Məhkəmə qərarları › İş №e-2(019)-531/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-531/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-531/2024 08.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ona olan borcundan qalan 1720 (bir min yeddi yüz iyirmi) manat pulun və ziyana düşüb xərclədiyi 400 (dörd yüz manat) zərərin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin aprel ayının əvvəlində Tik-Tok sosial şəbəkəsindən özünə avtomobil almaq məqsədilə avtomobil elanlarına baxarkən qarşısına müxtəlif markalı avtomobillər çıxmışdır. O, elanda qeyd olunan ***-***- **-** saylı nömrə ilə telefon əlaqəsi saxlamış və telefon söhbəti zamanı həmin şəxs onu işlədiyi Bakı şəhəri Nəsim rayonu, Tbilisi prospekti 3001-ci məhəllədə yerləşən “Oskar” Biznes Mərkəzinə dəvət etmişdir. Bundan sonra o, sözügedən şirkətə getmiş, orada özünü müdir Elşad və müavini kimi təqdim edən Cavidan adlı şəxslərlə görüşmüşdür. Görüş zamanı Cavidan adlı şəxs ona şərtləri açıqlayaraq ilkin ödəniş kimi əvvəlcədən 1600 manat, 36 ay ərzində isə gündəlik olaraq 26 manat ödəməklə “X5” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilinin ona qalacağını bildirərək aralarında razılaşma məsələlərini videoçəkilişlə qeydə almış və aralarında "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixdə 314 nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır.Onların arasında razılaşmadan sonra sözügedən avtomobili idarə etmək üçün ona təqdim etmişlər.Sözügedən avtomobili lizinqdə olduğu üçün o hər ay avtomobili idarə etmək üçün yol vərəqəsi alıb 3 ay müddətində “X5” markalı ** PX ***- dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etdikdən sonra sözügedən şirkətin müdiri Elşad adlı şəxs onunla əlaqə saxlayaraq avtomobil lizinqdə olduğu üçün öz adına keçirəcəyini və sonradan avtomobili idarə etmək üçün ona etibarnamə verəcəyini bildirmişdir. O,qanunqaydanı bilmədiyi üçün Elşad adlı şəxsin təklifi ilə razılaşaraq “X5” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili adına keçirtməkdən ötrü 5 gün müddətində həmin şəxsə vermiş və adı çəkilən şəxs sözügedən avtomobili öz adına rəsmiləşdirdikdən sonra avtomobilin dövlət qeydiyyat nişanı ** ZB *** dövlət qeydiyyat nişanı ilə əvəz etmişdir. Elşad adlı şəxs avtomobili öz adına rəsmiləşdirdikdən sonra onun əlindən alıb, özlərində saxlamışdır. O, Elşad adlı şəxsə demişdir ki, “5 gün avtomobil sizdə qalıb nəyə görə pul ödəməliyəm”. Həmçinin etibarnamə üçün 50 manat, avtomobilin yağının gec dəyişildiyinə görə 50 manat da pul ödəməli olduğunu ona bildirmişdir. Bunlar onun əlindən nəqliyyat vasitəsini aldıqları üçün (Elşad, Cavidan adlı şəxsələrdən) dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Bakıda həmçinin 400 manat pul xərcləmişdir. Bundan sonra onu 20-ci PŞ-nə dəvət etmişlər və o, mahiyyəti üzrə ərizə ilə müraciət etmiş, görmüşdür ki, polisdə işinə düzgün baxılmır,yenidən DİN-nin 102 xidmətinə müraciət etmişdir. Onun işinə Nəsimi rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis leytenantı Anar Aydəmirov baxmışdır. Bu müstəntiq dələduzluq edən şəxslərə vəkillik edərək aradan çıxartmışdır. xx.xx.2023-cü ildə “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında əsassız və qanunsuz qərar çıxarılmışdır. Ona bu qərar verilmədiyi üçün yenidən 102 xidmətinə çıxmış və bundan sonra faksla bu qərar xx.xx.2023-cü il tarixdə ona verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla tanış olandan sonra polisdə mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. Ona qarşı dələduzluq edildiyi üçün məcburiyyət qarşısında qalaraq Gəncə şəhərində X4 cənab Vilayət Eyvazov vətəndaşlarla qəbul keçirən zaman o, da qəbulda olmuşdur. Cənab Nazir göstəriş verdikdən sonra ödədiyi 3520 manat pulun 1800 manatı Bakı şəhəri, Nəsimi rayon polis idarəsi tərəfindən cavabdehdən alınıb ona verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə Nəsimi RPİ-nin İŞ-nin qərarının surəti və tərəfindən ödənilmiş 3520 (üç min beş yüz) manatın qəbzləri (çekləri) özündə saxlanılır və məhkəməyə təqdim edəcəkdir. Əlavə olaraq bildirir ki, Bakıda cavabdehin təqsiri üzündən qaldığı günlər o, 400(dörd yüz) manat pul xərcləyib ziyana düşmüşdür. Pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, göstərdi ki, tələb etdiyi 1720 (bir min yeddi yüz iyirmi) manat pul, cavabdehdən icarəyə götürüb işlətdiyi “X5” markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə görə icarə haqqı olaraq hər gün ödədiyi 26 manat pullardır. Cavabdeh sözügedən maşını icarə müddəti bitdikdə ona verməli idi. Lakin haqsızlıq edərək maşını onun əlindən almışdır. Bu səbəbdən o, həmin pulları tələb edir. Eyni zamanda o,400 manat ziyana düşməsinə dair heç bir sübutu məhkəməyə təqdim edə bilmir.Onda bu barədə hər hansı sübut yoxdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12 aprel 2023-cü il tarixli 114 nömrəli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, həmin müqavilə icarəçi İddiaçı ilə "xxxx" MMC-nin direktoru X2 arasında (“KHAZAOR SD” markalı minik nəqliyyat vasitəsi, (sonradan «nəqliyyat vasitəsi adlandırılır,dövlət nömrə nişanı **-PX-***,buraxılış ili 2019 , mühərrik nömrəsi ;rəngi; AĞ;Ban NVAW01HHFKE1600346”) nəqliyyat vasitəsinin Bakı şəhərində taksi fəaliyyəti üçün istifadəsinə qəbul etməsi ilə əlaqədar bağlanmışdır. Müqavilənin 2.10-cu maddəsinə görə hər hansı bir tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl (1 ildən əvvəl ) xitam verilərsə sürücü verdiyi depozit məbləğini -600 AZN pulu və ödədiyi gündəlik icarə pullarını heç bir halda tələb edə bilməz. Müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi bu müqavilə ilə müəyyən edilmiş və icarəyə alınmış nəqliyyat vasitəsinin 1 təqvim günü müddətinə icarəsi üçün İcarəyə verilənə 26 manat məbləğində icarə haqqını ödəyir. Müqavilənin 3.3-cü maddəsinə əsasən tərəflər arasında olan bütün hesablaşmalar müəyyən olunmuş nəğd "xxxx" MMC-nin baş ofisində həyata keçirilir. Müqavilənin 4.1-ci maddəsinə əsasən bu müqavilə 12 aprel 2023-cü il tarixdən 12 oktyabr 2025-ci il tarixədək bağlanır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 29 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilmişdir ki, “qərarın təsviri hissəsində göstərilənlərə əsasən “Sərfəli Taksi MMC” hüquqi şəxsinin vəzifəli şəxsləri X2 və Cavabdeh barəsində aldatma və etibardan sui-istifadə etməklə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmə cinayətinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə cinayət işinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilsin”. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı 12 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə 114 nömrəli Nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlayaraq, müəssisəyə məxsus “X5” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay ərzində , gündəlik olaraq 26 manat ödəmək şərti ilə icarəyə götürmüşdür. Sözügedən avtomobil lizinqdə olduğu üçün İddiaçı 3 ay müddətində “X5” markalı ** PX ***-dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmiş və müqaviləyə uyğun olaraq gündəlik 26 manat icarə haqqı ödəmişdir. Sonra aralarında olan narazılığa görə müqavilə ləğv olunmuş, İddiaçı sözügedən avtomaşını geri qaytarmışdır. O, hazırda icarə haqqı olaraq ödədiyi 1720 (bir min yeddi yüz iyirmi) manat pulu və pulun qaytarılması ilə bağlı ziyana düşüb xərclədiyini iddia etdiyi 400 (dörd yüz manat) zərəri tələb edir. İddia tələbinin 1720 (bir min yeddi yüz iyirmi) manat pul tələbinə aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 700.1-700.2-ci maddələrinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə işin hallarını, İddiaçı 12 aprel 2023-cü il tarixdə "xxxx" MMC ilə 114 nömrəli Nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlayaraq, müəssisəyə məxsus “X5” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay ərzində , gündəlik olaraq 26 manat ödəmək şərti ilə icarəyə götürməsini, İddiaçı 3 ay müddətində “X5” markalı ** PX ***- dövlət qeydiyyat nişanlı avtomobili idarə edib, müqaviləyə uyğun olaraq gündəlik 26 manat icarə haqqı ödəməsini, müqavilənin 2.10-cu maddəsinə görə hər hansı bir tərəfin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl (1 ildən əvvəl ) xitam verilərsə sürücünün verdiyi depozit məbləğini -600 AZN pulu və ödədiyi gündəlik icarə pullarını heç bir halda tələb edə bilməməsini, İddiaçı hazırda icarə haqqı olaraq ödədiyi 1720 (bir min yeddi yüz iyirmi) manat pul məbləğini tələb etməsini,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki,iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinin ziyana aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı Cavabdeh ona 400 manat ziyan vurmasını göstərsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar