Məhkəmə qərarları › İş №e-2(019)-511/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-511/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-511/2023 31.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi,İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona vurduğu maddi zərərin əvəzi olan cəmi 2000 (iki min) manat miqdarında pulun tutularaq ona ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, X12 və Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxslər qismində ittiham olunaraq iş baxılması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinə göndərilmişdir.Həmin iş üzrə şahid qismində tanınmışdır.Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 iş nömrəli hökmü ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasına müvafiq olaraq onun 3000 (üç min) manat cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması,iş üzrə digər təqsirləndirilən şəxs Cavabdeh təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət hadisəsinin olmamasına görə bəraət verilməsi hökm edilmişdir. Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 iş nömrəli hökmündən X3 müdafiəçisi, o cümlədən digər zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti, prokuror tərəfindən isə apellyasiya protesti verilmiş,lakin,Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2019-cu il tarixli, 1(107)- 73/2019 iş nömrəli qərarı ilə şikayətlər təmin edilməmiş,birinci instansiya məhkəməsinin hökmü dəyişdirilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 may 2019-cu il tarixli, 1(107)-73/2019 iş nömrəli qərarından yenə də müdafiəçi və digər zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin qərarına əsasən şikayət təmin edilərək iş apellyasiya məhkəməsinə geri qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-70/2020 nömrəli hökmünə əsasən,Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 iş nömrəli hökmü Cavabdeh bəraət verilməsi hissəsində ləğv edilmiş və sonuncu təqsirli bilinmişdir. Lakin, müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verilmişdir. Həmin hökm və qərarlarda Cavabdeh dələduzluq yolu ilə ondan 2000 (iki min) manat pulu ələ keçirməsi öz təsdiqini tapmışdır. Lakin bu günədək Cavabdeh tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinin səbəbi iş üzrə Cavabdeh ona dəymiş maddi ziyanı ödəməməsidir. Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə əsasən, cavabdeh, ona vurduğu maddi zərərin əvəzini verməlidir. Hesab edir ki, cavabdehin ona vurmuş olduğu maddi zərərin qiyməti 2000 (iki min) manatdır. Bu fakt iddia ərizəsinə əlavə etdiyi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-70/2020 nömrəli hökmü və eyni zamanda Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)- 43/2018 iş nömrəli hökmündə öz təsdiqini tapmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, İddiaçı pul almamışdır. İddiaçı ərizəsində göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-70/2020 nömrəli və Balakən Rayon Məhkəməsinin xx.xx.2018-ci il 1(019)-43/2018 nömrəli hökmündə təsdiqini tapdığı onun ondan dələduzluq yolu ilə aldığı 2000 manat pulu tələb edir.Qeyd edir ki, heç bir məhkəmə hökmündə onun İddiaçı pul almağı barədə qərar yoxdur. Cavabdeh ona şər atır. İddiaçı illər uzunu ondan məhkəmələrə əsassız şikayətlər etmişdir. Yenə də İddiaçı ona qarşı böhtanından əl çəkmir. Ona görə də o, İddiaçı qarşı şərəf və ləyaqətin müdafiəsi, mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra İddiaçı ona qarşı hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir.İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli 1(107)-70/2020 nömrəli hökmünün surətindən görünür ki,Cavabdeh istintaq orqanı tərəfindən Аzərbаycаn Respublikası Cinayət Məcəlləsinin 178.2.1,178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham elan edilmişdir ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kənd sakini X4 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 5000 manat pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Sevil Emçiyevanın 20 fevral 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kənd sakini X9 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Nizami Vəliyevin 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kəndində yaşayan X1 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui- istifadə edib aldatma yolu ilə Ruhiyyə Saramanovanın 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Mahamalar kənd sakini X2 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui- istifadə edib aldatma yolu ilə Xanım Mehdiyevanın 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Gərəkli kənd sakini X5 Balakən rayon Mahamalar kənd sakinlərinə zəlzələdən zərər çəkmiş evlərin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verəcəklərini bildirib bir həftə ərzində qaytaracaqlarına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Hürü Abdullayevanın 07 may 2013-cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 2000 manat pulunu həmin tarixdə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Balakən RİHBnin Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Balakən rayonu Kortala kənd sakini X13 Balakən rayon Mahamalar kənd sakinlərinin zəlzələdən zərər çəkmiş evlərinin bərpası üçün fövqəladə komissiyanın rəyi əsasında pul ayrılacağını və buna görə həmin komissiyanın üzvlərinə 2000 manat pulu verdikdən sonra bu iş üçün ayrılmış puldan sonuncuya 2000 manatdan artıq pul qaytaracağına inandırıb yalandan vəd etməklə etibarından sui-istifadə edib aldatma yolu ilə Məryəm Kişiyevanın 27 may 2013- cü il tarixli kredit müqaviləsi əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialından götürdüyü 1500 manat pulunu xx.xx.2013-cü ildə Balakən RİHB-nin Mahamalar kənd inzibati ərazi dairəsinin inzibati binasındakı xidməti iş otağında dələduzluq yolu ilə ələ keçirmişdir. Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3cü maddələrində nəzərdə tutulan cinayət hadisəsinin olmamasına görə bəraət verilməsi,X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasinın 08 may 2019-cu il tarixli, 1(107)-73/2019 saylı qərarı ilə təqsirləndirilən şəxs X3 müdafiəçisi X22, zərərçəkmiş şəxlər X10, X6, X7, X11 və X17 tərəfindən verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı X14 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-cu il tarixli, 1(019)- 43/2018 saylı hökmü verilmiş apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 dekabr 2019-cu il tarixli, 1(102)-1343/2019 saylı qərarı ilə məhkum İkramat Abdullayevanın müdafiəçisi Samir Şərifovun kassasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslərin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasinın 08 may 2019-cu il tarixli,1(107)-73/2019 saylı qərarı Cavabdeh aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsi və Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hesab etmişdir ki, X3 ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini Cavabdehla qabaqcadan əlbir olan bir qrup şəxs olaraq törətməmiş, həmin əməlləri təkbaşına törətmişdir.Ali Məhkəmənin Cinayət kollegiyası birinci və apelyasiya instansiyası məhkəmələrinin gəlmiş olduğu həmin nəticə ilə razılaşdığından X3 Cınayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 saylı hökmü qanuni qüvvəsini almışdır. Bununla da təsdiq olunmuşdur ki,İkramat Abdullayeva ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini təkbaşına törətmişdir.Belə olan halda məhkəmə kollegiyası apelyasiya şikayətləri və apelyasiya protestinə münasibətdə bəraət almış şəxs Cavabdeh qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə irəli sürülmüş ittihamın yalnız 2 epizodu üzrə -zərərçəkmiş şəxslər X11 və X13 aid olan epizodlar üzrə araşdırma aparmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyul 2020-ci il tarixli 1(107)-70/2020 nömrəli hökmü ilə zərərçəkmiş şəxlər X11 və X17 tərəfindən verilmiş apelyasiya şikayətləri və dövlət ittihamçısı X14 tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Cavabdeh barəsində Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)-43/2018 saylı bəraətverici hökmü ləğv edilmiş, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinmiş, Cinayət məsuliyyətinə cəlb edilməsi üçün Azərbаycаn Respublikası Cinayət Məcəlləsinin 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyinə görə ona cəza təyin edilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Cavabdeh dələduzluq yolu ilə onun 2000 manat pulunu ələ keçirdiyini, ona maddi zərər vurduğunu göstərərək hazırkı iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Cavabdeh dələduzluq yolu ilə onun 2000 manat pulunu ələ keçirdiyini iddia etsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. İddiaçı iddia tələbini əsaslandırdığı yeganə sübut Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-70/2020 nömrəli, 21 iyul 2020-ci il tarixli hökmündə, həmçinin istinad etdiyi Balakən Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 1(019)- 43/2018 saylı hökmündə isə Cavabdeh İddiaçı Abdurahman qızının 2000 manat pulunu ələ keçirməsi,ona ziyan vurması təsdiq olunmur.Əksinə həmin hökmlərdən görünür ki,istintaq orqanı tərəfindən belə Cavabdeh İddiaçı Abdurahman qızının 2000 manat pulunu ələ keçirməsinə görə ittiham elan edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə işin qeyd edilən hallarını, maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 40 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, ödənilmiş 40 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 40 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar