Məhkəmə qərarları › İş №e-2(019)-460/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-460/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-460/2022 01.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-2442/2016 nömrəli 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə himayəsində olan, 13 avqust 2008-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 30 oktyabr 2007-ci il tarixdə evlənmiş, nikahlarını 14 iyun 2008-ci ildə rəsmi qeydə aldırmışlar.Həmin nikahlarından 13 avqust 2008-ci il tarixdə X12 adlı uşağı anadan olmuşdur.Cavabdehlə ailə münasibətləri əvvəllər səmimi olsa da,sonradan münasibətləri pozulmuşdur. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-103/2014 nömrəli, 06 fevral 2014-cü il tarixli qətnaməsi ilə birgə nikahlarından 13 avqust 2008-ci il tarixdə anadan olmuş X8 baxılıb saxlanması üçün 80 manat alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra o, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)- 2442/2016 nömrəli 30 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-103/2014 nömrəli, 06 fevral 2014-cü il tarixli qətnaməsi təyin edilmiş alimentin məbləği dəyişdirilmiş, 100 manat müəyyən edilmişdir. O, hal-hazırda heç bir yerdə işləmir. Balakən Rayon Məhkəməsinin 2(019)-2442/2016 nömrəli 30 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat alimentlə uşağının pal-paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Eyni zamanda aradan keçmiş 5 il müddətində yaşayış xərcləri və digər xərclər də kifayət qədər artmışdır. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hal-hazırda Balakən rayonunda yerləşən “Sultan Palace” şadlıq sarayında rəsmi olaraq işləyir. O hər ay uşaq üçün 193 (bir yüz doxsan üç) manat aliment ödəmək iqtidarındadır. Alimentin miqdarının artırılması tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh heç bir razılıq bildirməmişdir, MŞİH-16390 nömrəli arayış verilmişdir.Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi yaşayış minimumu ölkə üzrə uşaqlar üçün hər il artır. Lakin Cavabdeh özü könüllü olaraq aliment məbləğini artırmır.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, iddiaçı ilə 30 oktyabr 2007-ci il tarixdə evlənmiş, nikahlarını 14 iyun 2008-ci ildə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 13 avqust 2008-ci il tarixdə Sərkan adlı oğlu doğulmuşdur. Əvvəllər keçmiş arvadı ilə ailə münasibətləri normal olmuş, lakin onun valideynlərinin ailəyə müdaxiləsi nəticəsində ailədə münasibətləri pozulmuş və ailənin dağılmasına səbəb olmuşdur. Bundan sonra iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, uşaq iddiaçıda saxlanılmaqla ondan aliment tutularaq iddiaçıya ödənilməsini məhkəmə qət etmişdir. Alimentin ödənilməsi tərəfindən mütəmadi olaraq yerinə yetirilmişdir. Əvvəl alimentin miqdarı 80 manat , sonra isə alimentin miqdarı artırılaraq 100 manat müəyyən edilmişdir. O, valideynlərinin xəstə olmasını nəzərə alaraq yenidən ailə qurmaq məcburiyyətində qalmış,Balakən rayon Mahamalar kənd sakini X10 ilə evlənmişdir. Alimə Hudulova ilə birgə nikahlarından 29 noyabr 2013-cü təvəllüdlü X13, 03.03.2015-ci il təvəllüdlü X15 və 17.03.2022-ci il təvəllüdlü X11 adlı uşaqları vardır. 2022-ci ildə doğulmuş oğlu İbrahim doğuş zamanı aldığı travmadan əziyyət çəkdiyi üçün böyük problemlərlə üzləşmişdir. X1 və o, heç yerdə işləmirlər, qüsurlu doğulan körpə xəstə olduğundan onun bir problemi olmaqla, hələ digərlərinin də baxılması üçün müntəzəm ehtiyac içindədir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, rəsmi qaydada hansısa şadlıq evində rəsmi olaraq işləyir və onun alimentin bundan sonrakı dövrlərdə artırılarsa ödəmək iqtidarındadır. Məhkəməyə təqdim etdiyi rəsmi sənədlərdə ailə tərkibi beş nəfərdən, qüsurlu doğulan övladı barədə və özünün faktiki heç yerdə işləməməyi barədə rəsmi sənədlər təqdim etmişdir. İddiaçının alimentin miqdarının 193 manat müəyyən edilməsinə dair tələbini əsassız sayır. Ona görə ki, məhkəməyə təqdim etdiyi rəsmi sənədləri və faktiki həyat durumumu nəzərə alsaq onda digər ailəsinin həyatda qalmaları şübhə altına düşər. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan 30 mart 2022-ci il tarixli, MŞİH-16390 nömrəli X7 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İlkin Mediasiya prosesinə xitam verilməsi barədə 30.03.2022-ci il tarixli MŞİH-16390 nömrəli protokoldan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişdir və 50 manat mediasiya xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 05 oktyabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 181406 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 13 avqust 2008-ci ildə anadan olmuş , atası Cavabdeh, anası X5 qeyd edilmişdir. İşdə olan Balakən Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(019)- 2442/2016 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edlilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2014-cü il tarixli 2(107)- 103/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 avqust 2008-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb iddiaçı X3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 may 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 197221 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında 10 may 2017-ci il tarixdə 57 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Bayramova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 mart 2015-ci il tarixdə verilmiş AZ-İİİ-seriyalı 479162 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 03 mart 2015-ci il tarixdə anadan olmuş , atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 dekabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ-seriyalı 221840 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 noyabr 2013-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası X9 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” X16 tərəfindən 30 mart 2022-ci il tarixdə verilmiş AZ-İV-seriyalı 688804 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 17 mart 2022-ci il tarixdə anadan olmuş , atası Cavabdeh, anası X9 qeyd edilmişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 15 aprel 2022-ci il tarixdə verilmiş **********838100 nömrəli arayışdan görünür ki,Bayramov X6 Nazirliyi yanında Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı X5 30 оktyаbr 2007-ci il tаrixdə Bаyrаmоv Şаhin Sаbir оğlunа ərə getmiş, 14 iyun 2008-ci ildə isə nikahlarını rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 13 аvqust 2008-ci il tаrixdə Bаyrаmоv Sərkаn Şаhin оğlu аdındа bir uşаqlаrı оlmuşdur. Uşaq iddiaçı X2 himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(019)- 2442/2016 nömrəli qətnaməsi ilə 13 avqust 2008-ci ildə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh alınıb iddiaçı X3 verilməsi qət edilmişdir.İddiaçı X5 ödənilən alimentin miqdarının aşağı olmasını,uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, cavabdehin himayəsində digər nikahından üç azyaşlı uşağı vardır. Cavabdeh alimentin miqdarının artırılmasına etiraz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa , yaxud onun qazancı və sair gəliri yoxdursa , habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında “Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflər arasında alimentin ödənməsi ilə bağlı saziş olmamasını, cavabdehin ödədiyi alimentin iddiaçının himayəsində olan uşağın tələbatını ödəməməsini, tərəflərin maddi və ailə vəziyyətlərini, eyni zamanda iddiaçının cavabdehin qazancı barədə heç bir sübut təqdim etməməsini, cavabdehin himayəsində digər nikahından üç azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Balakən Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(019)- 2442/2016nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 avqust 2008-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün,Cavabdeh 36,80 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “X21” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(019)-2442/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 13 avqust 2008-ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 36,80 manat dövlət rüsumu xərci alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar