Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-566/2022 22.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı ASC) nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 424.95 AZN əsas, 7.93 AZN faiz və 0.71 AZN cərimə borcu olmaqla, cəmi 433.59 AZN məbləğində borcun və tərəflərindən ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK «754/GK/09-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 424.95 AZN məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 424.95 AZN əsas, 7.93 AZN faiz, 0.71 AZN cərimə borcu olmaqla, cəmi borcu 433.59 AZN təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq, Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesbalanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0,1 % olmaqla cərimə faizi ödəyir. Kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması tələbi üzrə təhlikə yarandıqda, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulmuş kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu da daxi olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı (ipoteka) və borcla digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. Müqavilənin 3.1.6-cı bəndinə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul və etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə onun arasında bağlanmış xx.xx.2019cu il tarixli, İK «754/GK/09-19 saylı kredit müqaviləsi üzrə ona illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 424.95 AZN məbləğində kredit verilmişdir. Lakin o, həqiqətən də kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Onun xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 424.95 AZN əsas, 7.93 AZN faiz, 0.71 AZN cərimə borcu olmaqla, cəmi borcu 433.59 AZN təşkil edir. Bununla əlaqədar ona dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, iddiaçı tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, o, həmin borcu ödəməmişdir. O, İddiaçı ASC-yə 424.95 AZN əsas, 7.93 AZN faiz, 0.71 AZN cərimə borcu olmaqla, cəmi borcunun 433.59 AZN məbləğində olmasını qəbul və etiraf edir və iddianın təmin olunmasına, 25 sentyabr 2019cu il tarixli kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləmsi və tələb olunan kredit borcunun ondan tutulması barədə qətnamə çıxarılmasına etiraz etmir. İddianın etirafı barədə yazılı ərizəsini də məhkəməyə təqdim edir. İş materiallarında olan 25 sentyabr 2019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsindən, xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən və ödəniş sənədlərindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borcunun restrukturizasiyası məqsədilə faiz dərəcəsi illik 1% faiz olmaqla, 12 (on iki) ay güzəşt müddəti olmaqla 60 (altmış) ay müddətinə 424.95 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin 25 sentyabr 2019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsi üzrə cavabdehin borcu barədə maliyyə arayışından görünür ki, həmin 25 sentyabr 2019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Məhəməd qızının iddiaçıya 424.95 manat AZN əsas borc, 7.93 AZN faiz borcu və 0.71 AZN cərimə borcu olmaqla cəmi borcu 433.59 AZN təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh Məhəməd qızına müvafiq bildiriş və xəbərdarlıqlarla onlara olan borcun ödənilməsi təklif edilmiş və əks təqdirdə qanunvericiliyə uyğun qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh məhkəməyə ünvanladığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı ASC-nin ona qarşı 25 sentyabr 2019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, banka olan 424.95 AZN əsas, 7.93 AZN faiz və 0.71 AZN cərimə borcu olmaqla ümumilikdə 433.59 AZN borcunun ondan tutulması tələbinə dair iddiasını qəbul və etiraf edir, bu barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK «754/GK/09-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik faiz dərəcəsi 1 %, 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə 424.95 AZN məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 424.95 AZN əsas, 7.93 AZN faiz, 0.71 AZN cərimə borcu olmaqla, cəmi borcu 433.59 AZN təşkil edir. İddiaçı ASC tərəfindən bununla əlaqədar Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdeh həmin borcu ödəməmişdir. Ona görə də İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və bununla əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh Məhəməd qızı məhkəmə iclasında yazılı ərizə verməklə hazırki iddianı etiraf etmişdir. Göstərilənlər əsasında məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuş, lakin cavabdeh tərəfdən iddiaçı bank qarşısında götürülmüş öhdəliklər icra olunmamışdır. Həmçinin Cavabdeh 25.092019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməyib, iddiaçıya ziyan vurmuş, iddiaçını həmin müqavilə bağlanarkən ümid etməy haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğdən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələb ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.3-cü maddəsinə əsasən müqavilə məhkəmə qaydasında ləğv edildikdə, müqavilənin ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər xətm edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razalışması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun muüəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respeublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK №754/GK/09-19 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesbalanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0,1 % olmaqla cərimə faizi ödəyir. Həmin kredit müqaviləsinin 3.1.2-ci bəndinə əsasən kreditin ödənişi gecikdirildikdə, borcun qaytarılması tələbi üzrə təhlikə yarandıqda, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulmuş kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu da daxi olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı (ipoteka) və borcla digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. Yenə də həmin müqavilənin 3.1.6-cı bəndinə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, TuranBank» ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09- 19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh Banka olan 424.95 AZN əsas, 7.93 AZN faiz və 0.71 AZN cərimə borcu olmaqla, cəmi 433.59 AZN məbləğində borcun və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair hazırki iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə cavabdeh X1 yazılı şəkildə ərizə verməklə, iddiaçı “TuranBank» ASC-nin ona qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə kredit borcunun tutulması tələbinə dair iddiasını tam etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu tam etirafı qəbul olunmalı və iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09- 19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09-19 saylı kredit müqaviləsi üzrə 424.95 AZN əsas, 7.93 AZN faiz və 0.71 AZN cərimə borcu olmaqla, cəmi 433.59 AZN məbləğində borc və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçıASC-yə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin; İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09-19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin; İddiaçı ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İK № 754/GK/09-19 saylı kredit müqaviləsi üzrə 424.95 AZN əsas, 7.93 AZN faiz və 0.71 AZN cərimə borcu olmaqla, cəmi 433.59 AZN məbləğində borc və ödənilmiş 30 AZN məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-566/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-566/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver