Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-473/2024 22.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından dünyaya gəlmiş, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən aliment məbləğinin artırılaraq hər ay 300 (üç yüz) manat təyin edilməsi, ilkin mediasiya xərci olaraq ödədiyi 60 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 29 oktyabr 2013-cü il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X8 dünyaya gəlmişdir.Keçmiş əri ilə ailə münasibətləri o qədər də ürək açan olmamışdır. Xasiyyətləri uyğun gəlmədiyindən ,artıq onunla birlikdə yaşamağın mümkün olmaması səbəbi ilə cavabdeh onunla ayrılmaq qərarına gəlmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. Daha sonra onların birgə nikahından olan övladları-12 avqust 2014-cü il təvəllüdlü X8 üçün sabit pul məbləğində 160 (bir yüz altmış) manat miqdarında aliment tutulması barədə qərar qəbul edilmişdir. Nikah pozulduqdan sonra qızı Aynur ilə ata evində yaşamağa başlamışdır. Ata evində anası, 2 qardaşı və o, övladı ilə birgə yaşayırlar. 2023-cü ildə keçmiş həyat yoldaşı Cavabdeh uşağın saxlanılması üçün aliment miqdarını artırmasını, uşağın maddi və mənəvi ehtiyaclarını ödəməsi ilə bağlı məhkəmədən əvvəl pretenziya qaydasında söhbət aparmışdır. Cavabdeh ona Rusiya Federasiyasında işlədiyini və qazancının yaxşı olması səbəbində aliment miqdarını artırmağın özü üçün uyğun olacağını, lazım gələrsə 500 manat verə biləcəyini bildirmişdir. Bu səbəbdən 2023-cü il tarixdə Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edərək ilkin mediasiya prosesinin başlanmasını xahiş etmişdir. Balakən rayon Mediasiya təşkilatını üzvü İsmayılova Nizamə tərəfindən keçirilən mediasiya prosesinə cavabdehin nümayəndəsi kimi atası Xəmmədov Qüdrət gəlmişdir. Keçmiş qayınatası Cavabdeh alimentin artırılması üçün razı olduğu məbləğdəki pulu verməyi rədd etmiş və 190 manat aliment miqdarı ödəyəcəklərini bildirmişdir. Ona oğlu Cavabdeh ilə pretenziya qaydasında telefon danışığı aparmış və qızının həyat şəraitinin yaxşı saxlanılması üçün maksimum miqdarda artırmağa razı olduğunu xatırlatsa da buna məhəl qoymamışdır. Bu səbəbdən qayınatası Xəmmədov Qüdrətin ödəyəcəklərini bildirdiyi 190 manat aliment məbləğinə razı olmuş və aralarında barışıq sazişi bağlanmışdır. Alimentin miqdarı artırıldıqdan sonra cavabdeh tərəfindən müntəzəm olaraq qızı X4 hesabına 190 manat pul köçürülür. Lakin cavabdehin ödədiyi alimentin miqdarı qızının yaşam şəraitinin yaxşılaşdırılmasına kifayət etmir. Qızı Aynur artıq böyüyüb və dolayısı ilə onun xərcləri də artıbdır. Üstəlik o, öz evində dərzilik ilə məşğuldur. Qohum və qonşuların ona müraciət etmədiyi təqdirdə əlavə qazanc yeri yoxdur.Qazancı qızının həyat səviyyəsini yaxşılaşdırmağa kifayət etmir. Alimentin miqdarının artırılması üçün cavabdehə xx.xx.2024-cü il tarixində Mediasiya Şurasında iştirak etməsi barədə Təklif göndərilmiş, lakin nə cavabdeh nə də onun nümayəndəsi (atası) X9 sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixində cavabdehin X5 iştirak edilməməsi səbəbindən arayış tərtib edilmişdir və o,dövlət rüsumu kimi 60 (altmış) manat rüsum ödəmişdir. Xüsusi olaraq qeyd etmək istəyir ki, Elvin Rusiya Federasiyasında işləyir və aylıq qazancı yüksəkdir. Cavabdehdən övladını saxlamaq üçün aliment miqdarı olaraq 300 (üç yüz) manat tələb edir. Bu məbləği cavabdehin qazancının çox kiçik bir hissəsi olduğunu düşünür və 300 manatı qarşılayacaq imkana sahibdir. Hesab edir ki, cavabdehdən tutulmaq şərti ilə uşaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada alimentin miqdarı artırılmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq göstərdi ki, o dərzi işləməklə orta aylıq gəliri 100-150 manatdır, cavabdehin qazancı barədə isə heç bir sübut təqdim edə bilmir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən etiraf edərək izahatında göstərdi ki, Cavabdeh 29 oktyabr 2013-cü ildə rəsmi nikah bağlamaqla İddiaçı ilə evlənmiş, birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Aynur adında bir uşaqları olmuşdur. Tərəflər xasiyyətləri uyğun gəlmədiyinə görə ayrılmışlar və aralarında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı alimentin artırılması tələbi ilə bağlı mediasiya sessiyasına müraciət etmiş, tərəflər arasında aliment tələbi ilə bağlı razılaşma olmuş və Cavabdeh uşağın saxlanması üçün hər ay 190 manat aliment ödəməyə razılıq vermiş və bu barədə aralarında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Aliment hər ay vaxtında ödənir. Hal-hazırda Nümayəndə yalnız 200 manat aliment ödəyə bilər , bundan artıq məbləğdə aliment ödəmələri mümkün deyildir. Qeyd etdikləri nəzərə alınmaqla iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 25 mart 2024-cü il tarixdə verilmiş 142 nömrəli doğum haqqında arayışın surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı haqqında 29 oktyabr 2013-cü il tarixdə 287 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlanandan sonra arvada Xəmmədova soyadı verilmişdir.Nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və xx.xx.2019-cu ildə 90 nömrəli akt qeydi ilə Balakən rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 15 iyul 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 896018 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 12 avqust 2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası isə X6 göstərilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-001/2024-00365 nömrəli X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı X5 iştirak etmiş, 50 manat İMS xərcini və 10 manat poçt və kargüzarlıq xərcini ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(019)-318/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, Cavabdeh ilə cavabdeh X6 arasında bağlanmış,29 oktyabr 2013-cü il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 287 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşağın -12 avqust 2014-cü il tarixdə anadan olmuş X4 anası X2 yanında saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 30 mart 2023-cü il tarixli MŞŞ/MT018/2023-00895 nömrəli Barışıq sazişindən görünür ki,tərəflər mediasiya sessiyası zamanı tam Mediasiya sessiyasına keçərək mübahisə predmeti üzrə bu şərtlərlə razılaşdılar ki; 1.Atayla ünsiyyət-tərəflər atayla ünsiyyətə razılaşaraq həftənin şənbə günü saat 11:00- 17:00-dək ünsiyyətdə olmağına razılaşdılar. 2.Alimentin artırılması-Alimentin artırılması tələbinə hər iki tərəf razılaşdılar.Birgə nikahdan dünyaya gəlmiş X7 ödənilən aliment məbləği artırılaraq hər ay 190 AZN (yüz doxsan manat) bu kart nömrəsinə 4169 7388 5020 7550 aliment ödəməyə Cavabdeh razılaşdı. X1 və Cavabdeh mübahisə predmeti üzrə razılaşaraq barışıq sazişi bağladılar. Məhkəmə işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, iddiaçı X6 Cavabdeh ilə 29 oktyabr 2013-cü ildə rəsmi nikah bağlamaqla evlənmişdir.Cavabdehlə birgə nikahlarından 12 avqust 2014-cü il tarixdə X8 adında bir uşaqları olmuşdur. İddiaçı alimentin artırılması tələbi ilə Mediasiya sessiyasına müraciət etmiş, alimentin artırılması tələbinə hər iki tərəf razılaşmış,birgə nikahdan dünyaya gəlmiş X8 üçün aliment məbləği artırılaraq hər ay 190 AZN(bir yüz doxsan manat) aliment ödəməyə Cavabdeh razılaşmış və bu barədə tərəflər İddiaçı və Cavabdeh razılaşaraq barışıq sazişi bağlamışlar.İddiaçı X6 ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflərin maddi və ailə vəziyyətini,uşağın maddi tələbatının artmasını,eyni zamanda İddiaçı Cavabdeh qazancına, onun maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, əksinə özünün işləyərək ayda 100-150 manat qazanc əldə etməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Balakən regional “Asan xidmət” mərkəzində Mediasiya zamanı bağlanmış, 30 mart 2023-cü il tarixli MŞŞ/MT018/2023-00895 nömrəli Barışıq sazişində müəyyən edilmiş alimentin miqdarı alimentin miqdarı artırılmalı, qətnamə qanuni qüvvəsini aldığı gündən 12 avqust 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 210 (iki yüz on ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan İddiaçı mediasiya xərci olaraq ödədiyi 60 manatın 42 manatı Cavabdeh alınıb İddiaçı verilməli, mediasiya xərcinin qalan 18 manatı iddiaçının özünə aid edilməlidir. İddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 45,20 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən regional “Asan xidmət” mərkəzində Mediasiya zamanı bağlanmış, 30 mart 2023-cü il tarixli MŞŞ/MT018/2023-00895 nömrəli Barışıq sazişində müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın). Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq 12 avqust 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 60 manat mediasiya xərcinin 42 manatı alınıb İddiaçı verilsin. Mediasiya xərcinin qalan 18 manat iddiaçının özünə aid edilsin. Cavabdeh 45,20 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-473/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-473/2024
22.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver