Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-441/2023 15.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-301/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, himayəsində olan xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə, xx.xx.2008-ci il tarixdə qeyri rəsmi nikahla evlənmiş, xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X9 və xx.xx.2014-cü il tarixdə X10 adında iki uşaqları anadan olmuşdur. Cavabdeh ilə evləndikdən sonra bir müddət mehriban ər-arvad kimi yaşamışlar, sonralar aralarında ailə münaqişələri başlamışdır. O, Cavabdeh ayrılaraq atasının evinə getmişdir. O, 2017-ci il tarixdə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmiş,Balakən Rayon Məhkəməsinin 2(019)-301/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahlarından olan uşaqlar onun himayəsinə verilmiş və onların saxlanılmaları üçün hər ay hər uşaq üçün 100 (bir yüz) manat –cəmi 200 (iki yüz) manat məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 301/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 200 manat alimentlə uşaqların pal-paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Yaşayış xərcləri və digər xərclər də kifayət qədər artmışdır.X2 D vitamini çatışmazlığından əziyyət çəkir, onun aylıq müalicə xərcləri kifayət qədər çoxdur. Onun aylıq qazancı 50-100 manat arasında olur. Bununla və ödənilən alimentlə bağlı isə uşaqların tələbatını ödəyə bilmir. Onu da qeyd edir ki, hazırkı vaxta Cavabdeh 3800 manat ödənməmiş aliment borcu vardır. Cavabdeh onu da ödəmir. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təsərrüfatında iribuynuzlu mal-qara, əkin sahələri və ərzaq mağazası vardır. O kifayət qədər qazanc əldə edir. Hər ay hər bir uşaq üçün 220 manat, cəmi-440 manat alimenti ödəmək iqtidarındadır. Lakin bu barədə heç bir sübutu məhkəməyə təqdim edə bilmir. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq bildirməmişdir. Bu barədə MŞŞ/MT018/-2023-00099 nömrəli, xx.xx.2023-cü il tarixli arayış verilmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı ilə aralarında olan nikah Balakən Rayon Məhkəməsinin 2(019)-301/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından olan uşaqları iddiaçının himayəsinə verilmiş və onların saxlanmaları üçün hər ay hər uşaq üçün ondan 100 (bir yüz) manat-cəmi 200 (iki yüz) manat alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir.O,hər ay müəyyən edilmiş 200 manat alimenti çətinliklə ödəyir. Hazırda iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbini qəbul etmir və bildirir ki, o, heç yerdə işləmir. Onun heç bir gəliri yoxdur.Onun iddia ərizəsində qeyd edildiyi kimi mal-qarası, maşını, mağazası yoxdur.Onun hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat alimentdən artıq məbləği ödəmək imkanı yoxdur. O, iddiaçı ilə boşandıqdan sonra rəsmi nikahla X3 ilə evlənmiş, həmin nikahlarından xx.xx.2022-ci il tarixdə X11 adında bir övladları olmuşdur. Göründüyü kimi onun ailə vəziyyətində dəyişiklik olmuşdur. O və ailəsi təqaüdçü valideynlərinin himayəsində yaşayırlar. Uşaq xəstə olduğundan onun mütəmadi olaraq müalicəyə ehtiyacı var və uşağı müayinə üçün hər gün xəstəxanaya aparıb gətirir. O, ailənin saxlanmasında çətinlik çəkir, ailəsinin tələbatını ödəyə bilmir.Bu səbəblərdən o, alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etmək istəyir. Ona görə də qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli kənd icra nümayəndəliyi tərəfindən 08 sentyabr 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 319639 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 31 iyul 2009-cu il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 06 mart 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 254420 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 15 fevral 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X7 göstərilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(019)- 301/2017 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixdə Balakən rayon Gərəkkli kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeyd alınmış nikahın pozulması, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 anaları İddiaçı yanında saxlanmaları, xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 atası Cavabdeh alınıb anası İddiaçı verilməsi, 18 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi,iddi tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı uşaqların himayəsində qalması,aliment tutulması hissəsinin rədd edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən “Asan xidmət” X4 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 503692 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 04 oktyabr 2022-ci il tarixdə 566 nömrə ilə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən regional “ASAN xidmət” X4 tərəfindən 28 sentyabr 2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 761269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 sentyabr 2022-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X3 göstərilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki,aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə qeyri-rəsmi nikahla evlənmiş, xx.xx.2008-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə X9 və xx.xx.2014-cü il tarixdə X10 adında iki uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(019)- 301/2017 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixdə Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeyd alınmış nikahın pozulması, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 anaları İddiaçı yanında saxlanmaları,xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 atası Cavabdeh alınıb anası İddiaçı verilməsi, 18 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı uşaqların himayəsində qalması , aliment tutulması hissəsinin rədd edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı ödənilən alimentin miqdarının uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(019)- 301/2017 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 iyun 2008-ci il tarixdə Balakən rayon Gərəkli kənd inzibati ərazi dairəsində 10 nömrə ilə qeyd alınmış nikahın pozulması, onların birgə nikahlarından xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 anaları İddiaçı yanında saxlanmaları,xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 atası Cavabdeh alınıb anası İddiaçı verilməsi, 18 yanvar 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana qədər baxılıb saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin vaxt İddiaçı işləməmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyətində dəyişiklik olmuş, özünün deməsinə görə ayda 50-100 manat qazancı olur. Onun ailə vəziyyətində dəyişiklik olmamışdır. İddiaçı hazırkı ərizəyə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməmişdir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh maddi vəziyyətində heç bir dəyişiklik olmamış, iddiaçının deməsinə görə hazırda onun 3800 manat aliment borcu vardır.Onun ailə vəziyyətində dəyişiklik olmuş, o, X3 ilə evlənmiş, onun 19 sentyabr 2022-ci il tarixdə X11 adında uşağı olmuşdur. Məhkəmə işin hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı maddi vəziyyətində yaxşılığa doğru az da olsa dəyişiklik olmasını, onun hər ay 50-100 manat qazancı olmasını, onun hazırkı iddia ərizəsinə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, Cavabdeh maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik olmamasını,hazırda onun aliment borcu olmasını, onun ailə vəziyyətində dəyişiklik olmasını, onun evlənməsini və 19 sentyabr 2022-ci il tarixdə X11 adında uşağı olmasını, eyni zamanda hər uşağa görə 100 manat alimentin az olmasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam,hərtərəfli,obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,iddia qismən təmin edilməli,Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-301/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli (artırılmalı), qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat ,cəmi 260 (iki yüz altmış ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 51,20 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(019)-301/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Cavabdeh 51,20 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-441/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-441/2023
15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver