Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-456/2022 18.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 139GTKR8876159AB saylı kredit müqaviləsinə əsasən 1391.30 AZN əsas; 253.01 AZN faiz; cəmi 1644.31 AZN məbləğində borcun, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit xətti müqaviləsinə əsasən 79.05 AZN əsas; 14.67 AZN faiz; cəmi 93.72 AZN borcun və ödənilmiş 37.38 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 139GTKR8876159AB saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 24.72 faiz dərəcəsi ilə 2400 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, **********01944139 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit müqaviləsinə əsasən müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2019-cu il tarixli, 139GTKR8876159AB saylı kredit müqaviləsinə əsasən 1391.30 AZN əsas; 253.01 AZN faiz; cəmi 1644.31AZN borcu, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit xətti müqaviləsinə əsasən 79.05 AZN əsas; 14.67 AZN faiz; cəmi 93.72 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli 139GTKR8876159AB saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu-cı il tarixli Kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 24,72 faiz dərəcəsi ilə 2400 AZN kredit verilmişdir.Kredit müqaviləsinin 1-ci maddəsinə əsasən müştəri kredit üzrə qaytarmağı,kreditdən istifadəyə hesablanacaq faizləri və digər borcları bu müqavilədə göstərilən müddətdə və qaydada kreditora qaytarmağı öhdəsinə götürür. İşdə olan xx.xx.2019-cu il tarixli Kredit kartına dair müqavilədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit verilmişdir. Kredit müqaviləsinin 1 -ci maddəsinə əsasən müştəri kredit xətti üzrə borclarını(xidmət haqqı əsas və faiz borclarını, dəbbə pulunu) ödəyir, habelə ona göndərilmiş bank xidmətlərinin haqqını bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. İşdə olan xx.xx.2022-ci il tarixli 135000/933 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-nə xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli, 139JTKR8876159 AB saylı kredit müqaviləsi üzrə 1391.30 AZN əsas, 253.01 AZN faiz-cəmi 1644.31 AZN məbləğində borcu, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit kartına dair müqaviləyə əsasən 79.05 AZN əsas, 14.67.AZN faiz cəmi 93.72 AZN borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli,139GTKR8876159AB saylı kredit müqaviləsinə əsasən sonuncuya 48 ay müddətinə illik 24.72 faiz dərəcəsi ilə 2400 AZN məbləğində, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit kartına dair müqaviləyə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə və kredit kartına dair müqaviləyə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Cavabdeh "xxxx" ASC-nə xx.xx.2022-ci il tarixdə xx.xx.2019-cu il tarixli, 139JTKR8876159 AB saylı kredit müqaviləsi üzrə 1391.30 AZN əsas, 253.01 AZN faiz-cəmi 1644.31 AZN məbləğində borcu, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit xətti müqaviləsinə əsasən 79.05 AZN əsas, 14.67.AZN faiz cəmi 93.72 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də, İddiaçı ASC hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh “xx.xx.2019-cu il tarixli , 139GTKR8876159 AB saylı kredit müqaviləsi üzrə 1391.30 AZN əsas, 253.01 AZN faiz-cəmi 1644.31 AZN borc, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit xətti müqaviləsinə əsasən 79.05 AZN əsas, 14.67.AZN faiz, cəmi 93.72 AZN və ödənilmiş 37.38 manat dövlət rüsumu xərci tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 139GTKR8876159 AB saylı kredit müqaviləsi üzrə 1391.30 AZN əsas, 253.01 AZN faiz-cəmi 1644.31 AZN borc, xx.xx.2019-cu il tarixli, **********01944139 saylı kredit kartına dair müqaviləyə əsasən 79.05 AZN əsas, 14.67.AZN faiz, cəmi 93.72 AZN və ödənilmiş 37.38 manat dövlət rüsumu xərci tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-456/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-456/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver