Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-52/2025 05.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Molləvəli oğluna qarşı maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 Cavabdeh Molləvəli oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3995 (üç min doqquz yüz doxsan beş) manat məbləğində maddi zərərin, dəymiş maddi zərərə görə əldən çıxmış faydanın əvəzi olaraq 3000 (üç min) manat məbləğin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumunun, cəmi 7085 (yeddi min səksən beş) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19:40 radələrində idarə etdiyi “Mercedes” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balakən rayonu Qazma kəndi istiqamətindən Hənifə kəndi istiqamətinə doğru hərəkətdə olduğu zaman Cavabdeh özünə məxsus “Wolkswagen” markalı avtomobillə onun yoluna çıxmış və işıq siqnalları vasitəsilə ona xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh qəza törətmişdir. Bundan sonra Balakən Rayon Polis Şöbəsində araşdırma aparılmış və xəsarət müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ancaq cinayət tərkibi olmasa belə inzibati xətanın törədilməsi müəyyən olunaraq Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati tədbirin görülməsi üçün qərarın surəti Balakən RPŞnin DYPB-nə göndərilmişdir. Qeyd olunan avtoqəza nəticəsində ona məxsus avtomobilə zərər aktına əsasən 3995 manat məbləğində maddi ziyan dəymişdir. Daha sonra o, Cavabdeh dəymiş zərərin ödənilməsini tələb etdikdə onun tələbindən imtina olunmuşdur. Qeyd edir ki, o, həmin özünə məxsus avtomobillə gündəlik 90-110 manat aralığında qazanc əldə etmişdir. Hadisənin törədildiyi vaxtdan isə 1 aydan çox vaxt keçmiş və o, heç bir qazanc əldə edə bilməmişdir. Əksinə maddi durumu daha da pisləşmişdir. Hal-hazırda gündəlik qazancının əldən çıxmış fayda olaraq cavabdehdən tələb etmək qərarına gəlmişdir. Gündəlik 100 (bir yüz) manat olmaqla bu günə 3000 (üç min) manatdan çox gəlir əldə edə bilməmişdir. Buna baxmayaraq Cavabdeh öz təqsirini bildiyi halda könüllü olaraq ona dəymiş maddi ziyanı və əldən çıxmış faydanı ödəmir. O da məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin 02 sentyabr 2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə iddiaçı X3 əsl İddiaçı ilə əvəz olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Molləvəli oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək xx.xx.2025-ci il tarixə saat 14:15-ə təyin edilmiş baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə uyğun olaraq cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Avtoservis “777” tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, “Mersedes-Benz-208” markalı 45BL-133 dövlət nömrə nişanlı avtomaşına 3995 manat ziyan dəymişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, cinayət hadisəsi olmadığına görə Balakən rayonu Qazma kənd sakini Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarətlər alaraq Balakən RMX-na müraciət etməsi əsasında toplanmış HK-1-263 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Balakən rayonu Qazma kənd sakini Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında inzibati tədbir görülməsi üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP6468783 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-Vİ seriyalı 349169 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı Rizan oğlu tərəfindən X2 Mersedes-Benz-208 DKA Mikroavtobus nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh 17 aprel 2024-cü il tarixdə saat 19:12 radələrində idarə etdiyi “Wolkswagen” markalı MM 392 ML dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Balakən rayonu Qazma kəndi ərazisində hərəkətdə olarkən əks yola çıxmaq istəyən zaman yanlış manevr etmiş,nəticədə onun idarə etdiyi avtomobil İddiaçı mülkiyyətində olan,X1 etibarnamə əsasında idarə etdiyi “Mersedes Benz-208” markalı 45BL-133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxaraq onunla toqquşmuşdur. Nəticədə “Mersedes Benz- 208” markalı 45BL-133 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3995 manat dəyərində ziyan dəymişdir. Həmin əməlinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Ona dəymiş ziyan ödənmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır.Maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırki iş üzrə iddiaçı cavabdehdən avtomobilə dəymiş ziyanla bərabər, əldən çıxmış faydanın ödənilməsini tələb etsə də, əldən çıxmış faydaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyana görə 3995 manata aid hissədə təmin edilməli,həmin məbləğ Cavabdeh alınıb İddiaçı verilməlidir. İddia tələbi əldən çıxmış faydaya aid hissədə isə rədd edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 90 manat dövlət rüsumunun 51.30 manatı Cavabdeh alınıb İddiaçı verilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 3995 manat və ödənmiş dövlət rüsumu xərcinə görə 51.30 manat ,cəmi 4046,30 manat alınıb İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 3995 manat və ödənmiş dövlət rüsumu xərcinə görə 51.30 manat ,cəmi 4046,3 manat (dörd min qırx altı manat otuz qəpik) alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-52/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-52/2025
05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver