Məhkəmə qərarları › İş №e-2(019)-56/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-56/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-56/2023 17.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RGTK0891087A182 saylı kredit müqaviləsinə əsasən15956.67 AZN əsas; 316.28 AZN faiz;cəmi 16272.95 AZN borcun və ödənilmiş 138.82 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0891087A182 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 26.78 faiz dərəcəsi ilə 21306.44 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında xx.xx.2019-cu il tarixli, Z-RGTK0891087A182saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, RGTK0891087A182 saylı kredit müqaviləsinə əsasən 15956.67 AZN əsas; 316.28 AZN faiz; cəmi 16272.95AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Ona görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı Açıq Cəhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, onun nümayəndəsi məhkəməyə ərizə göndərərək, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İddiaçının nümayəndəsi məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etdiyi üçün hazırki işə Azərbaycan Respublikaı MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələbləri tətbiq oluna bilməz. Hazırki iş üzrə 07 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmiş, digər Cavabdeh1 isə iddianı qəbul etməyərək, onlara qarşı yönəlmiş əsas borc və faiz borcunun müəyyən olunması üçün məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş matieriallarında olan xx.xx.2019-ci il tarixli RGTK0891087A182 saylı kredit müqaviləsindən və ödəniş sənədlərindən görünür ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə illik 26.78 faiz dərəcəsi ilə hesablanmaqla 21306.44 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan 31 iyul 2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Cəhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh1 borclu Cavabdeh2 İddiaçı Açıq Cəhmdar Cəmiyyəti qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2019-ci il tarixli Kredit müqaviləsinə əsasən isə 15956.67 AZN əsas, 316.28 AZN faiz, cəmi 16272.95 AZN borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Cəhmdar Cəmiyyəti tərəfindən hazırki iddianın qaldırılması üçün 138.82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı Açıq Cəhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə məhkəmədən kənar qaydada borcun ödənilməsi təklif olunmuş və əks təqdirdə qanunvericilkdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi, o cümlədən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, həmçinin cavabdeh tərəfindən iddia ərizəsində nəzərə alınmayan, xx.xx.2022-ci il tarixdən kredit borcundan İddiaçı Açıq Cəhmdar Cəmiyyətinə 4649,14 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 3 iyul 2023-cü il tarixli, 9/2874 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, RGTK0891087A182 saylı Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2022-ci il tarixə (sualda göstərilən tarix) banka olan borcu aşağıdaki kimi müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə- 15.848,42 manat, faiz borcu üzrə-188,63 manat. Həmçinin hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən (sualda göstərilən tarix) sonra 4649,14 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022ci il tarixə soruşulduğundan həmin tarixdən sonra aparılmış 4649,14 manat məbləğində ödəniş nəzərə alınmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 3 iyul 2023-cü il tarixli, 9/2874 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcudluğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qayda da əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göstərilən qanun normalarına istinad edən məhkəmə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli RGTK0891087A182 saylı kredit müqaviləsini, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 oğlu arasında bağlanmış 31 iyul 2019-cu il tarixli zaminlik müqaviləsini və sair sənədləri mötəbər sübutlar kimi qəbul edir. Məhkəmə eyni zamanda hesab edir ki, müasir tədqiqat metodlarına əsaslanmaqla cavabdeh tərəfin xx.xx.2022-ci il tarixə hesablanmış əsas kredit borcu və faiz borcu barədə məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2874 saylı rəyi əsas götürülməli, xx.xx.2023-cü il tarixli maliyyə arayışı ilə mötəbərlik baxımından qəbul edilməməlidir. Həmçinin Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdən kredit borcundan 4649,14 manat məbləğində ödəniş edilməsi və həmin 4649,14 manat ödənişin kredit borcu ilə bağlı nə iddia ərizəsində, nə maliyyə arayışında, nə də 03 iyul 2023-cü il tarixli ekspertiza rəyində əks olunmaması nəzərə alınmalıdır. Məhkəmə işin hallarına və məhkəmə-mühasibatlıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2874 saylı rəyi əsasən cavabdeh tərəfin iddiaçıya xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 15848,42 manat və faiz borcunun 188,63 manat olmasını qəbul edir və eyni zamanda hesab edir ki, xx.xx.2022-ci il tarixdən həmin ödənilmiş 4649,14 manat məbləğ cavabdeh tərəfin 188,63 manat faiz borcu və 15848,42 manat əsas borcunun ödənilməsinə hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İş materiallarından görünür ki, Cavabdeh2 ödədiyi 4649.14 manat vəsait cavabdeh tərəfin iddiaçıya olan bütün borcunun ödənilməsi üçün yetərli deyildir. Belə olan halda həmin 4649,14 manat ödəniş əvvəlcə 188,63 manat məbləğində faizlərin hesabına, yerdə qalan məbləğ isə əsas borcun hesabına daxil edilməlidir. 4649,14 manat ödənilmiş məbləğ 188,63 manat faizin hesabına daxil edildikdə həmin faiz borcu tamamilə ödənilir və nəticədə 4460,51 manat vəsait qalır ki, həmin vəsait də cavabdeh tərəfin 15848,42 manat əsas borcunun hesabına daxil edilməlidir. 4649,14 manat vəsaitin cavabdeh tərəfin 188,63 manat faiz borcuna daxil edilməsi və faiz borcunun ödənilməsi nəticəsində yerdə qalan 4460,51 manat pul cavabdeh tərəfin 15848,42 manat əsas borcunun hesabına daxil edildikdə cavabdeh tərəfin iddiaçıya əsas borcunun 11387,91 manat olması müəyyən edilir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin iddiaçıya faiz borcu yoxdur, əsas borcu isə 11387,91 manat təşkil edir ki, həmin 11387,91 manat əsas borc da cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə mövcud sübutlara əsasən müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-ci il tarixli RGTK0891087A182 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 26.78 faiz dərəcəsi ilə hesablanmaqla 21306.44 AZN məbləğində kredit verilmişdir. Həmçinin 31 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi ilə zamin Cavabdeh1 borclu Cavabdeh2 İddiaçı Açıq Cəhmdar Cəmiyyəti qarşısında həmin xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə işin hallarına və məhkəməmühasibatlıq ekspertizasının 03 iyul 2023-cü il tarixli, 9/2874 saylı rəyi əsasən cavabdeh tərəfin iddiaçıya xx.xx.2022-ci il tarixə əsas kredit borcunun 15848,42 manat və faiz borcunun 188,63 manat olmasını qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehlərə onlara olan borcun ödənilməsi təklif olunmuş, lakin cavabdehlər tərəfindən borc ödənilməmişdir. Cavabdeh2 tərəfindən iddia ərizəsində nəzərə alınmayan, xx.xx.2022-ci il tarixdən kredit borcundan "xxxx" ASC-yə 4649,14 manat məbləğində ödəniş edilmiş, lakin bu məbləğ kredit borcu ilə bağlı iddia ərizəsində, maliyyə arayışında və 03 iyul 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində nəzərə alınmamışdır. 4649,14 manat ödənilmiş vəsaitin cavabdeh tərəfin 188,63 manat faiz borcuna daxil edilməsi və faiz borcunun ödənilməsi nəticəsində yerdə qalan 4460,51 manat pul cavabdeh tərəfin 15848,42 manat əsas borcunun hesabına daxil edildikdə cavabdeh tərəfin iddiaçıya əsas borcunun 11387,91 manat olması müəyyən edilir. Cavabdehlərin hazırda iddiaçıya faiz borcu yoxdur, əsas borcu isə 11387,91 manat təşkil edir. Həmçinin hazırki iddianın qaldırılması üçün iddiaçı "xxxx" ASC tərəfindən 138.82 (otuz) manat dövlət rusumu ödənilmişdir. İşdəki sübutlardan həmçinin görünür ki, Cavabdeh2 həqiqətən də kredit müqaviləsi üzrə yaranmış öhdəliyi lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, zamin də zaminlik müqaviləsi üzrə öhdəliyini yerinə yetirməmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdehlər tərəfindən iddiaçı qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 sentyabr 2012-ci il tarixli qərarında göstərilir ki, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehlərə qarşı yönəltdiyi 15956,67 AZN əsas borc tələbi 11387,91 AZN hissəsində təmin edilməli, 11387,91 AZN əsas borc tələbindən artıq tələb hissəsində isə təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, həmçinin hesab edir ki, iddia 316,28 AZN faiz borcu tələbi hissəsində təmin edilməməlidir (bununla bağlı əsaslandırma yuxarıda qeyd edilmişdir). Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesanı keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağrılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RGTK0891087A182 saylı kredit müqaviləsinə əsasən 11387,91 AZN əsas borc və ödənilmiş 97,15 AZN dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iş üzrə 100 manat ekspertiza xərcinin 69,98 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada və 30.02 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, RGTK0891087A182 saylı kredit müqaviləsinə əsasən 11387,91 AZN əsas borc və ödənilmiş 97,15 AZN dövlət rüsumu tutulsun; iddia qalan hissədə təmin edilməsin; iş üzrə 100 manat ekspertiza xərcinin 69,98 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada və 30.02 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X1 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar