Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-566/2023 14.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020 ci il tarixli 2(107)-1423/2020 saylı qətnaməsi ilə müəyən edilmiş alimentin miqdarı dəyişdirilərək yetkinlik yaşına çatmamış xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X2 üçün onların yetkinlik yaşına çatanadək cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğinin cavabdeh - Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Baləkən Rayon Məhkəməsinin 2(019)- 791/2021 saylı qətnaməsi ilə Cavabdeh və cavabdeh X14 arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəlüdlü X2 üçün heç bir maddi kömək göstərməmişdir. Buna görə də aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Baləkən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-323/2020 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş X7 və X19 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 150 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin Cavabdeh Şəki Apelyasiya Məhkəməsinə şikayət verərək Polis şöbəsinə işləməklə gəlirin stabil olmasının və himayəsində güyə xəstə anasının və xəstə bacısının olması və onlara da baxdığını göstərmişdir. Bacısı Gülnar məktəbdə ingilis dili müəlliməsi olaraq işləyir, əmək haqqı alır və sağlamdır. Lakin Şəki Apelyasiya Məhkəməsi göstərilən yalanları əsas tutaraq, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1423/2020 saylı qətnaməsi ilə Baləkən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-323/2020 saylı qətnaməsi dəyişdiriləorək, aliment hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda qızının 8, oğlunun isə 7 yaşı var. Şəki Apelyasiya Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment Balakən rayon İcra və Probasiya Şöbəsinin məcburi icra tədbiri nəticəsində əmək haqqından tutularaq ona ödənilir. Bununla belə həmin vaxtdan bəri cavabdeh uşaqları hərdən özü ilə aparsa belə bir dəfə də olsa heç bir şey almamışdır, yəni Balakən rayon İcra və Probasiya Şöbəsinin məcburi icra tədbiri nəticəsində əmək haqqından məcburi olaraq tutulan 240 manat alimentdən başqa heç bir kömək göstərməmişdir. Uşaqların bütün qayğılarını və ehtiyaclarını tamamilə o çəkir. Hal-hazırda Ə.Ansuxski küç. ev 1 mən. 17-də kirayədə yaşayır. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çətindir. Buna görə də o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis, əlavə olaraq «Balakən Rayon Mərkəzi Xəstəxanası» X39də Koordinasiya Bölməsinin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis vəzifəsində işlədiyini və aylıq ümumi əmək haqqınının 791 manat olduğunu, ümumi çıxılmadan sonra kartına vurulan məbləğin 641 manat olduğunu göstərərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 11 avqust 2020-ci il tarixli 2(107)-1423/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək yetkinlik yaşına çatmamış xx.xx.2015ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin ondan-Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-1423/2020 saylı qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(019)-323/2020 saylı qətnaməsi dəyişdirilərək aliment hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat məbləğində müəyyən edilmişdir. O, Balakən Rayon Polis Şöbəsində işləyir və əmək haqqısı stabildir. Belə ki, hər ay vəzifə maaşı 379 manat, rütbə maaşı 117 manat, xidmət illərinə görə 99.20 manat, vəzifə maaşına 20% əlavə olaraq 75.80 manat, ərzaq payı əvəzi 64 manat olmaqla cəmi 735 manat alır. Bu məbləğlə aliment ödəməklə yanaşı, himayəsində olan xəstə anası, bacısı, xalası və əmisinin maddi təminatını ödəyir. Onun başqa qazancı və gəliri, təsərrüfatı yoxdur. İddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil, real vəziyyəti əks etdirmir. İddia ərizəsində göstərilənlər tamamilə yalan məlumatlardır. O, uşaqlarının maddi vəziyyəti ilə maraqlanır. Hər dəfə onlarla görüşəndə onlara geyim əşyaları və.s alır. İddiaçı da hal-hazırda işləyir. Onun yaxşı qazancı vardır. O, anası ilə birgə kirayədə yaşamasına baxmayaraq, hər ikisi Balakən Rayon Mərkəzi Xəstəxanasında işləyirlər və COVİD-lə bağlı xəstələrə köməklik göstərməklə ayda 1000- 1500 manat qazanc əldə edirlər. Onun himayəsində isə xəstə anası, bacısı və daha 2 nəfər əmisi və xalası vardır. X3 əvvəllər ailəli olub, ərindən boşanmışdır, uşaqları yoxdur. 200-210 manat aylıq məvacib alır, anası heç bir yerdə işləmir, heç bir qazancı, gəliri yoxdur. X6 və bibisi X11 yaşlıdırlar, heç bir yerdə işləmirlər. X6 əlildir. Lakin onun heç bir əlillik dərəcəsi yoxdur, dövlətdən təqaüd almır. Bibisi və əmisi onun qazancına baxırlar. X4 heç bir yerdə işləmir, təqaüd almır. O, dövlət qulluğunda çalışmaqla əmək haqqı stabildir, dəyişkən deyil. Onun başqa qazancı, gəliri yoxdur. Ona görə də, onun əmək haqqından Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən 2/4 aliment tutulmalı, sabit pul məbləğində isə tutula bilməz. O, özü bunun ucbatından hələ ailə qura bilməmişdir. O da ailə qurmağa hazırlaşır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 16 noyabr 2021-ci il tarixdə verilmiş AZ-İ seriyalı 391740 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında nikah Balakən Rayon Məhkəməsinin 2(019)-791/2021, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 86№ ilə qeyd edilmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 sentyabr 2015ci il tarixdə verilmiş AZ-İİİ 630750 nömrəli və 17 yanvar 2017-ci il tarixdə verilmiş AZ-İİİ 899223 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il tarixdə X17 və 25 dekabr 2016-cı il tarixdə X27 doğulmuşlar. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-323/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, 02 mart 2020-ci il tarixdən başlayaraq 12 sentyabr 2015-ci ildə anadan olmuş X10 və 25 dekabr 2016-cı ildə anadan olmuş X19 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X12 verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1423/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Balakən Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(019)-323/2020 nömrəli qətnaməsi “12 sentyabr 2015-ci ildə anadan olmuş X10 və 25 dekabr 2016-cı ildə anadan olmuş X19 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X12 xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilmiş və həmin alimentin məbləği hər ay bir uşaq üçün 120 manat, cəmi 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-791/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X14 arasında 14 mart 2015-ci ildə 53 nömrə ilə Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın pozulması, nikah pozularkən tərəflərin birgə nikahından 12 sentyabr 2015ci ildə doğulmuş X10 və 25 dekabr 2016-cı ildə doğulmuş X19 anaları X8 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan X26 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş Mediasiya prosesinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, İddiaçı və Cavabdeh iştirakı ilə alimentin artırılması tələbi mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilmiş və mediasiya prosesinə xitam verilmişdir. İddiaçı 50 (əlli) manat məbləğində İMS xərcini təktərəfli şəkildə ödədi. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyətinin Balakən şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin 05 aprel 2023-cü il tarixli 656 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən şəhərin ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışında göstərilir ki, Cavabdeh həqiqətən Balakən RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir və aylıq təminat xərcliyi aşağıda göstəriləni təşkil edir:vəzifə maaşı- 379.00; rütbə maaşı-117.00; xidmət illərinə görə- 99.20; vəzifə maaşına 20% əlavə-75.80; ərzaq payı əvəzi-64.00; cəmi: 735.00. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X24 3 saylı Şəki-Zaqatala regional filialının 31 may 2023-cü il tarixli arayışında göstərilir ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1963-cü il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixə filial tərəfindən heç bir növ əmək pensiyası, aylıq sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarına əlavə olunmuş Şəki - Zaqatala Regional Təhsil İdarəsi M.P.X41 1 X43 Orta Məktəbinin xx.xx.2023-cü il tarixli 42 nömrəli arayışında göstərilir ki, X15 həqiqətən 2022/2023-cü dərs ilində məktəbdə ingilis dili müəllimi işləyir. Onun aylıq əmək haqqı 230 manatdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X24 3 saylı Şəki-Zaqatala regional filialının 31 may 2023-cü il tarixli arayışında göstərilir ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1966-ci il təvəllüdlü X22 xx.xx.2023-cü il tarixə filial tərəfindən heç bir növ əmək pensiyası, aylıq sosial müavinət və Prezident təqaüdü almır. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra və Probasiya Şöbəsinin 31 may 2023-cü il tarixli arayışında göstərilir ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1423/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə görə, Balakən Rayon Məhkəməsinin xx.xx.2020 - ci il tarixli, 2(019)-323/2020 nömrəli qətnaməsi" xx.xx.2015- ci ildə anadan olmuş X10 və 25.12 2016 - cı ildə anadan olmuş X20 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bır uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X9 xeyrinə tutulmalı olan alimentin miqdarı ilə bağlı hissədə dəyişdirilmiş, həmin alimentin məbləği hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamənin dəyişdirilməmiş saxlanımış hissəsi üzrə 02 mart 2020- ci ıl tarixdən başlayaraq aliment tutulub iddiaçı X12 verilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Qətnamə dərhal icra edilməlidir. İcra sənədi xx.xx.2020-ci ıl tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinin icraatına, daxil olmuşdur. Borclu Cavabdeh əmək haqqından hər ay 240 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X8 bank hesabına köçürülür. İş materiallarına əlavə olunmuş Balakən Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 may 2023-cü il tarixli arayışında göstərilir ki, xx.xx.1966-cı il təvəllüdlü X22 həqiqətən şəhərin A.Məmmədov küçəsi 7 №-li evdə yaşayır və hal-hazırda heç bir təşkilat,idarə və müəssisədə işləmir və aşağıda qeyd edilmiş ailəsi vardır: bacısı- X11 İş materiallarına əlavə olunmuş Balakən Rayon Mənzil İstismar Müəssisəsinin 31 may 2023-cü il tarixli arayışında göstərilir ki, H.Əliyev pros. 41 nömrəli evin 7 mənzilində yaşayan 1988-ci il təvəllüdlü Cavabdeh həqiqətən aşağıda qeyd edilmiş ailəsi vardır: X13 qızı, bacısı-X15. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X39 "Balakən Rayon Mərkəzi Xəstəxanası" X24 11 iyul 2023-cü il tarixli PHŞ-6-27/2-418/2023 nömrəli arayışında göstərilir ki, X5 həqiqətən 'Balakən Rayon Mərkəzi Xəstəxanası” X39də Koordinasiya bölməsinin Müharibə iştirakçıları ilə iş üzrə mütəxəssisi vəzifəsində çalışır və aylıq ümumi əmək haqqı 791 manatdır. Ümumi çıxılmadan sonra kartına vurulan məbləğ 641 manatdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia qismən təmin edilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən İddiaçı xeyrinə iki uşağın saxlanması üçün Cavabdeh tutulan sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməklə (artırılmaqla), hər bir uşaq üçün 145 manat, iki uşaq üçün hər ay 290 manat sabit pul məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosail müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi» nin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, xeyrinə aliment ödənilən uşaqların böyüdükcə maddi tələbatının yüksəlməsi, aliment təyin edilən 11 avqust 2020-ci il tarixdə uşaqlar üçün yaşayış minimumunun ölkə üzrə 170 manat olduğu təqdirdə, hazırda bu yaşayış minimumunun artması (2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat təşkil etməsi) və bu xüsusda uşaqların təminat səviyyəsinin maksimal saxlanması zərurəti alimentin miqdarının dəyişdirilməsi (artırılması) üçün qanunda göstərilən əsas kimi qəbul edilməlidir. Belə ki, işdəki sübutlara əsasən 12 sentyabr 2015-ci ildə anadan olmuş X10 və 25 dekabr 2016-cı ildə anadan olmuş X2 üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1423/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər bir uşaq üçün 120 manat aliment həmin uşaqların yaşının və bu xüsusda tələbatının artması zərurətinə cavab vermir. Ona görə də həmin alimentin miqdarı artırılmalıdır. Bu zaman uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması nəzərə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, aliment ödənişi cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmamalı, tərəflərin mənafeləri arasında ədalətli tarazlığa riayət olunmalıdır. Uşaqlara ən azından yaşayış minimumunun təmin edilməsi valideynin birbaşa vəzifəsidir və yuxarıda qeyd olunduğu kimi, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqlarla bölüşməyə borcludurlar. İddiaçının izahatından və iş materiallarından həmçinin görünür ki, cavabdehin ödədiyi aliment yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir və bu səbəbdən iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur. Belə ki, uşaqlar böyüdükcə onların tələbatı, o cümlədən maddi tələbatı artır. Bu da uşaqları saxlamaq üçün valideynlərin üzərinə əlavə vəzifələr qoyur. Ölkə üzrə uşaqların saxlanması üçün yaşayış minimumunun artması da uşaqların mənafeyinin qorunmasına, hazırki şəraitdə onların təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətinin təmin edilməsinə yönəlmişdir. Digər tərəfdən alimentin miqdarı müəyyən olunduqdan sonra uşaqların tələbatının artması və həyat şəratinin bahalaşması ilə bağlı uşaqların saxlanması konteksində iddiaçının maddi vəziyyətinin pisləşməsi halı da Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş alimentin artırılması üçün əsas kimi nəzərə alınmalıdır. Belə ki, ümumməlum faktdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra hazırki vaxtadək gündəlik tələbat malları, sənaye malları və ərzaq məhsullarının qiyməti davamlı olaraq artmışdır. Məhz həm də bunun nəticəsi olaraq dövlət tərəfindən yaşayış minimumu, o cümlədən yaşayış minimumu məbləği artırılmışdır. Lakin cavabdeh, yalnız təyin olunmuş aylıq alimenti ödəməyə çalışmış, alimentin təyin olunduğu vaxtdan sənaye və ərzaq məhsullarının və digər malların qiymətlərinin artmasına, həyat şəraitinin bahalaşmasına baxmayaraq, alimentin miqdarını artırmamış, uşaqların artan maddi tələbatının təmin edilməsində iştirak etməmişdir. Bu müddət ərzində uşaqların məişət qayğılarının çəkilməsində və artan tələbatının təmin edilməsində əsas ağırlıq iddiaçının üzərinə düşmüşdür. Bu hallar birmənalı şəkildə aliment təyin olunduqdan sonra iddiaçının maddi vəziyyətinin pisləşməsini, bu xüsusda hazırki alimentin uşaqların əvvəlki təminat səviyyəsinə maksimal saxlanması zərurətinə cavab vermədiyini göstərir. Bu konteksdə məhkəmə həmçinin nəzərə çatdırır ki, uşaqlar üçün yaşayış minimumu məbləğinin artırılması şübhəsiz ki, uşaqların artan tələbatının təmin edilməsi üçün lazımi şəraitin yaradılması ilə birbaşa bağlıdır. Belə ki, bütün sahələr üzrə uşaqların üstün maraqlarının təmin edilməsi Azərbaycan dövlətinin prioritet siyasətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair» 05 oktyabr 2012-ci il tarixli qərarında göstərildiyi kimi, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda uşaqların öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Həmçinin qanun normalarının tələbinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və mövcud məhkəmə praktikasına görə uşaqlara qulluq göstərmək, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi uşaqların himayəsində olduğu valideynin üzərinə düşdükdə yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutulur. Bu hal faktoloji və hüquqi əsas olaraq Azərbaycan Respublikasının məhkəmə praktikasında tətbiq olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənlərin konteksində məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbi, həmçinin cavabdehin uşaqların artan tələbatları konteksində onları əvvəlki təminat səviyyəsində saxlamaq vəzifəsi daşıması ilə bağlı hal, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin-iddiaçının üzərinə düşməsinin qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas ola bilməsi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və bu hüquqi mövqelər əsasında formalaşmış məhkəmə praktikası əsas tutulmaqla uşaqların saxlanması üçün elə bir aliment məbləği təyin olunmalıdır ki, həmin məbləğ uşaqların əvvvəkli təminat səviyyəsinin maksimal saxlanması üçün şəraiti təmin etsin və həmçinin tərəflərin mənafeləri arasında ədalətli tarazlıq yaratsın. İşdəki sübutlardan görünür ki, cavabdeh Alışov X21 Rayon Polis Şöbəsinin MSY-də polis nəfəri işləyir və onun aylıq əmək haqqı əlavə ödəmələr də nəzərə alınmaqla 735 manat təşkil edir. Həmçinin işdəki sübutlara əsasən Cavabdeh şəxsi təsərrüfatı və əmək haqqından başqa digər qazancı (gəliri) müəyyən edilməmişdir. Onun himayəsində anası və digər yaxın qohumları vardır. Eyni zamanda İddiaçı «Balakən Rayon Mərkəzi Xəstəxanası» X39də Koordinaiya bölməsinin müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis vəzifəsində işləməklə aylıq ümumi əmək haqqı 791 manat olmaqla ümumi çıxılmadan sonra 641 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu bərabər icra edilməli olan vəzifəyə Ailə Məcəllənin 75.1-ci maddəsində göstərilən uşaqları saxlamaq vəzifəsi də daxildir. Belə olan halda şübhəsizdir ki, aliment təyinatı zamanı tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipinə riayət olunmalıdır. Bu prinsipin təminatı olaraq da hazırki iş üzrə iddiaçının və cavabdehin demək olar ki, bərabər həddə əmək haqqı alması və onların digər qazancının (gəlirlərinin) olmaması, lakin uşaqları saxlamaqda, onlara qulluq göstərməkdə və məişət qağılarının çəkilməsində iddiaçının üzərinə daha çox ağırlığın düşməsi halı, eyni zamanda cavabdehin də öz yaxın qohumlarını saxlamaq öhdəlyinin mövcud olması nəzərə alınmalıdır. Belə olan halda uşaqları saxlamaq üçün onlara qanunla müəyyən olunmuş bütün yaşayış minimumu məbləğinin (iddia tələbində göstərilən hər ay hər uşaq üçün 220 manat, hər ay cəmi 440 manat) cavabdehin üzərinə qoyulması onun üçün ağır maddi məhrumiyyətilər yaradardı, tərəflərin mənafeləri arasında ədalətli tarazlıq prinsipini pozmaqla ədalətli olmazdı. Bu xüsusda işin müəyyən olunmuş faktiki halları, aliment ödənişinin onu ödəyən cavabdeh üçün ağır maddi məhrumiyyətlər yaratmaması və tərəflərin mənafeləri arasında ədalətli tarazlığın təmin edilməsi zərurəti nəzərə alınaraq, təyin olunmuş alimentin dəyişdirilərək (artırılaraq) hər ay hər bir uşaq üçün 145 manat sabit pul məbləğində müəyyən olunması əsaslı və ədalətlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən-təyin olunmuş alimentin hər bir uşaq üçün hər ay145 manat miqdarında artırılması hissəsində təmin edilməli, hər bir uşaq üçün hər ay 145 manatdan artıq tələb məbləği hissəsində isə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, təyin olunmuş alimentin dəyişdirilməsi (artırılması) hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1423/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli (artırılmalı); xx.xx.2015-ci ildə anadan olmuş X7 və xx.xx.2016-cı ildə anadan olmuş X19 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 145 (bir yüz qirx beş) manat, iki uşaq üçün hər ay cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh mediasiya xərci kimi ödənilmiş ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli və 4.80 manat məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Repsublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaql, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olan iddialarda 30 manat+1000 manatdan yuxarı olan iddianın qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun; Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1423/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin (artırılsın); xx.xx.2015-ci ildə anadan olmuş X7 və xx.xx.2016-cı ildə anadan olmuş X19 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər bir uşaq üçün 145 (bir yüz qirx beş) manat, iki uşaq üçün hər ay cəmi 290 (iki yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin; iddia qalan hissədə təmin olunmasın; Cavabdeh ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin; Cavabdeh 4,80 məbləğində dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-566/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-566/2023
14.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver