Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-543/2024 08.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 450 AZN əsas, 55.25 AZN faiz və 20.19 AZN cərimə olmaqla, cəmi 525.44 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16- 5/8-13-556/20324 nömrəli məktubda göstərilmişdir ki, “Balakən rayon qeydiyyat şöbəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş xx.xx.2024-cü il tarixli e-2(019)-543/2024 saylı məktubunuza cavab olaraq bildirirəm ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda vəfat etmiş xx.xx.2002-ci il təvəllüdlü Balakən rayon İtitala kənd sakini Cavabdeh ölümü xx.xx.2023-cü il tarixdə Bakı şəhər,Sabunçu rayon Qeydiyyat Şöbəsində 573 nömrə ilə qeyd edildiyindən həmin akt qeydinin təsdiq edilmiş surətinin göndərilməsi mümkün deyildir”. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki,iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 450 AZN əsas, 55.25 AZN faiz və 20.19 AZN cərimə olmaqla, cəmi 525.44 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30.40 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.İşdə olan sənədlərdən müəyyən edilmişdir ki, Cavabdeh 30 aprel 2023-cü il tarixdə, yəni iddia ərizəsinin məhkəməyə daxil olmasından 11 ay 22 gün əvvəl ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-50.3-cü maddələrinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə Cavabdeh iddia ərizəsi verilməmişdən 11 ay 22 gün əvvəl ölməsini nəzərə alaraq hesab edir ki, ölən şəxsə qarşı iddia yönələ bilməz və o cavabdeh ola bilməz . Belə olan halda isə işə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə işin hallarını, prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə işə xitam verilməlidir. 30 manat dövlət rüsumu dövlət büdcəsindən "X2" Açıq Səhmdar Cəmiyyətinə qaytarılmalıdır İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə izah olunmalıdır ki, Cavabdeh vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264.1və 268.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. 30 manat dövlət rüsumu dövlət büdcəsindən "X2" Açıq Səhmdar Cəmiyyətinə qaytarılsın. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə izah olunur ki,Cavabdeh vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-543/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-543/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver