Məhkəmə qərarları › İş №e-2(019)-556/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-556/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-556/2023 19.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə, himayəsində olan, xx.xx.2009-cu il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə qeyri rəsmi nikahla evlənmişdir. Faktiki nikahlarından xx.xx.2009-cu il tarixdə X11 adında bir uşaqları olmuşdur. Cavabdeh ilə evləndikdən 4 ay sonra ayrılmışlar.O,2018-ci il tarixdə atalığın müəyyən edilməsi və aliment aliment alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-625/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cü il tarixdə doğulmuş X9 atası olması müəyyən edilmiş və həmin uşağın saxlanılması üçün Cavabdehh oğlundan hər ay 115 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Ödənilən 115 manat alimentlə uşağın pal-paltarlarının, sağlamlığının, maddi təminatlarının və təhsil xərclərinin ödənilməsi heç cür mümkün deyildir. Yaşayış xərcləri və digər xərclər də kifayət qədər artmışdır. Ona görə alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh traktor sürməklə kifayət qədər qazanc əldə edir. Hər ay uşaq üçün 220 manat alimenti ödəmək iqtidarındadır. Alimentin artırılması tələbi ilə mediatora müraciət etmiş, mediasiya prosesində cavabdeh gəlməmiş, heç bir razılıq bildirməmişdir. Bu barədə arayış verilmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı etiraf etməyərək izahatında göstərdi ki, Cavabdeh 27 aprel 2008-ci ildə İddiaçı ilə qeyri-rəsmi nikahla evlənmiş,nikahlarını isə rəsmiləşdirməmişlər.Tərəflərin faktiki nikahlarından xx.xx.2009-cu ildə X11 adında bir uşaqları olmuşdur.Uşaq o, vaxtdan iddiaçının himayəsində yaşayır. Balakən Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2009-cu ildə doğulmuş X9 atası Cavabdeh olması faktı müəyyən edilməklə Cavabdeh uşağın saxlanması üçün hər ay 115 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Cavabdeh sonradan başqa bir qadınla evlənmiş və həmin evliliyindən 14 iyun 2011-ci il tarixdə anadan olmuş Famil və xx.xx.2012-ci ildə anadan olmuş Nəsrulla adlı uşaqları vardır.Cavabdehin maddi vəziyyəti alimentin müəyyən edildiyi vaxtdan sonra yaxşılaşmamışdır. İddiaçı bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 29 aprel 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 243431 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 04 aprel 2009-cu ildə anadan olmuş , atası X6, anası İddiaçı qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(019)- 625/2018 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X9 atası olması faktının müəyyən edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2009-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 115 (bir yüz on beş ) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli, MŞŞ/Ş1- 01476 nömrəli X3 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 yanvar 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 563953 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 30 yanvar 2010-cu ildə nikah bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Qullar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 928705 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 16 avqust 2012-ci idldə anadan olmuş, atası Cavabdeh, anası X2 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Qeydiyyat Şöbəsi tərəfindən 05 aprel 2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 822997 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 iyul 2011-ci ildə anadan olmuş, atası Cavabdeh, anası X2 qeyd edilmişdir. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2008-ci ildə rəsmi nikah bağlamadan evlənmişlər.Tərəflərin faktiki nikahlarından xx.xx.2009-cu il tarixdə X11 adında bir uşaqları doğulmuşdur. Balakən Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(019)- 625/2018 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.20009-cu il tarixdə doğulmuş X9 atası olmasının müəyyən edilməsi və xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2009-cu il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 115 (bir yüz on beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Uşaq hazırda da iddiaçının himayəsində yaşayır. İddiaçı ödənilən alimentin miqdarının aşağı olmasını, uşağın tələbatını ödəmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Sadalanan hüquq normalarının məzmunundan göründüyü kimi uşaqlara qayğı göstərmək, onları saxlamaq valideynlərin borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin maddəsinin məzmunundan göründüyü kimi qanunvericilik tərəfindən aydın surətdə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İş materiallarından göründüyü kimi Balakən Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(019)- 625/2018 nömrəli qətnaməsi ilə Cavabdehh oğlunun xx.xx.2009-cu ildə doğulmuş X9 atası olması faktının müəyyən edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdehh oğlundan xx.xx.2009-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün hər ay 115 (bir yüz on beş ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməsi qət edilmişdir. Həmin vaxt iddiaçı və cavabdeh işləməmişlər, hazırda da işləmirlər. Onların heç birinin ailə tərkibində dəyişiklik olmamışdır. İddiaçı hazırkı ərizəyə Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə işin hallarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olmamasını, İddiaçı Cavabdeh maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir sübut təqdim etməməsini, eyni zamanda aliment təyin edildikdən sonra keçən 5 il ərzində xx.xx.2009-cu ildə doğulmuş X9 böyüməsini, onun maddi tələbatının artmasını, nəticədə İddiaçı maddi vəziyyətinin ağırlaşmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli,qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin olunduğu və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 36,80 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2009-cu ildə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdehh oğlundan hər ay 140 (bir yüz qırx ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X8 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdehh oğlundan 36,80 manat dövlət rüsumu tutulub, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 2(019)-625/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq xx.xx.2009-cu il tarixdə doğulmuş X9 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 36,80 manat dövlət rüsumu xərci tutulub dövlət büdcəsinə ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar