Məhkəmə qərarları › İş №e-2(019)-447/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-447/2022

14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-447/2022 14.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qanunsuz olaraq qətimkan tədbiri kimi həbsdə saxlanılmaqla vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyin 18 aprel 2021-ci ildən 10 avqust 2021-ci il tarixədək qanunsuz olaraq həbs qətimkan tədbiri kimi onun həbsdə saxlanılması ilə ona vurulmuş mənəvi zərərin əvəzi olaraq , cavabdehlərin hər birindən 4.000( dörd min) manat olmaqla, cəmi 8.000( səkkiz min ) manat pulun müştərək qaydada tutularaq mənə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqiləşdirilməsi və iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 18 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək qanunsuz olaraq həbs qətimkan tədbiri kimi saxlamaqla ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 8000 ( səkkiz min) manatm tutularaq ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 36.7-ci maddəsinə əsasən qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər. Qeyd olunanlara əsasən hazırki iddiaya Balakən Rayon Məhkəməsində baxılması qanunauyğundur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Qullar kəndində yaşayır. 23 yanvar 1977 -ci ildə anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, ümümi orta təhsillidir, evlidir, fərdi əməklə məşğul olur, əvvəl məhkum olunmamışdır. Heç vaxt narkotik vasitələrin alışı, satışı və istifadəsi ilə məşğul olmamışdır. 11 aprel 2021 -ci ildə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları onların həyətyanı sahəsinə baxış keçirmiş, polis əməkdaşları tərəfindən qoyulmuş bir ədəd dəmir dibçəkdə 44 ədəd narkotik tərkibli çətənə bitkilərinin şitillərini aşkar etmişlər. Həmin vaxt o, özü evdə olmamışdır. O, Beyləqanda arı yeşiklərinin yanında idi. Ona Balakən Rayon Polis Şöbəsinin CAB-ın əməkdaşı zəng edib bildirdi ki, onun həyətyanı sahəsində narkotik tərkibli çətənə aşkar edilmişdir. O, ona bildirdi ki, onun həmin bitkilərdən xəbəri yoxdur. Onu Balakən Rayon Polis Şöbəsinə dəvət etdilər. O, pulu olmadığından barmağındakı üzüyünü satıb Beyləqan rayonundan taksi ilə Balakənə gəlmişdir. Balakən Rayon Polis Şöbəsində faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 maddəsi ilə barəsində cinayət işi başlamış, 11 aprel 2021-ci ildə şübhəli şəxs qismində tutulub saxlanmışdır. 48 saat ərzində ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Balakən Rayon Məhkəməsinə vəsatət verildi. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli 4 (019) -25\2021 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildi. Həmin qərardan Balakən rayon prokuroru Qoşqar Əhmədov tərəfindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarından Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsinə dair Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, təqsirləndirilən şəxs o-İddiaçı barəsində 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmış, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 saxlanılmışdır. O, qanunsuz olaraq 4 ay müddətində həbsdə saxlanmışdır. 14 sentyabr 2021 -ci ildə onun barəsində cinayət tətbiqinə xitam verildi. 12 aprel 2021-ci ildə ona qarşı Balakən Rayon Polis Şöbəsinin İB-də Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə qondarma ittiham irəli sürülmüş, Balakən Rayon Məhkəməsi tərəfindən onun barəsində Balakən RPŞnin İB-in müstəntiqi polis mayoru X2 tərəfindən verilmiş həbs-qətimkan tələbinin seçilməsi barədə vəsatət təmin edilməmiş, bununla da həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur. Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarından Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən protest verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərarı ilə Balakən rayon prokuroru Qoşqar Əhmədovun protesti təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. O, 4 ay müddətində həbsdə saxlanılmışdır. 4 ay müddətində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından, həyat yoldaşından ayrı düşümüşdür. Anası, xəstə atası, həyat yoldaşı, övladları onunla bərabər xiffət çəkmişlər. Ailəlikcə mənəvi iztirab keçirmişlər. Uzun müddət istintaq araşdırmaları getdiyindən barəsində müxtəlif şaiyələr gəzmişdir. Aparılan istintaq nəticəsində barəsində doğru olmayan, şərəf və ləyaqətini ləkələyən məlumatlar formalaşmışdır. Beləliklə təhqiqat, istintaq və prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Bütün bunlar nəticəsində çox böyük sarsıntı keçirmişdir. Bununla bağlı ona maddi və mənəvi zərər vurulmuşdur. Mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətlərin, keçirdiyi iztirab və sarsıntıların xarakterik maddi durumunun əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq, mənəvi ziyana görə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 8000 (səkkiz min) manat pulun alınaraq ona verilməsi ədalətli olar. Odur ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcəsindən 8000 (səkkiz min) manat pulun alınaraq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci tarixli 4( 019)-25\2021 nömrəli qərarından görünür ki, “ barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir.” İddia ərizəsinə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 4(107)- 32\2021 nömrəli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, onun məhkəmə zalında həbs olunması barədə qərar qəbul edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Balakən Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X1 14 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, “ İddiaçı Balakən rayonu, Qullar kəndində yaşadığı evin həyətyanı torpaq sahəsindəki istixananın altından 10 aprel 2021-ci il tarixdə aşkar edilərək götürülmüş 44 ədəd narkotik tərkibli çətənə ( kannabis) bitkisinin şitillərinin İddiaçı tərəfindən əkilib-becərilib kultivasiya edilməsinə dair heç bir mötəbər sübut əldə edilməmişdir. Belə ki, iş üzrə təqsirləndirilən şəxs İddiaçı iş üzrə ilkin araşdırma zamanı verdiyi bütün ifadələrində yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkarlanaraq götürülmüş 44 ədəd narkotik təbiətli çətətnə (kannabis) bitkilərinin şitillərinin əkibbecərmədiyini, həmin bitki şitillərini yaşadığı evin həyətyanı torpaq sahəsinə kimin tərəfindən qoyulduğunu bilmədiyini və kimin tərəfindən əkilib-becərilməsi barədə xəbərinin olmadığını bildirmiş, təqsirləndirilən şəxs Ə. Alqayevlə birlikdə yaşayan, iş üzrə şahid qismində dindirilmiş anası X7, arvadı X4, və atası X8 da həyətyanı torpaq sahələrində aşkarlanmış 44 ədəd narkotik təbiətli çətənə bitkisi şitillərinin özləri tərəfindən əkilibbecərilmədiyini, həmin şitillərin istixanaya kimin tərəfindən qoyulduğunu bilmədiklərini bildirmişlər. Aparılmış istintaq zamanı iş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizanın 14 aprel 2021-ci il tarixli rəyində “ İddiaçı narkotik vasitələrdən istifadə etmədiyi, narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmadığı göstərilmişdir. Aparılmış istintaq zamanı təqsirləndirilən şəxs İddiaçı əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığı, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə cinayət məsuliyyətinə cəlb edilmədiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərlə əlaqə saxlamadığı, həmçinin yaşadığı ünvandan külli miqdarda narkotik təbiətli çətənə bitkilərinin şitilləri aşkar olunub götürülən zaman Beyləqan rayonunda olduğu müəyyən edilmişdir. Aparılmış ibtidai istintaq zamanı iş üzrə təqsirləndirilən şəxs İddiaçı təqsirliliyini sübut edən, əsaslı şübhələri aradan qaldıran mötəbər sübutların əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən isə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. İddiaçı qeyd edilən cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və onun barəsində 10 iyul 2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Beyləqan rayonu “Şəfəq” Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 06 nömrəli arayışından görünür, ki, İddiaçı həqiqətən Balakən rayonu Qullar kənd sakinidir. 2021-ci ilin mövsümündə özünə məxsus 38 (otuz səkkiz) arı ailəsini saxlamaq üçün Beyləqan rayonu “Şəfəq” qəsəbəsinə gətirərək, Paşa Cəlilova məxsus həyətdə qoymuş və qulluq etməyə başlamışdır. Qəflətən ona zəng gəlmiş və o, Balakənə qayıtmışdır. Lakin geri Beyləqana qayıtmamışdır. Sonra da bildiklərinə görə 4 (dörd) ay həbsdə qanunsuz olaraq saxlanmışdır. Bu müddətdə 38 arı yeşiyinin 30 ədədi baxımsızlıqdan məhv olmuşdur. Nəticədə İddiaçı maddi ziyan dəymişdir. Odur ki, onun qanunsuz olaraq 4 (dörd ) ay müddətində həbsdə saxlanması ilə bağlı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Büdcəsindən mənəvi ziyana görə 8000 ( səkkiz min ) manat pulun tutularaq ona kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşə əlavə olunan Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(019)-25/2021 nömrəli qərarından görünür ki, vəsatət rədd edilmiş, xx.xx.1977-ci ildə Balakən rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ümumi orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Balakən rayonu Qullar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs hesab edilən İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, İddiaçı məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(107)-32/2021 nömrəli qərarından görünür ki, həmin qərarla Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsinə dair Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı barəsində 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmış, təqsirləndirilən şəxs İddiaçı məhkəmə iclası zalında həbs edilmişdir. İşdə olan Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” barədə 14 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı qeyd edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə başlamımış cinayət təqibinə xitam verilmiş və tərəfindən onun barəsində xx.xx.2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Məhkəmə iddiaçını və onun nümayəndəsi-vəkilini dinləyib, işdə olan sübutları hüquqi cəhətdən dəyərləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikaası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaüycan Respublikası MPM-nin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 78.1-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. Bununla belə bu qaydada təqdim olunmuş yazılı sübutun həqiqiliyi şübhə doğurarsa, məhkəmə həmin yazılı sübutun əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edə bilər. Azərbaycan Remspublikası MPM-nin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 10 faiz paya (səhmə) malik olan işdə iştirak edən şəxs vəsatətdə işdə iştirak edən digər şəxsdə (hüquqi şəxsdə və ya onun adından çıxış edən şəxsdə) olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.4cü maddəsində nəzərdə tutulan hallarla bağlı bütün sənədlərin (konkret sənəd göstərilmədən) və ya məlumatların təqdim edilməsinin təmin olunmasını məhkəmədən tələb edə bilər.Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-ş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunan qanun normalarının tələbinə əsasən məhkəmə Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(019)-25/2021 nömrəli qərarını, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(107)-32/2021 nömrəli qərarını, Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” barədə 14 sentyabr 2021-ci il tarixli qərarını və İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə izahatlarını mötəbər sübutlar kimi qəbul edir və bu sübutlarla müəyyən olunmuş işin fakotoloji hallarını nəzərə alır. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 10 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2021 il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 237.2.3cü maddəsi ilə ittiham elan edilmiş və Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(107)-32/2021 nömrəli qərarı ilə Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsinə dair Balakən Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, Balakən rayon prokuroru, ədliyyə müşaviri Qoşqar Əhmədov tərəfindən verilmiş təqdimat qismən təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı barəsində 10 avqust 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmış, təqsirləndirilən şəxs İddiaçı məhkəmə iclası zalında həbs edilmişdir. Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” barədə 14 sentyabr 2021-ci il tarixli qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı qeyd edilən cinayətin törədilməsində təqsirliliyi sübuta yetmədiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsilə başlamımış cinayət təqibinə xitam verilmiş və onun barəsində xx.xx.2021-ci il tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. İddiaçı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək müddətdə qanunsuz və əsassız həbsdə olmuşdur. İddiaçı bu müddət ərzində qanunsuz həbsdə olduğu üçün ailəsindən, övladlarından ayrı düşmüş, mənəvi iztirab keçirmişdir. Təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona o cümlədən mənəvi zərər vurulmuşdur. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin azadlıq hüququndan məhrum olması və ya azadlığının məhdudlaşdırılması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərməklə onu əlverişsiz vəziyyətdə qoyur. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqlarının real mahiyyəti heçə enir və həmin hüquqlar deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla şərtlənir ki, onun pozulması həmin şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşayiət olunur. Hər kəs azadlığa malik olmalıdır və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. İnsan hüquqlarının, o cümlədən azadlıq hüququnun müdafiəsi ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin 2-ci bəndinə əsasən hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı vardır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsinin 4-cü bəndinə əsasən tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndinə əsasən bu maddənin müddəalarının pozulması ilə tutulmağa və ya həbsə alınmağa məruz qalan hər kəsin iddia ilə təmin olunan kompensasiya hüququ vardır. Avropa Konvensiyasına dair 7 saylı Protokolun 3-cü maddəsinə əsasən şəxs cinayət əməli törətməyə görə qəti hökmlə məhkum edildikdə və sonradan onun haqqında çıxarılmış hökm ləğv edildikdə yaxud o, yeni və ya təzədən ortaya çıxmış halların inandırıcı surətdə məhkəmə səhvinə yol verildiyini sübuta yetirməsi əsasında əvf edildikdə, habelə məhkum etmə nəticəsində cəzaya məruz qalmış şəxs, əvvəllər məlum olmayan faktın vaxtında açılmaması onun tam və ya qismən günahı üzündən baş verməyibsə, müvafiq dövtətin qanuna və ya mövcud təcrübəsinə uyğun olaraq kompensasiya alır. Qeyd etmək lazımdır ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 5-ci bəndi və 7 saylı Protokolun 3-cü maddəsi tələb edir ki, dövlət maddi hüquq normaları pozulmuş şəxsə kompensasiya verilməsi üçün öz ölkəsində tədbirlər görsün. Bununla bağlı kompensasiya almaq hüququ həm maddi, həm də mənəvi zərəri əhatə edir. X5rşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi bildirdi ki, yalnız azadlıqdan məhrum etmə dövlətdaxili qanunvericiliyə görə qanunsuz sayıldığı halda ərizəçilər 5-ci bəndə əsasən komensasiya almaq hüququna malik olacaqlar. Məhkəmə qeyd etdi ki, 5-ci bəndi tətbiq etmənin mümkünlüyünün bu cür şərhi bu bəndin predmetinə və məqsədinə cavab vermir, çünki onun formulundan aydın görünür ki, kompensasiya o hallarda verilməlidir ki, həbs və ya tutma «bu maddənin müddəaları pozulmaqla» həyata keçirilmiş olsun. Məhkəmə sonda bu nəticəyə gəldi ki, ərizəçilər dövlətdaxili hüquqa görə qanuni qaydada tutularaq həbs edilsələr də, bu, 5-ci maddənin 3-cü bəndi pozulmaqla baş verib. Dövlətdaxili qanunvericilik maddi müddəanın pozulduğu müəyyən edildikdə kompensasiya almaq hüququnu nəzərdə tutmadığına görə, burada həm də 5-ci maddənin 5-ci bəndi pozulub. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 55.3-cü maddəsinə əsasən haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz. Azərbaycan Respublikası CPM-nin 56.0.1-ci maddəsinə əsasən bəraət almış təqsirləndirilən şəxs, CPM-nin 56.0.5-ci maddəsinə əsasən qanunsuz həbs olunmuş və ya tibb, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs, CPM-nin 56.0.6-cı maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 57.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilmiş şəxslərə-cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra vurulmuş ziyan ödənilir. Azərbaycan Respublikası CPM-nin 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası CPM-nin 60.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. Azərbaycan Respublikası CPM-nin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə iraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasındatəhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 350-ci maddəsinə əsasən bəraət hökmü çıxarılmış şəxs bəraət almış şəxsdir. Vurulmuş ziyanın ödənilməsi hüququna malik olan şəxslərdən daha bir qrupu qanunsuz həbs edilmiş və ya müddətdən artıq həbsdə saxlanılmış şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» qərarında qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olaraq iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən 31 may 2002-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd olunur ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya» nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s.hüquq pozmalarda) ifadə oluna bilər. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: 1) barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; 2) barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; 3) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; 4) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; 5) şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; 6) cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; 7) şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; 8) şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ: 1) bəraətverici hökm çıxarıldıqda; 2) cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; 3) inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Bu Qanunun 1-ci maddəsində göstərilmiş əməliyyat-axtarış tədbirlərinin cinayət işi başlamazdan əvvəl keçirilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ belə tədbirlər keçirildikdən dərhal sonra yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən bu Qanunun 5-ci maddəsinin 1-ci, 2-ci və 4cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; şəxsin çıxarılmış qərarla razılaşmadığı hallarda, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin qərardan yuxarı məhkəməyə şikayət verə bilər; fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir; istintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir; təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur. Məhkəmə işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş materiallarına əsasən ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi nəticəsində İddiaçı uzun müddət 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək qanunsuz həbsdə qalması onda ümidsizlik, qeyrimüəyyənlik və həyəcan hissləri yaratmışdır. Qanunsuz həbs edilməsi və qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə uzun müddət həbsdə qalması ilə ona qarşı törədilən qanunsuz hərəkət şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, o, bu səbəbdən fiziki əzab çəkməsi nəticəsində iztirab keçirmişdir. Həmçinin İddiaçı bu müddət ərzində hərəkət etmək azadlığından və fəal ictimai həyat tərzindən məhrum edilmişdir, o, özünü bədbəxt hiss edir. Qanunsuz həbsdə olması və ona istinad olunan ağır cinayətin törədilməsi barədə məlumatların yayılması ilə şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələnmiş və bu da onun psixikasında və şüurunda mənfi izlər qoymuşdur. Həmçinin iddiaçının həbsdə qalması onu şəxsi həyatından və aktiv fəaliyyətindən məhrum etmiş, onun xeyirxah adına və reputasiyasına bərpaolunmaz zərər vurmuşdur. Bütün bunlar təbii ki, İddiaçı haqqında bəraət hökmünün çıxarılması ilə kompensasiya edilə bilməz. Məhkəmə, İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin Smirnova Rusiya Federasiyasına qarşı işi üzrə qərarına istina edərək, qeyd edir ki, mənəvi ziyanın bir sıra formaları, o cümlədən emosional iztirablar öz mahiyyətinə görə hər bir konkret halla həmişə sübut oluna bilinmir (bax: Abdulaziz, Cabales and Balkandali v. X14, məhkəmənin 28 may 1985 il tarixli qərarı 94, §96). Ancaq bu, məhkəməyə mənəvi ziyan vurulduğunun hesab edildiyi təqdirdə iddiaçıya mənəvi zərərə görə maliyyə kompensasiyası verilməsi barədə qərar çıxarmağa mane olmur. Hazırki işdə də ağlabatandır ki, iddiaçı uzun müddət həbsdə saxlanılmaqla əzab və iztirablar yaşamış, onda güclü ümidsizlik hissləri yaranmış və bu hisslər uzunmüddətli olmuşdur. Həmçinin İddiaçı gündəlik həyat tərzindən və şəxsi həyatından, ailə və uşaqları ilə bir yerdə yaşamasından məhrum olmaqla onun gündəlik və gələcək planları puç olmuşdur. O da şübhəsizdir ki, iddiaçının 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək həbsdə qalmaqla mənəvi sarsıntı, iztirab və ümidsizlik hissləri keçirməsi və nəticədə mənəvi zərərə məruz qalması ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində baş vermişdir və burada vurulmuş ziyanla həmin qanunsuz hərəkətlər arasında birbaşa səbəbli əlaqə vardır. Məhkəmə işdəki sübutlara qiymət verərək, hesab edir ki, ədalət prinsipinə görə hüquqauyğun və ağlabatan şəkildə mənəvi zərərin əvəzi olaraq İddiaçı kompensasiya ödənilməsi zəruridir. Məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi 3 əsas funksiyaya malikdir: birincisi-zərərçəkənin tələbinin təmin edilməsi, ikincisi-zərər vuran şəxslərə təsir göstərilməsi, üçüncüsü-digər şəxslər tərəfindən şəxsiyyətin hüquqlarına qəsd edilməsinin qarşısının alınması. Mənəvi zərərin əvəzinin ödənilməsinin başlıca məqsədi pozulmuş hüquqların restitusiyası deyil. Belə ki, vurulmuş zərər pul ekvivalentinə malik deyil və onun tamamilə kompensasiyası qeyri-mümkündür. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, İddiaçı sarsıntı və iztirabları və onun azadlıq hüququna qəsd kifayət qədər ciddi olsa da, iddia tələbi həddər artıq şişirdilmişdir və reallıqdan uzaqdır. İddia tələbinin tam həcmdə təmin edilməsi heç şübhəsiz ki, mənəvi iztirab və sarsıntılara adekvat olmamaqla ağlabatan deyildir və demokratik cəmiyyətdə zəruri xarakterə malik tədbir hesab oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ədalət və ağlabatanlıq nöqteyinəzərindən iddiaçıya 2000 manat mənəvi zərərə görə kompensasiyanın təyin edilməsi iddiaçının 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək əsassız həbsdə qaldığı müddətdə keçirdiyi həyəcan və iztirab hisslərinin qarşılığına və nüfuzunu, şərəf və ləyaqətini bərpa etmək məqsədinə mütənasibdir. Həmçinin kompensasiyanın ağlataban bu məbləği kimisə müflis etmək məqsədi daşımır. Bu xüsusda məhkəmə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Amil Allahverdiyev Azərbaycana qarşı işi üzrə 6 mart 2014-cü il tarixli qərarına istinad etməyi zəruri hesab edir. Həmin işdə də Azərbaycan Respublikasının vətəndaşı Amil Allahverdiyev əsassız həbsə məruz qaldığı üçün onun barəsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin və 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, ərizəçi mənəvi ziyana məruz qalıb və bu ziyan təkcə pozuntuların müəyyən edilməsi ilə kompensasiya oluna bilməz, buna görə də, ona kompensasiya təyin olunmalıdır. Konvensiyanın 41-ci maddəsində tələb olunduğu kimi, məhkəmə qiymətləndirməni ədalətli əsasda həyata keçirərək ərizəçiyə mənəvi ziyana görə 13 000 avro kompensasiya təyin etmişdir. Göründüyü kimi, qanunsuz həbsdə saxlanması əsası üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi Amil Allahverdiyevə 13000 avro kompensasiya təyin etdiyi halında hazırki işdə İddiaçı mənəvi ziyana görə təyin edilən 2000 manat kompensasiya heç də Azərbaycan Respublikasının Dövlət büdcəsinə böyük ziyan vura biləcək məbləğ deyildir. Bu məbləğ işin hallarına uyğun olmaqla ağlabatan və ədalətlidir. Məhkəmə bu nəticəyə gəlir ki, qanunvericiliyə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələbləri baxımından Azərbaycan Respublikasının Dövləti adından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cavabdehlik daşıyır. Ona görə də Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı hazırki iddia 2000 manat mənəvi zərər hissəsində təmin edilməli, 2000 manatdan artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Həmçinin iddiaçı hazırki iddia üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün ödənilməli olan 40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən qanunsuz olaraq qəti imkann tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə - tərəflər dövlət rüsumundan azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq, dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək və 19 aprel 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı müddətdə ona dəymiş mənəvi zərərə görə 2000 (iki min) manat miqdarında pul kompensasiyası Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin edilməsin. Hazırki işlə bağlı ödənilməli olan 40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar