Məhkəmə qərarları › İş №e-2(019)-451/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-451/2024

02.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-451/2024 02.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavadeh Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyana görə və 627 (altı yüz qırx yeddi) manat xərclərə görə ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxşı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən: Telman Hüseynov) Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə təqsirli bilinməsi, onun 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətiimkan tədbirinin ləğv edilməsi və barəsində həbs qətiimkan tədbirinin seçilməsi, onun dərhal məhkəmə iclas zalından həbsə alınması və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, iş üzrə zərərçəkmiş şəxs İddiaçı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah edilmişdir. Hökmlə həmçinin məhkəmə xərcləri və maddi sübut məsələləri həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 21/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, 25 noyabr 2021-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cimaddəsi ilə ittiham olunduğu əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsüf olunması və ona həmin maddə ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda həmçinin məhkəmə xərcləri məsələləri həll edilmişdir. Törədilmiş əməlin tövsifində səhvə yol verildiyindən və təqdim etdiyi sübutlar tədqiq edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarının Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-1380/2021 nömrəli, 25 noyabr 2021ci il tarixli hökmünün dəyişdirilən hissədə tamamilə ləğv edilməsi və həmin cinayət işinin yenidən apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2023-cü il tarixli 1(102)-1940/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə BakıApellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1472 nömrəli rəyindən görünür ki, ibtidai istintaq zamanı aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxışlı, mühərrik tutumlu 6200 sm3, göy qara parıltısız rəngli, ekspertiza tədqiqatına təqdim edilmiş “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2020-ci il tarix üçün, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 55000 manat müəyyən olunur (cild 2, iş vərəqi 32-34). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı qiymət fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri şərti olaraq 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəmənin qərarına əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, BakıAğır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci il tarixli hökmü Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsinə münasibətdə əməlin hüquqi tövsifi hissəsində dəyişdirilmiş, CavabdehAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-cimaddəsi ilə ittiham olunduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Cavabdeh təyin edilmiş cəza məsələsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkum edilmiş şəxs Cavabdeh əməlinin ağır cinayət əməli olan CM-in 178.3.2-ci maddəsindən azağır cinayət əməli olan CM-in 178.2.4-cü maddəsinə tövsif edilməsi nəzərə alınmaqla hökmün dəyişdirilməsini müəyyən etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyinə əsaslanaraq 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri şərti olaraq 45000 (qırx beş min) manat müəyyən edilməklə Cavabdeh vurduğu maddi ziyan müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82-ci maddəsində sübut etməkdən azad olmaq üçün əsaslar göstərilib. Həmin Məcəllənin 82.4cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM) 65.4-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburi olması göstərilib. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin və Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinin tələbindən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-21/2023 nömrəli, 02 may 2023cü il tarixli qərarı ilə müəyyən olur ki, Cavabdeh İddiaçı vurduğu maddi ziyanın məbləği 45000 (qırx beş min) manat müəyyən edilmişdir, həmin halları və əsasları sübut etməyə ehtiyac yoxdur, qərarda müəyyən olunan hallar sübut etməkdən azad olunduğu üçün hazırkı iddia tələbi ilə 45000 (qırx beş min) manat maddi ziyanın yaranma əsasını sübut etmək zərurəti yaranmır. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən hüquqi yardıma görə tərəfindən 4 saylı vəkil bürosüna 420 (dörd yüz iyirmi) manat məbləğndə pul və Dövlət rüsumunun ödənilməsnə görə 227 (iki yüz iyirmi yeddi) manat məbləğində pul cavadeh Cavabdeh tutulmalıdır. Xərclərlə bağlı ümumi məbləğ 647 (altı yüz qırx yeddi) manat təşkil edir. Qeyd edilənləri nəzərə alıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdırıb onlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmündən görünür ki, Cavabdeh Şami oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) gün bir günə bir gün hesabı İlə hesablanmaqla ona təyin olunmuş cazadan çıxılmış, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cazaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmış, X5 barəsində səçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materillarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)- 21/2023 nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi tərəfindən vərilmiş apəllyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinməslnə dair Bəkı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci ii tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apəllyasiya şikayətinə münasibətdə dəyişdirilmiş,Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü məddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1940/2023 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs İddiaçı Eİman oğlu və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-813/2024 nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1472 nömrəli rəyi ilə ibtidai istintaq zamanı aparılmış ekspert tədqiqatı nəticəsində tədqiq edilən, hərəkət hissələrinin yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, 2012-ci il buraxışlı, mühərrik tutumlu 6200 sm3, göy qara parıltısız rəngli, ekspertiza tədqiqatına təqdim edilmiş “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin, 2020-ci il tarix üçün, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 55.000 manat müəyyən olunmuşdur. İş materiallarından həmçinin görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin qiyməti fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)- 21/2023 nömrəli qərarında istinad olunmuş və hüquqi cəhətdən dəyərləndirilərək işin faktoloji halı olaraq müəyyən olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyindən görünür ki, 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri şərti olaraq 45000 (qırx beş min) manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı vəkilin hüquqi yardım xərci kimi 4 saylı Vəkil Bürosunun hesabına 420 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması üçün 227 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü ilə müəyyən olunmuş cinayət hadisəsi və həmin hadisənin faktları olaraq Cavabdeh özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı X3 tanışı İddiaçı İndoneziya Respublikasının Bali adalarına 9 gün müddətinə istirahətə getdiyi üçün sonuncuya məxsus “Chevrolet Camaro” markalı, 10- RV-400 dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə istəmiş, İddiaçı Baxış İsmayılovla birlikdə 20 iyul 2019-cu il tarixdə saat 18 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən 9 saylı notariat ofisinə gəlib orada onun adına mülki etibarnamə vermiş, 26 iyul 2019-cu il tarixdə o, Baxış İsmayılovla Bakı şəhəri ərazisində görüşüb sonuncunun idarə etdiyi “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili ailəsini aparmaq adı ilə götürüb vəd verib aldadaraq həmin gün avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 4 ünvanında yerləşən Azərbaycan Respublikası Baş X10 İdarəsində 55000 manat dəyərində “Chevrolet Camaro” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili X4 adına rəsmiləşdirərək sonuncunun işlətdiyi lombarda girov qoyub 16500 ABŞ dolları və 3000 manat pul götürməklə İddiaçı 55000 manat dəyərində külli miqdarda ziyan vuraraq etibarından sui-istifadə etməklə dələduzluq etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü ilə Cavabdeh Şami oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.3-cü maddəsinə əsasən ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Cavabdeh həbsdə saxlanıldığı 1 (bir) gün bir günə bir gün hesaibı İlə hesablanmaqla ona təyin olunmuş cazadan çıxılmış, üzərində qəti olaraq 6 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cazaçəkmə müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən hesablanmış, X5 barəsində səçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmiş, o, dərhal məhkəmə iclas zalından həbsə alınmış və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə təqsirli bilinməslnə dair Bəkı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1380/2021 nömrəli, xx.xx.2021-ci ii tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apəllyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü məddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli 1(102)-1940/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli, 1(103)-21/2023 nömrəli qərarı dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxs İddiaçı Eİman oğlu və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(102)-813/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərar qəbul edən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən ibtidai istintaq zamanı həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 aprel 2021-ci il tarixli 9/1472 saylı ekspert rəyində və Azərekspertiza Birliyinin 19 may 2022-ci il tarixli, 87 saylı ekspert rəyində 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin qiyməti fərqi olduğundan təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarında istinad olunmuş və hüquqi cəhətdən dəyərləndirilərək işin faktoloji halı olaraq müəyyən olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 9/4407 saylı ekspert rəyi ilə iddiaçıya məxsus 2012-ci il buraxılışlı, istifadəyə yararlı, Chevrolet Camaro markalı avtomobilin orta bazar dəyəri 45000 (qırx beş min) manat müəyyən edilmişdir. Cinayət hadisəsi nəticəsində Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmü (qərarı) ilə təqsirli bilindiyi CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş dələduzluq əməlinin törədilməsi ilə əlaqədar İddiaçı Eİman oğluna 45000 manat məbləğində maddi ziyan vurulmuş, həmin 45000 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış və cavabdeh iddiaçının hesabına həmin 45000 manat məbləğində əsassız varlanmışdır. Həmçinin İddiaçı hazırki iddianın qaldırılması ilə bağlı vəkilin hüquqi yardım xərci kimi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 420 manat ödəmiş və 227 manat dövlət rüsumu ödəmiş və bununla da hazrki iddia ilə bağlı qanunda nəzərdə tutulmuş 647 manat xərc çəkmişdir. Ona görə də Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunan faktların iki növü preyudisial əhəmiyyət daşımaqla sübut olunmaqdan azaddır:1) hadisənin olub-olmaması (yəni cinayətin törədilib-törədilməməsi faktı); 2) bu hadisənin konkret şəxs tərəfindən edilməsi faktı (yəni cinayətin subyekti barədə məsələ). Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-1380/2021 nömrəli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-21/2023 nömrəli qərarı ilə Cavabdeh etibarından sui-istifadə etməklə İddiaçı 45000 manat dəyərində “Chevrolet Camaro minik” markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilini ələ keçirərək, iddiaçıya münasibətdə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və İddiaçı 45000 manat məbləğində maddi ziyan vurmuşdur. Yəni burada İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət hadisəsinin olması, Cavabdeh bu cinayət hadisəsinə aidiyyəti və Cavabdeh tərəfindən təqsirli bilindiyi bu cinayət əməli nəticəsində İddiaçı 45000 manat maddi ziyan vurması halları mövcuddur, ona görə də MPM-nin 82.4-cü maddəsinə əsasən bunlar preyudisal əhəmiyyət daşımaqla onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verimək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlataban müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borcu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.5-ci maddəsinə əsasən əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsinin yazılması və müvafiq yazılı sənədlərin toplanaraq iddia ərizəsinə əlavə edilməsi, həmçinin Bakı şəhərindən Balakən şəhərinə gələrək hazırki işin məhkəmə proseslərində iştirakı üçün hüquqi yardım xərci olaraq 4 saylı Vəkil Bürosuna 420 manat ödəmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının Cavabdeh hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilməsi ilə bağlı tələb etdiyi 420 manat işin halları baxımından ağlabatan və ədalətli məbləğdir. Ona görə də həmin 420 manat hüquqi yardım xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; Cavabdeh İddiaçı xeyrinə 45000 (qırx beş min) manat maddi ziyan və 647 (altı yüz qırx yeddi) manat xərclər olmaqla ümumilikdə 45647 (qırx beş min altı yüz qırx yeddi) manat məbləğində pul tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar