Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-574/2024 21.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, işə sadələşdirilmiş icraat qaydasında baxaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1, "xxxx" MMC-nin xeyrinə 2384,87 ABŞ dolları əsas məbləğ, 1846,99 ABŞ dolları faiz məbləği, ümumi 4231, 86 (dörd min iki yüz otuz bir dollar, səksən altı sent) ABŞ dolları məbləğində borcun və 93,40 manat(doxsan üç manat qırx qəpik) məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 etirazı əsasında Balakən Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərardadı ilə iddia icraatına keçirilmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında 04 dekabr 2014-cü il tarixdə, KaBal 123901/14 №-li kredit müqaviləsi bağlanmış, Cavabdeh2 24 ay müddətinə, illik 33 faizlə, 6000 (altı min) ABŞ dolları məbləğində pul vəsaiti kreditə verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə 04 dekabr 20214-cü il tarixdə KaBal123901/14 saylı zaminlik müqaviləsi bağlanmışdır.Lakin cavabdehlər kredit üzrə öhdəliyi yerinə yetirmədikləri üçün, müqavilə üzrə borc öhdəlikləri yaranmışdır. Qeyd etmək istəyir ki, cavabdehlər tərəfindən sonuncu ödəniş 30 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Cavabdehlərə xəbərdarlığın göndərilməsinə baxmayaraq, onlar tərəfindən kredit öhdəliyi yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən cavabdehin faiz borcundan 52 % , cərimə borcu isə 100%, yəni tam olaraq silinmişdir. 15 aprel 2024-cü il tarixli № 00408 nömrəli maliyyə arayışına əsasən, cavabdehin 2384,87 ABŞ dolları əsas məbləğ, 1846,99 ABŞ dolları faiz məbləği, ümumi 4231, 86 (dörd min iki yüz otuz bir dollar, səksən altı sent) ABŞ dolları məbləğində İddiaçı BOKT MMC-nə borcu vardır. Məhkəmə iclasında İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxatılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin iddiası ilə bağlı iddia müddəti bitdiyini göstərərək iddia müddəti tətbiq etməklə onun barəsində olan iddianın tamamilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 dekabr 2014-cü il tarixli KABAL 123901/14 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 04 dekabr 2014-cü il tarixli KABAL 123901/14 saylı Kredit müqaviləsinə əsasən, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətindən illik faiz dərəcəsi 33 faiz olmaqla 24 ay müddətinə 6000 (altı min) ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 dekabr 2014-cü il tarixli KABAL 123901/14 saylı Zaminlik müqaviləsindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında Zaminlik müqaviləsi bağlanmış,Zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməsi üçün bank qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 aprel 2024-cü il tarixli 00408 nömrəli arayışda göstərilmişdir ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli CaBAL123901/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə təşkilat qarşısında borcu-Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən əsasən faiz borcundan 52%,cərimə borcundan 100 % silinmişdir:Ana paradan qalıq 2384.87 USD; faiz borcu 1846.99 USD,cərimə borcu 00.00 cəmi 4231.86 USD təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 oktyabr 2024-cü il tarixdə verilmiş 9/6721 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,banka ödənilmiş pul vəsaitinə dair arayış.(i.v-19) məlumatları və 04 dekabr 2014cü il tarixli,123901/14 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı BOKT MMC-nə olan borcu 5.124.84 USD məbləğində müəyyən edilir, o cümlədən -əsas borc üzrə -------------------------------2,384,87 USD -faiz (illik 33 %-lə) borcu üzrə -------------1,548,89 USD -faiz (illik 5 faizlə)------------------------------1,191,08 USD. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərilmişdir ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin iddiası ilə bağlı iddia müddəti bitdiyi üçün iddia müddəti tətbiq etməklə onun barəsində olan iddianın tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsində göstərilmişdir ki, İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin iddiası ilə bağlı iddia müddəti bitdiyi üçün iddia müddəti tətbiq etməklə onun barəsində olan iddianın tamamilə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin araşdırılan faktiki hallarından müəyyən edilmişdir ki, Cavabdeh2 ilə iddiaçı "xxxx" MMC arasında 04 dekabr 2014-cü il tarixdə, KaBal 123901/14 №-li kredit müqaviləsi bağlanmış ,Cavabdeh2 24 ay müddətinə, illik 33 faiz dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində pul vəsaiti kreditə verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə 04 dekabr 20214-cü il tarixdə KaBal123901/14 saylı zaminlik müqaviləsi bağlanmış, zamin müqaviləyə əsasən bank qarşısında öz üzərinə kreditin ödənməsi ilə bağlı məsuliyyət götürmüşdür. Lakin cavabdehlər kredit üzrə öhdəliyi yerinə yetirməmişlər və müqavilə üzrə borc öhdəlikləri yaranmışdır.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən əsasən faiz borcundan 52%,cərimə borcundan 100 % silinmişdir. Müqavilə üzrə sonuncu ödəniş 30 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Ekspert rəyinə əsasən Cavabdeh2 xx.xx.2024-cü il tarixə İddiaçı BOKT MMC-nə olan borcu, əsas borc üzrə 2,384,87 USD, faiz (illik 33 %-lə) borcu üzrə 1,548,89 USD və gecikdirilmiş vaxt üçün illik beş faiz borcu üzrə 1,191,08 USD olmaqla cəmi borcu 5.124.84 USD təşkil edir. Cavabdehlər borcu ödəmədiklərindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsində göstərilir ki, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Məhkəmə işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi 2,384,87 USD əsas borca görə və 1,548,89 USD faiz borcuna görə əsaslı olduğundan təmin edilməli, iddia tələbi qalan məbləğə aid hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İş materiallarından göründüyü kimi İddiaçı BOKT MMC gecikdirilmiş vaxt üçün illik beş faiz dərəcəsi ilə ziyan tələb etməmişdir, ödənilməli faizin məbləğini 1846,99 USD hesablasa da ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh2 faiz (illik 33 %-lə) borcu 1,548,89 USD təşkil edir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbi Cavabdeh2 aid hissədə əsaslı olsa da, Cavabdeh1 aid hissədə əsaslı deyildir. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış KaBal123901/14 nömrəli 04 dekabr 2014-cü il tarixli Kredit Müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə illik 33% dərəcəsi ilə 6000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir.Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında KaBal123901/14 nömrəli 04 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1 ilə İddiaçı BOKT MMC arasında bağlanmış KaBal123901/14 nömrəli 04 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsinin müddəti 04 dekabr 2016-cı il tarixədək təşkil etdiyindən məhkəmə hesab edir ki, hazırkı işdə zaminlik müqaviləsi üzrə zaminə qarşı onların təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 04 dekabr 2016-cı il tarixdən başlayaraq bir il ərzində iddia irəli sürülə bilərdi. Lakin qeyd edildiyi kimi İddiaçı BOKT MMC kreditin müddəti başa çatdıqdan 7 il 4 aydan artıq müddət keçdikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh1 digər cavabdeh olan borclu Cavabdeh2 123901/14 nömrəli 04 dekabr 2014-cü il tarixli Kredit Müqaviləsinə görə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi zamin olan Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizələri ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 3 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırkı işin materiallarından görünür ki, cavabdehlər tərəfindən sonuncu ödəniş 30 yanvar 2024-cü il tarixdə ödənilmişdir. Belə olan halda iddia müddətinin axımı həmin tarixdən başlanmışdır.İddia müddətinin axımı 30 yanvar 2024-cü il tarixdən başlandığından iddiaçı "xxxx" BOKT MMC tərəfindən iddia müddəti ötürülməmişdir. Odur ki, cavabdehlərin iddia müddətinin axımı barədə ərizələri təmin edilə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 2384,87 USD əsas borca görə və 1548,89 USD faiz borcuna görə olmaqla, cəmi 3933.76 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə , həmçinin iş üzrə ödənilmiş 93 AZN dövlət rüsumunun 86.86 manatı tutulub iddiaçı "xxxx" BOKT MMCnin xeyrinə ödənməlidir. İddia tələbi qalan hissədə və digər Cavabdeh1 münasibətdə təmin edilməməlidir. 50 manat ekspertiza xərcinin 46,50 manatı Cavabdeh2, 3,50 manatı iddiaçı "xxxx" BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X1 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 2384,87 USD əsas borca görə və 1548,89 USD faiz borcuna görə, cəmi 3933.76 USD (üç min doqquz yüz otuz üç dollar yetmiş altı sent ) borc qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumunun 86.86 manatı tutulub iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin; iddia tələbi qalan hissədə və digər Cavabdeh1 münasibətdə təmin edilməsin. 50 manat ekspertiza xərcinin 46,50 manatı Cavabdeh2,3,50 manatı iddiaçı "xxxx" BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X1 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-574/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-574/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver