Məhkəmə qərarları › İş №e-2(019)-474/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-474/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-474/2025 25.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı İddiaçı tərəfindən Cavabdeh borc olaraq verilmiş 3.000 (üç min) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya geri qaytarılması, bundan əlavə həmin pul vəsaitinin Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 2 il üçün illik 5 % hissəsi olan 300 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 2 il üçün illik 8,5% hissəsi olan 460 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat, cəmi 3.880 (üç min səkkiz yüz səksən) manat pul vəsaitinin və dövlət rüsumu qismində ödənmiş 58 manat 80 qəpik pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında dost, tanış münasibətləri olmuşdur. İddiaçı əvvəllər tanıdığı Cavabdeh hissə-hissə, ümumilikdə 3.000 manat borca pul vermişdir. O, həmin pulların bir hissəsini Səbail rayonu, Nizami küçəsində yerləşən “Bolmarket” mağazasının daxilində yerləşən e-manat və Million terminalları vasitəsilə Fərqanəyə məxsus karta göndərmişdir. Fərqanə ona bildirmişdi ki, hər ay hissəli olaraq ona borcunu ödəyəcək, lakin o, vədinə əməl etməyərək ona borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə etdiyi “WhatsApp” Mobil tətbiqi vasitəsilə aparılmış danışıqlardan görünür ki, 2024-cü ilin yanvar-fevral aylarında İddiaçı ilə Cavabdeh arasında borc barədə danışıq olmuş, qeyd edilən borcun qaytarılacağı etiraf edilərək qəbul edilmişdir. Qeyd edilən məsələ ilə bağlı İddiaçı tərəfindən Səbail RPİ-yə müraciət edilmişdir. İddiaçı Səbail RPİ-nin 39-cu Polis bölməsinə dəvət olunaraq izahatı alınmış, daha sonra şikayətlə bağlı cinayət işi açılmadığı üçün işin mülki qaydada həll edilməli olması qərara alınmışdır. Belə ki, İddiaçı Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli şikayətinə 39-cu Polis bölməsində baxılmış, tərəfindən xx.xx.2024-cü il tarixli 47-3/2-E- 2635 №-li məktubla şəxsə qeyd olunan xüsusatla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Mərkəzi Bankının saytından götürülmüş çıxarışdan görünür ki, 2023-2024-cü illər arasında ortalama bank uçot dərəcəsi 8.5 %-dir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Səbail RPİ-nin 39-cu PŞ-nin məsul növbətçisi polis leytenantı X3 RPŞ 3-cü PB-nin rəisi polis polkovniki Samir Quliyevə ünvanladığı 2NK-401 nömrəli raportunda göstərilmişdir: məruzə edirəm ki, xx.xx.2024-cü il tarixə saat 18:04 də DİN-nin 102 xidmətindən ********* sayı məlumat daxil olmuşdur ki, vət. İddiaçı zəng edərək, Səbail rayonu Bolmart marketin qarşısında Fərqanə adlı qadına 3000 manat borc verməsi, lakin geri ala bilməməsi barədə məlumat verdi. Xahiş edirəm məlumatın yoxlanılması üçün göstəriş verəsiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Salyan rayonu A.Ağabəyli küçəsi ev 3, m.26-da yaşayan İddiaçı Eldar oğlu tərəfindən Səbail RPŞ-nin 39-cu PB-nin rəisinə ünvanlanmış ərizədə göstərilmişdir: “yazıb Sizə bildirirəm ki, əvvəllər tanıdığım X1 hisshissə, ümumilikdə 3000 manat (üç min) manat borca pul vermişəm. Mən həmin pulları Səbail rayonu Nizami küçəsində yerləşən Bolmarket mağazasının daxilində yerləşən Emanat və Million terminal vasitəsi ilə ona məxsus karta göndərmişəm. Fərqanə mənə bildirmişdir ki, hər ay hissəli olaraq mənə borcunu ödəyəcək, lakin vədinə əmək etməyərək mənə olan borcunu ödəmir. Sizdlən xahiş edirəm Fərqanə Şirdbidovadan mənə olan borcun alınıb verilməsinə köməklik edəsiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş “WhatsApp” Mobil tətbiqi vasitəsilə aparılmış danışıqlarda göstərilir: 23:25; Ferqane tort Chef; mən azerbaycana gələndə isteyecem. Gözlemeyecem de; Lombard kredit başqasından; hardan taparsan tap; Anlayış yoxdur artıq; Senin nə vaxt hara gələcəyin mənə maraqlı deyil. imkanım olsa qaytaracam yox razı deyilsen gəl öldür meni; 11 şubat Paz. yasin başından utan; Şehriyar insansanda niye zeng vur durursan, bir dəfə söz dedimde sebirli ol, ölməmişəm; Anlayış göstərdim yene; Yanvarda elimdən geleni toparla dedim; Etmədin; Gözlədim yene; senden xeber gelmedi; Menim bu qeder anlayışıma herekete bax; İnanki mene de xoş deyil bele snirli sözlərini eşitmək ama bele getirdi sebirli ol xahiş edirəm indi sen men; 15 mart Cum; Ata adi ve doğum tarixi nedi ;Anlamadım? Atanın adı və doğum tarixin nedi? Nə uçundu deyirəm? Xeyirdi? Xəbər verəcekler. İşdə olan və məhkəmə iclasında baxış keçirilməklə tədqiq olunmuş diskdə aşağıdakı səs yazıları aşkar olundu: Qadın səsi: Şəhriyar axşamın xeyir, necəsən? Sənin zəng vurduğun vaxt mən ofisdə idim, ərizə yazmaq üçün getmişdim. Sənin zəngini açacaq kimi bir vəziyyət yox idi. O birilər də suallar vermisən bayaq metroda idim açası kimi deyildim. Elə bu dəqiqə gəlib evin yaxınında markete girdim, gördüm sənin səslərin var, dedim qoy açım. Yəni mən yoldayam hələ. Evə gedib sənə mütləq cavab verəcəyəm. Yəni o deyil. Saygısızlıq eləmək deyil fikrim. Sadəcə olaraq beynimi yormaq istəmirəm. Çox çətin gün idi mənim üçün. Ona görə evə gedəndə arxayın cavab verərəm deyə düşünmüşdüm. Çox sağ ol məni düşündüyün üçün. Heçnə, çalışaram alındırım, nə qədərini bacararam bilmirəm, amma alındırmağa çalışacam. Kişi səsi: halbuki mən sənə başqa şey üçün zəng vururdum. Zakazlar olanda tort bəzəməyə bir yer var idi, yəni tortçu axtarırdılar ki, zakazlar olanda gəlsin tortu bəzəsin pul verərik. Onunçün narahat edirdim. Nəysə daha. Kişi səsi: belə hörmətsizlik edəcəyini düşünməzdim mən indiyə kimi. İnşallah bu ay mənim işlərim var, zəhmət olmasa bu ay təşkil eliyərsən, geri verərsən də sənə verdiyimi. Qadın səsi: Şəhriyar axşamın xeyir, bu nə danışıqdı, hörmətsizliyin də get-gedə çoxalır. Bala sənin qabağında uşağınmı var? Bu nə danışıqdı, ölmüşəmmi? İtmişəmmi? Mən dünyadan yoxammı? Sən yazmırsan, yazdığıma cavab vermirsən deyə mən sənə yazmıram. Yoxsa bu nə danışıqdı belə? Hörmətsizliyin də get-gedə çoxalır. Məktəb uşağımı durubdu sənin qabağında? Bu qədərmi tərbiyyəsiz danışmağı sən bacarırsan? Ölməmişəm mən, sən narahat olma, sənin pulun sənə veriləcək. Səbrli ol, yaşayıram. O pul məndə batmıyacaq sən narahat olma. Veribsən, eliyibsən o hörməti, çox sağ ol hörməti elə, elə axıra qədər itməsin sənin o hörmətin. Yaxşımı? Elə danışıqlara heç ehtiyac yoxdu. Düzgün danış, aramızdakı o yaş fərqini, o hörməti itirmə, məndən sənə məsləhət. Yaxşımı? Sənin məsləhətə ehtiyacın olana oxşamır, amma belə hörmətsizliyi sən edirsən. Düzgün danışsan yaxşı olar. Pulun heç vaxt itməz narahat olma. O pul sənə qayıdacaq. Mən nə qədər nəfəs alıram, mən heç kəsin haqqını yeməmişəm indiyə qədər, qorxma sən, sənin pulunu da yemərəm. Sən bircə insanlığını itirməyəsən əsas məsələ. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi 39-cu Polis bölməsi tərəfindən Salyan rayonu, A.Ağabəyli küçəsi, ev 3, mənzil 26-da yaşayan İddiaçı ünvanlanmış məktubda göstərilmişdir: “Sizin xx.xx.2023-cü il tarixində Daxili İşlər Nazirliyinin “102” Xidmət-zəng Mərkəzinə vermiş olduğunuz məlumat və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə ünvanladığınız müraciətə baxılmışdır. Araşdırma nəticəsində qeyd olunan xüsusatla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı Cavabdeh hissə-hissə olmaqla, ümumilikdə 3.000 manat borca pul verdiyini, həmin pulların bir hissəsini Səbail rayonu, Nizami küçəsində yerləşən “Bolmarket” mağazasının daxilində yerləşən e-manat və Millön terminalları vasitəsilə Fərqanəyə məxsus karta göndərdiyini, Fərqanənin hər ay hissəli olaraq ona borcunu ödəyəcəyini vəd etməsini, lakin vədinə əməl etmədiyini, ona olan borcunu qaytarmadığını iddia edərək hazırkı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Maddə 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Maddə 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Maddə 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra bu sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə qeyd edir ki, İddiaçı Cavabdeh hissə-hissə olmaqla, ümumilikdə 3.000 manat borca pul verdiyini, həmin pulların bir hissəsini Səbail rayonu, Nizami küçəsində yerləşən “Bolmarket” mağazasının daxilində yerləşən e-manat və Millön terminalları vasitəsilə Fərqanəyə məxsus karta göndərdiyini, Fərqanənin hər ay hissəli olaraq ona borcunu ödəyəcəyini vəd etməsini, lakin vədinə əməl etmədiyini, ona olan borcunu qaytarmadığını iddia eetsə də, bu faktları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçının təqdim etdiyi yeganə sübut “WhatsApp” Mobil tətbiqi vasitəsilə aparılmış mesajlar və səs yazısıdır. Bu mesaj və səs yazılarında Cavabdeh İddiaçı 3000 manat borclu olmasına dair heç bir məlumat yoxdur, məbləğ bildirilmədən sadəcə pulun qaytarlacağı bildirilir. Eyni zamanda təqdim olunmuş mesaj və səs yazılarının nə vaxt, hansı şəraitdə, kimlər arasında aparılması, səs yazısının Cavabdeh aid olması məlum deyildir. İddiaçı və onun nümayəndəsi-vəkili bu barədə də heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Odur ki, məhkəmə həmin mesaj və səs yazılarını sübut kimi qəbul etməmişdir. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh 3.000 (üç min) manat pul vəsaitini borc verməsi sübuta yetmədiyindən onun bu tələbi təmin edilməməlidr. İddiaçının borc pul tələbi təmin edilmədiyindən onun həmin tələblə bağlı olan digər tələbləri- Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş 2 il üçün illik 5 % hissəsi olan 300 manat, Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş bank uçot dərəcəsi 2 il üçün illik 8,5% hissəsi olan 460 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 manat, habelə dövlət rüsumu qismində ödənmiş 58 manat 80 qəpik pul vəsaiti barədə tələbləri də təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar