Məhkəmə qərarları › İş №e-2(019)-491/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-491/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-491/2022 15.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 BOKT"xxxx" MMC-nin xeyrinə 425.24 manat əsas, 3.35 manat faiz borcu olmaqla cəmi 428.59 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 30.00 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu kiçik iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 284-3.1-ci maddəsinə əsasən ərizə məhkəməyə ümumi qaydada verilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə həmin sistemdə qeydiyyatdan keçmiş mülki işlər üzrə işdə iştirak edən şəxslər, habelə kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərilir. Azərbaycan Respublikası MPM-nin 284-3.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.1. ərizənin verildiyi məhkəmənin adı; 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 284-3.2.3. iddiaçının tələbi və onun əsaslandığı hallar; 284-3.2.4. tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; 284-3.2.5. əlavə edilən sənədlərin siyahısı. Azərbaycan Respublikası MPM-nin 284-3.3-cü maddəsinə əsasən ərizə ümumi qaydada verildikdə, iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır və iddiaçının əsaslandığı sənədlər ona əlavə edilir. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd də əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-3.4-cü maddəsinə əsasən ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə göndərildikdə iddiaçının və ya onun nümayəndəsinin elektron imzası ilə təsdiq olunur. Ərizəyə əlavə edilən sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Lakin hazırki kiçik iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, kredit (restrukturizasiya) müqaviləsi, zaminlik müqaviləsi, kredit üzrə ödəniş cədvəli, mövcud borc haqqında maliyyə arayışı, borclunun şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, kassa məxaric orderi, xəbərdarlıq məktubu və xəbərnamələr, etibarnamə və əmrin təsdiq edilmiş surətləri əlavə edilməmişdir. Bu fakt Balakən Rayon Məhkəməsində tərtib olunmuş 13 aprel 2022-ci il tarixli aktla da təsdiq olunur. Belə ki, həmin aktda göstərilir ki, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinet vasitəsilə gələn ərizəsində ərizəyə əlavə olunur hissədə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, kredit (restrukturizasiya) müqaviləsi, zaminlik müqaviləsi, kredit üzrə ödəniş cədvəli, mövcud borc haqqında maliyyə arayışı, borclunun şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, kassa məxaric orderi, xəbərdarlıq məktubu və xəbərnamələr, etibarnamə və əmrin təsdiq edilmiş surətləri olduğu qeyd olunsa da həmin sənədlər elektron kabinet vasitəsilə göndərilməmişdir. Bununla da kiçik iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Qeyd olunanlar da yuxarıda istinad olunan Azərbaycan Respublikası MPM-nin 284- 3.5-ci maddəsinə əsasən hazırki kiçik iddia ərizəsinin qaytarılması üçün əsasdır Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılmalı və BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.1, 284-3.2 və 284-3.5-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddia ərizəsi geri qaytarılsın; BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ərizənin qaytarılmasının həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmaması izah edilsin. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar