Məhkəmə qərarları › İş №e-2(019)-572/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-572/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-572/2024 06.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları - bundan 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 38.40 (otuz səkkiz manat 40 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 1 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2070.67 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödəməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edir. Bundan 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə baxışı iclasını iştirakı olmadan keçirib, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.1 və 185.4-cü maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə göndərərək iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddiaçının iddiasının təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixdə bağlanmış ********* nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 iddiaçı LPO İddiaçı ASCdən 36 ay müddətinə, 26 faiz dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2015-ci il tarixdə bağlanmış 120010809/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 27 dekabr 2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş və iflas prosedurlarına başlanılması, Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan 23 fevral 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh1 iddiaçı LPO "xxxx" ASC-yə 193,41 ABŞ dolları əsas, 198,86 ABŞ dolları faiz, 659,46 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 30,06 ABŞ dolları faiz borcu olmaqla, müqavilə tələbi əsasında ümumi borcun 1081,79 ABŞ dolları borcunun yaranması və müqavilənin müddətinin 16 iyul 2015-ci il-23 may 2021-ci il olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 24 May 2017-ci il tarixli Əlavə Sazişdə göstərilmişdir ki, "xxxx" ASC və X1 ********* saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: 1. Dəyişikliklərin məzmunu: 1.1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") 2070.67 (iki min yetmiş abş dollari altmiş yeddi sent) USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1452.01 (bir min dörd yüz əlli iki ABŞ dollari bir sent) USD əsas borc, 618.62 (alti yüz on səkkiz abş dollari altmiş iki sent) USD faiz borcu və 04 (sifir abş dollari dörd sent) USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və ya lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12(on iki) ay ərzində gecikmə günlərinin sayı 30 (otuz) gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 7.99 (yeddi tam yüzdə doxsan doqquz ) faiz təşkil edir. İş materiallarına əlavə olunmuş ********* saylı, xx.xx.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə 24 may 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, "xxxx" ASC və Cavabdeh2 və X1 aşağıdakı şərtlər əsasında ********* saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə (bundan sonra - Müqavilə) dəyişikliklərin edilməsi barədə aşağıdakı razılığa gəlmişlər: 1. Dəyişikliklərin məzmunu 1.1. Borcalanın Kreditor qarşısındakı 2070.67 (iki min yetmiş ABŞ dollari altmiş yeddi sent) USD təşkil edən kredit öhdəliyinin qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit") təşkil edir. 1.1.1. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 1452.01 (bir min dörd yüz əlli iki abş dollari bir sent) USD əsas borc, 618.62 (alti yüz on səkkiz abş dollari altmiş iki sent) USD ayrıca hesabda dondurulmuş faiz borcu və .04 (sifir abş dollari dörd sent) USD cərimə borcu təşkil edir. 1.2. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədəkdir. 1.3. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 7.99 (yeddi tam yüzdə doxsan doqquz ) faiz təşkil edir. 1.4. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 (on altı) faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. İşdə olan Əmanətlərin Sığortalanması Fondunun kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi Elnur Quliyevin cavabdehlərə ünvanlanmış 05 fevral 2024-cü il tarixli **********735 nömrəli bildirişində göstərilmişdir ki, İddiaçıASC ilə Sizin aranızda xx.xx.2015-ci ildə kredit verilməsi haqqında ********* saylı müqavilə bağlanmış,və həmin müqaviləyə əsasən bank tərəfindən Sizə illik 8 faiz ödənilməsi şərti ilə 70 ay müddətinə ilkin məbləğ 3050 USD məbləğində kredit verilmişdir. Lakin qeyd edilən kredit müqaviləsinin tələbləri Sizin tərəfinizdən pozulmuş,kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində Sizin 29 yanvar 2024-cü il tarixə LPo Banka 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu, cəmi 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları borcunuz qalmışdır. Sizdən tələb olunur ki, 3 gün müddətində 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları məbləğində borcu ödəyəsiniz. İş materiallarına əlavə edilmiş Əmanətlərin Sığortalanması Fondunun 31 oktyabr 2024-cü il tarixli 12-5/2-3703/2024 nömrəli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli Kredit müqaviləsi üzrə müştəri məlumatları kredit portfeli və elektron bank sistemi ilə yoxlanılmışdır. Qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının təsiri altına düşmüş, lakin Cavabdeh1 31 dekabr 2019-cu il tarixədək ləğv prosesində olan İddiaçı ASC-yə müraciət etməmiş və bu səbəbdən onunla kredit borcunun restrukturizasiya olunması ilə bağlı yeni güzəştli kredit müqaviləsi bağlanmamışdır. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Həmçinin qeyd edirik ki, Cavabdeh1 tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2017-ci il tarixdə 50 (əlli) manat olmuş və həmin ödəniş iş materiallarına əlavə edilmiş hesabdan çıxarışda öz əksini tapmışdır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixli müqavilə üzrə son ödəniş xx.xx.20217-ci il tarixdə edilmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh X1 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış vəsatətdə göstərilmişdir ki, iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları - bundan 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 38.40 (otuz səkkiz manat 40 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materialları ilə tanış olduqda iddia ərizəsinə "xxxx" ASC tərəfindən cavabdehlərə verilmiş kredit məbləği ilə bağlı xx.xx.2015-ci il tarixli müqavilə üzrə cavabdehlər tərəfindən ödənilmiş aylıq ödəniş məbləğlərinə dair sənəd əlavə edilməmişdr. Bunun üçün cavabdehlərin İddiaçı ASC-yə kredit məbləğini axırıncı dəfə hansı tarixdə ödənilməsi ilə bağlı məlumat aşkar olunmur. Bundan əlavə bildirmək istəyir ki, iddiaçının iddia ərizəsində göstərdiyi xx.xx.2017-ci il tarixli sazişdən məlumatı yoxdur. Ümumiyyətlə aralarında belə saziş bağlanmmışdır. Ona 2015-ci ildən bu günədək,yəni 9 il ərzində heç bir xəbərdarlıq olunmamışdır. Ona yalnız 2024-cü ilin fevral ayında bildiriş göndərilmişdir. O, ümumiyyətlə 16 iyul 2015-ci il tarixli müqavilədən başqa heç bir sənədi imzalamamışdır. O, xx.xx.2015-ci il tarixdə götürdüyü krediti tam ödəmişdir. Onun borcu qalmışdırsa bu 8-9 il müddətində qarşı tərəf mütləq məhkəməyə müraciət edərdi. xx.xx.2017-ci il tarixli saziş üzrə cavabdehlər tərəfindən ödənilmiş kredit məbləğləri ilə bağlı sənədin və və həmin sazişin əslinin məhkəməyə təqdim olunmasını xahiş etmişdir. Məlumatı yoxdur. Ümumiyyətlə aralarında belə saziş bağlanmmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığına dair kompensasiya ödənişləri üçün cari hesabından çıxarışda göstərilmişdir ki, Fərmana əsasən əsas borcdan 1003.54 manat , nəzarətdən ödənişə görə 845,72 manat kompensasiya ödənilmişdir. Dövrün sonna qalıq 0.00 manat olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığına dair resident fiziki şəxslərin cari hesablarından çıxarışda göstərilmişdir ki, dövrün sonuna qalıq 0.04 manat təşkil edir. İş materiallarına əlavə olunmuş cavabdeh X1 və Cavabdeh2 tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədə göstərilmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddia ərizəsi ilə Balakən rayon Məhkəməsinə müraciət olunaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 1081.79 (bir min səksən bir dollar yetmiş doqquz sent) ABŞ dolları, kredit müqaviləsi bitəndən sonra AR-sı Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 30.06 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 38.40 manat dövlət rüsumunun müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd etdiklərinə əsaslanaraq Balakən Rayon Məhkəməsindən icraatda olan e-2(019)-572/2024 saylı mülki iş üzrə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərə alaraq iddia müddətinin keçməsi ilə əlaqədar olaraq iddiaçının iddiasının təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti keçdiyi və cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizə verdiyi üçün iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi bağlanmış və cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Zamin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Kredit və Zaminlik Müqavilələrinin restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixdə 1 saylı Əlavə Sazişlər bağlandığını göstərərək həmin Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının 2070.67 USD təşkil etdiyini, həmin məbləğin restrukturizasiya edildiyini, restrukturizasiya edilmiş kreditin müddətinin xx.xx.2021-ci il tarixədək təşkil etdiyini, restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli olduğunu, xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi borcunun 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları təşkil etdiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixli sazişdən məlumatı olmadığını, ümumiyyətlə aralarında belə saziş bağlanmadığını, 9 il ərzində ona heç bir xəbərdarlıq olunmamasını, ona yalnız 2024-cü ilin fevral ayında bildiriş göndərildiyini göstərmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, LPO "xxxx" ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona qarşı borc tələbinə dair iddia üzrə iddia müddəti keçdiyindən, hazırki iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edirki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. xx.xx.2017-ci il tarixli sazişdən məlumatı yoxdur. Ümumiyyətlə aralarında belə saziş bağlanmmışdır. Ona 2015-ci ildən bu günədək,yəni 9 il ərzində heç bir xəbərdarlıq olunmamışdır. Ona yalnız 2024-cü ilin fevral ayında bildiriş göndərilmişdir. O, ümumiyyətlə 16 iyul 2015-ci il tarixli müqavilədən başqa heç bir sənədi imzalamamışdır. O, xx.xx.2015ci il tarixdə götürdüyü krediti tam ödəmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur . Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Hazırkı işdə tərəflər arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin bağlanması, həmin müqavilə üzrə cavabdehə “şəxsi istehlak” məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 3050 ABŞ dolları məbləğində kredit verilməsi, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında 120010809/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanması, zaminin faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıması mübahisələndirilmir. Odur ki, məhkəmə həmin müqavilələri etibarlı hesab edir. Məhkəmə iddiaçının təqdim etdiyi, Cavabdeh1 mübahisələndirdiyi xx.xx.2017-ci il tarixli sazişləri isə etibarlı hesab etmir. Belə ki, Cavabdeh1 həmin sazişdən məlumatı olmadığını, həmin sazişi bağlamadığını bildirir. Bundan başqa 16. 07.2015-ci il tarixli Kredit Müqaviləsinin müddətinin başa çatmasına 1 il 2 aya yaxın müddət qaldığı halda belə bir sazişin bağlanmasının hansı zərurətdən irəli gəldiyi məlum deyildir. Sazişdən onun kimin təşəbbüsü ilə bağlandığı da müəyyən olunmur. Həmçinin iş materiallarından görünür ki, 2017-ci ilin noyabr ayında 50 manat ödəniş edildikdən sonra cavabdehlər tərəfindən heç bir ödəniş olunmamış,lakin iddiaçı tərəf borcun ödənməsi üçün hər hansı təşəbbüs göstərməmiş, cavabdehlərə bildiriş belə göndərilməmişdir. Cavabdehlərə yalnız 05 fevral 2024-cü il tarixdə bildiriş göndərilmişdir.Həmin bildirişdə isə tərəflər arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin bağlanması, həmin müqavilə üzrə 193.41 (bir yüz doxsan üç ABŞ dolları 41 sent) ABŞ dolları əsas, 198.86 (bir yüz doxsan səkkiz ABŞ dolları 86 sent) ABŞ dolları faiz, 659.46 (altı yüz əlli doqquz ABŞ dolları 46 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 30.06 (otuz ABŞ dolları 06 sent) ABŞ dolları faiz borcu, cəmi 1081.79 (bir min səksən bir ABŞ dolları 79 sent) ABŞ dolları borc olduğu qeyd edilmiş, lakin tərəflər arasında xx.xx.2017-ci il tarixli sazişin olduğu qeyd edilməmişdir. Bu əsaslara görə də məhkəmə həmin xx.xx.2017-ci il tarixli sazişi etibarlı hesab etmir. Tərəflər arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinin müddəti başa çatdığı gündən, yəni xx.xx.2018-ci ildən 5 il 9 aydan artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və cavabdehlər iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etdiklərindən məhkəmə hesab edir ki, iddia müddəti tətbiq olunmaqla iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, iş üzrə sübutları araşdırıb, həmin sübutlara yuxarıda göstərilən qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti keçdiyi üçün iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 38.40 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası iddia müddətinin keçməsi əsası ilə təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 38.40 manat dövlət rüsumu iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar