müddətinə 10000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü il oktyabrın 9-dək Cavabdehnın banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 8644.3 AZN əsas borc, 713.67 AZN faiz borcu və 16.23 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 9374.2 AZN borcu vardır. Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 16.23 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 8.12 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirərək iddia tələblərinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini iş materiallarında olan sənədlərlə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli istehlak krediti müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh illik 15.9 faiz dərəcəsi oolmaqla 36 ay müddətinə 10000 AZN məbləğində kredit verməyi, Cavabdeh isə Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komisyon haqqı və digər ödənişləri Yelo Bank ASC-yə qaytarmağı öhdəsinə götürür. İstehlak krediti müqaviləsinin 3.1.1-ci bəndinə əsasən Kreditin ödənilməsinin gecikdirilməsi halında gecikmiş ödəmələrə 20.9% gecikdirilmə faizləri hesablanacaqdır. Kartın müştəriyə təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə kartı təhvil aldığını imzalayaraq təsdiq etmişdir. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 4-Y-2-0-2768-23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas məbləğ üzrə 8644.3 AZN, faiz üzrə 713.67 AZN, cərimə üzrə 16.23 AZN borcu olmaqla, cəmi borcu 9374.2 AZN təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 9/2922 №-li rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları 03 oktyabr 2023-cü il tarixli 4-Y-2-0-2768-23 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 9355.8 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə: əsas borc üzrə 8644.3 manat, faiz borcu üzrə 711.5 manat. İş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixli istehlak krediti müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh illik 15.9 faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10000 AZN məbləğində kredit vermiş, lakin cavabdeh aldığı pul vəsaitini tam ödəməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bununla da iddiaçı kredit müqaviləsi üzrə borcu və ona hesablanmış faizləri cavabdehdən tələb etməkdə haqlıdır. xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə əsas borc üzrə 8644.3 manat, faiz borcu üzrə 711.5 manat təşkil edir, iddiaçı isə əsas borc üzrə 8644.3 manat, faiz borcu üzrə 713.67 manat tələb etmişdir. Odur ki, cavabdehdən əsas borc üzrə 8644.3 manat tutulmalıdır. Lakin məhkəmə tərəfindən maliyyə arayışına münasibətdə ekspert rəyi daha mötəbər sübut kimi qiymətləndirildiyindən cavabdehdən faiz borcu üzrə 711.5 manat tutulmalıdır. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, 8.12 manat cərimə cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8644.3 AZN əsas, 711.5 AZN faiz və 8.12 AZN cərimə olmaqla, cəmi 9363.92 AZN borc və 113.63 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq (iddia tələbi təqribən 99% hissədə təmin edilmişdir) iş üzrə 100,00 manat ekspertiza xərci tərəflərə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 4-Y-2-0-2768-23 saylı kredit müqaviləsinə əsasən 8644.3 AZN əsas, 711.5 AZN faiz və 8.12 AZN cərimə olmaqla, cəmi 9363.92 AZN borc və 113.63 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 manat ekspertiza xərcinin 99 manatı Cavabdeh və 1 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-433/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-433/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver