Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-508/2022 26.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona məxsus 4100 (dörd min yüz) manat pulun , 1000 (bir min) manat maddi zərərin, mənəvi zərərə görə 1500 (min beş yüz) manat məbləğində pulun və ödənilmiş 86 (səksən altı) manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 1984-cü ilin buraxılışı olan “VAZ 2106” markalı , **-HO-*** dövlət qeydiyyat nişanlı avtomaşını 2800 manata almış və müvafiq olaraq öz adına qeydə aldırmışdır. Avtomobili aldığı şəxs onu Cavabdehla, həmçinin onun yanında olan Xəlil və Əhməd adlı şəxslərlə tanış etmişdir və onların qoz-fındıq alveri ilə məşğul olmasını, avtomaşını onlara satmağı təklif etmişdir .Bundan sonra qeyd edilən “VAZ 2106” markalı , **-HO-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh 4000 manata satmağa, nəğd şəkildə 2800 manat, qalan 1200 manat məbləği isə hər ay 300 manat ödəməsi barədə razılaşmışlar. 02 fevral 2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində cavabdehə nəqliyyat vasitəsinin idarə edilməsi haqqında 8 ay 18 gün müddətinə etibarnamə vermişdir. Həmçinin cavabdeh avtomaşının sənədləşdirilməsi zamanı ondan 100 manat məbləğində borc pul almış və bildirmişdir ki, avtomaşını pulu ilə birlikdə ödəyəcəkdir.Lakin cavabdeh aralarında olan şifahi razılaşmanı pozmuşdur , razılaşdırılmış məbləği ona ödəməmişdir, tələb etsə də buna əhəmiyyət verməmişdir. Onun tərəfindən cavabdehə verilmiş etibarnamə 32 saylı Notariat Ofisində xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh pulu ödəməsinə öhdəlik götürsə də , avtomaşının dəyərini ona ödəməmişdir. Həmçinin cavabdeh qeyri-qanuni olaraq avtomaşını idarə və istifadə edir , pulu ödəməməklə yanaşı avtomobili də qaytarmamışdır . Cavabdehə dəfələrlə müraciət etsə də pulu ödəməmiş və onu ölümlə hədələyir. O, bu barədə Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə şikayət etmiş, lakin heç bir tədbir görülməmişdir və DİN-nin 102 xidmətinə zəng etmiş , 13 dekabr 2021ci il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar çıxarılmışdır . Ona görə də cavabdehdən 4100 (dörd min yüz) manat məbləğində pul alınaraq ona qaytarılmalıdır. Cavabdeh onun pulunu vaxtında vermədiyi üçün o, borclu olduğu məbləği - 3000 manat pulu faizi ilə kredit götürmüşdür.Ona görə də tərəfindən ödənilmiş vəsait və maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Cavabdehə dəymiş maddi zərərin ödənilməsi ilə bağlı müraciət etmiş,lakin cavabdeh tərəf ona dəymiş maddi zərəri ödəmək üçün heç bir tədbir görməmişdir və maddi zərərin ödənilməsindən imtina etmişdir.Ona görə də cavabdehdən 1000 manat maddi ziyan alınaraq ona ödənilməlidir. Cavabdehin təqsiri üzündən o, çox ciddi stres keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o, mənəvi zərərə məruz qalmışdır. Bu halın baş verməsi səbəbindən onun səhhəti pisləşmişdir və sağlamlığına təsir etmişdir. Cavabdehin əməli nəticəsində onun sağlamlığı pozulmuşdur. Aldadılmağı, pul vəsaitindən məhrum edilməyi və uzun müddət məsələnin həllini tapmaması onun şüuruna mənfi psixoloji təsir etmişdir , sağlamlığı pozulmuşdur . Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri 1500 (min beş yüz) manat məbləğində dəyərləndirir. Hesab edir ki, cavabdehin əməli nəticəsində onun çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və əvvəlki vəziyyətə qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə təsəlli ala bilər. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, İddiaçı iddiası tam əsassızdır.O,İddiaçı ümumiyyətlə tanımamışdır,onunla hər hansı bir razılaşması olmamışdır. İddiaçı ilə razılaşma Zaqatala rayonu, Qımır kənd sakinləri Şahid və X3 arasında olmuşdur. 02 fevral 2021-ci il tarixdə Bakı şəhərində olduğu zaman Şahid ona zəng edərək avtomobil aldığını və Zaqatala rayonuna aparmaq üçün sürücülük hüququnun olmadığını, bu işdə ona köməklik etməyini xahiş etmişdir. Həmin vaxt Xəlildən ona necə kömək edə biləcəyini soruşduqda Xəlil almış olduğu avtomobilin etibarnaməsini onun adına yazdıracağını və avtomobili idarə edərək Zaqatala rayonuna aparıb qayıtmağını bildirmişdir. O, da Xəlillə razılaşdıqdan sonra Xəlilin dediyi ünvana gələrək avtomobilə dair adına etibarnamə yazılmışdır. O, İddiaçı həmin vaxt, etibarnamə verərkən görmüşdür. Lakin onunla İddiaçı arasında heç bir söhbət, razılaşma olmamış, o, İddiaçı 100 manat borc almamışdır. O, avtomobili Zaqatala rayonuna çatdırdıqdan sonra geri qayıtmışdır. İddiaçı ondan əsassız yerə pul tələb etdiyi üçün Şahid və Əhməd Muradov barəsində Zaqatala rayon polis şöbəsinə şikayət etmişdir. Şikayəti əsasında araşdırma olmuş, şikayət etdiyi şəxslərin izahatı alınmış və onlar izahatlarında İddiaçı ilə aralarında olan razılaşmanı təsdiq etmişlər. 13 may 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh numayəndəsi və vəkili Nümayəndə iddianı etiraf etməyərək Cavabdeh ilə eyni məzmunlu ifadə verərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən Şahid göstərdi ki, İddiaçı və Cavabdeh tanıyır, heç biri ilə qohumluğu və ədavəti yoxdur. O, özünə avtomobil almaq qərarına gəlmiş və bu səbəbdən 02 fevral 2021-ci il tarixdə həmkəndlisi X3 ilə birlikdə Bakı şəhərinə getmişdir. Orada o, tanışlarının vasitəsi ilə İddiaçı ilə tanış olmuş və İddiaçı ona əl krediti ilə avtomobil almasına razılaşmışlar.İddiaçı ona “Vaz- 2106” markalı 10-HÖ-963 dövlət qeydiyyat nişanlı avtomobil gətirib təqdim etmiş və o, həmin avtomobili bəyənmiş, daha sonra razılığa gəlmişlər ki, o, İddiaçı ilkin olaraq 1300 manat ödəsin və 13 ay müddətində ayda 300 manat pul ödəsin. Onlar İddiaçıla razılığa gəlmişlər və həmin razılaşmanı mobil telefon vasitəsi ilə videoya çəkmişlər. Həmin vaxt onun və yanında olan Əhməd Muradovun sürücülük vəsiqələri olmadığı üçün yanlarına tanışları, Balakən rayonu Katex kənd sakini Cavabdeh çağırmışlar və avtomobili sürüb Zaqatala rayonuna gətirməsi üçün Elcanın adına avtomobili idarə etmək üçün etibarnamə yazdırmışlar. Onlar Zaqatala rayonuna gəlmişlər və 20 gün sonra İddiaçı ona zəng edərək birinci ayın ödənişini tələb etmiş, o, hələ 10 gün vaxt olduğunu demiş və buna görə İddiaçı Elcanın adına yazdırmış olduğu etibarnaməni ləğv etdirmişdir. Daha sonra o, Zaqatala rayonu 3-cü Tala kəndi ərazisində həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və bu barədə Zaqatala RPŞ-nin DYPB-də araşdırma aparılmışdır. Avtomobilin ağaca çırpılması nəticəsində avtomobil yararsız vəziyyətdə olduğu üçün avtomobilin sənədləri olmamasına baxmayaraq ehtiyyat hissəsi kimi satılması üçün Gəncə şəhər sakinlərinə 1500 manata satmışdır.Avtomobilin Cavabdeh heç bir aidiyyəti olmamış, avtomobili özü almışdır, həmin vaxt İddiaçı Elcana 100 manat borc verməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 13 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı vət. Cavabdeh ona borclu olduğu 2900 manat pulunu verməməsi tələbi mülki qanunvericilik əsasında təmin olunmalı olduğundan ona öhdəlikləri ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 13 may 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanılmış material üzrə Şahid əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, yaranmış mülki mübahisə ilə bağlı tərəflərə məhkəmə orqanlarına müraciət etmək hüquqları izah edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ƏN-V 484225 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı 02 fevral 2021-ci il tarixdə “Vaz- 2106” markalı 10-HÖ-963 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün 8 ay 18 gün müddətə Cavabdeh etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş İddiaçı Bakı şəhəri 32 saylı notariat ofisinə yazdığı 24 mart 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh verdiyi etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını,şahidin ifadəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı 02 fevral 2021-ci il tarixdə mülkiyyətində olan “Vaz- 2106” markalı 10-HÖ-963 dövlət qeydiyyat nişanlı avtomobilin Zaqatala rayonu Qımır kənd sakini Şahid satılması ilə bağlı şifahi razılığa gəlmişdır. Lakin avtomaşının alqı-satqısı ilə bağlı heç bir rəsmi alqısatqı müqaviləsi bağlanmamışdır. Həmin vaxt Zaqatala rayonu, Qımır kənd sakini X3 və Cavabdeh da Şahid yanında olmuşlar. Həmin gün İddiaçı avtomaşının idarə edilməsi üçün 8 ay 18 gün müddətə Cavabdeh etibarnamə vermişdir. Cavabdeh avtomaşını sürüb Zaqatala rayonuna gətirmişdir. Sonradan aylıq ödəniş ödənilmədiyindən 24 mart 2021-ci il tarixdə İddiaçı Cavabdeh verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonra o, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə şikayət etmiş, 13 dekabr 2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin avtomaşının dəyərinə görə tələb olunan 4000 manat pula aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin 1.2-ci maddəsinə əsasən mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınırlar. İddiaçı ilə Cavabdeh arasında sözügedən “Vaz- 2106” markalı 10-HÖ-963 dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı heç bir rəsmi müqavilənin bağlanmamasını, həmin avtomaşının hal-hazırda da İddiaçı mülkiyyətində olmasını, buna baxmayaraq iddiaçının avtomaşının dəyərini cavabdehdən tələb etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 4000 manata aid hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin 100 manat borca aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İddiaçı Cavabdeh 100 manat pulu borc verdiyini iddia etsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə Cavabdeh və hadisənin bilavasitə şahidi olan Şahid iddiaçının cavabdehə 100 manat borc vermədiyini göstərdilər. Eyni zamanda maşın almaq üçün gedən şəxslərin üzərində 100 manat pullarının olmaması inandırıcı deyildir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. İddia tələbinin 1000 manat maddi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia ərizəsinin məzmunundan göründüyü kimi İddiaçı maddi zərər olaraq “Vaz- 2106” markalı 10-HÖ-963 dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün götürdüyü 3000 manat kreditin faizini göstərmişdir. İddiaçı sözügedən maşını almaq üçün kredit götürdüyünü göstərsə də bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda “Vaz- 2106” markalı 10-HÖ-963 dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün kredit alınmış olsa belə həmin avtomaşın hazırda da İddiaçı mülkiyyətində olduğundan avtomaşının alınmasına görə ödənilən kredit faizi maddi ziyan kimi digər şəxsdən tələb edilə bilməz. Ona görə də məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir. İddia tələbinin mənəvi zərərə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”-nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı ona 1500 manat dəyərində mənəvi zərər dəyməsini göstərməsinə baxmayaraq bu barədə də məhkəməyə heç bir sübutu təqdim edə bilməmişdir.Odur ki, məhkəmə iddia tələbini mənəvi ziyana aid hissədə də əsassız hesab edir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən dövlət rüsumu xərci də iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-508/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-508/2022
26.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver