Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-549/2022 24.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh əsas borc üzrə 2906.65 manat, faiz borcu üzrə 29.16 manat, cəmi 2935.81 manat və ödənilmiş 49.35 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi və xx.xx.2019-cu il tarixli, 49-xx-xx-108530 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasındakı kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüşdür. Bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 2968.20 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla xx.xx.2019-cu il tarixli, 49-xx-xx-108530 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 49-xx-xx-108530 saylı Kredit müqaviləsinin müddəaları pozulur, o, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Belə ki, xx.xx.2019-cu il tarixli, 49-xx-xx-108530 saylı kredit müqaviləsinin 5.4.1-ci bəndinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 2906.65 manat, faiz borcu 29.16 manat, cəmi 2935.81 manat təşkil edir. İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini göstərərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək göstərdi ki, həmin kredit borcu İddiaçı ASC ilə 2014-cü ildə bağladığı kredit müqaviləsinə görə yaranmışdır. O, həmin vaxt pulu götürüb Qoradayeva Havva adlı şəxsə vermiş, Havva pulu özünün ödəyəcəyini bildirmişdir. Lakin sonradan kredit borcu müqavilədə göstərildiyi qaydada ödənmədiyindən borc yaranmışdır. Həmin borca görə onunla İddiaçı ASC arasında yenidən xx.xx.2019-cu il tarixli 49-xx-xx-108530 nömrəli kredit müqaviləsi bağlanmışdır. Havva yenə də borcu ödəməmişdir. Həmin borcu Havva ödəməlidir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2019-cu il tarixli 49-xx-xx-108530 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 % ödəmək şərti ilə, 2968.20 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.4.1-ci maddəsinə əsasən borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, göstərilən müddətdə və qaydada krediti və kreditə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 yanvar 2022-ci il tarixli MİN/014 nömrəli arayışdan görünür ki, 27 dekabr 2019-cu il tarixli №49-xx-xx-108530 saylı kredit müqaviləsi üzrə 21 yanvar 2022-ci il tarixə Cavabdeh İddiaçı ASC-nə əsas borcu 2906,65 manat, faiz borcu 29,16 manat olmaqla cəmi borcu 2935,81 manat təşkil edir. Məhkəmə cavabdehi dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasındakı kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş, bunun əsasında borc restruktruzasiya olunaraq Cavabdeh ilə İddiaçı ASC arasında 2968.20 manat həcmində, 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1% olmaqla xx.xx.2019-cu il tarixli, 49-xx-xx-108530 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 49-xxxx-108530 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəliklər lazımınca icra olunmamışdır. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə əsas borcu 2906.65 manat, faiz borcu 29.16 manat, cəmi 2935.81 manat kredit borcu yaranmışdır. İddiaçı ASC pretenziya qaydasına riayət edərək, cavabdehdən borcu ödəməsini tələb etmiş, lakin borclu yenə də kredit borcunu ödəməmişdir.Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ,49-xx-xx-108530 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 2906,65 manat əsas borc, 29.16 manat faiz borcu olmaqla cəmi 2935,81 manat kredit borcu və 49.35 manat dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ,49-xx-xx-108530 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 2906,65 manat əsas borc, 29.16 manat faiz borcu olmaqla, cəmi 2935,81 manat kredit borcu və 49.35 manat dövlət rüsumu xərci alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-549/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-549/2022
24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver