Məhkəmə qərarları › İş №e-2(019)-44/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-44/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-44/2024 13.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş (5910 manat) ziyanın, ödənilmiş 79.10 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 500 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozduğuna görə “Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə”qırx manat məbləğində cərimə edilmişdir. Bu barədə Bakı şəhər DYPİ inspektoru polis kapitanı X7 tərəfindən xx.xx.2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin hərəkəti nəticəsində İddiaçı dəymiş ziyan qüsur aktında 5880 manat müəyyən olunmuşdur. Həmçinin avtomobilin dövlət qeydiyyat nişanı yararsız vəziyyət düşdüyü üçün 30 manat dövlət rüsumu ödəyərək yenisi ilə əvəz olunmuşdur, həmin rüsumu da dəymiş ziyan olaraq cavabdehdən tələb edir. Cavabdeh ümumilikdə iddiaçıya 5910 manatdan artıq maddi ziyan vurmuşdur. Cavabdehdən vurduğu maddi ziyanı könüllü ödəməsi tələb olunsa da, heç bir nəticə əldə olunmamışdır. Bundan əlavə iddiaçı hazırki iddia ərizəsini qaldırmaq üçün 79.10 manat dövlət rüsumu ödəmişdir. Ona görə də ödənilmiş dövlət rüsumunu da cavabdehdən tələb edir. Həmçinin məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil ilə müqavilə bağlayaraq 500 manat ödəniş etmişdir, həmin ödənişin də cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafəi edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qismən qəbul edərək, iddianın qismən- 500 manat hissədə əsaslı olduğunu bildirərək 500 manat hissədə təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, MERCEDES-BENZ VİANO minik markalı 99FF919 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli TP5448611 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh ara məsafəsi qaydalarının pozulması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Mercedes-Benz Viano minik markalı 99FF919 dövlət qeydiyyat nişanlı avtomobilə 5880 manat məbləğində zərər dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş hesab fakturadan görünür ki, İddiaçı X1 hesabına 5880 manat ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09/2023 nömrəli təhvil-təslim aktından görünür ki, avtomobil üzərində quraşdırılmış ehtiyat hissələri 5880 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 14 iyun 2023-cü il tarixli, 8/1674 saylı rəyində göstərilmişdir ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini, zədələnmiş hissələrinin hansının təmir edilməsi, hansının yenisi ilə əvəz edilməsi nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol- nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 14 iyun 2023-cü il tarixli, 8/1674 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə yol nəqliyyat hadisələri ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4293 saylı rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X4 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən 2012-ci il buraxılışlı “Mercedes-Benz Viano minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4210,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti- 2460,00 manat; təmir-bərpa işlərinin qiyməti-1750,00 manat. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 22 avqust 2023-cü il tarixli, 9/4293 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 27 dekabr 2023-cü il tarixli, 9/8367-8/3486 saylı ekspertiza rəyində göstərilmişdir ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə: yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəssislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Məhkəmə əmtəəşünasiıq ekspertizası üzrə: Nəzəri hesablama yolu ilə, iş materiallarında olan Fiziki şəxs X4 (VÖEN: **********) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən 2012-ci il buraxılışlı “Mercedes-Benz Viano minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4210,00 manat müəyyən edilməklə, həmiş iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli, 9/4293 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinin nəticəsi təsdiq edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2460,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1750,00 manat. Avtoehtiyyat hissələrinin qiyməti müəyyən edilərkən Bakı şəhərində yerləşən avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Təmir-bərpa işlərinin dəyəri isə avtoservis müəssisələrindən əldə edilmiş qiymətlər nəzərə alınmaqla müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 27 dekabr 2023-cü il tarixli,9/8367- 8/3486 saylı bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 79.10 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında vəkilə ödənilmiş xidmət haqqının 500 manat olduğu göstərilir. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarına əsasən məhkəmə işin faktoloji halları və hüquqi əsasları nöqteyi-nəzərindən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, Bakı şəhəri DYPİ polis kapitanı X5 Cavabdeh barəsində xx.xx.2022-ci il tarixli TP5448611 nömrəli inzibati tənbeh vermə haqqında qərarını, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4293 saylı rəyini və kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli 9/8367-8/3486 saylı rəyini mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4293 saylı rəyində və kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli 9/8367- 8/3486 saylı rəyi daha obyektiv məlumatları əks etdirir və həmin ekspertiza rəylərində göstərilən maddi ziyan məbləği işin hallarına uyğun olmaqla ədalətli və ağlabatan məbləğdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı vurduğu maddi ziyan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4293 saylı rəyində və kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli 9/8367-8/3486 saylı rəyində göstərilən 4210 manat məbləğində qəbul edilməlidir. Həmçinin iddiaçıya vurulan ziyan məbləğinə iddiaçı tərəfindən avtomobilin dövlət qeydiyyat nişanı yararsız vəziyyət düşdüyü üçün 30 manat dövlət rüsumu məbləği də əlavə olunmalıdır. Bununla da cavabdeh tərəfindən iddiaçıya vurulan maddi ziyan 4240 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı 5910 manat ziyan tələbi qismən 4240 manat hissəsində təmin edilməli, 4240 manatdan artıq ziyan tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə iclasında işdə olan mötəbər sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, MERCEDES-BENZ VİANO minik markalı 99FF9199 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi X11 CD markalı AB080DL dövlət qeydiyyat nişanlı minik avtomobili ilə İddiaçı idarə etdiyi minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törədilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli TP5448611 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş üzrə mötəbər sübut kimi qəbul edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 avqust 2023-cü il tarixli, 9/4293 saylı rəyinə və kompleks məhkəmə yol-nəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 dekabr 2023-cü il tarixli 9/8367-8/3486 saylı rəyinə əsasən iddiaçıya məxsus 2012-ci il buraxılışlı “Mercedes-Benz Viano minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4210,00 manat; o cümlədən: dəyişilməli hissələrin qiyməti - 2460,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1750,00 manat müəyyən edilmişdir. Həmçinin İddiaçı tərəfindən avtomobilin dövlət qeydiyyat nişanı yararsız vəziyyət düşdüyü üçün 30 manat dövlət rüsumu məbləği ödənilmişdir. Ümumilikdə cavabdeh tərəfindən iddiaçıya vurulan ziyan məbləği 4240 manat müəyyən edilmişdir. İddiaçı hazırki iddianın qaldırılması üçün 79,10 manat dövlət rüsumu ödəmişdir və iş üzrə ekspertiza xərci 150,0 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan Hüquqları Bəyannaməsi» nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etiməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və i.a. istifadə edilməsi və sair) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsiri olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırki işin faktoloji hallarına hüquqi qiymət verən məhkəmə ilk əvvəl nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPMnin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Yuxarıda istinad olunan qanun normalarından müəyyən olunur ki, (Mülki Məcəllənin 1096.1, 1096.1, 1097.1 və sair) mülki-hüquq pozuntuları nəticəsində vurulmuş zərərin tələb edilməsi üçün bu zərərin vurulmasında fiziki və ya hüquqi şəxsin təqsiri müəyyən olunmalıdır. Şəxsə tələb edilən məbləğdə zərərin vurulması, bu zərərin şəxsin qanunazidd əməli (hərəkət və ya hərəkətsizliyi) nəticəsində vurulması, şəxsin qanunazidd əməli ilə bu zərərin vurulmasında səbəbli əlaqənin olması və zərəri vurmuş subyektin mövcudluğu ilə yanaşı, delikt məsuliyyətinin yaranması üçün şəxsin həmin zərərin vurulmasında təqsirli olması və bu təqsirin qanuni qüvvəyə minmiş məhkəmə hökmü və ya ya məhkəmənin və ya səlahiyyətli orqanın qanuni qüvvəyə minmiş inzibati xəta haqqında iş üzrə qərarı ilə müəyyən olunması da vacibdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla işdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsiri müəyyən olunmuş Cavabdeh tələb olunan 4240 manat məbləğində zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki hüquqi məsuliyyət daşıyır. Belə ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində İddiaçı məxsus “Mercedes-Benz Viano minik” markalı **-FF-*** dövlət qeydiyyat nişanlı avtomaşına 4240 manat məbləğində maddi zərər vurulmuş, həmin zərər Cavabdeh qanunazidd hərəkətləri nəticəsində vurulmuş, bu zərərlə Cavabdeh qanunazidd hərəkətləri arasında səbəbli əlaqə mövcud olmuş və Cavabdeh səlahiyyətli vəzifəli şəxsin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə həmin 4240 manat zərərin vurulmasında təqsirli olması müəyyən edilmişdir. Yəni Cavabdeh əməlində delikt tərkibinin bütün cəhətləri mövcuddur. İş üzrə cavabdeh tərəf Cavabdeh həmin zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini təsdiq edən hər hansı sübutu, həmçinin cavabdehin iddiaçıya yalnız iddiaçının nümayəndəsi-vəkilinin göstərdiyi məbləğdə maddi ziyan vurmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və bu halların mövcdulğunu və beləliklə də ona qarşı iddianın heç bir faktoloji hallara və hüquqi əsaslara malik olmamaqla əsassız olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 115.0-cı maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 115.0.3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 115.0.4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 115.0.8. qətnamənin icrası ilə əlaqədar xərclər; 115.0.9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədar xərclər ödənilir, habelə sutkalıq xərclər verilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+1.000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilməsi ilə bağlı tələb etdiyi 500 (beş yüz) manat ağlabatan və ədalətli olaraq 250 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırki iş bir iddiaçı və bir cavabdeh və 1 cilddən ibarət olmaqla sadə işdir. İddiaçının nümayəndəsi-vəkili tərəfindən iddia ərizəsi hazırlanmış və əlavə olunmuş sənədlərlə birlikdə elektron kabinetə daxil edilmiş, hazırki iş üzrə üç məhkəmə hazırlıq və bir məhkəmə baxış iclasında iştirak edilmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili tərəfindən hüquqi yardımla bağlı konkret hallar və çıxış üçün nə qədər vəsait sərf olunması ilə bağlı hesab vərəqi (prays-list) təqdim olunmamışdır. Oeyd olunanlara əsasən iddiaçının nümayəndəsi-vəkilinə hazırki sadə işlə vəkil xərcinin 250 manat məbləğində müəyyən olunması daha ağlabatan və ədalətlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı dəymiş 4240 manat ziyan, ödənilmiş 56.75 manat dövlət rüsumu və vəkilə ödənilmiş 250 manat Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasb olaraq iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 107,61 manatı Cavabdeh və 42,39 manatı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 17.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin; İddiaçı dəymiş 4240 manat ziyan, ödənilmiş 56.75 manat dövlət rüsumu və vəkilə ödənilmiş 250 manat Cavabdeh alınaraq İddiaçı ödənilsin, iddia qalan hissədə təmin olunmasın. İddianın təmin olunmuş hissəsinə mütənasb olaraq iş üzrə 150 (bir yüz əlli) manat ekspertiza xərcinin 107,61 manatı Cavabdeh və 42,39 manatı İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142593 Büdcə səviyyəsinin kodu:3 Ekspertiza xərci SAP (XİİS) hesabı X6 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT CREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar